Yağlı dilə alışma tez, acı sözə qabarma, döz.

Lit. Never believe to a smooth-tongued man and be angry to a strong word. = На ласковое слово не кидайся, на грубое не гневайся. / На сердитое слово не осержайся, а на ласковое не надейся.
yağlı dil tökmək
yağlı dilə tutmaq
OBASTAN VİKİ
Qırmızı qabarma
Qırmızı qabarma — Okeanların dərin sulu rayonlarından qidalı maddələrlə zəngin olan sular sahil boyu zonalarda səthə qalxır, burada bioloji məhsuldarlığı xeyli yüksəkdir.Lakin bəzən əlverişli yaşayış sahələrində problemlər yaranır. Qidalanma həlqəsində nizamlanan iş prosesində adətən gözlə görülməyən qırılmalar, yaşayış mühiti üçün fəlakətli nəticələr baş verir. Qırmızı yosunların sayının kəskin artması ətrafda olan bütün canlıların zəhərlənməsinə, dəniz suyunun qan rənginə boyanmasına gətirib çıxarır. Okeanologiyada belə hadisəyə xüsusi ad verilmişdir və "qırmızı qabarma " adlanır. Bu hadisənin baş verməsi aşağıdakı formada olur. Sahil zonalarında kifayət qədər qida olduğuna görə xüsusi yosun növü olan dinoflagellyatlar sürətlə çoxalmağa başlayır.Onların sayı o qədər sürətlə artır ki, qidalanma zəncirinin digər həlqələri onları yeyib qurtara bilmir. Dinoflagellyatların sayı artdıqca bir-birinə söykənərək hər biri daha çox yuxarı qalxıb günəş işığına tərəf inkişaf edir. Nəticədə sularda onların toplanması kifayət qədər yüksək olur. Bütün sahil zonalarında olan sular qırmızı və ya qəhvəyi rəng alır. Bəzən dinoflagellyatlar suya zərərli maddələr buraxır, orada balıqlar və digər heyvanların ölümünə səbəb olur.Bu isə öz növbəsində hidrogen-sulfidin H2S (xarab olmuş yumurta iyində) həddən çox artmasına gətirib çıxarır.
Yağlı güləş
Yağlı güləş (türk. Yağlı Güreş) — türk milli güləş növü. Güləş zamanı güləşçilər bədənlərini yağladıqları üçün yağlı güləş adlanır. Onlar bədənlərini zeytun yağı ilə yağlayırlar. Döyüş Ər meydanı adlı məkanda baş tutur. Güləş ümumən qədim türk idman növüdür. Mərkəzi Asiyada Tatar, Özbək və Tuva güləşlərini buna misal göstərmək olar. Güləşçilər Bahadır adlanır. Bahadırlar xüsusi şorta bənzər geyim geyirlər. Digər Olimpiya güləş növlərindən fərqlənir.
Yağlı qaraciyər
Fua-qra (fr. foie gras - yağlı qaraciyər) — Fransa mətbəxinə aid qaz ya ördək qaraciyəri yeməyidir.
Yağlı (Duzluca)
Yağlı — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. Kənd 1901-ci ildən eyni addadır.
Dilə (Astara, İran)
Dilə (fars. ديله‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 71 nəfər yaşayır (12 ailə).
Qabarma və çəkilmə
Qabarma və çəkilmə (mədd və cəzr) bir göy cisimi üzərində başqa göy cisimlərinin tətbiq etdiyi kütlə çəkilişi qüvvətləri səbəbiylə olan forma pozulmaları deməkdir. Ən çox bilinəni, Ay və Günəşin nisbi mövqelərindəki dəyişmələrin təsiriylə Yer səthində dəniz səviyyəsində ortaya çıxan dövrlü dəyişmələrdir. Bir gündə, müəyyən saatlarda yer üzündəki suların ard-arda alçalma və yüksəlməsinə qabarma-çəkilmə hadisəsi deyilir. Qabarma-çəkilmə hadisəsinin meydana gəlməsi ayın çəkiliş qüvvətidir. Bu çəkiliş qüvvəti; Ay yer kürəsinin ətrafına dolanarkən dəyişik bölgələri təsir edər və uzaqlığa görə dəyişər. Ay yer planetindən uzaqlaşsa çəkiliş qüvvəti azalar, yaxınlaşdıqca çəkiliş qüvvəti artar. Qabarma-çəkilmə hadisəsi okeanlara daha çox təsir edir. Ay yer kürəsi ətrafında dönərkən, yer kürəsinin bir üzü aya daim daha yaxındır. Bu vəziyyətdə aya yaxın yerdəki sular ay tərəfindən özünə doğru çəkilərlər. Bu vaxt qabaran suların arxasında olan boşluqları yanlardan gələn sular doldurar.
