XƏZ

сущ. 1. хаз, хам; dovşan xəzi къуьрен хаз; 2. чӀар, йис (хаз алай гьайванрин); 3. хаздикай цвайи, хаздин (мес. бармак, хев).
XƏYYAT
XƏZAN
OBASTAN VİKİ
Xəz
Xəz heyvanların bədənini örtən tük örtüyüdür.
Süni xəz
Süni xəz — təbii xəzlərə bənzədilən xovlu toxuculuq məmulatı; trikotaj maşınlarında, toxuculuq dəzgahlarında və yapışdırma üsulu ilə hazırlanır. Təbii xəzlərə (su samuru, dələ, yenot, tülkü və s. xəzlərinə) oxşadılan parça əsalı süni xəzlər və trikotaj süni xəzlər daha çox yayılmışdır. Süni xəz əsasdan və xovdan ibarətdir. Süni xəzin rəngi, naxışları, xovun yerləşməsi demək olar ki, tamamilə xovunun oxşadıldığı təbii xəzdəki kimi olur. Süni xəzin əsası üçün pambıq, bəzən də sintetik saplardan, xov üçün isə müxtəlif monosaplardan, yaxud kompleks poliamid və poliefir viskoz lifləri və asetat liflərindən, uzunxovlu süni xəzlərdə isə poliakrilnitril liflərindən istifadə edilir. Müxtəlif rəngli və naxışlı süni xəzlər istifadə edilir. Süni xəzlərdən palto və digər üst geyimləri, papaq və s. tikilişində, həmçinin üzlük və astarlıq material kimi istifadə edilir.
Xəz paltolu Madonna
Xəz Paltolu Madonna — Səbahəddin Əlinin 1943-ci ildə nümayiş etdirdiyi bir romanıdır. İlk olaraq Həqiqət qəzetində 18 dekabr 1940-8 fevral 1941 (çıxmadığı günlər: 8-10,14,15 yanvar 1941) tarixində "Böyük Hekayə" başlığı altında 48 bölüm olaraq nəşr olunmuşdur. Səbahəddin Əli, Xəz paltolu Madonna əsərini ikinci dəfə əsgərlik etdiyi Böyükdərədə çadırda yazmışdı və elə həmin gün əsəri qəzetə təqdim etməyə çalışmış, romanı yazdığı günlərdə atdan düşüb sağ qol biləyindən xəsarət aldıqdan sonra, qolunu şüşədə isidilən suya qoyub yazmağa davam etmişdir. Romanın baş qəhrəmanları Mariya Puder və Raif bəydir. Raif bəy özünə qapanmış, melanxolik, səssiz və xarici dünyaya uyğunlaşa bilməyən bir xarakterdir. Həyatı boyunca bir çox çətinliklərə boyun əymiş, haqsızlığa məruz qaldıqda belə buna qarşı çıxmamışdır. Sevmədiyi bir qadınla ailə həyatı qurmuş, bir ailəyə sahiblənmişdir. Öz həyatına özü istiqamət verə bilməmiş, başqalarının istədiyi bir insan olaraq həyatını davam etdirmişdir. Həyatında həqiqətən yaşadığını hiss etdiyi yalnız bir xatirəsi olmuşdur və bunu gündəliyinə qeyd etmişdir. Raif bəy: Əsas obrazdır.
