I İslam Gəray

I İslam Gəray (v. 1537[1]) — VIII Krım xanı.[2]

I İslam Gəray
may – oktyabr 1532
ƏvvəlkiI Səadət Gəray
SonrakıI Sahib Gəray
Şəxsi məlumatlar
Vəfat tarixi 1537[1]
Fəaliyyəti monarx
Atası I Mehmed Gəray[1]
Dini sünni islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Krım xanı I Mehmed Gərayın oğludur. Atasının 1524-cü ildə noqaylar tərəfindən qətlə yetirilməsinin ardından İslam Gəray və qardaşları əsir alındılar. Bir neçə qardaşı qətlə yetirildi. Qaçan qardaşı I Qazi Gəray hakimiyyəti ələ alsa da, atasının qətlində ittiham olunurdu və bu səbəblə yerli əyanlar tərəfindən səltənəti qəbul edilmirdi. Bu səbəblə hakimiyyətdən alındı və yerinə əmisi I Səadət Gəray gətirildi.

Bir müddət sonra əsirlikdən qayıdan İslam Gəray kalqay elan edildi. Ancaq taxtda gözü var idi və bu səbəblə bir neçə dəfə əmisinə qarşı ayaqlandı. Nəhayət 1532-ci ilin mayında əmisinin taxtdan könüllü şəkildə çəkilməsinin ardından hakimiyyəti ələ aldı. Ancaq eynilə qardaşı kimi onun da səltənəti Osmanlı sultanı tərəfindən qəbul edilmədi və 5 ay sonra yerinə digər əmisi Sahib Gəray xan, özü isə kalqay təyin edildi.

Ancaq bir il sonra yenidən ayaqlanan İslam Gəray 3 il davam edən taxt mübarizəsinin ardından məğlub oldu və noqaylara sığındı. Ancaq gedən döyüşlərin birində ələ keçirilərək edam olundu.

  • Oleksa Gaivoronsky «Повелители двух материков», Kiev-Bakhchisarai, 2007, ISBN 978-966-96917-1-2
  1. 1 2 3 Мякотин В. А. Ислам-Гирей I (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1894. Т. XIII. С. 387.
  2. Henry Hoyle Howorth, History of the Mongols, 1880, part 2, p 479