Şmalhauzen xıncalausu
Hündürlüyü 5-10 sm olan, gövdəsi zəif bitkidir.Soğanağı xırdadır, yumurtaşəkillidir, boz və ya tünd-qonur rəngli qabığı vardır.
Yarpaqları ensiz neştərvaridir, çiçək qrupundan uzundur, çox vaxt oraqşəkili əyilmiş formada olur, tünd-yaşıl rəngdədir.
Çiçək qrupu çoxçiçəkli deyil, bəzən tək çiçəkli olur; çiçək altlıqları enli neştərvaridir,sivriləşmişdir, çiçək saplağı ilə eyni və ya ondan qısa olur. Çiçəkləri qismən iri olur: çiçəkyanlığının yarpaqcıqları uzunsov-neştərvari və yaxud xətvari-uzunsovdur, kütdür, uzunluğu 10-18 mm,eni 4 mm-dir, arxa tərəfində kifayət qədər enli,yaşıl zolağı vardır.
Qutucuq demək olar ki, şarşəkillidir.
May-İyul
BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, Nax. dağ. Orta və yüksək dağ zolağında.