Cənubi Xəzər neftli-qazlı hövzəsi
Cənubi Xəzər neftli-qazlı hövzəsi — Əsasən, Azərbaycan Respublikası ərazisində, Gürcüstanın şərq, Türkmənistanın qərb hissəsində yerləşən neftli-qazlı zona. Sahəsi 200 min km²-dən çoxdur. Tektonik cəhətdən Cənubi Xəzər çökəkliyinin (Lənkəran çökəkliyinin), Kür dağarası əyilmənin, Aladağ-Messarial pilləsinin və Kopetdağ meqantiklinoriumunun qərb qurtaracağının daxil olduğu ərazi Alp geosinklinalı sistemində gömülmüş böyük bir sahəni əhatə edir. Cənubi Xəzər neftli-qazlı hövzəsi şimaldan Böyük Qafqaz meqantiklinoriumu, Orta-Xəzər dərinlik qırılması və Böyük Balxan antiklinoriumu, qərbdən Dziruls massivi, cənbdan Kiçik Qafqaz və Əlburz dağ sistemi, şərqdən isə Kopetdağ meqantiklinoriumu ilə sərhədlənir. Ən dərin gömülmüş hissədə bünövrənin yatma dərinliyi 20 km-dən çoxdur. Cənubi Xəzər neftli-qazlı hövzəsində neft-qaz hasilatının çoxəsrlik tarixi var. Azərbaycanda və Türkmənistanda əl ilə qazılmış quyular vasitəsilə neftin hasil edilməsi qədim zamanlarda mövcud olmuşdur. Azərbaycan ərazisində Cənubi Xəzər neftli-qazlı hövzəsi sahəsində dünyada ən qədim neftçıxarma rayonu – Abşeron (Bakı) yerləşir. Azərbaycan dünya neft sənayesinin inkişaf tarixində çox böyük rol oynamışdır. Məhz burada əvvəl quruda, sonra isə dənizdə yataqların mənimsənilməsinin bir çox üsulları ilk dəfə işlənilmiş və tətbiq edilmişdir.
Cənubi Xəzər nərəsi
İran nərəsi (lat. Acipenser persicus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü. İran nərəsi əsasən Xəzər dənizinin orta və cənub bölgələrində yayılmışdır. Nadir hallarda Xəzər dənizinin şimal və Qara dənizin şərq bölgələrində görülür. Kürü tökmək üçün Volqa, Ural, Səfidrud, Kür, İnquri, Rioni və digər çaylara daxil olur.
Cənubi Xəzərin statistik parametirləri
Dünya ətrafında 80 xəzinə (film, 2005)
Dünya ətrafında 80 xəzinə (ing. Around the World in 80 Treasures) - BBC tərəfindən istehsal olunmuş on seriyalı incəsənət və səhayət sənədli filmidir. İncəsənət tarixi üzrə mütəxəssis Den Kruinkşank tərəfindən hazırlanmış sənədli film ilk dəfə 2005-ci ilin mart-aprel aylarında yayımlanmışdır. Filmin adı Jül Vernin məşhur "80 gün dünya ətrafında" romanının adından götürülmüşdür. Serialda beş aylıq dünya turuna başlayan tədqiqatçı insanlar tərəfindən yaradılmış və müxtəlif ölkələrdə yerləşən 80 xəzinəni təqdim edilir. Mühüm əhəmiyyətli xəzinələr arasında memarlıq nümunələri və tarixi artefaktlar vardır. Dünya turu çərçivəsində ümumilikdə 34 ölkəni ziyarət edən Kruinkşank yeddi qitədən altısında olur (Antarktidaya getmir). Həmin dövrdə təhlükəli ərazi olduğuna görə tədqiqatçı İraqa getməkdən imtina edir. Serial boyunca tədqiq edilən 80 xəzinədən başqa tədqiqatçı səfər etdiyi yerlərdə müxtəlif qeyri-ənənəvi qida nümunələrinin (qoyun xayası, beyin, müxtəlif cücülər və sair) dadına baxır, yerli adətlər və ərazinin tarixi haqqında məlumat verir. Nəqliyyat vasitəsi kimi təyyarə, qatar, dəvə, ulaq, ayaq, hava şarı, velosiped, skuter, avtomobil və qayıq istifadə edilir.
Elşən Xəzər
Elşən Xəzər (29 mart 1973, Bakı) — Azərbaycan şairi, meyxanaçısı. Elşən Qürbətov 1973-cü ildə martın 29-da Bakı şəhərində anadan olmuşdur. Əsli Cəlilabaddandır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Kütləvi rejissorluq» fakültəsini bitirmişdir. 1995-ci ildən meyxanaya başlayıb.
