I Hacı Gəray (30 noyabr 1397, Trakay – avqust 1466, Bağçasaray) — Krım xanlığının birinci xanı və Gəraylar sülaləsinin banisi. Sülalənin adı Hacı Gəray xanın adından götürülüb.
I Hacı Gəray | |
---|---|
krımtat. I Hacı Geray krımtat. ١ حاجى كراى | |
1441 – 1456 | |
Sonrakı | Heydər Gəray |
1456 – avqust 1466 | |
Əvvəlki | Heydər Gəray |
Sonrakı | Nurdövlət Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 noyabr 1397 |
Doğum yeri | |
Vəfat tarixi | avqust 1466 (68 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | suveren[d] |
Uşaqları | |
Ailəsi | Gəraylar |
Dini | sünni islam |
Vikianbarda əlaqəli mediafayllar |
Ailəsi Çingiz xanın oğlu Cucinin soyuna mənsub olub, şəcərəsi tarixçilər tərəfindən fərqli variantlarda izah olunur.
Krımın müstəqilliyi üçün ilk dəfə Hacı Gərayın babası Daşdəmir xan mübarizə aparmışdır. Belə ki, Daşdəmir xan bu mübarizədə müvəqqəti də olsa, qalib gəlmiş, öz adına pul kəsdirib müstəqilliyini elan etmişdi. Ondan sonra oğulları Qiyasəddin və Dövlət Bərdi xanlar, Qızıl orda imperiyası parçalandıqdan sonra Qazan bölgəsini ələ keçirən Uluq Məhəmmədə qarşı bu mübarizəni davam etdirdilər. Əmisi Dövlət Bərdi, 1426-cı ildə xan ünvanıyla Misir sultanına elçi göndərərək səltənətini leqallaşdırmağa çalışdı. Ancaq bu mübarizədə məğlub olan atası və əmisi Litva knyazlığına sığındı. Polyak tarixi mənbələrinə görə, Qiyasəddinin burada dünyaya gələn oğlu məhz Hacı Gəraydır.
Hacı Gərayın Krım bölgəsini nə vaxt zəbt etdiyi bilinmir. Uluq Məhəmmədin 1428-cii ldə Osmanlı sultanı II Murada yazdığı məktubda Bağçasarayın 1427-ci ildə ələ keçirildiyi yazılır. Deməli, bu tarixdən təqribən bir neçə il sonra Hacı Gəray Krım xanlığını ələ keçirdi. Bu mübarizədə onu yerli Şirin, Konrat və Barın qəbilələri dəstəklədi.
Onun Krımda möhkəmlənməsinə aid bir digər rəvayətə görə isə, Uluq Məhəmməd bölgədəki idarəni itirərək geri çəkilmiş, 1420-ci ildə Hacı Gəray xanlığın əsasını qoymuşdur. Ardından 1429-cu ildə Qızıl ordalıları məğlub edərək Krım və ətraf bölgələri özünə tabe etmişdir. Ancaq bu rəvayət tarixi nöqteyi-nəzərdən mümkünsüzdür. Çünki 1429-cu ildə əmisi Dövlət Berdi xan Krımda xan idi. Krımda onun adına ilk dəfə 1441 və 1443-cü illərdə pul kəsilmişdir.
Hacı Gərayın bölgədəki ilk mübarizəsi Krım limanlarını əlində tutan genuyalılarla oldu. 1434-cü ilin iyulunda onlara qarşı parlaq qələbə qazandı. Qələbənin ardından Kəfə qalasını mühasirəyə alsa da, lazımi döyüş sursatı olmadığından qısa zamanda geri çəkildi.
1454-cü ilin iyununda Hacı Gəray, Kəfə qalasını ələ keçirmək üçün Osmanlı sultanı II Mehmedlə ittifaq qurdu. 60 gəmidən ibarət Osmanlı donanması dənizdən, 7 minlik süvari ordusuyla Hacı Gəray isə qurudan qalanı mühasirəyə aldı (14 iyul 1454). Mühasirə uzun müddət davam etdi. Nəhayət, genuyalılar Osmanlılara 3 min, Hacı Gəraya isə 1200 qızıl vergi verməyi təklif etdi və beləliklə, qala mühasirədən azad oldu. Çox keçmədən 1456-cı ildə xanın böyük oğlu Heydər Gəray yerli əyanlar və genuyalıların dəstəyi ilə ayaqlandı. Ancaq cəmi 2 aylıq mübarizənin ardından məğlub oldu və ölkədən qaçdı. Bu hadisənin ardından Hacı Gəray genuyalılarla dostluq münasibətlərini qorudu.
Litva knyazı və polyaklarla müttəfiq olan Hacı Gəray 1445-ci ildə Polşa kralı IV Kasimirlə ittifaq qurdu. Buna baxmayaraq öz ölkəsində yerli əyanlarla münasibətləri o qədər də yaxşı deyildi. Qızıl orda xanı Toxtamışın nəvəsi Seyid Əhməd xan da rəqiblərindən biri idi. Hətta ona qarşı Moskva knyazlığını müdafiə etmiş, 1465-ci ildə Moskva üzərinə səfərə çıxan Seyid Əhməd xanın ordusunu geri püskürtmüşdü.
Hacı Gərayın qurmuş olduğu Krım xanlığı, şərqi Avropa və Qara dəniz siyasətində önəmli rol oynayırdı. 1465-ci ildə Papa II Pavel, elçi göndərərək Osmanlılara qarşı çıxılacaq xaçlı səfərinə onu da dəvət etmiş, ancaq Hacı Gəray bu təklifi qəbul etməmişdi.
1466-cı ilin avqustunda vəfat edən Hacı Gəray Bağçasarayda yerləşən türbəsinə dəfn edildi. Ardında taxt uğrunda mübarizə aparan 8 övlad qoyan Hacı Gəray sağlığında bir çox mədrəsə və məscid inşa etdirmişdir.
Adı bilinən övladları aşağıdakılar: