Mihrişah Validə Sultan

Mehrişah Sultan (174516 oktyabr 1805, Konstantinopol) — 26. Osmanlı sultanı III Mustafanın ikinci xanımı.[1]

Mehrişah Sultan
7 aprel 1789 – 16 oktyabr 1805
ƏvvəlkiŞahsüvar Sultan
SonrakıAişə Səniyəpərvər Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 1745
Vəfat tarixi 16 oktyabr 1805(1805-10-16)
Vəfat yeri
Dəfn yeri Mihrişah Sultan türbəsi
Fəaliyyəti qul[d]
Uşağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Doğum tarixi tam olaraq bilinməsə də, 1745-ci ildə dünyaya gəldiyi düşünülür. Əslən genuyalı və ya fransız olması ilə bağlı məlumat yanlışdır. Gürcü pravoslav keşişin qızı idi və dövrün şeyxülislamlarından Vəliüddin Əfəndi tərəfindən sultana hədiyyə edilmişdi. Saraya alındıqdan sonra adı farsca "Günəşin şahı" mənasını verən Mehrişah olaraq dəyişdirildi. Saray hərəmxanasında "Gürcü gözəli" olaraq məşhurlaşmışdı. Saraya nə vaxt alındığı məlum olmasa da, 1758-ci ildə Sultan Mustafaya təqdim edildiyi bilinir. Bu müddət ərzində 4 övladı dünyaya gəlmişdir: Hibətullah Sultan, Şahzadə Səlim, Şahzadə Mehmed və Fatma Sultan. İlk övladı Hibətullah Sultanın doğumu isə bütün paytaxt miqyasında şənliklərlə qeyd edilmişdi. Ancaq bu övladı və Mehmed adlı oğlu uşaq yaşlarında vəfat etmişdir.[2]

1774-cü ildə ərinin vəfatı ilə Köhnə saraya göndərildi. Oğlunun taxta çıxışına qədərki dönəmlə bağlı məlumat azdır. Ancaq Sultan Əbdülhəmidin ani vəfatının ardından oğlu 7 aprel 1789-cu ildə taxta çıxdı. İlk işi isə 15 ildir ki görmədiyi anasını möhtəşəm bir mərasimlə Köhnə saraydan Topqapı sarayına gətirmək oldu.

Validə sultanlığı dönəmində dövlət məsələlərindən uzaq qaldı və əsasən xeyriyyə işləriylə məşğul oldu. Oğlunun yeritdiyi Nizam-i Cədid islahatlarını dəstəklədi. Bundan başqa Sultan Səlim hərəmin validə sultanlara ayrılan bölümünü restovrasiya etdirdi və bu bölümdən anasının otağına birbaşa yol inşa etdirdi. Bu bölümün memarlıq xüsusiyyətləri və divar bəzəmələri XVIII əsr Osmanlı memarlığının ən gözəl nümunələridir.

Mehrişah Sultan oğlunun səltənəti dönəmində 1805-ci ildə vəfat etdi. Cənazəsi özünün inşa etdirdiyi Mihrişah Sultan türbəsinə dəfn edilmişdir.

Xeyriyyə işləri

[redaktə | mənbəni redaktə et]

Gördüyü xeyriyyə işlərindən bəziləri aşağıdakılardır:

  • Mehrişah Validə Sultan külliyəsi (1795)
  • Sarıyerdə Arabaçı dərəsi üzərindəki Validə bəndi (1796)
  • Ləvənd ordugahı məscidi (1801)
  • Lağımçılar ordugahı məscidi (1801)
  • Bəyoğlunda Mövləvi ocağı (1801)
  • Sarıyerdə Mehrişah Validə Sultan çeşməsi (1805)
  • Əminönündə Mehrişah Validə Sultan çeşməsi
  • Mehrişah Validə Sultan məscidi
  • John Freely (2001). Inside the Seraglio: private lives of the sultans in Istanbul. Penguin.
  • Kal'a, Ahmet; Tabakoğlu, Ahmet (2002). Vakıf su defterleri. İstanbul Araştırmaları Merkezi. p. 182.
  • M. Çağatay Uluçay (2011). Padişahların kadınları ve kızları. Ötüken. p. 159.
  • Tarihtekiler. Mihrişah Valide Sultan
  • Biyografya.com
  1. Leslie P. Peirce (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire. 198 Madison Avenue, New York, New York 10016–4314: Oxford University Press. p. 312.
  2. Fanny Davis (1986). The Ottoman Lady: A Social History from 1718 to 1918. Greenwood Publishing Group. p. 6