Mehmed Əmin Əli Paşa

Mehmed Əmin Əli Paşa (5 mart 1815[1][2], İstanbul7 sentyabr 1871[1][2], İstanbul) — Sultan ƏbdülməcidSultan Əbdüləzizin səltənətlərində 5 dəfə — ümumlikdə 8 il 4 ay 7 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı.[3][4]

Mehmed Əmin Əli Paşa
ƏvvəlkiMustafa Rəşid paşa
SonrakıKürəkən Mehmed Əli Paşa
4 may 1855 – 1 dekabr 1856
ƏvvəlkiMustafa Rəşid paşa
SonrakıMustafa Rəşid paşa
7 yanvar 1858 – 8 oktyabr 1859
ƏvvəlkiMustafa Rəşid paşa
SonrakıMehmed Əmin Paşa
6 avqust 1861 – 22 noyabr 1861
ƏvvəlkiMehmed Əmin Paşa
SonrakıMehmed Fuad Paşa
11 fevral 1867 – 7 sentyabr 1871
ƏvvəlkiMehmed Rüşdü Paşa
SonrakıMahmud Nədim Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 5 mart 1815(1815-03-05)[1][2]
Doğum yeri
Vəfat tarixi 7 sentyabr 1871(1871-09-07)[1][2] (56 yaşında)
Vəfat yeri
Vəfat səbəbi vərəm
Dəfn yeri
Fəaliyyəti diplomat, siyasətçi
Atası Əli Rza Əfəndi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstanbulun Fateh rayonuna bağlı Mərcan məhəlləsində dünyaya gəlmişdir. Misir bazarı əsnaflarından Əli Rza Əfəndinin oğludur. Əsl adı Mehmed Əmindir. Məhəllə məktəbindəki ilk təhsilinin ardından ərəb dili dərsləri almağa başladı ancaq atasının ölümündən sonra təhsilini yarımçıq qoydu. 1830-cu ildə atasının dostlarından birinin yardımıyla divan-ı hümayun katibliyinə girdi və burada boyunun qısalığı, gözəl əxlaqı və qabiliyyəti səbəbilə "Əli" təxəllüsü aldı. Daha sonra bu təxəllüslə şöhrət qazandı. 1833-cü ildə tərcüməçilər bölümünə daxil oldu. 1835-ci ildə Avstriya imperatoru I Ferdinandın taxta çıxışı münasibətilə göndərilən heyətlə birlikdə ikinci baş katib olaraq Vyanaya yollandı. Burda qaldığı 18 ay müddətində fransız dili öyrəndi və diplomatik münasibətlərini möhkəmləndirdi. 1837-ci ildə Sankt-Peterburqa göndərildi və döndükdən sonra divan-ı hümayun tərcüməçisi təyin edildi. 1838-ci ildə London səfiri olan Rəşid Paşa ilə birlikdə Londona, ardından Parisə yola düşdü. Sultan Mahmudun vəfatı və oğlu Əbdülməcidin taxta çıxmasının ardından Rəşid Paşayla birlikdə İstanbula qayıtdı və yenidən divan-ı hümayun tərcüməçisi təyin edildi.

Rəşid Paşaya olan yaxınlığı və onun himayəsi sayəsində sürətlə yüksəlməyə başladı. Əvvəlcə 1840-cı ildə vəkil olaraq, daha sonra isə tam təyinatla Xariciyyə (Xarici işlər nazirliyi) müşaviri təyin edildi. 1841-ci ildə London səfirliyinə gətirildi və 3 il burada yaşadı. Döndükdən sonra məclis üzvü olan Mehmed Əmin Paşa, Xariciyyə naziri Rəşid Paşanın Paris səfəri əsnasında onun yerinə vəkil olaraq işləri davam etdirmişdir. Ardından yenidən Xariciyyə müşaviri təyin edildi. Rəşid Paşanın 1846-cı ildə sədarətə gətirilməsinin ardından əvvəlcə Xariciyyə naziri, bir müddət sonra isə vəzirlik rütbəsiylə paşa oldu (1848). Ancaq Rəşid Paşanın sədarətdən alınmasının ardından vəzifədən alındı və məclis rəyasət heyətinə daxil edildi. Ancaq Rəşid Paşanın eyni il ərzində ikinci dəfə sədarətə təyin olması nəticəsində, Mehmed Əmin Paşa da ikinci dəfə Xariciyyə nazirliyinə gətirildi. 1852-ci ildə isə hələ 38 yaşında ikən Rəşid Paşanın yerinə sədrəzəm təyin olundu. Öz vəzifəsinə isə yaxın dostu Fuad Əfəndini təyin etdi və onun bu hərəkəti Rəşid Paşadan uzaqlaşdığının ilk göstəricisi oldu. Ancaq sədarətə təyin olunması səbəbilə keçirilən mərasimin ardından Rəşid Paşanın Baltalimanındakı köşkünə gedərək əlini öpməsi ikisi arasındakı münasibətlərin korlanmasının qarşısını aldı.

