Qarahəmzəli

Qarahəmzəli, QarahamzalıQərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd.[1] [2]

Tarixi Azərbaycan əraziləri
Qarahəmzəli
Ümumi məlumatlar
Ölkə Qərbi Azərbaycan
Bölgə Gərnibasar mahalı
İndiki adı Burastan
Adının dəyişdirilmə tarixi 1978
Əhalisi
  • 2.867 nəf. (2015)
Saat qurşağı
Xəritədə yeri
Qarahəmzəli xəritədə
Qarahəmzəli
Qarahəmzəli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Toponim İrəvan quberniyası İrəvan qəzasında qarahəmzəli nəsil adı əsasında əmələ gəlmişdir. Patronomik və sadə toponimdir. 1918-ci ildə kəndin adı dəyişdirilib Tamamlı, 1920-ci ildə yenidən dəyişdirilərək Burastan qoyulmuşdur. Yaxınlıqda yerləşən Tamamlı kəndi Qarahəmzalı kəndi ilə birləşdirilmişdir. Tamamlıda 1905-ci ildə 27 nəfər azərbaycanlı olmuşdur. Birləşdirilmiş kəndlər Burastan adlandırılmışdır. Erməni əhalisi buraya 1829-1830-cu illərdə İrandan gəlmişlər[3].

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, rayon mərkəzindən 4 km şimal-qərbdə kənd.

Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-ci ildən sonra İrandan köçürülmüşdür[4]. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 55 nəfər, 1873-cü ildə 192 nəfər, 1886-cı ildə 247 nəfər, 1897-ci ildə 269 nəfər azərbaycanlı yaşamışdır[5]. 1918-ci ilin fevral ayında azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur[6]. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 143 nəfər, 1926-cı ildə 157 nəfər, 1931-ci ildə 167 nəfər azərbaycanlı yaşamışdır[5]. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1953-cü illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya edilərək zorla Azərbaycana köçürülmüşdür. İndi burada ancaq gəlmə ermənilər yaşayırlar.[7]

XIX əsrin əvvəllərində əhalisi qarışıq idi. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır [8] [9]. 1590-cı ildən mə'lumdur[10] Еhtimal ki, Qars əyalətində Qara Həmzə kəndindən [11] [12] gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1728-ci ilə aid mənbəyə görə digər adı "Nəhri-Mustafa" idi[13]. 1935-ci ildə kənd Tamamlı, 1950-ci ildə ermənicə Burastan adlandırılmışdır. Qəryə (kənd) və Həmzəli etnonimindən ibarətdir.

  1. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  2. Мамедова Фарида. О некоторых вопросах исторической географии Албании I в. до н. э. - VIII в. “Историческая география Азербайджана”. Баку, 1987.
  3. [1][ölü keçid]
  4. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852,s.551-553
  5. 1 2 Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.46-47, 126-127
  6. История Азербайджана по документам и публикациям,Баку, «Элм», 1990,s.216
  7. "Arxivlənmiş surət". 2011-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-22.
  8. Гейбуллаев Г.А. О происхождении некоторых этнотопонимов Азербайджана. (Доланлар, Онгутлу, Араткенд, Абад, Алат, Керки, Кылычлы). “ДАН Азерб. ССР”, 1981, № 2.
  9. Hubschmann H.Die Altarmenische grammatik, I. Jaepzig, 1985.
  10. Iravan eyaletinin mufessel defteri. Istanbul. Basbakanlik Arsivi, № 633.
  11. Лерх П. Исследование об иранских курдах и их предках северных халдеях. Спб., 1832.
  12. Мамедова Фарида. О некоторых вопросах исторической географии Албании I в. до н. э. - VIII в. “Историческая география Азербайджана”. Баку, 1987.
  13. Yüzbaşov R. Azərbaycanın coğrafi tеrminləri. Bakı, 1966.