YAŞ

YAŞ I is. İl, sinn. Bahar oldu, qış oldu – itirdiyim ömür, gün; Qazandığım yaş oldu (B.Vahabzadə).

YAŞ II is. Ağlamaq nəticəsində gözdən tökülən su. Dedikcə qəlbinə qaranlıq çökür; Gözündən od kimi o, yaşlar tökür (S.Vurğun).

YAŞ III sif. Nəm, sulu. Nahid uçuruma enmək istəyəndə ayağı yaş gilin üstündə sürüşdü, az qaldı ki, dərəyə ensin (H.Abbaszadə).

YAŞ IV sif. Pis. Məzhəbi, dini, rəhmi yox; İşləri yaşdı, qoymayın! (M.Ə.Sabir).

YARI
YAŞLANMAQ

Digər lüğətlərdə