XAXAMLIQ
XALİQİ-YEKTA
OBASTAN VİKİ
Xaliq Bahadır
Xaliq Bahadır oğlu Hacıyev (Xaliq Bahadır; 1 iyun 1952, Azadkənd, Saatlı rayonu) — Azərbaycan siyasətçisi və yazıçısı. Xaliq Bahadır 1952-ci il iyunun 1-də Saatlı rayonunun Azadkənd kəndində doğulub. 1967-ci ildə Krasnoselsk kənd orta məktəbini bitirib. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə girib, 1979-cu ildə filoloq ixtisası üzrə universiteti bitirib. 1982-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor kimi çalışıb. AXC hakimiyəti dönəmində Azərbaycan Teleradio Verilişləri Şirkətində televiziyanın informasiya studiyasının direktoru (1992–1993-cü illər) olub. 1993–1994-cü illərdə televiziyanın ədəbi dram verilişləri redaksiyasında İncəsənət şöbəsinin müdiri görəvində çalışıb. 1989-cu ildə "Azadlıq" qəzetini yaradanlardan olub, orada İnformasiya şöbəsinin müdiri kimi çalışıb. 1994-cü ilin mayından "Azadlıq" qəzetində köşə yazarlığı edib. Xalq Hərəkatının yaranmasında aktiv qatqısı olub.
Xaliq Hüseynov
Xaliq Kamil oğlu Hüseynov (20 sentyabr 2001, Nardaran – 16 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Hüseynov Xaliq Kamil oğlu 20 sentyabr 2001-ci ildə Bakının Nardaran qəsəbəsində dünyaya göz açmışdır. İbtidai təhsilinə 2008-ci ildə 295 №-li tam orta məktəbdə başlamışdır. 2017-ci ildə orta təhsilini başa vuran Xaliq çilingər ixtisasına yiyələnərək maşın ustası kimi işləməyə başlayıb. Arzusu işləyib pul qazanmaq və internat uşaqlarına kömək etmək olub. İdmana və hərbiyə hədsiz marağı olan Xaliq peşəsi ilə paralel olaraq idmanın cüdo növü ilə məşğul olmuşdur. Əsgərlik yaşına çatan Xaliq 2020-ci ilin yanvar ayında Vətənə olan borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanmışdır. Elə xidmətinin ilk günlərindən əsgər yoldaşları arasında fiziki gücü və bacarığı ilə fərqlənən Xaliq bir neçə idman yarışlarında fərqlənmişdir. Vəzifəcə baş atıcı olmuşdur. Karantin qaydalarının sərt dönəmində xidmət edən əsgər Hüseynov valideynləri ilə görüşə bilməmiş və hər telefon zəngində onlara qalıb orduda müddətdən artıq xidmət etməyi və işğal altında olan torpaqlarımızı işğaldan azad etmək istədiyini bildirmişdir.
Xaliq İbrahimov
Xaliq Arif oğlu İbrahimov (11 iyul 1985, Sumqayıt) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin I dərəcəli kapitanı, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin sabiq polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Xaliq İbrahimov 1985-ci il iyulun 11-də Sumqayıt şəhərində anadan olub. 1992–2003-cü illərdə Sumqayıt şəhər 36 saylı tam orta məktəbdə təhsil alıb. Daha sonra isə o, 2003–2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Təhsilini bitirdikdən sonra "leytenant" hərbi rütbəsində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb. Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Xaliq İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi məqsədilə başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli, Xocavənd və Qubadlının azad edilməsində savaşıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal edilmiş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli 2336 nömrəli Sərəncamına əsasən Xaliq İbrahimov "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif edilib. İkinci Qarabağ müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarında polkovnik-leytenant olaraq xidmət edən Xaliq İbrahimov, müharibədən sonra Hərbi Dəniz Qüvvələrinin sıralarında I dərəcəli kapitan kimi xidmətini davam etdirməyə başladı. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Xaliq İsgəndərov
Xaliq Əzizzadə
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
Əl-Xaliq
Əl-Xaliq (ər. الخالق) — Allahın adlarından biri. Yoxdan var edən, yaratdığı hər şeyin bütün incəliklərini bilən, məxluqatına verdiyi ömür ərzində onların görəcəyi halı, hər hadisəni təsbit edən deməkdir. "Yaratmaq" mövcud olmayan bir şeyi meydana gətirməkdir. Bu mənada yeganə yaradıcı Allahdır. İnsanın ortaya qoyduqları isə, yaratmaq deyil, mövcud olanlardan yeni şeylər düzəltməkdir. Kainatdakı hər şey Onun "Kun və yəkun" ("Ol!") əmrinə tabedir: "Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: "Ol!" deməkdir. O da dərhal olar". Ən kiçik zərrəciklərdən qalaktikalaradək hər şey Onun bu əmrinin nəticəsidir. Uca Yaradanın "əl-Xaliq" adı Qurani-Kərimdə səkkiz yerdə keçmişdir.
Xaliq Azadi Məmmədov
Xaliq Azadi (Məmmədov Xaliq Teymur oğlu; 13 aprel 1964, Çayrəsullu, Gədəbəy rayonu) – şair, yazıçı, Rusiya Yazıçılar Birliyinin üzvü. Xaliq Azadi 13 aprel 1964-cü ildə Gədəbəy rayonunda, Şınıx mahalının Çayrəsullu kəndində anadan olub. Orta məktəbi 1981-ci ildə bitirib. Hərbi xidmətini başa vurduqdan sonra, Rusiyanın Krasnoyarsk vilayətinə gedib. Politexnik İnstitutunun axşam şöbəsində təhsil almaqla bərabər sərnişin daşıma nəqliyyatında avtobus sürücüsü işləmişdir. 1991-ci ildən Rusiyada (rus. «Сибирские огни») dərc olunmağa başlayıb. 1994-cü ildə "Köhnə evimiz" (rus dilində) şeiri ilə şəhər müsabiqəsinin qalibi olmuş, mükafata layiq görülmüşdür. Jurnal və qəzetlərdə 30-dan çox bədii və publisistik yazıların müəllifidir. Hal-hazırda yeddi şeir kitabı, bir romanı, altı povesti, çoxsaylı hekayələri oxucuların ixtiyarındadır.
Xaliqabad (Xudabəndə)
Xaliqabad (fars. خالق اباد‎) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 980 nəfər yaşayır (183 ailə).

Digər lüğətlərdə