Karun xəzinəsi
Karun Xəzinəsi — çoxu e.ə. 560-546-ci illər arasında Lidiya ölkəsini idarə edən Krezin dövrünə aid olan və Uşakın 25 km qərbində və İzmir Avtomobil Yolu üzərində yerləşən Gur qəsəbəsi yaxınlığındakı arxeoloji qazıqlardan 1960-cı illərdə çıxararaq ABŞ-yə qaçırılan və 1993-ci ildə uzun bir hüquqi proses nəticəsində geri alınan əsərlərin toplu adı. Bəzi mənbələrdə Lidiya Xəzinəsi kimi də qeyd olunur. Xəzinənin ələ keçirilən hissəsində təxminən 450 parça var idi. Lidiya dövrünün ən görkəmli əsərləri sırasında yer alan bu xəzinə 1965-1966-1968-ci illərdə Türkiyədən qaçırılmışdır. İlk qarət 1965-ci ildə Toptəpə arxeoloji qazığında baş verdi. 5 nəfərlik qrup qazılmış tunelin məzar otağına gələrək, burada tapdıqları əsərləri 65,000 Türk lirəsinə satdılar. Daha sonra, 1966-cı ildə, İkiztəpə arxeoloji qazığı 11 nəfər tərəfindən soyuldu və otaq içərisindəki 150 hissə abidə bir müddət saxlanıb, daha sonra 160,000 Türk lirəsinə satılıb. Karun xəzinələrinin üçüncü qarəti 1968-ci ildə Ağtəpə arxeoloji qazığında keçirilib və olan şəkil və abidələr 40,000 Türk lirəsinə satılıb. Xəzinənin bütün oğurlanmış parçaları Nyu-Yorkdakı Metropoliten Muzeyində 1985-ci ildə bir sərgidə jurnalist Özgən Açır tərəfindən görülüb.
Konfutsi İnstitutu (Xəzər Universiteti)
Konfutsi İnstitutu — Xəzər Universitetində olan qurumlardan biri; Bakı Dövlət Universitetinin nəzdində olan Konfutsi İnstitutunun filialıdır. Direktoru xanım Fen-xuadır. İnstitut 2013-cü il aprelin 17-də Çin Xalq Respublikasının Azərbaycandakı səfirinin dəstəyi ilə yaradılmışdır.
Mehdi Xəzəli
Mehdi Xəzəli naşir, həkim, bloqçudur və öndə gələn sağçı ruhani və keçmiş Gözətçilər Şurasının üzvü, Ayətullah Xəzəlinin, oğludur.O, həmçinin İslam alimi və Tehranda Həyyan Mədəniyyət İnstitutunun direktorudur. Atasının miras əksinə-ki İran Prezidenti Əhmədinejadın güclü tərəfdarıdır o, din və hökumətin artıq qarışdırılması əleyhinədir və müasir cəmiyyətdə zərərli ola biləməyinə inanır.O, İran hökumətinin ən güclü tənqidçilərindən biridir. 2009-cu seçkilərdə Doktor Xəzəli Prezident Mahmud Əhmədinejadı kəskin tənqid edib. Onun bloqunda bir mübahisəli məqalə nəşr olmasından sonra ki,o İran Prezidenti Mahmud Əhmədinejadın yəhudi kökləri olduğunu iddia etdi, dini məhkəmədə hazır olmağa məcbur olmuşdur.Doktor Mehdi Xəzəlinin məhkəmədə hazır olmasından sonra o, 27 iyun 2009 həbs olunmuş və gizli bir yerə götürülmüşdür.Onun həbs zamanı polis onun evinə hücum etmiş və veb səhifəsini silmişdir.Xəzəli $ 20,000 kəfalətlə(zaminliklə) 20 iyul 2009-cu il azad edilmişdir.13 oktyabr 2010-cu il Doktor Mehdi Xəzəli məlumatlara görə İran təhlükəsizlik məmurları tərəfindən yenidən həbs edilmişdir.Dövlət tabeliyindəki Fars Xəbərlər Agentliyi,raport vermişdir ki Doktor Xəzəli, "sistem əleyhinə təbliğat", "yalan nəşriyyat" və ictimai rəyi narahatetmək" ittihamlara görə həbs edilib.İran hökuməti, zahirən müxalifət üzvlərin cinayətlərə təqsirləndirilməyini,rejimin tənqid etmə cəzası kimi adət etmişdir.İnqilab Məhkəməsinin hakimi $ 180,000 kəfalətlə Doktor Xəzəlini azad buraxmışdır.18 iyul 2011-ci il, Xəzəli buraxılmışdır. The Violent Arrest Of Outspoken Regime Critique Blogger Dr.
