XALQ

Ərəb mənşəlidir, xaliq, məxluq, əxlaq sözləri ilə kökdaşdır. Mənası “yara­dıl­mış” deməkdir. Bizdə bodun, qara sözləri işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

XALKOZİN
XALMİRA
OBASTAN VİKİ
Kora (xalq)
Kora (isp. Cora) — Nayarit ştatının şərqindəki El-Nayar bələdiyyəsində, eləcə də qonşu Xalisko ştatının bəzi yaşayış məntəqələrində yaşayan qərbi-mərkəzi Meksikanın yerli etnik qrupudur. Koralar özlərini cəm halda náayarite adlandırırlar, náayari isə tək haldadır. Əslində Nayarit ştatının adı da buradan gəlir. 2000-ci il siyahıyaalınması göstərdi ki, bu gün bu xalqın təxminən 24.390 nümayəndəsi var. Valideynlərindən ən azı birinin Kora dilin daşıyıcısı olan bütün ailə üzvləri daxildir. Bu 24.000-dən bir az çox adamın 67%-i (təxminən 16357 nəfər) dilin daşıyıcılarıdır, 17%-i bu dildə danışmır, 16%-i isə ümumiyyətlə dil biliyi ilə bağlı məlumat verməkdən imtina edib. == Tarixi == Kora Nayarit ştatının çətinkeçilən dağlıq ərazilərində və dərin yarğanlarında, həmçinin Xalisko, Duranqo və Zakatekas ştatları ilə sərhədboyunca yaşayırlar. 18-ci əsrin əvvəllərində onlar katolik missionerlərə öz ərazilərində yaşamasına icazə verməməklə bir növ məntiqsizlik nümayiş etdirirdilər. Kora onları əhatə edən çoxlu xristian-hinduları və İspan mədəniyyətinin yeganə dinsiz xalqlardan biri idi.
Lamet (xalq)
Lamet - Laos və Tailandda, Nantxa çayının hövzəsinin cənub hissəsində yaşayan mon-kxmer xalqı. Lamet dili Avstoasiya dilləri ailəsinin mon-kxmer qolunun palaunq - va qrupuna mənsubdur. Şərti olaraq dağ kxmerləri qrupuna daxildirlər. Bəzi mənbələrə əsasən lametlərin sayı 20 min nəfərə yaxındır. == Din == Lametlər arasında animizm, buddizm və ənənəvi dini inamlar geniş yayılmışdır. lametlərdə musiqi folkloru da inkişaf etmişdir. == Əsas məşğuliyyətləri == Lametlər primitiv əkinçilik üsulu olan kəsmə-yandırma əkinçilik, balıqçılıq, ovçuluq, yığıcılıq və sair təsərrüfüt fəaliyyəti ilə məşğuldurlar. == Mənbə == * Чеснов Я. В. Ламет // Народы и религии мира / Глав. ред. В. А. Тишков.
Ləklər (xalq)
Ləklər — İran İslam Respublikasında İlam və Luristan ostanlarında kompakt halda yaşayan, dilləri Hind-Avropa dil ailəsinə daxil olan xalq. Kürd əsilli müəlliflər tərəfindən etnik məsubiyyət anlamında kürdlərə aid olunsalar da, dillərinə görə fərqlənirlər. Belə ki, lək dili lur dilinin dialekti hesab olunur. Türkiyədə Şeyxbizinlarca Ankarada danışılır 2000-ci ilə olan təxminə əsasən İran İslam Respublikasında sayları 1,000,000 nəfərdir .
Xalq
Xalq — müxtəlif millətlərdən olub, bir dövləti təmsil edən insan cəmiyyətinə deyilir. Müxtəlif millətlərin fərqli insanlar bir hüquq məkanında yaşayırlar, dövlət qarşısında eyni məsuliyyəti daşıyır. Yer kürəsində yaşayan bütün insanlar mənşəyinə görə eynidir. Lakin bütün insanlar ayrı-ayrı qruplara ayrılır ki, bu qruplar da xalq adlanır. Hər bir xalqın özünəməxsus mədəniyyəti, dili, dini, adət-ənənəsi, yaşayış tərzi, milli paltarları, folkloru, milli mətbəxi olur. Dünya əhalisi dilinə və başqa milli əlamətlərinə görə böyük və kiçik qruplara bölünür. Belə əhali qrupuna xalq deyilir. Xalq sözü bir neçə mənada işlədilir: Adi mənada - dövlətin, ölkənin əhalisi Elmi mənada - insanların tarixən dəyişməkdə olan bilgisi Dünyada sayca ən böyük xalq çinlilərdir. Onların sayı 1 milyarddan çoxdur. Xalq - insanların birliyinin tarixən qəbilə - tayfa birliyinin ardınca gələn və ibtidai icma qurluşunun xüsusi mülkiyyətçilik münasibətləri ilə əvəz edilməsi, siniflərin meydana gəməsi və inkişafı şəraitində müxtəlif tayfaların qovuşması, birləşməsi nəticəsində bərqərar olmuş formalardan biridir.
Han (xalq)
Han və ya xan (çin. ənən. 漢族, sadə. 汉族, pinyin: hànzú, hərfi mənası: "xantzu", eləcə də çin. ənən. 漢人, sadə. 汉人, pinyin: hànrén, hərfi mənası: "xanjen") — çinlilərin özlərini verdikləri ad, Çinin və dünyanın ən böyük xalqı. == Ümumi məlumat == Çində 50-dən artıq millət yaşayır və onların arasında ən böyüyü xanlar və xueylərdir. Bu iki xalqın ana dili Çin dilidir. 1 milyard 300 milyonun içərisində xanların sayı 200 milyondur.
Moğollar (xalq)
Moğollar (monq. могол) — Əfqanıstanda yaşayan monqol mənşəli kiçik xalq. Bir qismi monqol dilinin arxaik dialektində, qalanları isə dari dilində danışır. Dindarları müsəlmandır. == İstinadlar == == Əlavə ədəbiyyat == Жуковская Н. Л. Моголы // Народы мира: Историко-этнографический справочник / Глав. ред. Ю. В. Бромлей; Институт этнографии АН СССР имени Н. Н. Миклухо-Маклая. — М.: Советская энциклопедия, 1988. — С. 305—306. Кисляков В. Н. Хазарейцы, аймаки, моголы (к вопросу об их происхождении и расселении) // Советская этнография.
Okanaqan (xalq)
Okanaqan və ya Okanoqan — ABŞ və Kanadanın sərhədində yaşayan xalq. == Ümumi məlumat == Okanaqanlar özlərini syilks də adlandırırlar. Onlar ABŞ-də Vaşinqton ştatında, Britaniya Kolumbiyasında və Kanadada yaşayırlar. Okanaqan vadisi onların əsas yurd yeridir. Onlar Daxili selişlərin etnoloji və linqvistik qruppudurlar. Okanaqan Spokan, Sinkist, Nez-Perse, Pend-d’oreyl (kalispel), Şusvap (sekvepemk) və Nlakapamuk (tompson) xalqlarına yaxındır.
