yastıyapalaqlıq 2021
yaş-yaş
OBASTAN VİKİ
Yaş (dəqiqləşdirmə)
Azərbaycan dilində aşağıdakıları ifadə edir : Yaş (orqanizm) - canlı orqanizmin anadan olandan ölənədək fəaliyyət göstərdiyi zaman kəsiyi ; Yaş (rütubətlilik) - əşyanın normadan artıq rütubətlilik faizi.
Yaş dəsmal
Yaş dəsmal — və ya "Yaş salfet" — kiçik bir tikə nəmləndirilmiş salfet və ya parça. Ümumiyyətlə qatlanmış və fərdi rahatlığı təmin etmək üçün örtülü olur. Yaş dəsmal şəxsi gigiyena və ya ev təmizlənməsi kimi, təmizləmə məqsədləri üçün istifadə olunur.
Yaş məhdudiyyəti
Yaş məhdudiyyəti — kütləvi mədəniyətdə istehsal olunan verilişlərə, filmlərə və kompüter oyunlarına reytinq sistemi ilə birgə qoyulan dövlət siyasətidir. Bir çox Amerika və Avropa ölkələrində televiziyada 23:00–03:00 saatları arasında göstəriləcək filmlərdən əvvəl yaş məhdudiyyəti cədvəli qoyulur.
Yaş psixologiyası
Yaş psixologiyası - Psixologiya elminin pedaqoji psixologiya ilə sıx bağlı olan digər mühüm bir sahəsidir. Yaş psixologiyası insanda anadan olandan ömrünün axırına qədər psixi inkişafın dinamikasını, qanunauyğunluqlarını, şəxsiyyətin psixi prosesləri və xassələrinin ontogenezdə inkişaf xüsusiyyətlərini öyrənir. İnsanın psixiki inkişafının hərəkətverici qüvvələri, şərati və qanunauyğunluqları təşkil edir. Psixi inkişafın hərəkətverici qüvvələri anlayışı altında insanın psixi inkişafına təkan verən, onu müəyyən istiqamətə yönəldən səbəblər başa düşülür. Uşağın psixi inkişafının hərəkətverici qüvvələri, hər şeydən əvvəl, fəaliyyətdə yaranan yeni tələbatlarla bu tələbatları ödəmə imkanları arasındakı dialektik ziddiyyətdən ibarətdir. Bu ziddiyyət yalnız kiçik yaş deyil, bütün yaş dövrləri üçün xarakterikdir. Lakin həmin ziddiyyətlər özünü göstərdikdə yaşdan asılı olaraq müəyyən spesifik xüsusiyyətə malik olurlar. Psixi inkişafın şəraiti adı altında daima təsir edən elə daxili və xarici amillər nəzərdə tulur ki, onlar hərəkətverici qüvvələr olmasalar da, inkişafa təsir göstərir, inkişafın gedişini istiqamətləndirir. Psixi inkişafın qanunauyğunluqlarına gəldikdə, onlar ümumi və xüsusi qanunauyğunluqlardan ibarətdir. Həmin qanunauyğunluqların köməyi ilə insanın psixi inkişafını qeyd etmək və bunun köməyi ilə həmin inkişafı idarə etmək mümkündür.
Yaş Çopra
Yaş Ray Çopra (hind. यश चोपड़ा; 27 sentyabr 1932, Lahor, Britaniya Hindistanı – 21 oktyabr 2012, Mumbay) — Hindistan kino aktyoru, prodüser və ssenari müəllifi. Yaş Çopra 27 sentyabr 1932-ci ildə Lahorda anadan olub. Film çəkmək üçün 1973-cü ildə "Yash Raj Films" kino şirkətini yaratmışdır, hansı ki, bu şirkət Hindistanın ən böyük kino şirkəti idi. Həmin şirkət 20-dən çox film çəkmişdir. Ona görə də Yaş Çopra hind kino tarixinin ən böyük rəhbərlərindən biri hesab edilir və onu Bollivudun "Romantika kralı" adlandırırlar. O, 2005-ci ildə Padma Bhuşan ordeni ilə təltif olunmuşdur. Yaş Çopra 21 oktyabr 2012-ci ildə Hindistanın Maxaraştra ştatının Mumbay şəhərində vəfat etmişdir.
Orta yaş böhranı
Orta yaş böhranı, 1965-ci ildə Eliot Jaques tərəfindən işlədilmiş termindir. Yetkin insanların öz ölümləri barədə düşünməyə, geri qalan həyatını hesablamağa başlaması ilə xarakterizə olunur. Qadınlarda menopauza, kişilərdə isə andropauzadan əvvəl dəyişən hormonlarla əlaqədar olaraq cinsi istəklərin artımına verilən ümumi addır. Qadınlarda böhranlı yaş dövrü 40 yaşından sonra başlayır. Bu böhranlı dövr 55 yaşa qədər davam edə bilər. Bu yaşda qadın artıq yaşının keçdiyini, qocaldığını düşünməyə başlayır. Qadınlar bu hisslərinə görə depressiyaya düşə və ya yenidən sevə bilərlər.
