Ramil Quliyev ({{DVTY}} şablonu boşdur ) — Azərbaycanı və Türkiyəni təmsil edən yüngül atlet, 2017-ci il Dünya Çempionatının və 2018-ci il Avropa Çempionatının qalibi.[1]
Ramil Quliyev | ||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||
Tam adı | Ramil Eldar oğlu Quliyev | |||||||||||||||||||
Vətəndaşlığı |
Azərbaycan → Türkiyə |
|||||||||||||||||||
Boyu | 188 sm. (5 ft 6 in) | |||||||||||||||||||
İdman növü | Yüngül atletika | |||||||||||||||||||
Məşqçisi | Tofiq Əliyev | |||||||||||||||||||
Medallar
|
Ramil Quliyev 1990-cı il mayın 29-da anadan olub. Ramil Quliyev 2019-cu ildə Rusiya atleti Yekaterina Zavyalova ilə evləndi. Cütlüyün bir qızı var.
Ramil Quliyev 2006-cı ildə Çində baş tutan gənclər arasında Dünya Çempionatında mübarizə apardı və 100 metr məsafəyə qaçış turnirində 10.90 saniyə nəticə göstərdi. Bir il sonra, 2007-ci ildə isə Ramil Quliyev Çexiyanın Ostrava şəhərində yeniyetmələr arasında Dünya Çempionatında 200 metr məsafəyə qaçış turnirində 20.72 saniyə nəticə göstərdi və turniri gümüş medalla başa vurdu. Həmin il Ramil Quliyev həm də Serbiyanın Belqrad şəhərində Avropa Gənclər Olimpiya Festivalında 100 metr məsafəyə qaçış turnirində 10.50 saniyə nəticə ilə, 200 metr məsafəyə qaçış turnirində isə 20.98 saniyə nəticə ilə turnirin qızıl medallarına sahib oldu.
2008-ci ildə Ramil Quliyev İspaniyanın Valensiya şəhərində baş tutan Dünya Çempionatında (zalda) mübarizə apardı və 60 metr nəticəyə qaçış turnirində 6.84 saniyə nəticə göstərdi. Həmin ilin iyulunda Ramil Quliyev Polşanın Bıdqoş şəhərində gənclər arasında Dünya Çempionatında 100 metr məsafəyə qaçış turnirini 21.00 saniyə nəticə ilə beşinci pillədə başa vurdu. Avqustda isə Ramil Quliyev Azərbaycanı Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Ramil Quliyev 200 metr məsafəyə qaçış turnirində mübarizə apardı.[2] Təsnifat mərhələsinin G qrupunda mübarizə aparan Ramil Quliyev 20.78 saniyə nəticə göstərdi və qrupu 2-ci pillədə başa vurdu.[2] Bu nəticələrə əsasən Ramil Quliyev növbəti mərhələyə vəsiqə qazandı.[2] Bununla da Ramil Quliyev Azərbaycanın Olimpiya Oyunları tarixində növbəti mərhələyə vəsiqə qazanmağı bacaran birinci sprinter oldu. Həmin gün baş tutan dörddəbir final mərhələsində isə Ramil Quliyev 20.66 saniyə nəticə göstərdi və qrupu altıncı pillədə başa vurdu.[2] Bu nəticələrə əsasən Ramil Quliyev yarım-final mərhələsinə vəsiqə qazana bilmədi.[2]
Ramil Quliyev 2009-cu ilin martında İtaliyanın Turin şəhərində baş tutan Avropa Çempionatında (zalda) 60 metr məsafəyə qaçış turnirində 6.68 saniyə nəticə ilə turniri yeddinci pillədə başa vurdu. İyulda Serbiyanın Belqrad şəhərində baş tutan Universiada Oyunlarında 200 metr məsafəyə qaçış turnirində 20.04 saniyə nəticə ilə turnirin qızıl medalına sahib olan Ramil Quliyev həmin ay Serbiyanın Novi Sad şəhərində baş tutan gənclər arasında Avropa Çempionatında 100 metr məsafəyə qaçış turnirində 10.16 saniyə nəticə ilə gümüş medala, 200 metr məsafəyə qaçış turnirində isə 20.33 saniyə nəticə ilə qızıl medala sahib oldu. Avqustda Almaniyanın Berlin şəhərində Dünya Çempionatlarında debüt edən Ramil Quliyev 200 metr məsafəyə qaçış turnirinin final mərhələsində 20.62 saniyə nəticə göstərdi və turniri yeddinci pillədə başa vurdu.