Piqme (xalq)
Piqmeylər — Mərkəzi Afrikanın ilk sakinlərindən biri olaraq qəbul edilən, hal-hazırda Ekvatorial Qvineyada yaşayan və 1,5 metri keçməyən boyları ilə "cırtdanboylu" deyə adlandırılan yerli qəbilə
Piqmey (xalq)
Piqmeylər — Mərkəzi Afrikanın ilk sakinlərindən biri olaraq qəbul edilən, hal-hazırda Ekvatorial Qvineyada yaşayan və 1,5 metri keçməyən boyları ilə "cırtdanboylu" deyə adlandırılan yerli qəbilə
Qacarlar (xalq)
Qacar tayfası (Qacar qəbiləsi; Qacar oymağı; Qacar soyu) — Oğuz türklərinin Bayat boyuna mənsub oymağı (qəbiləsi). "An Ethnohistorical dictionary of the Russian and Soviet empires"-ə görə bu gün azərbaycanlıların İranın şimalında yaşayan sub-etnik qrupudur. == Yaşayış yerləri == Kompakt şəkildə Gorgan ostanının Sovar-Şaku şəhristanında və Mazandaran ostanının Xəzər-Cərib vadisində yaşıyırlar. Sayları 35 mindən çoxdur. == Tarixi == Qacarların əcdadları XIII-XIV əsrlərdə Orta Asiyadan Ön Asiyaya köç etmişlər. Qacar hərbçiləri Səfəvilər dövlətinin hərbi dayağı olmuşlar. == Din == Qacarların əksər hissəsi şiə müsəlmanlar, az bir hissəsi isə sünnilərdir. == Məşğuliyyətləri == Vadidə əkinçiliklə, dağlarda isə heyvandarlıqla (keçi və qoyun bəsləmənməsi) məşğul olurlar. Bir çox Qacar türkləri şəhərlərdə yaşayırlar və yüksək sosial statusa malikdirlər.
Qalolar (xalq)
Qalolar - şimal-şərqi Hindistanda, xüsusilə Arunaçal-Pradeş ştatının Çanqlanq dairəsinin bir neçə ştatında, Yuxari Subansiri dairəsinin cənub-şərqində, Şərqi Sianq dairəsinin cənub-qərbində, Qərbi Sianq dairəsində yaşayırlar. 2001-ci il əhalinin siyahıyaalınmasına görə qaloların sayı 80 597 nəfər olmuşdur. Qalo dili Tibet-birma dil ailəsinin tani dil qrupuna aiddir. qaloların əksəriyyəti yerli ənənəvi animistik dini inamlara etiqad edirlər, son zamanlar onların əksəriyyəti xristian dininin davamçılarıdır. Qaloların ənənəvi məşğuliyyəti kəsmə-yandırma əkinçilik və müəyyən dərəcədə ovçuluq və yığıcılıqdır. Kənd təsərrüfatında bir neçə çəltik növü, taxıl (şimal rayonlarında) qarğıdalı, istiot və s. becərilməsi mühüm yer tutur, lakin qaloların yaşadıqları ərazilərin dağlıq relyefə malik olması təsərrüfat işlərinə müəyyən əngəllər törədir. == Mənbə == Nyori, Tai (1993). History and Culture of the Adis, Omsons Publications, New Delhi-110 027. Post, Mark W. (2007).
Rus (xalq)
Qədim ruslar – qədim xalq (və ya sosial qrup). Müasir rusların ilk əcdadları. Onlar skandinav, türk və slavyanların qarışmasından yaranmışlar Şərq slavyanlarının ilk dövləti olan Rus dövlətinın (müasir elmi ədəbiyyatda Kiyev Rus dövləti) adı bu xalq ilə bağlıdır. Qədim Rus dövlətinin qurucuları olmuşlar. Entnik mənsubiyyətləri mübahisəlidir. Tarixçilərin əksəriyyəti onların varyaqlar (vikinqlər) olduğunu düşünür. Bəzi rus tarixçilər isə slavyan xalqlarından biri hesab edirlər. Dəfələrlə peçeneqlər və başqa türk tayfaları ilə vuruşmuş, Bizansa, İdil bulqarlarına, Xəzər xaqanlığına və Qafqaz ərazisinə uzaq səfər yürüşləri etmişlər.
Seçilmiş xalq
Yəhudilər, İbrahim peyğəmbərin dürüstlüyündən hadisəni İbrahimin qövmünün Tanrı tərəfindən seçildiyini, onlarla ahid edildiyinə və özlərinin də bu qövmün davamı olduqlarına inanarlar. Musevilikteki seçilmişlik anlayışı Yəhudi irqini deyil Yəhudi Halkı'nı əhatə edir (İvrit: Am Yisrael עם ישׂראל) yəni burada bəhs edilən bir irq deyil Tanrının əmrlərini mənimsəmiş olan xalqdır. Bir başqa deyişlə sonradan Yəhudiliyi qəbul etmiş bir adam da hansı irqdən və dindən olursa olsun artıq İsrail Halkı'ndan sayılmaqdadır. Bu seçilmişlik Yəhudilərə bir üstünlük deyil əksinə əlavə bir məsuliyyət gətirir, çünki Yəhudiliyin görə Cənnətə nail olmaq üçün yəhudi olmaq şərt deyil. Tək Allaha inanan və əsas insani əxlaq qaydalarını pozmamış hər adam dini nə olursa olsun cənnətə gidebilecektir. Tövratda bu təməl 7 qanun, Nuhun Universal Qanunları adında izah buna görə: Nuhun Universal Qanunları bunlardır: Bütə tapmamaq Allahın adını mübarək qılmaq bu adla lənət etməmək Cinayət işləməmək Cinsi əxlaqsızlıq etməmək Oğurluq etməmək Adil bir mühakimə sistemi yaratmaq və riayət olunmasını təmin etmək. Canlı bir heyvanın ətini kopartıp yeməmək. Talmud, Yəhudi olmasalar belə bütün insanların Nuhun Universal Yasaları'na uyğun gəlməsi lazım olduğunu ifadə edər. Bu qaydalara tabe olanları isə dürüst (İvrit: hasid) olaraq adlandırır. Talmuda görə bu Yeddi Universal Yasa'ya uyanlar, Dünyanın Dürüst İnsanları (İvrit: Hasid Umot Ha'olam) olaraq görülürlər.
Venda (xalq)
Venda — Cənubi Afrika Respublikasının şimalında Zimbabve ilə sərhəddə yaşayan xalq. == Haqqında == Venda xalqının sayı təxminən 600 min nəfərdən 1 milyon nəfərədəkdir . Venda dili Cənubi Afrika Respublikasının rəsmi dillərindən biri olan bantu dilləri ailəsinə aiddir. Venda xalqı bəzi mülahizələrə görə Konqo meşələri adlanan ərazidən, bəzi mülahizələrə görə Böyük Rif vadisində, Limpopo çayı sahillərində məskunlaşan bantuların köçürülməsi zamanı bu əraziyə gəlmişlər. 1973-1994-cü illərdə venda bandustanı mövcud olmuşdur. Əfsanəyə görə venda knyazları öz xalqını Zimbabvedən Şimali Transvaala (idiki Cənubi Afrika Respublikasının Limpopo vilayəti) gətirən əfsanəvi qəhrəman Toxo ya Ndoyun nəslindəndirlər. Paytaxtın əsasını qoyduqdan sonra o, Fundizi gölündə itmişdir, əfsanəyə görə o, bu gün də həmin göldə yaşayır.
Xalq Bank
Xalq Bank (Azərbaycan) — Azərbaycanda fəaliyyət göstərən bank. Xalqbank (Türkiyə) — Türkiyədə fəaliyyət göstərən dövlət bankı.
Xalq Musiqisi
Xalq musiqisi (folk-musiqi) — bir xalqın özünəməxsus musiqisi. Xalq musiqisi uzun illər boyu xalq arasında yaranır, əsasən mahnı və rəqs formasında nəsildən-nəsilə ötürülür.
