Əli bəy Hüseynzadə küçəsi, 51 ünvanında yerləşən yaşayış binası – Gəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi. Gəncə üçün xarakterik olan “Günbəzli ev”lərin dövrümüzə çatmış azsaylı nümunələrindən biridir.[1]
Yaşayış binası | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Yerləşir | Əli bəy Hüseynzadə küçəsi, 51 |
Tikilmə tarixi | XIX əsrin I yarısı |
Üslubu | Arran memarlıq məktəbi |
İstinad nöm. | 3865 |
Kateqoriya | yaşayış binası |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
1:3 metr ölçülü evin üstü günbəzlə örtülmüşdür. Adətən bu cür dam örtüyünə malik evlərin (Nizami 33 və Şəddadilər 24) düzbucaqlı təməl planı tərəflərin nisbətinə görə kvadrata yaxın olsa da, Əli bəy Hüseynzadə küçəsi, 51 ünvanında yerləşən yaşayış binasında bu qanunauyğunluq pozulmuşdur. Bununla evin interyerinin həllində də daha sadə dizayna üstünlük verilmiş, divarlar yalnız gəc üzərində sqraffito tipli oyma ilə bəzədilmişdir.[1]