Eyni il içində sədarətdən alınan Mehmed Əmin Paşa, yeni sədrəzəm Kürəkən Mehmed Əli Paşanın da təklifi ilə öncə İzmir, ardından Xudavəndigar valiliyinə (indiki icra hakimliyi) təyin edildi (1854). Çox keçmədən valilik vəzifəsi qalmaq şərtiylə, yeni açılan Tənzimat məclisinin rəisliyinə gətirildi. Krım müharibəsi əsnasında üçüncü dəfə Xariciyyə naziri oldu və müharibənin sonunda sülh müzakirələri ilə bağlı Vyanaya göndərildi. 1855-ci ilin mayında ikinci dəfə sədarətə gətirilən Mehmed Əmin Paşa müharibənin ardınan toplanan Paris konfransında təmsilçi oldu və 30 mart 1856 tarixli Paris sülh müqaviləsini imzaladı. İstər bu münasibətlə elan edilən İslahat fərmanı (18 fevral 1856) səbəbilə, istərsə də konfransda dövləti layiqincə təmsil etməməsi ittihamları səbəbilə, xüsusilə Rəşid Paşa tərəfindən ağır tənqid edildi və vəzifədən alınaraq yerinə Rəşid Paşa təyin olundu (noyabr 1856). Ona təklif edilən Xariciyyə nazirliyini qəbul etməsə də, Rəşid Paşanın sədarətdən alınmasının ardından nazirlik vəzifəsini qəbul etdi. Beləcə ikisi arasındakı soyuq müharibə gözlər önünə sərilmiş oldu. Buna baxmayaraq Rəşid Paşanın 1857-ci ilin oktyabrında başlayan sədarətində Xariciyyə nazirliyini davam etdirdi və Rəşid Paşanın vəfatının ardından üçüncü dəfə sədarətə gətirildi (11 yanvar 1858). Bir il davam edən bu sədarəti ərzində dövlətin içində olduğu maliyyə böhranı dərinləşmiş, sarayın israfçılığı və müsrif xərclərini tənqid etməsinin ardından vəzifədən alındı (18 yanvar 1859). Vəzifədən alındıqdan sonra Tənzimat məclisi rəisliyinə gətirilən Mehmed Əmin Paşa sədrəzəmin Rumeliyə səyahəti əsnasında sədarət vəkili, Xariciyyə naziri Fuad Paşanın Dəməşqə təyinatının ardından isə əvvəlcə vəkil olaraq, daha sonra isə tam təyinatla altıncı dəfə Xariciyyə naziri təyin edildi (1861). Sultan Əbdüləzizin taxta çıxışının ardından (6 avqust 1861) dördüncü dəfə sədarətə gətirilən Mehmed Əmin Paşa çox keçmədən 22 noyabrda yenidən vəzifədən alındı. Ancaq yerinə təyin olunan Fuad Paşanın sədarəti, Mehmed Əmin Paşanın Xariciyyə nazirliyi şərtiylə qəbul etməsi səbəbilə yeddinci dəfə bu vəzifəyə gətirildi və 6 il boyunca bu vəzifədə qaldı. 1867-ci ildə Krit və Serbiya məsələləri səbəbilə vəzifədən alınan Rüşdü Paşanın yerinə beşinci dəfə sədrəzəmliyə gətirildi (11 fevral 1867). Bu əsnada serblərlə mülayim siyasət yürütmüş və vəziyyəti onların xeyrinə həll etmişdir. Krit üsyanının yatırılması üçün hərbi birliklər təyin etsə də, üsyanın FransaRusiya tərəfindən dəstəklənməsi vəziyyəti çətinləşdirdi. Həm bu hal, həm də serblərə olan mülayim rəftarı haqqında şayələrin yayılmasına səbəb oldu. Ziya PaşaƏli Suavi kimi müxalifləri tərəfindən ağır şəkildə tənqid edildi.

Paşanın Süleymaniyyə məscidinin həzirəsindəki məzarı

Yaxın dostu Fuad Paşanın ölümünün ardından (1869) Xariciyyə nazirliyini də ələ alan Mehmed Əmin Paşa bu tarixdən etibarən dövlət məsələlərində tək söz sahibi oldu və bu gücünü ölümünə qədər əlində tutdu. Xarici siyasətdə Rəşid Paşanın əksinə Fransa yanlısı siyasət yürütdü. 7 sentyabr 1871-ci ildə vərəm xəstəliyindən vəfat edən Mehmed Əmin Əli Paşanın cənazəsi Süleymaniyyə külliyəsindəki həzirədə dəfn edilmişdir.[5]

  • Cevdet, Tezâkir, II, 4, 6, 7, ayrıca bk. İndeks;
  • a.mlf., Ma‘rûzât, s. 22, 34, ayrıca bk. İndeks;
  • Ed. Engelhardt, Türkiye ve Tanzimat (trc. Ali Reşâd), İstanbul 1328, tür.yer.;
  • Abdurrahman Şeref, Târih Musâhabeleri, İstanbul 1923, tür.yer.;
  • İbnülemin, Son Sadrıazamlar, I, 4–58;
  • Roderic H. Davidson, Reform in the Ottoman Empire 1856–1876, Princeton 1963;
  • A. H. Ongunsu, "Âli Paşa", İA, I, 335–340;
  • H. Bowen, "ʿÂlī Pasha Muhammad Amīn", EI2 (İng.), I, 396–398.
  1. 1 2 3 4 Mehmed Emin Ali Pasa // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 Mehmed Emin Ali Pascha // Brockhauz Ensiklopediyası (alm.).
  3. Belgelerle Tanzimat: Osmanlı Sadrıazamlarından Âli ve Fuad Paşaların Siyasî Vasiyetnâmeleri (trc. Engin Deniz Akarlı), İstanbul 1978;
  4. Ali Fuad Türkgeldi, Ricâl-i Mühimme-i Siyâsiyye, İstanbul 1928, s. 56–140;
  5. Balyuzi, Hasan (1991). Bahá'u'lláh: The King of Glory (Second ed.). Oxford, UK: George Ronald. p. 469. ISBN 0-85398-328-3.