Xalq artisti
Xalq artisti — SSRİ-də, hal-hazırda isə bir çox keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycan Respublikasında mədəniyyət sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə verilən fəxri ad. "Xalq artisti" fəxri adı müstəsna dərəcədə dərin ideyalı və bədii cəhətdən yüksək ustalığa, görkəmli bədii obrazlar, tamaşalar, kinofilmlər və musiqi əsərləri yaratmağa, incəsənətin inkişafında kadrlar hazırlamaqda və tərbiyə etməkdə böyük xidmətlərinə görə əvvəllər "əməkdar artist" və ya "əməkdar incəsənət xadimi" adına layiq görülmüş teatr, filarmoniya, kino, estrada, sirk, ansambl, kapella artistlərinə, rejissorlarına, orkestr və xor dirijorlarına, baletmeysterlərə, musiqi, xor, rəqs və digər kollektivlərin bədii rəhbərlərinə, musiqiçilərə, televiziya və radio verilişləri diktorlarına verilir.
Xalq bloku
Xalq bloku (və ya Xalq ittifaqı) (malay dilində: Pakatan Rakyat) — Malayziyada 2008-cü il seçkilərində vahid cəbhədə çıxış edən 3 müxalifət partiya - Demokratik Hərəkat Partiyası, Panmalayziya İslam Partiyası və Xalq Ədalət Partiyası tərəfindən yaradılmış təşkilat. Saravaka Milli Partiyası da Saravak ştatı səviyyəsində bu blokun üzvüdür. == Yaranması və fəaliyyəti == Xalq bloku 2008-ci il seçkilərində parlamentdə olan 222 yerdən 82-ni əldə edərək parlamentdə iqtidarda olan Milli Cəbhəninin mövqelərini əhəmiyyətli surətdə sıxışdırdı. (Əvvəli seçkilərdə müxalifətin cəmi 21 yer var idi) və Kedah, Kelantan, Selanqor və Pinanq ştatlarında yeni hokumətlər təşkil etdilər. İlk dövrdə blok hökuməti Perakda təşkil olunmuşdur, lakin federal hökumətin və Perak sultanının təzyiqi nəticəsində blok ştat üzərində nəzarəti itirdi. Xalq bloku Kuala-Lumpurda da ustünlük qazansa da, mövcud olan qanunvericiliyə əsasən mer də daxil olmaqla, paytaxtın inzibati orqanlarının rəhbərləri federal hökumət tərəfindən təyin olunurdu . 5 may 2013-cü ildə keçirilən seçkilərdə blok parlamentdə 89 yer aldı və Kelantan, Pinanq və Selanqor ştatları üzərində öz nəzarətini saxladı . Müxalifətdə olan 3 partiyanın koalisiyasının yaranması Malayziyada ikipartiyalı sistemin meydana çıxmasına səbəb oldu. Bir tərəfdən blok təşkilatı kimi Malayziyanın milli təşkilatlarının aparıcı qüvvələrini təmsil edən və 13 partiyanı əhatə edən Milli Cəbhə, digər tərəfdən Xalq bloku Malayziyada hakimiyyət uğrunda mübarizənin fəal iştirakçılarına cevrilmişlər. Partiyalardan təşkil olunan Milli Cəbhədən fərqli olaraq milli prinsiplər əsasında təşkil olunan Xalq bloku formal olaraq çoxmillətli partiyalar (sol, liberal və islam istiqamətli) və Malayziyanın bütün vətəndaşları üçün açıq idi .
Xalq diplomatiyası
İctimai diplomatiya (ing. public diplomacy) və ya xalq diplomatiyası — xarici ictimayyətdə hökumətin strateji hədəflərinə qarşı arxainlıq və ya dözümlük qurulması məqsədilə hökumət hesabına xarici ictimayyətin məlumatlandırması və onlara təsir etməyin vasitəsilə bilavəsitə əlaqə yaradılması. == Tarix == 1965-ci ildə İctimai diplomatiya ifadəsini ilk dəfə onun müasir mənasında iştədən Fletçer Hüquq və Diplomatiya Məktəbinin dekanı olan Edmund A. Qullion idi. Bundan sonra o, ABŞ-də bir sıra səbəblərə görə işlənməyə başladı: birincisi, ABŞ-yə özünü SSRİ-dən fərqləndirmək üçün propaqanda və psixoloji hərb ifadələrə mərhəmətli əvəz lazım idi; ikincisi, ABŞ Məlumat Agentliyinin işçiləri özləri üçün diplomat statusunu əldə etmək istəyirdilər; və üçüncü, beynəlxalq mövqe haqqında vahid bir konsepsiya mərkəzləşməni nəzərdə tuturdu (Məlumat Agentliyi Amerikanın səsini idarə etməyinin davamı və o vaxt Dövlət Departentinin nəzərində olan mədəni işlərin hissəsini 1978-ci ildə öz nəzərəsinin altına köçürtmək üçün bunu bir dəlil şəkildə iştədib). O vaxtdan bəri, Soyuq Müharibənin sonuna qədər bu ifadə ABŞ-dən xaric geniş şəkildə istifadə edilmirdi. Soyuq müharibədən sonra isə, 24 saatlıq televizyanın və daha sonra internetin populyarlığı gəlməsinin və bundan əlavə Şərqi Avropada siyasi dəyişiklərin nəticəsində beynəlxalq münasibətlərdə məlumatın vacibliyi qalxıb və ictimai diplomatiya dünya ətrafında müxtərlif dövlətlər tərəfindən bir siyasət kimi qəbul olunmuşdu. == Üsulları == Nikolas C. Kull ictimai diplomatiyanın beş üsulu müəyyənləşdirib: qulaq asma (listening), tərəfdarlıq (advocacy), mədəni diplomatiya (cultural diplomacy), mübadilə diplomatiyası (exchange diplomacy) və beynəlxalq yayım (international broadcasting). Urbanizasiya və qloballaşma proseslərin nəticəsində qardaş şəhər, şəhər şəbəkələnməsi (city networking) və ağıllı şəhər kimi ictimai diplomatiya üsulları inkişaf edir.
Xalq mahnısı
Xalq mahnısı — xalqın yaddaşında qorunub saxlanılan, bizim günlərdə də öz aktuallığını itirməyən musiqi janrı. Xalq mahnıların qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi, yeni nümunələrin meydana gəlməsi, onların nota yazılıb araşdırılması bütün bunlar ifaçıların, bəstəkar və musiqişünasların qarşısında duran mühüm məsələlərdəndir. == Həmçinin bax == Azərbaycan xalq musiqisi Muğam Anacan (xalq mahnısı) == Xarici keçidlər == Səyavuş Kərimi. Azərbaycan xalq mahnıları, 2 cildə: I cild, II cild. Bakı: "Öndər", 2005. Azərbaycan musiqişünaslarının tədqiqatlarında xalq musiqisinin janr təsnifatı. "Musiqi dünyası" jurnalı. Azərbaycan tarixi mahnılarının nota salınmış yeni nümunələri. "Musiqi dünyası" jurnalı.
