Dəlilər, Böyük Dəlilər — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.[2]
Kənd | |
Dəlilər | |
---|---|
39°58′01″ şm. e. 44°32′11″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Gərnibasar mahalı |
Rayon | Qəmərli rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1831 |
Mərkəzin hündürlüyü | 835 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Böyük Dəlilər kəndi Erməni mənbələrində Dəlilər kəndi kimi qeyd edilir[3]. Rayon mərkəzindən 2 km şimal şərqdə, Gərni çayından axan arxın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Dəlilər formasında[4], Qafqazın 5 verstlik xəritəsində Böyük Dəlilər kimi[5] qeyd edilmişdir.
Toponim qədim türk tayfası tele[6] etnoniminə[7] cəmlik bildirən -lər şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Toponimdəki «böyük» sözü fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dalar (dəlilər etnoniminin ermənicə tələffüz formasıdır) qoyulmuşdur.
Burada tarixən yalnız azərbaycanlı yaşamışdır[8]. Kəndə ermənilər 1828-1829 -cu illərdə İranın Xoy vilayətindən köçürülmüşdür. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 46 nəfər, 1873 - cü ildə 115 nəfər, 1886-cı ildə 124 nəfər, 1897-ci ildə 134 nəfər azərbaycanlı yaşamışdır[8]. 1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur.
İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndə az sayda azərbaycanlı dönə bilmişdir. Burada 1922-ci ildə 5 nəfər, 1926-cı ildə 4 nəfər, 1931-ci ildə 4 nəfər azərbaycanlı yaşamışdır [8].
1930-cu illərin ortalannda kənddə olan azərbaycanlılar tamamilə qovulmuşdur. İndi burada yalnız ermənilər yaşayır.