Min Bir Xəzinə (1976)
Film qədim tarixi, ədəbiyyatı və zəngin mədəniyyəti olan Azərbaycanın milli mədəniyyət, ədəbiyyat xəzinəsinə — Azərbaycan Əlyazmalar Fonduna həsr edilmişdir. Film Azərbaycan Əlyazmalar Fondunun sifarişi ilə çəkilmişdir. Rejissor: Əlihüseyn Hüseynov Ssenari müəllifi: Cəmil Əlibəyov, Cahangir Qəhrəmanov Operator: Fəraməz Məmmədov Rəssam: Kazım Kazımzadə Bəstəkar: Sevda İbrahimova Səs operatoru: Şamil Kərimov Azərbaycan Əlyazmalar Fondu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 268.
Min bir xəzinə (film, 1976)
Film qədim tarixi, ədəbiyyatı və zəngin mədəniyyəti olan Azərbaycanın milli mədəniyyət, ədəbiyyat xəzinəsinə — Azərbaycan Əlyazmalar Fonduna həsr edilmişdir. Film Azərbaycan Əlyazmalar Fondunun sifarişi ilə çəkilmişdir. Rejissor: Əlihüseyn Hüseynov Ssenari müəllifi: Cəmil Əlibəyov, Cahangir Qəhrəmanov Operator: Fəraməz Məmmədov Rəssam: Kazım Kazımzadə Bəstəkar: Sevda İbrahimova Səs operatoru: Şamil Kərimov Azərbaycan Əlyazmalar Fondu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 268.
Mir Mehdi Xəzani
Mirməhsəti Haşımzadə — tarixçi, şair. Mir Mehdi Mir Həşim bəy oğlu 1819-cu ildə Qarabağın Bərgüşad mahalının Məmər kəndində anadan olmuşdu. Ibtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Öz kəndlərini İbrahimxəlil xan Cavanşir nəsilbənəsil onların uruğuna bağışlamışdı. Molla Rəfi bəy Mirzə Məhəmməd bəy oğlu Şıxımlının (1809-?) dəvəti ilə Dizaq mahalına köçmüşdü. Bir müddət bu kənddə məktəbdarlıq edəndən sonra kürəkəni Aslan bəy Məlik-Aslanovun dəvəti ilə, 1859-cu ildə Tuğ kəndində yerləşmişdi. O, burda da məktəbdarlıqla məşğul olmuşdu.Öz ana dilini dərindən sevən Mir Mehdi Xəzani müsəlman dini ehkamına dair uşaqlar üçün Azərbaycan dilində mənzum bir əsər yazıb 1884-cü ildə çap etdirmişdi. Mir Mehdi kənddə yaşasa da, Qarabağın ədəbi-mədəni mərkəzi Şuşa ilə daim əlaqə saxlayırdı. Mir Mehdi tarixçi idi.
Mir Xəzər Xan Xoso
Mir Xəzər Xan Xoso (30 sentyabr 1929 – 26 iyun 2021, Kvetta) — Pakistan İslam Respublikasının 20-ci baş naziri (faktiki).
Mirzə Xəzər
Mirzə Mikayılov Kərim oğlu (29 oktyabr 1947, Göyçay – 31 yanvar 2020, Münxen) – dağ yəhudisi olan Azərbaycan jurnalisti, publisist, naşir, Bibliyanın tərcüməçisi. 20 yanvar faciəsi baş verərkən Bakıda radio, televiziya, qəzetlər susdurulan günlərdə Azərbaycanı informasiya blokadasından xilas edən və sovet qoşunlarının Bakıda törətdiyi qəddar əməllərini, Azərbaycanın və dünyadan əli üzülmüş azərbaycanlıların səsini dünyaya çatdıran, Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması və ədalətli cəmiyyət qurulması uğrunda yorulmaz mübariz, radiojurnalist. Mirzə Xəzər 1973-cu ilin iyun ayında Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. 1974-cü ilin yanvar ayınadək Sumqayıtda vəkil işləyib. 1974-cü ilin iyun ayında SSRİ-ni tərk edib, İsrailə mühacirət edib. 1975-ci ildə İsraildə Tel-Əviv Universitetinin SSRİ-dən gəlmiş hüquqşunaslar üçün açılan xüsusi kurslarında oxuyub. 1975–1976-cı illərdə İsrail ordusunda xidmət edib. O, 2 fevral 2020-ci ildə Almaniyanın Münhen şəhərində vəfat edib. Mirzə Xəzər 1976–1985-ci illərdə Azadlıq radiosunun Azərbaycan bölməsində baş redaktorun müavini işləmişdir. 1985-ci ilin oktyabr ayında ABŞa köçmüşdür.