Xalq qəzeti
"Xalq qəzeti" (27 avqust 1991-ci ilədək "Kommunist" qəzeti) — Azərbaycanda gündəlik ictimai-siyasi qəzet. == Tarixi == 1929-cu il yanvarın 1-də Azərbaycanda yeni əlifba tətbiq edilməyə başladı. Həmin gün "Kommunist" qəzeti yeni əlifba ilə çap olunmağa başlamışdır. 1920-ci ildən etibarən qəzetdə Azərbaycan SSR dövlət orqanlarının hüquqi aktları rəsmi çap edilirdi. == Baş redaktorları == === Kommunist === Əliheydər Qarayev 1919–1920 Ağababa Yusifzadə 1920–1921 Böyükağa Talıblı 1921 Həbib Cəbiyev 1921–1922 Əliheydər Qarayev 1922 Ruhulla Axundov 1922–1923 Həbib Cəbiyev 1923–1927 Yusif Qasımov-Əhməd Triniç 1927–1931 Yunis Hacıyev 1931–1941 Rza Quliyev 1941–1944 Ağababa Rzayev 1945 Əli Vəliyev 1945–1949 Rza Quliyev 1949–1953 Ağababa Rzayev 1953–1955 Xasay Vəzirov 1955–1958 İsrafil Nəzərov 1958–1963 Ağababa Rzayev 1963–1980 Rəşid Mahmudov 1980–1987 Ramiz Əhmədov 1987–1988 Cəmil Əlibəyov 1988–1990 === Xalq qəzeti === Tofiq Rüstəmov 1990–1995-ci illərdə "Kommunist" qəzetinin redaktoru, "Xalq qəzeti"nin baş redaktoru Mahal İsmayıloğlu 1995–2002 Həsən Həsənov 2002-2022 Əflatun Amaşov 2022–h.h. == İstinadlar == == Mənbə == Azərbaycan tarixinin bir əsrlik salnaməsi 24 Avqust 2019 Azərbaycan tarixinin bir əsrlik salnaməsi 28 Avqust 2019 Azərbaycan tarixinin bir əsrlik salnaməsi 30 Avqust 2019 Azərbaycan tarixinin bir əsrlik salnaməsi 1 Sentyabr 2019 == Xarici keçidlər == Baş redaktorların "yubiley" davası: "Xalq qəzeti"ni biabırçılıqdan xilas edin" Tahir Aydınoğlu. ""Azərbaycan" qəzetindən "Xalq qəzeti"nə gələn yol". Xalqqazeti.az (az.). İstifadə tarixi: 2023-11-26.
Xalq rəssamı
Xalq rəssamı — SSRİ-yə daxil olan bəzi müttəfiq respublikalarda, hal-hazırda isə bəzi keçmiş sovet respublikaları ilə yanaşı, Azərbaycan Respublikasında verilən fəxri ad. "Xalq rəssamı" fəxri adı əvvəllər əməkdar rəssam fəxri adına layiq görülmüş rəngkarlara, heykəltaraşlara, qrafiklərə, dekorativ-tətbiqi sənət rəssamlarına, müstəsna dərəcədə dərin ideyalı və bədii cəhətdən yüksək ustalığa, görkəmli sənət əsərləri yaratmağa, Azərbaycan təsviri sənətinin inkişafında, kadrların hazırlanmasında və tərbiyə edilməsində böyük xidmətlərinə görə verilir.
Xalq tribunu
Xalq tribunları (plebey tribunları) (lat. tribuni plebis) — Qədim Romada plebeylərdən (e.ə. 494 ildən) seçilən vəzifəli şəxslər. Xalq tribunları plebeylərin hüquqlarını müdafiə edir və onların xeyrinə qanunlar həyata keçirirdilər. Onlar magistrat və senatın qərarlarını ləğv etmək hüququna malik idilər. Tribunların şəxsiyyəti toxunulmaz və müqəddəs hesab edilirdi. İmperiya dövründə xalq tribunları əslində real əhəmiyyətlərini itirdilər.
Xalq təbabəti
Xalq təbabəti (lat. medicina gentilitia) — xalq arasında xəstəliklərin müalicəsi üsulları və vasitələri haqqında bilikləri nəsildən-nəslə keçirilərək yaşadan qeyri-ənənəvi təbabət forması. Elmi təbabətdən fərqli olaraq xalq təbabətinin müalicə vasitələri nəzəri şərtlərə əsaslanmır. Həmin məlumatlat nəsildən-nəsilə şifahi yolla keçərək xalqın adət-ənənələrində, zərb məsəllərində, rəvayətlərdə öz əksini tapmış, bir sıra yazılı mənbələrdə toplanmışdır. İbtidai insan lar sınıqları müalicə etməyi, çıxmış oynağı yerinə salmağı, sarğı qoymağı bacarırdılar; ağrıkəsici bitkilərin (məs: xaşxaş) xüsusiyyətlərini bilirdilər, günəş şüalarının, suyun şəfaverici əhəmiyyətini başa düşürdülər. Xəstələnmənin qarşısını almaq üçün ildə bir dəfə qan alardılar, nəfəs yolları xəstəliklərində, mədə-bağırsaq spazmasında və meteorizm də razyana çayı, öskürəkdə heyva toxumu dəmləyib içərdilər. Soyuqdəymədə moruqdan, qanazlığında çiyələkdən, mədə-bağırsaq xəstəliklərində baldan və s.-dən istifadə edərdilər. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası (1987) 10.
Xalq təqvimi
Xalq təqvimi - rəsmiyyəti olmayan və müəyyən bir bölgəyə xas olan ya da ümumi qəbul edilməyən təqvim. == Xüsusiyyətləri == Bir bölgədə yaşayan birliklərin ənənəvi mədəni irs olaraq nəsildən nəslə köçürdüyü təbiət hadisələrinə söykənən təcrübələri və uzun davamlı təcrübələrə söykənən tarixi, etik, dini, mifoloji, əkinçilik işarələrin zamanın keçişini və müəyyən dövrlərini xatırlatma vəzifəsini həyata keçirdiyi rəsmi olmayan, şifahi ənənəyə əsaslanan zaman hissələmə vasitəsidir. Xalq təqvimi (yerli təqvim) istifadə edildiyi bölgədə ümumi bir qəbul görər; hətta bəzən rəsmi təqvimdən daha məşhurdur. Ancaq, günümüzdəki şəhərləşmə və artan texnologiya xalq təqvimlərini ikinci plana atmışdır və ictimai mənada istifadə nisbətləri get-gedə düşür. Xalq təqvimi rəsmi təqvimlərdən daha fərqli olaraq ili, ayları və günləri başqa bir şəkildə hissələrə ayırar və fərqli anlayışlarla adlandırır. Bəzən, kimi təbii hadisələr, əkinçilik anlayışlar bunda təyin edici olar. Bəzən bu təqvimləri bir qisimi və ya bütünü rəsmi təqvim statusuna çata bilər. Məsələn günümüzdəki Türkiyə təqvimində iştirak edən bəzi ay adları xalq təqvimlərində alınmışdır; Ocaq (yanvar), Əkim (oktyabr)... == Mövsümlər == Türk xalq təqvimi, hamısında ortaq bir anlayış olaraq gün dönümü əsasına görə yaradılır. Bugünki təqvim anlayışının əksinə ortalama doqquz gün geridən gələn ay başlanğıcları var.
Gürcüstan SSR xalq artisti
Gürcüstan SSR xalq artisti — Gürcüstan SSR xalq artisti adı 27 may 1936-cı ildə təsis olunmuşdur.
Gürcüstan SSR xalq artistlərinin siyahısı
== 1920-ci illər == === 1929 === Dmitri Arakişvili == 1940-cı illər == === 1943 === Veriko Ancaparidze == 1960-cı illər == === 1965 === Leyla Abaşidze === 1966 === Tengiz Abuladze == ? ==
Gürcüstan Xalq Bankı
Azadlıq Bankı (gürc. ლიბერთი ბანკი, libert'i banki), əvvəllər Gürcüstan Xalq Bankı (gürc. საქართველოს სახალხო ბანკი , sak'art'velos sakhalkho banki), Gürcüstanda özəl bir bankdır, 2017-ci ilin iyun ayına olan vəziyyətə görə 5,6% bazar payı ilə ölkənin aktivləri arasında üçüncü yerdədir. Gürcüstanda ən böyük filial şəbəkəsinə malikdir. == Tarix == Liberty Bank, 1994-cü ildə özəlləşdirilən və 2002-ci ildə "Gürcüstan Xalq Bankı" olaraq adlandırılan dövlətə məxsus "AgroMretsvBank"-ın varisidir. Gürcüstan Xalq Bankı, Gürcüstanda ən böyük müştəri xidməti şəbəkəsinə sahib idi. Georq Qoquadzenin rəhbərliyi altında bank ölkə daxilində 210 filial açdı. Qoquadzenin strategiyası ölkə daxilində geniş əhatə dairəsi yaratmaq olduğundan, bank pensiya və digər sosial müavinətlərin verilməsi hüquqları üzrə dövlət tenderini qazana bildi. Qoquadzenin Xalq Bankında icra əməliyyatının son ili olan 2008-ci ilin sonunda bankın bütün Gürcüstan əhalisinin təxminən 30%-ni təmsil edən 1,5 milyon müştərisi vardı. 2009-cu ilin sentyabr ayında Gürcüstanın keçmiş Baş naziri Lado Qurqenidze və Rumıniya maqnatı Dinu Patriciunun yeni qurulan Liberty Investments Holding BV şirkəti tərəfindən səhmlərinin 91,2%-i satın alındı və bankın adı Liberty Bank olaraq dəyişdirildi.
