Yuxarı Ağbaş (Qəmərli)

Yuxarı AğbaşQərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd.

Tarixi Azərbaycan əraziləri
Qəmərli
Ümumi məlumatlar
Ölkə Qərbi Azərbaycan
Bölgə Gərnibasar mahalı
Əsası qoyulub 1830
İndiki adı Abovyan
Adının dəyişdirilmə tarixi 1949
Sahəsi
  • 5,58 km²
Əhalisi
  • 1.402 nəf. (2011)[1]
Saat qurşağı
Xəritədə yeri
Yuxarı Ağbaş xəritədə
Yuxarı Ağbaş
Yuxarı Ağbaş
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.

Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə türk mənşəli ağbaş etnonimi[2][3] əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 01.12.1949-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Abovyan qoyulmuşdur[4].

Ermənilər 1828-1829-cu illərdə Xoydan və Salmastdan köçüb burada məskunlaşmış, XX əsrin 40-cı illərində azərbaycanlıları bütünlüklə kənddən sıxışdırıb çıxarmışlar[5].

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 18 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində[6] qeyd edilmişdir.

Kənddə 1873-cü ildə 91 nəfər, 1886-cı ildə 89 nəfər, 1897-ci ildə 183 nəfər, 1904-cü ildə 132 nəfər, 1914-cü ildə 172 nəfər, 1916-cı ildə 200 nəfər azərbaycanlı yaşamışdır[7].

1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunaraq xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti quralandan sonra sağ qalan azərbaycanlılar kəndə dönə bilmişdir.

Burada ermənilərlə yanaşı, 1922-ci ildə 113 nəfər, 1926-cı ildə 117 nəfər, 1931-ci ildə 89 nəfər azərbaycanlı yaşamışdır[7]. SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə 1948-1949-cu illərdə azərbaycanlılar deportasiya olunaraq Azərbaycana köçürülmüşdür. İndi burada ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. Sümər Faruq. Oğuzlar, Bakı, «Yazıçı», 1992, s.323
  3. Əhmədova E. Azərbaycan etnonimlərinin leksik-semantik və struktur-linqvistik təhlili, NDA, Bakı, 1995, s.24
  4. "Arxivlənmiş surət". 2011-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-22.
  5. [1][ölü keçid]
  6. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913, s.3
  7. 1 2 Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.46-47, 126-127 (erm.)