Yuxarı Qarxun (Üçkilsə)

Yuxarı Qarxun — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd, türk mənşəli toponim.[2]

Yuxarı Qarxun
40°04′17″ şm. e. 44°15′47″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 835 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.981 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Yuxarı Qarxun xəritədə
Yuxarı Qarxun
Yuxarı Qarxun

Kənd rayonun cənub-şərq hissəsində, Sevcur çayının sağ sahilində, magistral yolunun yaxınlığında, Armavir mərzinin inzibati mərkəzi olan Armavir şəhərindən 37 kilometr cənub-şərqdə yerləşir.[3] Regionun dəniz səviyyəsindən mütləq hündürlüyü 835 metr təşkil edir.[3]

İqlimi yarımsəhra (Köppen iqlim təsnifatında BSk) kimi xarakterizə olunur. Orta illik hava temperaturu 12,4 °C-dir. İlin ən soyuq ayının (yanvar) orta temperaturu −2,7 °C, ən isti ayının (iyul) orta temperaturu isə 25,8 °C-dir. Uzunmüddətli yağıntının təxmini dərəcəsi 285 mm təşkil edir. Ən çox yağıntı may ayına təsadüf edir (48 mm).[4]

Kənddə 1831-ci ildə 885, 1873-cü ildə 967, 1886-cı ildə 991, 1897-ci ildə 1186, 1904-cü ildə 1153, 1914-cü ildə 1304, 1916-cı ildə 893,[5] 1918-ci ilin yanvarında 1153 nəfər[6] yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayının axırları, mart ayının əvvəllərində kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalmış və sakinlər tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.[6] 1918–1920-ci illərdə Türkiyənin Sürməli vilayətindən köçürülüb gətirilən ermənilər və yezidi kürdlər kəndə yerləşdirilmişdir.[7] Hazırda kənddə ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. Bayramov, İbrahim; Mustafa, Nazim. Həqiqətin onomastikası (az.). Bakı: Şərq-Qərb. 2021. ISBN 978-9952-537-79-6.
  3. 1 2 "Հայաստանի Հանրապետության բնակավայրերի բառարան" (PDF) (erməni). Կադաստրի կոմիտե. 2020-02-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-07-14.
  4. "Jrarat Climate" (ingilis). Climate-Data.org. 2020-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-14.
  5. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s. 82–83, 152–153
  6. 1 2 История Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s. 219
  7. Qafqazda erməni-türk vuruşması (1905–1906), İrəvan, "Sparan Ayvazeansyev Nazareans", 1907. s. 171