Gürcüstan Xalq Maarif Muzeyi
Gürcüstan Xalq Maarif Muzeyi — Tbilisidədir. Zaqafqaziya maarif tarixinə dair ən dəyərli mənbələrdən olan bu muzeydə Qori müəllimlər seminariyasınında sənədləri qorunub saxlanılır. Sənədlər arasında burada təhsil almış Azərbaycanın digər görkəmli şəxsiyyətləri ilə yanaşı, Məmmədquluzadənin də seminariyaya qəbulu və orada oxuması haqqında çoxlu sənədlər vardır. Bunların arasında Mirzə Cəlilin atası Məmmədqulu Məşədi Hüseynqulu oğlunun 1882 il iyunun 21-də Qori müəllimlər seminariyasına qəbul edilməsi haqqında direktorun adına ərizəsi, Mirzə Cəlilin doğum tarixi haqqında qəza polis idarəsi tərəfindən verilmiş vəsiqə və ruhani idarəsinin şəhadətnaməsi, seminarist Cəlilin dərsə davamiyyəti və təhsil zamanı aldığı qiymətlər haqqında cədvəllər, 1886–1887 tədris ilində seminariyanı bitirərək "İbtidai xalq məktəblərində müəllimlik adına layiq görülməsi" haqqında məlumat və digər sənədlər də vardır. Qori seminariyasında təhsil almış azərbaycanlı tələbələr, o cümlədən Cəlil Məmmədquluzadə haqqındakı həmin sənədlərin mikrofoto surətləri Azərbaycan Respublikası Dovlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanılır. == Həmçinin bax == Qori müəllimlər seminariyası == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.114.
Gürcüstan xalq rəqsləri
Gürcü xalq rəqsləri — gürcü xalqının rəqs sənətidir. Gürcülərin xalq rəqsləri qədim tarixə malikdir. Bunu çoxsaylı tarixi mənbələr və arxeoloji tapıntılar da təsdiq edir. Xristianlığın yayılmasından bir neçə əsr əvvəl gürcü tayfaları Qara dəniz sahillərinin şərq hissəsində məskunlaşmışdılar. Qədim yunan coğrafiyaşünası Strabonun əsərlərində gürcülərin bütpərəstlik rituallarının parlaq təsviri var, burada rəqs elementləri də öz əksini tapmışdır. Xristianlığın yaranması insanların həyatında əhəmiyyətli dəyişikliklər etdi, lakin bir çox rituallar yeni dinə uyğunlaşdırılaraq hələ də qorunub saxlanıldı. Bu rituallarda rəqs tədricən ön plana çıxır və dini məzmununu itirir. Beləliklə, gürcü rəqsləri xalq folklorunun bir elementi kimi formalaşır. Akademik İvane Cavaxişvilinin fikrincə, "Lamproba" rəqsi bütpərəstlərin Aya sitayiş ritualının qalığıdır. Svanların bir çox kənd təsərrüfatı rəqsləri, məhsuldarlıq tanrısına həsr olunmuş, "Adrekilay" və ya "Sakmisay" kimi bütpərəst köklərə malikdir.
Gəncədə Xalq Cümhuriyyəti binası
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin binası — Gəncədə tarixi bina. “Cümhuriyyət evi”, “Cümhuriyyət binası” kimi tanınan bu binada 1918-ci il iyunun 16-dan sentyabrın 16-dək Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası və Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yerləşib. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü XX əsrdə dövlətçilik tariximizin təməl daşlarının əsasının qoyulduğu böyük tarixi dövürdür. == Haqqında == Bina 1897-ci ildə, Gəncənin memarlıq üslubuna uyğun olaraq kərpicdən tikilmişdir. Binada ilk illərdə Gəncə Şəhər Duması (Zemstvo idarəsi) yerləşmişdir. Binanın memarı Gəncənin ilk ixtisaslı memar-mühəndisi Abuzər bəy Rzayevdir. 1908-ci ildə Gəncə qubernatorunun iqamətgahı olub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, yəni I Xoyski və II Xoyski hökuməti bu binada fəaliyyət göstərib. 1920-ci il noyabrın 14-də Nəriman Nərimanovun təşəbbüsü ilə Bakı Politexnik Məktəbinin bazasında M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutu təsis edilib. 1929-cu il mayın 15-də institutun kənd təsərrüfatı fakültəsinin bazasında ayrıca təhsil müəssisəsi - Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılıb.
Habil Əliyev (xalq artisti)
Habil Mustafa oğlu Əliyev (28 may 1927, Ağdaş – 8 sentyabr 2015, Bakı) — Azərbaycanlı kamança ifaçısı, Azərbaycan SSR xalq artisti (1978). == Bioqrafiya == Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub. İlk vaxtlar ailəsinin təkidi ilə tar sinfində dərs alsa da uşaqlıqda çox cılız olduğundan tara gücü çatmır sonradan kamança sinfinə keçir. Elə həmin vaxtdan da meylini kamana salıb. Yeddinci sinfi və həm də musiqi məktəbini bitirəndən sonra pedaqoji məktəbə daxil olub. Habil Əliyev 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirrlərini öyrənməyə başladı. Habilin ifaçılığı bəstəkar Soltan Hacıbəyovun da diqqətindən yayınmamışdı. Bəstəkar, Habilin potensial imkanlarını nəzərə alıb ona filarmoniyada işləməyi məsləhət görüb.
Hind-Avropa xalqları
Hind-Avropa xalqları Avrasiyanın bütün ərazilərində yaşamış və müxtəlif dövrlərdə sivil dünyada məskunlaşmış köçəri xalqlardırlar. Aralarında eyni dilin differensiasiyalaşması yolu ilə əmələ gəldiyi düşünülən (beləliklə, bu dillərin strukturları eynidir, lakin bir-birlərinin nitqini başa düşə bilmirlər) linqvistik qohumluğun mövcudluğundan və eyni həyat tərzini yaşamalarından başqa bu xalqların arasında heç bir vəhdət yoxdur. Bu xalqlar basqınları zamanı fəth etdikləri cəmiyyətlər üstündə, əgər onlar sivilizasiyalı cəmiyyətlər olmuşdularsa, onların sivilizasiyalarını və mədəniyyətlərini mənimsəyərək, ibtidai icma səviyyəsindəki cəmiyyətlər isə sivilizasiyalı cəmiyyətə çatacaq sinfi cəmiyyəti yaradaraq hakim sinfi formalaşdırdıqları üçün cəmiyyətlərə və kütlələrə öz dillərini tətbiq etdirmişdirlər. Fin, Eston, Macar və Bask dillərindən başqa bütün Avropa dillərinin onlara Avropaya gətirdikləri dillər olduğu və İran ilə Hind dillərinində eyni struktura malik olan dillər olduğu nəzərə alındığından, bu dillər ailəsinə Hind-Avropa dilləri və tarixdə bu dillərdə danışan xalqlara isə Hind-Avropa xalqları deyilir. Bununla belə, bəzi tədqiqatçılar Hind-Avropa dilləri və tayfaları nəzəriyyəsinin qeyri-kafi və qeyri-müəyyən olduğunu iddia edir və bu birləşmənin digər etnik dil ailələrindən müstəqil olmadığını, əksinə, həmin ailələrdən ayrılaraq inkişaf etdiyini iddia edirlər və beləliklə, onlar hesab edirlər ki, Hind-Avropa nəzəriyyəsi yenidən nəzərdən keçirilməlidir.
