II Sahib Gəray (1726 – 1807, Çatalca ilçəsi, İstanbul ili) — XXXXVI Krım xanı.[1]
II Sahib Gəray | |
---|---|
noyabr 1771 – 1775 | |
Əvvəlki | III Səlim Gəray |
Sonrakı | IV Dövlət Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1726 |
Vəfat tarixi | 1807 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | suveren[d] |
Atası | Topal Əhməd Gəray (kalqay) |
Ailəsi | Gəraylar |
Dini | sünni islam |
1726-cı ildə doğuldu. Krım xanı II Dövlət Gərayın nəvəsi, Topal Əhməd Gərayın (ö. 1750) oğludur. İlk illəri haqqında məlumat yoxdur. Haqqındakı ilk məlumat isə 1770-ci ildə Perekop qalasının mühafizəsi ilə vəzifələndirilməsidir.
1771-ci ilin iyununda rusların general Dolqorukovun idarəsində yarımadanı işğal etməsi və Osmanlı tərəfdarı III Səlim Gərayın məğlub olaraq İstanbula qaçmasının ardından 1771-ci ilin noyabrında rusların himayəsində Krım xanı təyin edildi. Kalqay olaraq qardaşı Şahin Gəray, nurəddin olaraq isə Maqsud Gərayın oğlu Bahadur Gəray təyin edildi.
Dərhal rus işğalını dayandırmaq üçün danışıqlara başladı və 1 noyabr 1772-ci ildə Qarasuvbazar müqaviləsi ilə rusların hərbi ekspedisiyası dayandırıldı. Bununla belə onlar tərəfindən işağl edilən bütün qalalar rusların əlində qaldı. Ruslardan və noqaylardan aldığı dəstəklə xanlığı müstəqil şəkildə idarə edəcəyini düşünsə də, çox keçmədən rusların bölgəni tamamilə işğal etmək niyyətini anladı.
Osmanlı sultanı III Mustafa tərəfindən bölgədəki rus nüfuzunu azaltmaq məqsədilə göndərilən Dövlət Gərayın hərbi uğurları rusları təşvişə salmışdı. Üstəlik bu dəfə Sahib Gəray da onu gizlicə dəstəkləyirdi. Buna baxmayaraq Şimali Qafqaz və Balkan yarımadasındakı məğlubiyyətlərin ardından Osmanlılar 21 iyul 1774-cü ildə Kiçik Qaynarca sülhüylə müharibəni dayandırdı və məğlubiyyətini elan etdi. Üstəlik sülhün şərtlərinə görə, Krım xanlığı rusların himayəsində müstəqil xanlığa çevrildi.
Artan rus təsirini azaltmaq və yerli tatar bəylərini vahid cəbhədə toplamaq üçün Sahib Gəray 1775-ci ildə Dövlət Gərayın lehinə taxtdan çəkildi. Dərhal İstanbula getdi və Çatalca yaxınlarındakı mülkündə yaşamağa başladı. 1807-ci ildə burada vəfat etdi.