Xortdan
Xortdan ya da xortlaq — gecə qəbirdən xortlayaraq çıxıb yatmış adamların qanını soran, onlara pislik edən qorxunc, dəhşətli mövhum bir vücud, folklor və xalq əfsanələrinə görə qaniçən məxluq. Xortdanlar əsasən Şərqi Avropa mifologiyasında var. Ən tanınmış ənənəyə görə onları günəş işığı, ürəyə vurulmuş ağcaqovaq payası, gümüş güllə və daha bir neçə şey öldürür.
Ümumilikdə xortdanların əlamətləri aşağıdakı kimidir:
Gün işığından qorxurlar;
Gecələr məzarlardan çıxır (xırtlar / xortlar);
Qurbanlarını dişləyərək boğur, onların qanlarını içir və xüsusiyyətləri;
Məzardan xortlayan vampir adi meyitə xas olan çürümə əlamətlərinə malik olmur.
Ağızları daima qanlı olur, qanları laxtalanmır.
Bu məxluqlar qadın və ya kişi ola bilərlər, lakin çox vaxt çirkin qadınlar olurlar. Onların məkanı kimsəsiz və tənha yerlər, eləcə də qəbiristanlıqlardır. İnanca görə xortdan hücumundan qorunmaq üçün qəbiristanlığın yanından keçərkən dua oxumaq lazımdır.
Xortlayan insanın axirətdən qovulduğuna inanılar. Guya ki, gecələr məzarından çıxan, kəfənlə ortalıqda gəzən bu varlıq sürətlə qaça bilər, ata minər, silahdan istifadə edə bilər, istədiyi insanı döyər, sevdiyi insanı qaçırar, evlərə hücum edər, yol kəsər.