xariuslar
xarizmalı
OBASTAN VİKİ
Xarizma
Xarizma — insanın intellektual, mənəvi və ya başqa bir şəkildə digər insanların "ürəklərinə" müraciət etmək qabiliyyəti. Adətən, xarizma insanın emosional və zehni qabiliyyətlərinin başqalarından fərqli kimi başa düşülür, bunun sayəsində o, xüsusi keyfiyyətlərə malik istedadlı kimi qiymətləndirilir, halbuki çox vaxt heç bir xüsusi xarici görünüşü olmur. N.G. Komlevin lüğətində — yüksək istedad, şəxsi cəlbedicilik kimi qeyd olunur. Xarizmatik - xarizma ilə xarakterizə olunur. Sosiologiya, politologiya, psixologiya və idarəetmə üzrə alimlər bu termini qeyri-adi hesab edilən liderlik növü üçün nəzərdə tuturlar. Bu sahələrdə "xarizma" termini "dəyərlərə əsaslanan, simvolik və emosional lider siqnalından" istifadə edən spesifik lider tipini təsvir etmək üçün istifadə olunur. Qədim yunan mifologiyasında χάρισμα sözü diqqəti cəlb etmək qabiliyyətini ifadə etmək üçün istifadə edilmişdir. Qədim yunan gözəllik və incəlik ilahələri xaritlər adlanırdı. Xristian teologiyasında bu termin Müqəddəs Ruh tərəfindən verilən xarizma, hədiyyə və ya qeyri-adi güc kimi görünür. Xristianlıqda "Allahın hədiyyəsi" deməkdir.
Xarizma Karpenter
Xarizma Li Karpenter (23 iyul 1970, ing. Charisma Lee Carpenter) — Amerikalı aktrisa. Xarizma Karpenter 23 iyul 1970-ci ildə Amerikada, Las-Veqasda anadan olub. Valideynləri onun adını "Avon" brendinə aid "Charisma" ətrinin adından götürüblər. Uşaqlıqda aktrisa adına görə həmyaşıdları arasında xəcalət çəkirmiş və hamıya özünü Krissi kimi təqdim edirmiş. Onun sözlərinə görə, məhz belə ekzotik ad daşıdığına və bununla barışmaq istəmədiyinə görə o, daim xoşagəlməz durumlara düşürmüş. Atasının maşınını qaçırması isə şıltaqlığının son həddi idi. Aldığı pis qiymətlərə baxmayaraq, Xarizma məktəbdə yerli komandaya dəstək qrupunun lideri idi və olduqca fəallıq göstərirdi. 15 yaşı olanda ailəsi əvvəl Meksikaya, sonra isə San-Diyeqoya köç edib. San-Diyeqoda o, Sənət Məktəbini bitirib.
Xarizmatik hakimiyyət
Xarizmatik hakimiyyət — alman sosioloqu Maks Veber tərəfindən işlənib hazırlanmış liderlik anlayışıdır. Bura hakimiyyətin liderinin xarizmasından qaynaqlandığı təşkilat növü və ya rəhbərlik növü daxildir. Xarizmatik hakimiyyət digər iki hakimiyyət növləri — qanuni hakimiyyət və ənənəvi hakimiyyətdən fərqlidir. Üç növün hər biri Maks Veberin hakimiyyətin üçtərəfli təsnifatının bir hissəsini təşkil edir. "Xarizma" — qədim yunan terminidir və I-ci əsrdə Müqəddəs Pavelin yeni yaranmaqda olan xristian icmalarına yazdığı məktublar vasitəsilə populyarlıq qazanmışdır. Bu kontekstdə o, ümumiyyətlə, Kilsənin ilk rəhbərləri daxilində Allahın səlahiyyətini nümayiş etdirən ilahi mənşəli “hədiyyə”yə istinad edirdi. Maks Veber bu teoloji anlayışı götürdü və ümumiləşdirdi, onu ardıcılların aid etdiyi bir şey kimi nəzərdən keçirdi və bununla da onu siyasi, hərbi, məşhur və qeyri-xristian dini kontekstlərə tətbiq edən sosioloqların istifadəsinə açdı. İstifadə olunan digər terminlər "xarizmatik hökmranlıq" və "xarizmatik liderlik"dir. Xarizmatik hakimiyyətdə əmrlər yerinə yetirilir, çünki liderin davamçıları və ya şagirdləri onun xüsusi xarakterinə əmindirlər. Xarizmatik hakimiyyət liderin malik olduğu qeyri-adi qabiliyyətlərinə əsaslanır.

Digər lüğətlərdə