Qadının üç yaş dövrü (roman)
Aza yaşayış yeri
Аzа yаşаyış yеri — Аzа kəndinin şimаlındа, Gilаnçаyın sоl sаhilində, hündür təpənin üzərində yеrləşir. Yаşаyış yеri hər tərəfdən dаşdаn hörülmüş divаrlаrlа əhаtə оlunmuşdur. Lаkin divаrlаrın əksər hissəsi uçub dаğılmışdır. Divаr qаlıqlаrı yаlnız аbidənin cənub hissəsində, Gilаnçаyın sаhilində sаlаmаt qаlmışdır. Qаlаnın içərisindəki binаlаr tаmаmilə dаğılmışdır. Tikinti qаlıqlаrınа əsаsən, оnlаrın dаşdаn və möhrədən tikildiyini dеmək оlаr. Аbidənin ərаzisindən аşkаr оlunаn yеrüstü mаtеriаllаr Оrtа əsrlərin Еrkən və inkişаf еtmiş dövrünə аiddir. Аrхеоlоji mаtеriаllаrа əsаsən, yаşаyış yеrini III-XIX əsrlərə аid еtmək оlаr. Yаşаyış yеri tərk еdildikdən sоnrа оnun bir qismindən qəbiristаnlıq kimi istifаdə оlunmuşdur.
Azad Yaşar
Azad Yaşar (Fərəcov Azad İlyas oğlu) 10 aprel 1961-ci ildə Bakıda anadan olub. Əli Bayramlı şəhərində böyüyüb, orada orta təhsilini başa vurub. Ali təhsilini Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsində alıb. Əli Bayramlı şəhərində baş memar, baş rəssam və zavodda dizayn qrupunun rəhbəri vəzifələrində işləyıb. 1993–2001-ci illərdə Rusiyada fəaliyyət göstərən türk inşaat firmasında memar və müdir yardımçısı vəzifələrində çalışıb. 2002–2004-cü illərdə "Space" telekanalında yayınlanan "Gecə kanalı" proqramının bədii redaktoru, 2004–2016-cı illərdə isə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbu orqanı "PENSİYAÇI" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır.2016–2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Sosial həyat" jurnalında məsul katib kimi fəaliyyət göstərmişdir. 1976-cı ildən bədii yaradıcılıqla və tərcümə işi ilə məşğul olur. "Gözlərimin günahı" adlı ilk mətbu şeiri 1980-ci ildə sonralar müasir dövr Azərbaycan demokratik mətbuatının banisi olacaq görkəmli ziyalı Nəcəf Nəcəfovun tövsiyəsi ilə "İnşaatçı" qəzetində çap olunub. Dünya ədəbiyyatını təmsil edən 800-ə yaxın yazarın ən müxtəlif janrlardakı əsərlərini uğurla dilimizə çevirmişdir. Bunların təxminən yarısı ilə Azərbaycan oxucusu ilk dəfə tanış olub.
Açıq yaşıl
Açıq yaşıl — 75% sarı və 25% yaşıl rəngləri qarışdırılaraq əldə edilir. Hex dəyəri "#BFFF00", RGB dəyəri "192, 255, 0", CMYK dəyəri isə "20, 0, 100, 0"dır.
Ağabacı Rzayeva. Notlarda yaşanan ömür... (film, 2013)
Ağabacı Rzayeva. Notlarda yaşanan ömür... qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Elnurə Kazımova tərəfindən 2013-cü ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın ilk qadın bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimi Ağabacı Rzayevanın həyat və yaradıcılığından bəhs edir. Filmdə Ədalət Məmmədov, Almaz Amanova, Mehman Piriyev, Lətafət Məmmədova və Dəniz Tacəddin çəkilmişlər. Film Azərbaycanın ilk qadın bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimi Ağabacı Rzayevanın həyat və yaradıcılığından bəhs edir. Ağabacı Rzayeva Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinifində təhsil almış, onun ən sevimli tələbələrindən biri olmuşdur. Onun bəstələdiyi ilk əsər "Gənc vətənpərvərlər marşı" olmuşdur. Mahnı və romans A.Rzayeva yaradıcılığının aparıcı sahəsinə çevrilir.