Acı Qal
Acı Qal (ukraynca , rus. Чистенькое, Аджи-Кал) — Krımın Sevastopol rayonunda bir kənddir. Əhalisinin sayı 4115 nəfərdir (2001-ci il).
Acı ağgöbələk
Acı ağgöbələk (lat. Caloboletus calopus) — boletaceae fəsiləsinin caloboletus cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür. Meyvə cismi torpaqda inkişaf edir. Papaqcıq 5–15 sm diametrindədir, əvvəl şar formalı, sonradan yasıqvari qabarıqlı, boz və ya oxralı qəhvəyidir. Papaqcığın alt hissəsində yerləşən himenofor sarı, kiçik və bucaqlı məsaməli, toxunduqda yaşılımtıl-mavi rəng alır. Ayaqcıq 3–7 x 2–3 sm, əvvəl kök yumrusuna bənzər, sonradan düz, qırmızımtıl, yuxarısı sarıdır. Ayaqcığın səthində olan torcuq əsasa qədər ağ və ya açıq sarı, yetişdikdə qırmızı, yuxarı hissəsi sarı olur. Ləti sarı, kəsildikdə göyərən, acı dadlıdır.
Acı ağəsmə
Acı ağəsmə (lat. Clematis flammula) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. Təbiətdə növün arealı Uzaq Şərqi əhatə edir. Kolluqlarda, meşələrdə, çayların sahillərində, daşlı yamaclarda bitir. Gövdələri dırmaşan, çoxsaylı, sıx hörük əmələ gətirir. Yarpaqları lələkvari, alt hissələri üç yerə bölünmüş, digərləri bütövdür; hissələri yumurtavari-lansetvari, uzun-ucu biz, kənarları oyuqlu-dişli, yuxarı tərəfi batıq, alt tərəfi qabarıq damarcıqlı, əsasən çılpaq, bəzən bir az tükcüklüdür. Çiçəkləri xırda, uzunsov, çoxçiçəkli çiçək qruplarına yığılmışdır. Kasayarpaqları ağ və ya açıq sarı, uzunluğu 1,5 sm-dək, üst tərəfi tükcüklüdür. Erkəkcik saplaqları çılpaqdır. Meyvələri az batıq, çox və ya az tükcüklüdür.
Acı badam
Acı boletus
Acı ağgöbələk (lat. Caloboletus calopus) — boletaceae fəsiləsinin caloboletus cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür. Meyvə cismi torpaqda inkişaf edir. Papaqcıq 5–15 sm diametrindədir, əvvəl şar formalı, sonradan yasıqvari qabarıqlı, boz və ya oxralı qəhvəyidir. Papaqcığın alt hissəsində yerləşən himenofor sarı, kiçik və bucaqlı məsaməli, toxunduqda yaşılımtıl-mavi rəng alır. Ayaqcıq 3–7 x 2–3 sm, əvvəl kök yumrusuna bənzər, sonradan düz, qırmızımtıl, yuxarısı sarıdır. Ayaqcığın səthində olan torcuq əsasa qədər ağ və ya açıq sarı, yetişdikdə qırmızı, yuxarı hissəsi sarı olur. Ləti sarı, kəsildikdə göyərən, acı dadlıdır.
Acı duz
Acı duz və ya ingilis duzu ((MgSO4·7H2O)) — maqnezium-sulfat kristalhidratının texniki adı. İşlətmə dərmanıdır. Rəngsiz rombşəkilli çərçivələrə malik (а = 1,187 nm, b = 1,200 nm, с = 0,688 nm, z = 4) kristallardan ibarətdir. Sıxlığı 1,68 q/sm³, Moosa görə möhkəmliyi 2-2,5-dir. Suda yaxşı həll olur.
