Murad Gəray (1627[1] – 1696[1], Yambol[d]) — XXVI Krım xanı.[2]
Murad Gəray | |
---|---|
dekabr 1677 – 30 sentyabr 1683 | |
Əvvəlki | I Səlim Gəray |
Sonrakı | II Hacı Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1627[1] |
Vəfat tarixi | 1696[1] |
Vəfat yeri |
|
Dəfn yeri | |
Fəaliyyəti | suveren[d] |
Ailəsi | Gəraylar |
Dini | sünni islam |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Krım xanı I Səlamət Gərayın nəvəsi, nurəddin Mübarək Gərayın (ö. 1632) oğludur. IV Mehmed Gəray səltənətində nurəddin olan Murad Gəray daha sonra bu vəzifədən alındı və İstanbula girov olaraq göndərildi. Çehrin qalasının azad olunmasında uğur qazana bilməyən əmisi oğlu I Səlim Gərayın yerinə Krım xanlığına gətirildi (dekabr 1677). Əmisi Səfa Gərayın oğlu Toxtamışı kalqay, digər əmisi Krım Gərayın oğlu Səadəti isə nurəddin təyin etdi.
O əsnada davam edən Osmanlı-Rusiya müharibəsinə dəvət olundu. 1678-ci ildə Çehrin qalasının azad olunmasında sədrəzəm Mərzifonlu Mustafa Paşayla birlikdə vuruşdu. Hər iki tərəf arasında bağlanan Bağçasaray sülhünün danışıqlarında iştirak etmişdir. Ancaq daha sonra sədrəzəmlə münasibətləri pozuldu. İkinci Vyana mühasirəsində Osmanlı ordusuna gözlənilən dəstəyi verməyən Murad Gəray bu mühasirənin uğursuz nəticələnməsində mühüm rol oynamışdır. Bu bəhanə göstərilərək Murad Gəray dərhal vəzifədən alındı və yerinə əmisi oğlu II Hacı Gəray xan elan olundu. Geri qalan ömrünü Saracelindəki malikanəsində yaşayan Murad Gəray 1696-cı ildə burada vəfat etdi.