Ağabəytəpə yaşayış yeri
Ağabəytəpə yaşayış yeri — Ağdam rayonunun I Yüzbaşılı kəndinin qərbində yerləşən yaşayış yeri. Bu diametri 50 m olan cənub-şərq və şimal-şərq tərəfləri yol çəkilərkən və həyətyanı sahələr genişləndirilərkən dağıdılmış təpədir. Sovet dönəmində təpənin səthi təxminən 1 m-ə qədər hamarlanaraq pambıq çardağı tikilmişdir. Hazırda təpənin hündürlüyü 3 mdir. Onun dağılmış cənub-şərq tərəfində 60 sm hündürlüyündə çiy kərpicdən tikilmiş divar qalıqları aydın görünür. Abidədən toplanmış saxsı kolleksiyası neolit dövrünə aid edilir.
Ağbucaq yaşayış yeri
Ağbucaq, Şərur rayonunun Axura kəndindən qərbdə yerləşən arxeoloji abidə. Ахurа kəndinin qərbində yеrləşir. Yаşаyış yеri çох dа hündür оlmаyаn təpənin üzərini və оnun ətrаfını əhаtə еdir. Yаşаyış yеrinin bir qismi hаzırdа əkin sаhəsinə çеvrilmişdir. Bu ərаzidə Sоn Аntik dövrə аid çəhrаyı rəngli kеrаmikа pаrçаlаrınа rаstlаnır. Hаzırdа yаşаyış yеrində tikinti qаlıqlаrınа rаstlаnmır, lаkin аbidənin bəzi yеrlərində оlаn dördkünc fоrmаlı çаlаlаr vахtilə burаdа yаşаyış binаlаrının оlduğunu təsdiq еdir. Kеrаmikа məmulаtınа əsаsən yаşаyış yеrini е.ə. 4- b.е.3 əsrinə аid еtmək оlаr.
Babadərviş yaşayış yeri
Babadərviş yaşayış yeri — — Azərbaycan Respublikasının Qazax rayonunun Qazax şəhərinin cənub-qərbində, Mingəçevirdən qərbdə, Ağstafaçayın sol sahilində yerləşən qədim yaşayış yeri. Qədim yaşayış yeri Ağstafaçay vadisinin dağ silsiləsi ilə birləşdiyi yerdə mövcud olan təpələrdən birinin üstündə salınmışdır. Yaşayış yerində 600 m² sahədə aparılan qazıntılar zamanı aşkar edilən mədəni qatlarının ən qədimi yarımqazma tipli evlərlə xarakterizə olunan Eneolit təbəqəsidir. Bundan üstdə yerləşən Kür-Araz təbəqəsinin qalınlığı 50–60 sm-dir. Bu təbəqə kül qatları, çiy kərpic parçaları, suvanmış çuxur qalıqları, çay daşları və s. maddi-mədəniyyət qalıqlarından ibarətdir. Təbəqədə təsərrüfat məqsədi üçün istifadə olunmuş 25 çuxura rast gəlinmişdir. Bəzi çuxurların divarları çiy kərpic parçaları ilə bərkidilərək suvanmışdır. Təsərrüfat çuxurlarının içərisindən gil qab parçaları, məişət əşyaları, heyvan sümükləri və yanmış taxıl qalıqları aşkar edilmişdir. Çuxurların əksəriyyəti aşağıya doğru genişlənən quyu formasındadır.
Babəki yaşayış yeri
Babəki yaşayış yeri — Şərur rayonunda, eyni adlı kəndin yaxınlığın da оrta əsrlərə aid yaşayış yeri. Аbidə Şərur rаyоnunun Bаbəki kəndi yахınlığındа yеrləşir. Ərаzisi 3 hеktаrdır. Hazırda əkin sahələrinin altında qalmışdır. Tоrpaq işləri aparılarkən skelet qalıqları, gil qab qırıqları aşkar edilmişdir. Mədəni təbəqənin qalınlığı bəzi yerlərdə 2 m-dən artıqdır. Təbəqə tоrpaq qarışıq kül laylarından ibarət оlub, çəhrayı və sarı rəngli saxsı məmulatı (küpə, kasa, çanaq, qazan, səhəng və s.), tikinti qalıqları ilə və оsteоlоji materiallarla zəngindir. Yаşаyış yеri hаzırdа əkin sаhələrinin аltındа qаlmışdır. Yаşаyış yеrinin mərkəzi hissəsi uzunsоv-оvаl fоrmаlı təpə şəklində оlmuşdur. Təpənin аşınmаsı nəticəsində skеlеt qаlıqlаrı və gil qаb sınıqlаrı аşkаr еdilmişdir.
