Doqquz — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd.[2]
Kənd | |
Doqquz | |
---|---|
40°00′32″ şm. e. 44°32′40″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Gərnibasar mahalı |
Rayon | Qəmərli rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 870 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 6 km şimalda, Gərni çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Doqquz[3], Qafqazın 5 verstlik xəritəsində isə Dokkuz formasında[4] qeyd edilmişdir.
Toponim oğuzların dülqədirli tayfasından olan doqquz etnonimi[5] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kanaçut qoyulmuşdur.
Kənddə tarixən yalnız azərbaycanlı yaşamışdır. 1828-1829 - cu illərdə buraya İranın Xoy və Salmas vilayətlərindən ermənilər köçürülmüşdür[6].
1828-ci ilə qədər Doqquz kəndində cəmi 8 yerli erməni (rus. коренных армян) olmuşdur[7].
Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 127 nəfər, 1873 - cü ildə 159 nəfər, 1886-cı ildə 178 nəfər, 1897-ci ildə 161 nəfər azərbaycanlı yaşamışdır[8].
1918-ci ilin fevral ayında azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşlar[9].
İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir.
Burada 1922-ci ildə 75 nəfər, 1926-cı ildə 78 nəfər, 1931-ci ildə 97 nəfər azərbaycanlı yaşamışdır[8].
SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-53-cü illərdə tarixi-etnik torpaqlarından Azərbaycana köçürülmüşdür. İndi burada ermənilər yaşayır.