Yuxarı Qoylasar

Yuxarı Qoylasarİrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.[2]

Kənd
Yuxarı Qoylasar
40°00′58″ şm. e. 44°31′07″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Gərnibasar mahalı
Rayon Qəmərli rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1829
Mərkəzin hündürlüyü 865 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 1.191 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Yuxarı Qoylasar xəritədə
Yuxarı Qoylasar
Yuxarı Qoylasar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kəndin digər adı Ulya Qoylasar olmuşdur[3]. Rayon mərkəzindən 10 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Yuxarı Quyuluhasar formasında[4] qeyd edilmişdir.

Kəndin ortasında böyük bir meydanda qala olmuşdur və həmin qala uca qalın divarla hasarlanmış, küncləri isə 20 qüllədən ibarət imiş. Kəndin adı məhz həmin qala adından götürülmüşdür.

Qoylasar «qalahasar» sözünün təhrif edilmiş formasıdır və qala və hasar sözlərini birləşməsindən əmələ gəlib «hasarlanınış qala» mənasını bildirir[5]. Toponimin əvvəlindəki işlənən «yuxarı» sözü fərqləndirici əlamət bildirir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Erm. SSR AS RH-nin 20.VIII.1945 - cu il fərmanı ilə kəndin adı dəyişdirilib Bambakavan, 25.l.1978-ci il fərmanı ilə yenidən dəyişdirələrək Byurayan qoyulmuşdur.

Kəndin əsas sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1828-30 - cu illərdə İranının Xoy və Salmas vilayətlərindən köçürülmüşdür[6].

Ermənilərlə yanaşı kənddə 1831-ci ildə 121 nəfər, 1873 - cü ildə 157 nəfər, 1886-cı ildə 8 nəfər, 1897-ci ildə 5 nəfər azərbaycanlı yaşamışdır[7].

Azərbaycanlılar 1870-ci illərin sonundan başlayaraq sıxışdırılmış, kənddən tamamilə 1905-1906-cı illərdə qovulmuşlar. İndi burada ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
  3. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.48
  4. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.49
  5. 371, s.284
  6. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.771
  7. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.48-49, 128-129