Ağadərəsi, Katnaxpyur, Aqadzor — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd.[2]
Ağadərəsi | |
---|---|
40°15′22″ şm. e. 44°40′36″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.450 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 7 km məsafədə yerləşir. Kəndin adı erməni dilinə kalka edilərək Aqadzor (dzor erməni dilində dərə deməkdir) formasında işlədilir[3].
Toponim Azərbaycan dilində "varlı, zadəgan, mülkədar" mənasında işlənən ağa və III şəxsin təkinin mənsubiyyət şəkilçisi (-si) qəbul etmiş dərə sözlərindən əmələ gəlmişdir. Relyeflə bağlı II növ təyini söz birləşməsi formasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Katnaxpyur (Südlü bulaq) qoyulmuşdur.
1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir. 1728-ci ilə aid türkcə mənbədə kəndin Həsən adlı şəxsə (mülkədara) mənsub olması qeyd olunur (Timari Həsən karyei Aqadzor). XVIII əsrin əvvəllərinə aid ermənicə mənbədə (150, 358) Aqasor kimidir. Bu göstərir ki, kəndin adında ermənicə dzor-dərə sözü yoxdur, əks halda ermənicə yazılışda Aqasor yazılmazdı. Lakin erməni tarixçisi toponimi Aqazor götürərək ruscaya Alidzor kimi çevirmişdir . Kəndin adı Kitabi-Dədə Qorqud eposunda çəkilən Ağ hasar toponiminin sonralar təhrif olunmuş formasıdır: Ağ hasar adı əvvəlcə Ağasor, sonra da Ağadzor şəklinə düşmüşdür.[4]
Burada ermənilərlə yanaşı 1831-ci ildə 27 nəfər, 1873-cü ildə 14 nəfər, 1886-cı ildə 15 nəfər, 1897-ci ildə 3 nəfər azərbaycanlı yaşamışdır[5].
XX əsrin əvvəllərində, 1905–1906-cı illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.