Acı südləyən
Acı südləyən (lat. Euphorbia esula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. Esula angustifolia Haw. Esula ararica (Jord.) Fourr. Esula dalechampii Haw. Esula major Garsault [Invalid] Esula pseudocyparissias (Jord.) Fourr. Esula riparia (Jord.) Fourr. Esula salicetorum (Jord.) Fourr. Esula vulgaris Fourr. Euphorbia androsaemifolia Schousb.
Acı yovşan
Acı yovşan (lat. Artemisia absinthium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Alaq bitkisi hesab olunur. Yumşaq torpaqlarda, yaşayış yerlərində, yol kənarlarında, bostanlarda, çöllərdə və bağlarda olur. Çoxillik ot bitkisi olub, hündürlüyü 2 m-ə qədərdir. Kökümsovları çoxşaxəli, qısa, şaquli və oduncaqlıdır. Bütün yerüstü hissələri sarımtıl-gümüşü rəngli olmaqla, sıx tükcüklərlə örtülmüşdür. Yovşanın özünəməxsus kəskin iyi vardır. Gövdəsi çoxsaylı, qabırğalı, yuxarı tərəfdən süpürgəvari-budaqlanan yarpaqlardan ibarətdir. Kökətrafı yarpaqları bitki çiçəkləyən zaman adətən ölüşkəyir.
Murad Acı
Murad Acı (rus. Мура́д Эскенде́рович Аджи́ев, 1994-cü ildən Murad Acı adını istifadə etdi; 9 dekabr 1944, Moskva – 7 mart 2018, Moskva) — qumuq əsilli türkoloq, publisist, yazıçı, iqtisad elmləri namizədi. Dosent. Altaydan gəlmiş xalqların Böyük köçü konsepsiyasının müəllifidir. Murad Acı 9 dekabr 1944-cü ildə Moskvada anadan olub. O, 1964-cü ildə Moskva Dövlət Universitetinin Coğrafiya Fakültəsinin Şimal Araşdırmaları Bölməsinə daxil olmuş, 1969-cu ildə isə Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib aspiranturaya qəbul olmuşdur. Murad Acı SSRİ Dövlət Plan Komitəsinin Məhsuldar Resursların Öyrənilməsi Şurasına daxil olmuşdur. O, 1973-cü ildə Sənaye və inşaat əsasları ixtisasını seçərək "SSRİ-nin şimal-şərqindəki sənaye inkişafı prosesinin modelləşdirilməsi və optimallaşdırılması" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Murad Acının elmi məsləhətçisi professor V. F. Burxanov idi. Məzun olduqdan sonra Acıyev SSRİ Əlvan Metalurgiya Nazirliyinin Proqnozlaşdırma şöbəsində işləmiş, həmçinin bir neçə il Sibirdə sosial tikinti proseslərini öyrənmişdir.
Acı gölü
Acı gölü— Rusiyada, Dağıstan Respublikasında göl. Acı gölü Dağıstanın Qayakənd və Dərbənd rayonlarının sərhəddində yerləşir. Ulluçay çayının aşağı axarının şimalında, Xəzər dənizi sahilinə yaxın, ondan 14 km məsafədə yerləşir. Acı gölünün sahəsi 4,8 km², digər mənbələrə görə isə 5,3 və ya 6,7 km² olaraq göstərilir. Gölün ölçüsü 1,5x5 km-dir. Maksimal dərinliyi 2 m-ə çatır, orta dərinliyi 1,5 m-dir. Dəniz səviyyəsindən 23 metr aşağıda yerləşir. Suyun səviyyəsi aşağı düşəndə dənizdən ayrılan laqondur. 2022-ci il martın 26-da Dağıstan Respublikasının başçısı Sergey Məlikov onun xüsusi mühafizə olunan ərazi kimi tanındığını elan edir, çünki onun sakinləri nəsli kəsilməkdə olan heyvan növləri, 30-dan çox qırmızı kitaba alınmış quş və flaminqo növləridir. Göl nadir quş növlərinin, o cümlədən flaminqoların yuva saldığı, köçlərinin dayandığı və qışladığı yerdir.