Həcər (xalq qəhrəmanı)
Həcər (doğum 1840, Qubadlı, Yuxarı Mollu. — ölüm 1914, Qubadlı, Aşağı Mollu.) — Azərbaycanın xalq qəhrəmanı Qaçaq Nəbinin həyat yoldaşı və silahdaşı. Həcər Qaçaq Nəbi ilə birlikdə əlinə silah götürüb iyirmi beş ildən artıq at belində qaçaq həyatı keçirmiş, Azərbaycandakı kəndli hərəkatında fəal iştirak etmişdir. == Həyatı == Azərbaycanda qaçaq hərəkatının igid iştirakçılarından biri olan Həcər 1840-cı ildə Gəncə vilayəti, Zəngəzur qəzasının (indiki Qubadlı rayonunun) Yuxarı Mollu kəndində anadan olmuşdur. Onun atası Molla Xanalı Ortabab kəndli idi. Nəbi ilə Həcər Nəbinin valideynləri vəfat edəndən sonra evlənmişdilər. Ailələrin iqtisadi cəhətdən fərqli durumda olmaları bir-birini sevən iki gəncin ailə qurmasına mane ola bilməmişdir. Çar hökuməti və yerli məmurlar Nəbini ələ keçirmək üçün dəfələrlə Həcəri qazamata salsalar da, istəklərinə nail ola bilməmişlər. Sonradan Həcər də Nəbinin dəstəsinə qoşularaq onun ən yaxın silahdaşına çevrilmişdir. 1894-cü ildə Nəbinin dəstəsi Cənubi Azərbaycandan Naxçıvana qayıdarkən ehtiyat tədbiri olaraq Qaçaq Nəbi dəstəsini iki hissəyə bölmüş, dəstənin birinə özü, digərinə isə Həcər başçılıq etmişdir.
Koreya Xalq Demokratik Respublikası
Şimali Koreya və ya rəsmi adı ilə Koreya Xalq Demokratik Respublikası (qısaca: KXDR, kor. 조선민주주의인민공화국) — Şərqi Asiyada dövlət. KXDR Koreya yarımadasının şimal hissəsində yerləşir. Şimal və şimal-qərbdə Çin, şimal-şərqdə Amonk (Çində Yalu kimi tanınır) və Tümen çayları boyunca Rusiya, cənubda isə Cənubi Koreya ilə həmsərhəddir. Ölkənin qərbində Sarı dəniz, şərqində isə Yapon dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəri Pxenyan, ümumi sahəsi 120,540 kvadrat kilometr, əhalisinin sayı 25 milyon nəfərdən çoxdur. Ölkənin adı kütləvi informasiya vasitələrində qeyri-rəsmi şəkildə "Şimali Koreya" kimi işlənir. == Coğrafiyası == Ölkənin ərazisi 122.762 km²-dir . Ölkə ərazisinin təxminən 80%-i sıra dağlardan və yaylalardan ibarətdir. Ölkənin şimal-şərqində orta yüksəkliyi 1000 m olan Kema yaylası yerləşir.
Koreya Xalq Demokratik Respublikası coğrafiyası
Koreya Xalq Demokratik Respublikası (KXDR, Şimali Koreya) Şərqi Asiya regionunda, Koreya yarımadasının şimalında yerləşən dövlət. Şimal-şərqdən Rusiya ilə sərhədlənir. İki ölkəni Tumannaya çayı ayırır. Şimal və şimal-qərbdən isə Çinlə sərhədə malikdir. Burada iki ölkə arasında təbii sərhəd rolunu Yaluszyan çayı oynayır. Cənubdan isə Cənubi Koreya ilə sərhədlənir. Olkənin şərq sahillərini Yapon dənizi, qərb sahillərini isə Sarı dəniz yuyur. == Ərazisi == == Quru sərhədləri və sahil xətti == Ölkənin quru sərhədlıri cəmi 1673 km təşkil edir. Çin ilə 1416 km, Cənubi Korera ilə 238 km, Rusiya ilə isə 19 km sərhədə malikdir. Sahil xəttinin uzunluğu isə 2495 km təşkil edir.
Koreya Xalq Ordusu
Koreya Xalq Ordusu (KPA; Chosŏn'gŭl: 조선인민군; Chosŏn inmin'gun) Şimali Koreyanın təhlükəsizliyinə cavabdeh olan qurumdur. KXDR Sonqun siyasəti əsasında idarə olunur ki, bu siyasət də ordunun əsas diqqət mərkəzində olmasına səbəb olmuşdur. Ordu 5 yerə bölünmüşdür: Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Strateji Raket Qüvvələri və Xüsusi Təyinatlı Qüvvələr. Əlavə olaraq 14 yanvar 1959-cu ildə yaradılmış İşçi-Kəndli Qırmızı Mühafizəçilər adlı hərbiləşdirilmiş qüvvələr də orduya tabedir. 2016-cı il hesablamalarına görə 5,889,000 nəfər hərbiləşdirilmiş şəxsi heyəti ilə dünyanın ən böyük hərbiləşdirilmiş qüvvələridir. Bu rəqəm ölkə əhalisinin 25%-ni təşkil edir.
Könüllü ordu ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında demarkasiya xətləri
Könüllü ordu ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında demarkasiya xətləri — Anton Denikinin Könüllü ordusunun işğal etdiyi ərazilərdə Azərbaycan Xalq Cümhuriyyəti arasında müəyyən olunmuş sərhəd nişanları. Könüllü ordunun işğalı nəticəsində Dağlılar Respublikasının süqutu Azərbaycan üçün ciddi təhlükə yaradırdı. == Demarkasiya xəttinin yaradılması == Denikin Azərbaycan sərhədlərinə yaxınlaşırdı. Bunu nəzərə alan Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi müttəfiq qoşunların komandanlığına müraciət edərək, cənuba doğru irəliləyən bu ordunun qarşısının alınması və onun hissələrinin Dağıstandan çıxarılması üçün tədbirlər görülməsini tələb etdi. 1919-cü ilin, yanvarında Bakıdakı Böyük Britaniya qoşunlarının baş komandanı general Uilyam Tomson Qafqaz dağları boyunca Dağıstanın şimal hissəsindən keçən demarkasiya xəttini müəyyənləşdirmişdi. Lakin buna məhəl qoymayan Denikinin Könüllü ordusu Dərbəndi tutdu. Azərbaycanla Könüllü ordu arasında demarkasiya xətti pozuldu. Yeni demarkasiya xəttinin müəyyənləşdirilməsinə və Könüllü ordunun bu xətdən geri çəkilməsi haqqında ingilis komandanlığının tələbinə baxmayaraq, Denikinin hərbi qüvvələri Dərbənddə və bütün Dağıstanda qalmaqda davam edirdi. Bundan ciddi narahat olan Cümhuriyyət hökümətinin başçısı Nəsib bəy Yusifbəyli Cənubi Qafqazda ingilis qoşunlarının komandanı general Q.Kori ilə görüşmüşdü. General Q.Kori 1919-cu il iyunun 11-də Nəsib bəy Yusifbəyliyə göndərdiyi məktubunda general Denikinlə Cənubi Qafqaz respublikaları arasında yeni demarkasiya xəttinin keçdiyi əraziləri müəyyənləşdirmişdi.