Mən Xəzər dənizçisiyəm (film, 1961)
Mən Xəzəri Görürəm (1980)
Mən Xəzəri görürəm (film, 1980)
Mənim Xəzərim (1970)
Filmin qəhrəmanı qoca balıqçıdır. Ömrü boyu sərt dalğalarla üz-üzə gəlmiş, sərt təbiətdə böyümüş, bərkimiş zəhmət adamıdır. Filmdə onun maraqlı həyat yolu öz əksini tapmışdır.
Mənim Xəzərim (film, 1970)
Filmin qəhrəmanı qoca balıqçıdır. Ömrü boyu sərt dalğalarla üz-üzə gəlmiş, sərt təbiətdə böyümüş, bərkimiş zəhmət adamıdır. Filmdə onun maraqlı həyat yolu öz əksini tapmışdır.
Neftçi - Xəzər Lənkəran rəqabəti
"Böyük Oyun" — Neftçi PFK və Xəzər Lənkəran FK arasında oynanmış Azərbaycan futbol derbisi. Tarix boyu Neftçi və Xəzər Lənkəran bir biri ilə 43 dəfə üz-üzə gəlib. Derbilərdə 17 heç-heçə, Neftçi 16 dəfə, Xəzər Lənkəran isə dəfə 10 qələbə qazanıb. Böyük Oyun zamanı arenalar 369 min tamaşaçı qəbul edib. Neftçi və Xəzər Lənkəran arasında qarşılaşma "Böyük Oyun" adlansa da, terminin mənşəyi bəlli deyil. İki klub arasındakı rəqabət sadə idman rəqabətindən daha çox köklərə sahib idi. Derbinin formalaşmasına hər iki klubun çempionluğa iddialı olması, milli kimlik (azərbaycanlılar və talışlar), şimal və cənub (Bakı və Lənkəran), şəhər və rayon, ictimai sinif (varlı və kasıb) kimi amillər təsir edib. Neftçi və Xəzər Lənkəran arasında ilk derbi 2004-cü il dekabrın 8-də baş verib. Xəzər Lənkəran Mərkəzi Stadionunda keçən oyun 1–1 hesabı ilə başa çatıb. 2011-ci il martın 3-də Azərbaycan Kubokunun 1/4 finalının Neftçi — Xəzər Lənkəran oyununda dava düşüb.
Nəbi Xəzri
Nəbi Ələkbər oğlu Babayev (Nəbi Xəzri) (10 dekabr 1924, Xırdalan, Bakı qəzası – 15 yanvar 2007, Bakı) — Azərbaycan şairi, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1984), SSRİ (1973) və Azərbaycan SSR (1982) Dövlət mükafatları laureatı. Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olmuşdur. Atası Kərbəlayi Ələkbər Baba oğlu (1873–1933) kəndin tanınmış tacirlərindən olub. Bir ilin içində üç oğlunun vəfatına dözməyib həmin il özü də dünyasını dəyişmişdir. Anası Pərixanım Cəfər qızı (1882–1969) evdar qadın idi. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1942–1943-cü illərdə İkinci dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, ordudan tərxis olunduqdan sonra isə 1943–1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır. 20 yaşlı gənc şairin yaradıcılığı Səməd Vurğunun nəzərindən qaçmır və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə keçirir. "Çiçəklənən arzular" adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunmuşdur. O, 1945–1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947–1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949–1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almışdır. Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə "Xəzri" təxəllüsü götürmüşdür.
Nəbi Xəzri (1987)
Film tanınmış Azərbaycan şairi Nəbi Xəzrinin həyat və yaradıcılığından bəhs edir.