Acı bağırsaq
Acı bağırsaq (lat. jejunum) — insanlarda və ən yüksək onurğalılarda, o cümlədən məməlilər, sürünənlər və quşlarda nazik bağırsağın ikinci hissəsi. Onun membranı əvvəllər onikibarmaq bağırsağın fermentləri tərəfindən həzm olunmuş qida maddələrinin kiçik molekullarının enterositlər tərəfindən udulması üçün ixtisaslaşmışdır. Acı bağırsağın döngələri qarın boşluğunun yuxarı sol hissəsində yerləşir. Acı bağırsaq və qalça bağırsağın arasındakı bölünmə anatomik olaraq fərqlənmir. Yetkinlərdə qalça bağırsaq adətən 6-7 m (20-23 fut) uzunluğundadır, bunun təxminən beşdə ikisi acı bağırsaqdır. Qəbul edilən qidaya məruz qalan acı bağırsağın daxili səthi, qəbul edilən qidalardan qida maddələrinin udulması üçün mövcud olan toxumaların səth sahəsini artıran villi adlanan selikli qişalarla örtülüb. Qida maddələrinin epitelial hüceyrələr vasitəsilə acı bağırsaq və qalça bağırsaq vasitəsilə daşınmasına şəkər fruktozasının passiv daşınması və amin turşularının, kiçik peptidlərin, vitaminlərin və əksər qlükozanın aktiv daşınması daxildir. Acı bağırsaqdakı villi onikibarmaq bağırsaq və ya qalça bağırsaqdan daha uzundur. Acı bağırsaqdakı pH adətən 7 ilə 8 arasındadır (neytral və ya bir qədər qələvi).
Kırkpınar yağlı güləşi
Kırkpınar yağlı güləşi — Türkiyənin tarixi güləş növü
Yağlı boya rəssamlığı
Yağlı boya rəssamlığı (it. Pittura a olio) — təsviri incəsənətin rəssamlıq növündə texniki bir üslub olub, burada istifadə olunan boyaq maddələri bitki yağında həll edilərək hazırlanır. Yağlı boya rəssamlığı haqqında ilkin məlumat bizans sənətkarı, keşiş Teofilin kitabında (“Müxtəlif incəsənət siyahısı” — lat. “Schedula diversarum artium” yaxud lat. “De diversibus artibus”) verilmişdir. Avropada yağlı boya rəssamlığının ibtidai nümunələri tarixi XIII əsrə gedib çıxır. İntibah dövrü, 1420 ci ildən başlayaraq yağlı boya rəssamlığı yayılmağa başlayır. Sonralar XV əsrdə bu texniki üsul niderland rəssamı Yan van Eyk tərəfindən daha da təkmilləşdirilmişdir. Buna onun bu dövrdə yağlı boya texnikası ilə çəkmiş olduğu “Çalmalı adam portreti” əsəri tipik misaldır. XV əsrdə (1460-1470) italyan rəssamı Antonello da Messina bu rəssamlıq növünü İtaliyaya gətirmiş olur.
Tez gəl (mahnı)
İlhami Bəkir Tez
İlhami Bəkir Tez(1905–1984)—Türkiyə şairi. Əruzu yaxşı bilirdi. İlk şeirlərində heca vəznini işlətsə də, sonrakı şeirlərini sərbəst vəznlə yazır. Şeirində ahəng ünsürü açıqdır. Bu dönəmdəki şeirlərini "Həyat bilgisinə görə uşaq şeirləri" (1927), "Mavi kitab" və "24 saat" (Nazim Hikmətlə birlikdə hazırlamışdır və bir fəhlənin iş günündən bəhs edir), "Birinci forma A" (1930), "Hər hansı bir şeir kitabıdır" (1931), "Mustafa Kamal" (1933-cü ildə, cümhuriyyətin onuncu ilində yazdığı bir dastandır. Bu kitabında Atatürkün həyatına, qurtuluş savaşına və istiqlal fikrinə yer verir), "Olduğu kimi" (1935) adları altında toplayır. Sosialist şeiri Mayakovskidən öyrənir. Eşqə, fərdi mövzulara yer verir. Şeirlərində savaş və savaşın nəticəsi olan aclığı, mədən fəhlələrini işləyir. Sosial mövzulara marksist nöqteyi-nəzərdən yanaşır.