Laos Xalq Demokratik Respublikası
Laos (laos. ລາວ) və ya rəsmi adı ilə Laos Xalq Demokratik Respublikası (laos. ສາທາລະນະລັດ ປະຊາທິປະໄຕ ປະຊາຊົນລາວ) — Cənub-Şərqi Asiyada dövlət. Laos Hind-Çin yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal-qərbdə Myanma, şimal-şərqdə Çin, şərqdə Vyetnam, cənub-şərqdə Kamboca, cənub-qərb və qərbdə Tailandla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Vyentyan şəhəri, ümumi sahəsi 237,955 kvadrat kilometrdir. Laos dünyadakı 5 kommunist ölkədən biridir. == Tarixi == Bu gün Laosda idarəçi etnik qrup olan laolar, tay xalqlarının bir qoludur. Taylar 8-ci əsrdə Cənub-Qərbi Çində güclü Nançao Krallığını qurduqdan sonra cənuba doğru irəliləyərək Hind-Çin yarımadasına daxil oldular. Laolar, digər tay xalqlarıyla birlikdə, V əsrdən bəri Kamboçiyadakı Xmer İmperiyasının idarəsi altında yaşayan Laosun yerli qəbilələrinə üstünlüklərini qəbul etdirdilər.
Laos Xalq Demokratik Respublikası;
Laos (laos. ລາວ) və ya rəsmi adı ilə Laos Xalq Demokratik Respublikası (laos. ສາທາລະນະລັດ ປະຊາທິປະໄຕ ປະຊາຊົນລາວ) — Cənub-Şərqi Asiyada dövlət. Laos Hind-Çin yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal-qərbdə Myanma, şimal-şərqdə Çin, şərqdə Vyetnam, cənub-şərqdə Kamboca, cənub-qərb və qərbdə Tailandla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Vyentyan şəhəri, ümumi sahəsi 237,955 kvadrat kilometrdir. Laos dünyadakı 5 kommunist ölkədən biridir. == Tarixi == Bu gün Laosda idarəçi etnik qrup olan laolar, tay xalqlarının bir qoludur. Taylar 8-ci əsrdə Cənub-Qərbi Çində güclü Nançao Krallığını qurduqdan sonra cənuba doğru irəliləyərək Hind-Çin yarımadasına daxil oldular. Laolar, digər tay xalqlarıyla birlikdə, V əsrdən bəri Kamboçiyadakı Xmer İmperiyasının idarəsi altında yaşayan Laosun yerli qəbilələrinə üstünlüklərini qəbul etdirdilər.
Latviya Xalq Cəbhəsi
Latviya Xalq Cəbhəsi (latış. Latvijas Tautas fronte‎) — 1988-1993 illərin arasında öncə Latviya SSR-də, sonra isə müstəqil Latviyada fəaliyyət göstərən siyasi qurum. O, əvvəl Perestroykayı dəstək etmək üçün yaradılıb, sonra isə Latviyanın SSRİ-dən müstəqilliyi üçün fəaliyyət göstərirdi. == Mənşəyi == 1940-cı ildə Latviya, Litva və Estoniya SSRİ tərəfindən işğal olunub. Bundan təxminən eyni zaman meşə qardaşları adı altında partizanların silahlı müqaviməti başlayıb. 1986-cı ildən başlayaraq latviyalılar konkret məqsədlərin ətrafında təşkil olmağa başlayıblar. Moskvaya qarşı ilk qələbələrindən biri Dauqavpils şəhərin yanında, Latviyanın əsas Dauqava çayının üzərində dördüncü hidroelektik dambasının quraşdırmasının dayandırması idi. Bu Ətraf Mühitin Müdafiə Klubunun yaradılmasını ilhamlandırıb. Klub Sovet rejiminə qarşı daha geniş şəkildə mübarizə aparmaq üçün ətraf mühitlə bağlı etirazları vasitə kimi sayırdı. == Tarixi == 1988-ci ildə Latviyada məqsədi demokratiya və müstəqillik olan qurumların arasında Latviya Xalq Cəbhəsi də var idi.
Lisu xalqı
Lisular, Lisu xalqı — (çin. sadə. 傈僳族, pinyin: Lìsù Zú) — Çin Xalq Respublikasında rəsmən tanınan 55 etnik azlıqdan biri, həmçinin Myanmada, Tailandda və Hindistanda yaşayırlar. Ana dilləri Lisu dilidir. Lisu dili Çin-Tibet dil ailəsinin Tibet-Birma qrupunun Lolo-Birma yarımqrupuna daxil olan dillərdən biridir. Çində 1990-cı il sayımı zamanı 574.856 nəfər, 2000-ci il sayımı zamanı 634.912 nəfər, 2010-cu il sayımı zamanı isə 702.839 nəfər etnik lisu siyahıya alınmışdır. 2010 sayımına görə Çində qeydə alınmış etnik lisuların 95.09%-i (668336 nəfər) Yunnan əyalətində yaşayır. == İstinadlar == == Xarici keçidlər == Yay Dilçilik İnstitutunun yayımladığı "Etnoloq sorğu kitabçası"nın 17-ci nəşrində Lisu dili.
Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi
Azərbaycan Milli Xalça Muzeyi — Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin əvəzsiz xalça və xalq tətbiqi sənəti nümunələri ilə yanaşı, müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri toplanan muzey == Muzeyin tarixi == Azərbaycan Milli Xalça Muzeyi Azərbaycan SSR-nin Nazirlər Sovetinin 13 mart 1967-ci il tarixli 130 nömrəli sərəncamı ilə yaradılmışdır. 1967–1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993–2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014–2019-cu illərdə Azərbaycan Xalça Muzeyi, 2019-cu ildən bu günədək Azərbaycan Milli Xalça Muzeyi adlanır. Yarandığı dövrdə dünyanın yeganə ixtisaslaşdırılmış xalça muzeyi idi. Azərbaycan xalçasının milli bədii irsin ən önəmli tərkib hissələrindən biri kimi qorunub saxlanılması, əsaslı və hərtərəfli öyrənilərək geniş ictimaiyyətə təqdim edilməsi muzeyin yaradılmasının başlıca məramı olmuşdur. Muzeyin yaranmasının təşəbbüskarı alim və xalçaçı, xalça haqqında elmin banisi, rəssam və pedaqoq, "Azərbaycan xalçası" adlı fundamental əsərin müəllifi Lətif Kərimovdur. Azərbaycan Xalça Muzeyinin ilk ekspozisiyası 26 aprel 1972-ci ildə İçərişəhərdə yerləşən, XIX əsr memarlıq abidəsi olan Cümə məscidinin binasında açılmışdır. Ekspozisiyanın açılış mərasimində muzey yarandığı gündən böyük dəstəyini əsirgəməyən Heydər Əliyev iştirak etmişdir. 1970–1980-ci illərdə Heydər Əliyevin davamlı dəstəyi sayəsində muzey sənətkarlıq nümunələrini almaq və bununla da öz kolleksiyasını genişləndirmək imkanı əldə etdi. Həmin illərdə muzey üçün Azərbaycan xalça sənətinin inciləri alındı. 1992-ci ildə Azərbaycan Xalça Muzeyi Neftçilər prospektində yerləşən Muzey Mərkəzinə (keçmiş Lenin Muzeyi) köçürüldü.
