Qafarlı (Qəmərli)

QafarlıQərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd.

Tarixi Azərbaycan əraziləri
Qəmərli
Ümumi məlumatlar
Ölkə Qərbi Azərbaycan
Bölgə Gərnibasar mahalı

İrəvan quberniyası İrəvan qəzasındakı Oğurbəyli kənd icması tərkibində, Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, azərbaycanlılar yaşamış kənd[1].

Gərni çayından axan arxın yanında yerləşirdi. 1918-ci ildə kəndin əhalisi qovulduqdan sonra kənd dağılmışdır.

Toponim türk mənşəli qazaxların çobankərə tayfasından olan qafarlı etnonimindən[2] əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Qazaxların Qafarlı tayfası məskunlaşması nəticəsində yaranmışdır. Tayfanın adı isə mənşəcə xəzərlərin erkən orta əsrlərdə Kabar tayfasının adının danışıqda fonetik dəyişikliyə uğramış formasıdır.[3]

Kəndd 1831-ci ildə 652 nəfər, 1873-cü ildə 515 nəfər, 1886-cı ildə 435 nəfər, 1897-ci ildə 105 nəfər, 1908-ci ildə 540 nəfər, 1914-cü ildə 594 nəfər, 1916-cı ildə 273 nəfər azərbaycanlı yaşamışdır[4]. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir[5].

Qafarlıda 1918-ci ildə 650 nəfər yaşamışdır. Andranikin cəlladsifət silahlıları kəndi birdəfəlik yer üzündən silmişlər. Şahidlərin dediyinə görə kənddən az sayda adam qaçıb qurtara bilmişdi. Meyit əlindən tərpənmək olmurdu. Meyidlərin arasında dolaşan itlərin ulaşmasından adamı vahimə bürüyürdü. Kənddən yalnız xarabalıq və qəbristanlıgın izləri qalmışdır.[6]

  1. [1] [ölü keçid]
  2. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852. s.631
  3. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гафарлы // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  4. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, "Melkonyan fond", 1932, s.48–49, 128–129
  5. "Arxivlənmiş surət". 2011-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-22.
  6. Eldar İsmayıl. "Zavallı ermənilər, yoxsa zalım ermənilər…", Bakı, 2014.