Qabarma və çəkilmə enerjisi
Qabarma və çəkilmə enerjisi - Qabarma-çəkilmə səbəbi ilə yer dəyişdirən su kütlələrinin sahib olduğu kinetik və ya potensial enerjinin elektrik enerjisinə çevrilməsidir. Qabarma-çəkilmə enerjisini elektrikə çevirmək üçün geniş şəkildə, uyğun olan qoyların ağzının bir anbarla bağlanılaraq, gələn suyun tutulması, çəkilmə sonrasında da yüksəklik fərqindən faydalanılaraq turbinlər vasitəçiliyi ilə elektrik çıxarılması hədəflənər. 24.8 Saatda bir təkrarlanan qabarma-çəkilmə hərəkətləri, nizamlı bir enerji qaynağı olması baxımından maraqlı olmaqla birlikdə, enerji istehsal müddətinin 6-12 saatla məhdud olması bir üstünlüksüz yaratmaqdadır. Suyun potensial enerjisinin %80-ni elektrik enerjisinə çevirə bilən qabarma-çəkilmə enerjisi, günəş enerjisi kimi digər alternativ enerji qaynaqlarına görə daha yüksək bir məhsuldarlığa malikdir.
Acı-qovuqyarpaq xaçgülü
Senecio taraxacifolius (lat. Senecio taraxacifolius) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü. Çoxillik, açıq-yaşıl, xırda vəzili-tüklü bitkidir. Kökümsovu qısa, çəpdir. Gövdəsi 20- 50 sm hündürlükdə, düz, yuxarı hissədə qalxanvari-budaqlanandır. Aşağı yarpaqlar saplaqlı, 1-3 kənar hissəli, ürəkvariyumurtavari; orta və yuxarı kök yarpaqları saplaqlı və ya oturaqdır. Səbət 2-6 sayda, qalxanvari çiçəkqrupu, uzun ayaqcıqdadır. Sarğı yarımkürəvari, 12–15 mm uzunluqda; xarici yarpaqcıqlar az saydadır. Dilcikşəkilli çiçəklər narıncı-sarı rənglidir. Toxumcaları 5 mm uzunluqda, 1 mm enində, xətvari, şırımlı, çılpaq; kəkili açıq qəhvəyi rəngli, demək olar ki, toxumca ilə eynidir və ya bir az ondan uzundur.
Acı çay körpüsü
Acıçay körpüsü Təbriz şəhərinin şimal-qərb bölgəsində yerləşən və Acıçayın üzərində olan tarixi körpüdür. Bu körpü Təbrizi Cənubi Azərbaycanın şimal-qərb regionları, Türkiyə və Rusiya ilə birləşdirmək üçün istifadə edilmişdir. Bu körpü tarixi İpək yolunun şərq və qərb hissələrini birləşdirən əsas element olmuşdur. Körpü 16 aşırımdan ibarətdir. Uzunluğu 105 metr, eni isə 5 metrdir. Körpü dəfələrlə müxtəlif şəxslər tərəfindən restavrasiya olunduğuna görə vahid memarlıq üslubu yoxdur. 16 aşırımdan 3-ü yarım dairəvi formada olsa da, yerdə qalan aşırımlar ziq-zaq formasındadır. Tarixin müəyyən dövrlərində körpü dəfələrlə restavrasiya olunmuş və ya dağılmışdır. Körpü həm təbii fəlakətlərə görə, həm də müharibələr zamanı dağılmışdır. Körpünün sonuncu restavrasiyası Abbas Mirzənin hakimiyyəti illərində baş vermişdir.
Böyük Acı Göl
Böyük Acı Göl (ərəb. البحيرة المرة الكبرى‎; ), Süveyş kanalının bir hissəsi olan böyük bir duzlu göldür. == Duzluluq == Böyük Acı gölün yerləşdiyi yer əvvəllər quru duz dərəsi idi. Bu, hələ də gölün duzluluğuna təsir edir. Altı günlük müharibədən (1967) başlayaraq Süveyş kanalı səkkiz il bağlandı. Bu müddət ərzində gölün duzluluğu xeyli artıb. == Sarı Donanma == 1967-ci ildə altı günlük müharibə zamanı kanal bağlandı. Misir 1975-ci ilə qədər göldə 15 gəmini qapalı saxladı. Bu gəmilər tezliklə göyərtələrini örtən səhra qumlarına görə "Sarı Donanma" kimi tanındı.