Macarıstan Xalq Respublikası (1949-1989)
Macarıstan Xalq Respublikası (mac. Magyar Népköztársaság) — 1949-cu il 20 avqustdan 1989-cu il 23 oktyabra qədər Macarıstanın rəsmi adı. == Tarixi == === Yaranma tarixi === İkinci dünya müharibəsi zamanı Macarıstan nasist blokunun tərəfində idi, onun qoşunları SSRİ-nin ərazisinin işğalında iştirak edirdilər. 1944—1945-ci illərdə macar qoşunları darmadağın edildi, onun ərazisi isə sovet qoşunları tərəfindən tutuldu. Müharibədən sonra ölkədə Yalta konfransında nəzərdə tutulduğu kimi azad seçkilər keçirildi və bu seçkilərdə Kiçik Kənd Təsərrüfatı Sahibləri Partiyası (57%) qalib gəldi. Kommunistlərin və sosial-demokratların koalisiyası cəmi 34 % səs aldı. Amma sovet marşalı Kliment Voroşilovun rəhbərlik etdiyi müttəfiqlərin nəzarət komissiyası tərəfindən qurulan koalisiya hökuməti qalib gələn çoxluğa kabinetdəki yerlərin yarısını verdi, əsas vəzifələr isə kommunistlərin əlində qaldı. 10 fevral 1947-ci ildə macar və sovet hökumətləri arasında sülh müqaviləsi imzalandı. Baş nazir Ferents Nad İsveçrəyə rəsmi səfərə yollandı və orada həm öz vəzifəsindən, həm də vətənə geri dönməkdən imtina etdi. Sovet qoşunlarının dəstəyindən istifadə edən kommunistlər müxalifət partiyalarının liderlərinin çoxunu həbs etdilər və 1947-ci ildə yeni seçkilər keçirdilər.
Mart soyqırımı Azərbaycan Xalq Cümhuriyyəti mətbuatında
Milli mətbuatımızda 1918-ci il 31 mart soyqırımı-Azərbaycan Xalq Cumhuriyyətinin mətbuatında 1918-ci il martın 31-de ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırım hadisəsinin işıqlandırılması. Ermənilər soyqırım siyasətini tarixən tək insan resurslarını məhv etmək üzərində həyata keçirmiş, Azərbaycan xalqının milli təsisatlarını, milli mətbuat orqanlarını sıradan çıxarıb, yararsız hala salmaq və bununla da törətdikləri qanlı olayların tarixdə yaşamamasına nail olmaq planları əsasında qururdu. 1918-ci ilin mart ayının 31-dən aprelin 2-dək Bakıda, Şamaxıda, İrəvanda, Qubada, Lənkəranda, Astarada, Salyanda, Neftçalada və digər bölgələrdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi soyqırım zamanı tək on minlərlə insan qətlə yetirilmədi, milli mətbu orqanlarımız, mətbəələr, konkret jurnalistlər də hədəfə alındı. “Açıq söz”, “Kaspi” redaksiyaları yandırıldı. Almaniyadan gətirilən çap avadanlıqları ilə təchiz olunan Orucov qardaşlarının elektrik mətbəəsi dağıdıldı. “Kaspi” mətbəəsində yenicə çap olunan 5 min Quran kitabı oda qalandı. == Mart soyqırımının milli mətbuata təsiri == Mətbuat informasiya mənbəyi, ictimai maarifçilik institutu olmaqla bərabər həm də tarixi salnamədir. Tarixin müxtəlif dövrlərinin öyrənilməsində həmin dönəmlər işıq üzü görmüş qəzetlərdəki məlumatlar, siyasi-analitik yazılar, ədəbi nümunələr etibarlı mənbəə kimi tədqiqatlara daxil edilir, araşdırmanın elmi tutumunu zənginləşdirir. Azərbaycan tarixinin öyrənilməsində, ictimai-siyasi proseslərin mahiyyətinə varılmasında mətbu nümunələrimiz qiymətli məxəz kimi tədqiqatçıların elmi araşdırmalarında əhəmiyyətli yer tutur. Xalqımızın azadlıq, istiqalliyyət mücadiləsi, dövrün çətinliklərinə qarşı mübarizəsi, ictimai-siyasi mühitdən doğan problemlər mətbuatımızda kifayət qədər faktlarla öz əksini tapır.
Milli Xalq Ordusu
Nationale Volksarmee (Azərbaycanca mənası: Milli Xalq Ordusu) — 1956-cı ildə qurulan və 1990-cı ilə qədər fəaliyyət göstərən Almaniya Demokratik Respublikasının (Şərqi Almaniya) silahlı qüvvələridir. 1945-ci ildə Nasist Almaniyası müharibəni uduzdu və 1949-cu ildə Almaniyanın bölünməsi nəticəsində Almaniyanın şərq hissəsi Sovet hakimiyyəti altına düşdü. 1949–1956-cı illər arasında 7 il ərzində Qırmızı Ordu Şərqi Almaniyanın təhlükəsizliyini təmin etdi. Nationale Volksarmee, Sovet rəhbərliyinin nəzarəti altında olan sosialist fikirli Şərqi Alman hökumətinin qərarı ilə 1956-cı ildə yaradılmışdır. Qırmızı Ordudan silah və texnika köməyi alan Nationale Volksarmee, hər fürsətdə hərbi nümayişlər və təbliğatlar edərək Şərqi Alman xalqını təsiri altına almağa çalışırdı. 1990-cı ildə Almaniyanın birləşdirilməsindən sonra ləğv edildi və Almaniya Federativ Respublikasının (Bundeswehr) silahlı qüvvələrinə qoşuldu.
Monqolustan Xalq Respublikası
Monqolustan Xalq Respublikası (monq. Бугд Найрамдах Монгол Ард Улс) — 1924-cü ildən 1992-ci ilədək iqtidarda olmuş tarixi dövlət. == Yaranması == İkinci dünya müharibəsi və onun nəticələri Monqolustanın tarixində iki önəmli cəhətdən böyük əhəmiyyət kəsb edir. Bunlardan birincisi mövcud dövlət statusu-kvosunun saxlanılması və bu dövlətin dünya birliyi tərəfindən tanınması, ikincisi isə müharibədən sonra onun yenidən qeydsiz-şərtsiz Sovet nüfuz dairəsinə düşməsi və sözün həqiqi mənasında Sovet İttifaqının müstəmləkə əlavəsinə çevrilməsidir. Belə ki, Krım(Yalta) konfransında(fevral 1945-ci il) ABŞ, Böyük Britaniya və Sovet İttifaqının dövlət rəhbərləri qərara almışdılar ki, Sovetlərin Yaponiyaya qarşı hərbi əməliyyatlara başlamasının şərtləri sırasında MXR-in statusu-kvosunun saxlanılması da daxildir. Həm də buna Çinin razılığı da tələb olunurdu. Qeyd etmək lazımdır ki, 1945-ci ilin avqustunda Sovet ordusunun Şərqi Baykal cəbhəsi hərbi qüvvələri çox çətinliklə Böyük Xinqan və Qobi səhrasından keçərkən onun sıralarında monqol süvari dəstələri də var idi. Onlar Şimal-Şərqi Çinin azad edilməsində Sovet ordusu ilə birlikdə iştirak etdilər. 1945-ci ilin 14 avqustunda artıq Çin hökuməti də elan etdi ki, o, Xarici Monqolustanın(yəni MXR-in) mövcud sərhədlər daxilində istiqlaliyyətini tanıyır və ilkin şərt olaraq monqol xalqı özünün istiqlala olan istəyini ümumi rəy sorğusu yolu ilə bildirməlidir. 1945-ci ilin 20 oktyabrında belə bir rəy sorğusu keçirildi və bu zaman monqol xalqı yekdilliklə mövcud dövlətin istiqlaliyyətinə səs verdi.

Digər lüğətlərdə