Nəbi Xəzri (film, 1987)
Film tanınmış Azərbaycan şairi Nəbi Xəzrinin həyat və yaradıcılığından bəhs edir.
Qala (Xəzər)
Qala — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati-ərazi vahidində qəsəbə. Qala kəndinin adı bilavasitə «qala» ilə əlaqədardır. Toponimin ilk baxışda belə sadə izahı bir tərəfdən tarixi-arxeoloji faktlara, digər tərəfdən isə xalq etimalogiyasına əsaslanır. Yerli yaşlı sakinlərin bəzisi kəndin adını «mühafizə olunan yer» kimi mənalandırır, başqa sözlə alınmaz, məğlubedilməz yer, kənd. Digər qism isə sözün məhz birbaşa mənası ilə, yəni «qala» ilə əlaqələndirir. Tarixi dəlillər ikinci gümanı daha çox təsdiqləyir. Belə ki, burada XIV və XVII əsrin birinci yarısında inşa olunmuş qala istehkam və müşahidə qalaça tikililəri həmin ehtimalı həqiqət kimi qəbul etməyə üstünlük verir. Qeyd edək ki, XIV əsrə məxsus bu qala kəndin ən hündür yerində qaya üzərində inşa edilib. Paralel elmi tutuşdurmalar göstərir ki, bu qala konstruktiv memarlıq, həmçinin inşaat xüsusiyyətlərinə görə Mərdəkan, Şağan, Ramana və s. kəndlərdəki dördkünc qalalar tipinə aiddir.
Qara dəniz-Xəzər çölləri
Qara dəniz-Xəzər çölləri və ya Pont çölləri Moldovanı, Şimali Qafqazı, Cənubi Ukraynanı, Cənubi Rusiyanı və Qazaxıstanın şimal-qərbinin kiçik bir hissəsini əhatə edən Avrasiya çöllərinin tərkibində olan geniş çöl diyarıdır. Palearktika regionunun da bir hissəsi olan çöllərə mülayim çəmənliklər, savannalar və kolluq biomları daxildir. Ərazi klassik antik dövrdəki Kimmeriya, İskit və Sarmatiyaya uyğun gəlir. Çöl min illər boyu bir çoxu at sürən köçəri tayfalar tərəfindən istifadə edilmişdir ki, onların da bir çoxu Avropanı, Qərbi və Cənub Asiyanı işğal etmişdirlər. Biocoğrafiyada Ponto-Xəzər regionu termini bu çöllərdə yaşayan bitki və heyvanlar ilə Qara dəniz, Xəzər dənizi və Azov dənizində yaşayan heyvanları təsnif etmək üçün istifadə olunur. Genetik tədqiqatlar bu zonanın ən çox ehtimal olunan atların ilk dəfə əhliləşdirildiyi yer olduğunu müəyyən edir. Hind-Avropa xalqlarının dilləri və mənşəyi ilə bağlı həyata keçirilmiş olan tədqiqatlar nəticəsində yaradılmış Kurqan fərziyyəsi adlı nəzəriyyəyə görə, Pontik-Xəzər çölləri proto-Hind-Avropa dilinin vətənidir. Pontik çölləri Avropada 994.000 kvadrat kilometrlik bir ərazini əhatə edir. Ərazi Bolqarıstanın şimal-şərq, Rumıniyanın isə cənub-şərqindəki Dobrucadan, Cənubi Moldovaya, Ukraynaya, Rusiyaya və Qazaxıstanın şimal-qərbinə qədər uzanır və Ural dağları ərazinin sərhədini təşkil edir. Region ekoloji cəhətdən qarışıq çəmənlikləri, mülayim enliyarpaqlı və qarışıq meşələri əhatə edən şimalındakı Şərqi Avropa meşə-çöl zonası ilə həmsərhəddir.
Qaya (Xəzər)
Qaya və ya Abşeron limanı yanında qəsəbə — Bakının Əzizbəyov rayonunda qəsəbə. Keçmiş adı Abşeron limanı yanında qəsəbə olmuşdur. Qayalıq sahədə yerləşdiyindən 1973-cü ildən belə adlandırılmışdır.

Digər lüğətlərdə