Azərbaycan bu idman növü üzrə bazanın zəif olması, idmançılara təqaüdlərin verilməməsi və məşq proseslərinin zəif olmasına görə Ramil Quliyev 4 aprel 2011-ci ildə Türkiyə vətəndaşlıını qəbul elədi. Azərbaycan Atletləri Federasiyası (AAF) Ramil Quliyevin bu addımını təqdir eləmədi. Qaydalara əsasən vətəndaşlıını dəyişən idmançının beynəlxalq turnirlərdə çıxış eləməsi üçün bundan əvvəl təmsil elədiyi federasiyadan rəsmi icazə sənədi təqdim edilməli idi. Amma dönəmin AAF Prezidenti Çingiz Hüseynzadə tərəfindən bu icazə verilmədi və Ramil Quliyev 3 il müddətinə nüfuzlu beynəlxalq turnirlərdə mübarizə apara bilmədi. Bu müddət ərzində Ramil Quliyev milli çempionatlarda və regional turnirlərdə çıxış elədi.
2013-cü ildə Ramil Quliyev Mersin şəhərində Aralıq dənizi Oyunlarında 100 metr məsafəyə qaçış turnirində 20.46 saniyə, 200 metr məsafəyə qaçış turnirində isə 10.24 saniyə nəticə ilə gümüş medallara sahib oldu. Qadağanın başa çatmasından sonra Ramil Quliyev 2014-cü ildə İsveçrənin Sürix şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı və 200 metr məsafəyə qaçış turnirində 20.48 saniyə nəticəyə imza ataraq turniri altıncı pillədə başa vurdu.
2015-ci ildə Ramil Quliyev Cənubi Koreyada baş tutan Universiada Oyunlarında 100 və 200 metr məsafəyə qaçış turnirlərində müvafiq olaraq 10.16 və 20.58 saniyə nəticə göstərdi və turnirin bürünc medallarına sahib oldu. Həmin il Çində baş tutan Dünya Çempionatında isə Ramil Quliyev 200 metr məsafəyə qaçış turnirində 20.11 saniyə nəticə ilə turniri altıncı pillədə başa vurdu.
Ramil Quliyev Avropa Çempionatlarında birinci uğuruna 2016-cı ilin iyulunda Niderlandın Amsterdam şəhərində baş tutan Avropa Çempionatında imza atdı. 200 metr məsafəyə qaçış turnirində Ramil Quliyev 20.50 saniyə nəticə göstərdi və gümüş medalın sahibi oldu. Həmin ilin avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında çıxış edən Ramil Quliyev 200 metr məsafəyə qaçış turnirində 20.50 saniyə nəticə ilə olimpiadanı 8-ci pillədə başa vurdu.
2017-ci ilin mayında Ramil Quliyev Azərbaycanda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında 100 və 200 metr məsafələrə qaçış turnirlərində islamiadanın qızıl medallarına sahib oldu. Karyerasının ən ciddi uğuruna isə Ramil Quliyev həmin ilin avqustunda imza atdı. Birləşmiş Krallıqın London şəhərində baş tutan Dünya Çempionatında Ramil Quliyev 200 metr məsafəyə qaçış turnirində 20.08 saniyə nəticə göstərdi və Dünya Çempionatının qalibi oldu.
Ramil Quliyev 2018-ci ilin iyununda İspaniyanın Tarraqona şəhərində baş tutan Aralıq dənizi Oyunlarında 200 metr məsafəyə qaçış turnirində qızıl medala, 4x100 metr məsafəyə estafet qaçışı turnirində isə gümüş medala sahib oldu. Həmin ilin avqustunda Ramil Quliyev Almaniyanın Berlin şəhərində baş tutan Avropa Çempionatında da uğura imza atdı. 200 metr məsafəyə qaçış turnirində 19.76 saniyə nəticə ilə Avropa çempionu olan Ramil Quliyev 4x100 metr məsafəyə estafet qaçışı turnirini isə gümüş medalla başa vurdu.
2019-cu ildə Ramil Quliyev Qətərin Doha şəhərində baş tutan Dünya Çempionatında 200 metr məsafəyə qaçış turnirini beşinci pillədə başa vurdu.
Karyerasında tədricən eniş müşahidə olunan Ramil Quliyev 2021-ci ildə Yaponiyada Olimpiya Oyunlarında, 2022-ci ildə Almaniyada Avropa Çempionatında və 2023-cü ildə Macarıstanda Dünya Çempionatında uğursuz çıxış elədi və final mərhələsinə belə vəsiqə qazana bilmədi. Ramil Quliyev 2022-ci ilin iyulunda Əlcəzairdə Aralıq dənizi Oyunlarını 1 qızıl və 2 gümüş medalla başa vurdu. Ramil Quliyev həm də həmin ilin avqustunda Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarında 200 metr məsafəyə qaçış turnirində qızıl, 4x100 metr məsafəyə estafet turnirində isə gümüş medala sahib oldu.