II Səlim Gəray

II Səlim Gəray (170829 may 1748, Bağçasaray) — XXXVIII Krım xanı.[1]

II Səlim Gəray
noyabr 1743 – 29 may 1748
ƏvvəlkiII Səlamət Gəray
SonrakıArslan Gəray
Şəxsi məlumatlar
Doğum tarixi 1708
Vəfat tarixi 29 may 1748(1748-05-29)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti suveren[d]
Atası I Qaplan Gəray
Uşağı
Ailəsi Gəraylar
Dini sünni islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Krım xanı I Qaplan Gərayın oğludur. 1741-ci ildə əmisi II Səlamət tərəfindən kalqay təyin edildi. 2 il sonra onun Osmanlılar tərəfindən vəzifədən alınmasıyla Krım xanlığına gətirildi (noyabr 1743). Əmisi Adil Gərayın oğlu Şahini kalqay, digər əmisi Bəxti Gərayın oğlu Səlimi isə nurəddin təyin etdi. 3 il sonra Səlim Gərayın vəfatıyla nurəddin ünvanı digər əmisi Mehmed Gərayın oğlu Əhmədə verildi.

Taxta çıxdığı ərəfədə İstanbulda qıtlıq yaranmış, Krımdan göndərdiyi ərzaq və taxıl yarımıyla Osmanlı sultanının rəğbətini qazandı. Digər yandan uzun zamandır əsir tutulan rus əsirlərini qaytararaq ruslarla bağlanan sülhün qorunmasına müvəffəq oldu. 1745-ci ildə Nadir şah Əfşara qarşı tərtib olunan səfərə çağırıldı və 20 minlik hərbi birliklə Osmanlıların cəbhəsində vuruşdu. Hərbi şöhrət qazandı.

1748-ci ilin mayında Səlim Gəray vəfat etdi və cənazəsi Bağçasarayda dəfn olundu.

  • Oleksa Gaivoronsky «Повелители двух материков», Kiev-Bakhchisarai, 2007, ISBN 978-966-96917-1-2
  1. Henry Hoyle Howorth, History of the Mongols, 1880, part 2, p 479