Balaca və damda yaşayan Karlson
Balaca və damda yaşayan Karlson (isveç dilində "Lillebror och Karlsson på taket") — isveç uşaq yazıçısı Astrid Lindqrenin "Balaca və Karlson" trilogiyasının birinci kitabıdır. Hekayədə təsvir olunan hadisə 1950-ci illərdə Stokholmun mərkəzi rayonlarının birində - Vazastanda bir evdə baş verir. Bu evdə hekayənin qəhrəmanları - Ostermalm küçəsində yaşayan Svanteson ailəsinin kiçik uşağı yeddi yaşlı Svante, böyük qardaşı, bacısı və ata, anası yaşayır. Hadisələr damda yaşayan Karlson və uşaq ətrafında cərəyan edir. Karlson çox mənzilli evin damında yaşayır. Bu rayonda Astrid Lindqrenin özü də yaşamışdır. Астрид Линдгрен.
Balaşum (Qədim yaşayış yeri)
Balaşum — Oğuz rayonunun Xaçmaz kəndinin yaxınlığında qədim yaşayış yeri. Yaşayış yeri Oğuz rayonunun Xaçmaz kəndindən 5 km şimal-şərqdə, dağın ətəyində, meşənin içərisində, dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. Adı şumerlərlə bağlıdır və "bir az balaca, kiçik, odlu, yer, yurd və ya kənd" mənasındadır. Mirzə Fətəli Axundovun "Hekayəti Molla İbrahim-Xəlil kimyagər" əsərindəki hadisələr burada baş verir. Axundovun həmin pyesində əsas süjet xəttini təşkil edən gümüş və misin qızıla çevrildiyi yer məhz buradır.
Balaşum qədim yaşayış yeri
Balaşum — Oğuz rayonunun Xaçmaz kəndinin yaxınlığında qədim yaşayış yeri. Yaşayış yeri Oğuz rayonunun Xaçmaz kəndindən 5 km şimal-şərqdə, dağın ətəyində, meşənin içərisində, dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. Adı şumerlərlə bağlıdır və "bir az balaca, kiçik, odlu, yer, yurd və ya kənd" mənasındadır. Mirzə Fətəli Axundovun "Hekayəti Molla İbrahim-Xəlil kimyagər" əsərindəki hadisələr burada baş verir. Axundovun həmin pyesində əsas süjet xəttini təşkil edən gümüş və misin qızıla çevrildiyi yer məhz buradır.
Balaşum yaşayış yeri
Balaşum — Oğuz rayonunun Xaçmaz kəndinin yaxınlığında qədim yaşayış yeri. Yaşayış yeri Oğuz rayonunun Xaçmaz kəndindən 5 km şimal-şərqdə, dağın ətəyində, meşənin içərisində, dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. Adı şumerlərlə bağlıdır və "bir az balaca, kiçik, odlu, yer, yurd və ya kənd" mənasındadır. Mirzə Fətəli Axundovun "Hekayəti Molla İbrahim-Xəlil kimyagər" əsərindəki hadisələr burada baş verir. Axundovun həmin pyesində əsas süjet xəttini təşkil edən gümüş və misin qızıla çevrildiyi yer məhz buradır.
Bayır şəhər yaşayış yeri
Bayır şəhər — Qəbələ şəhəri ərazisində qədim yaşayış yeri. 1977-ci ildə Kamaltəpənin Cənub ətəyi meşə örtüyündən təmizlənən zaman, buradan da yaşayış yeri xarabalığı üzə çıxmışdır. Bu xarabalıq təxminən 10 hektarlıq bir ərazini əhatə edir. Onun şimal kənarında Kamaltəpə və Qalanın cənub divarları yerləşir. Qərb tərəfdən axan Qaraçay isə yaşayış yerinin xeyli hissəini yuyub aparmışdır. Cənub tərəfdən Kamaltəpəyə qalxan köhnə yol yeri də var. Yeni aşkar edilən yaşayış yeri xarabalığı, Qalanın cənub divarından bayır tərəfdə yerəşdiyi üçün onu şərti olaraq Bayır şəhər adlandırırlar. XIX əsrn 40-cı illərində Qəbələ şəhər xarabalığını nəzərdən keçirən A. Yanovski Bayır şəhər abidəsi üçün elmi əhəmiyyəti olan şifahi məlumat toplaya bilmişdir. Onun əldə etdiyi məlumata görə, şəhər xarabalığa çevriləndən sonra Qalanın cənub ətəyində (yerli əhalinin dili ilə desək Çuxurda) yaşayış davam edirdi. O zaman artıq əhali bu yeri Qəbələ deyil, yerin təbii-coğrafi quruluşuna görə Çuxur-Qəbələ adlandırırdı.
Baş Dizə yaşayış yeri
Bаş Dizə yаşаyış yеri — Хаlq аrаsındа qаlа аdlаnır. Yаşаyış yеri kəndin içərisində оlаn hündür təpənin üzərindədir. Аbidənin yеrləşdiyi ərаzi hər tərəfdən sıldırım qаyаlаrlа əhаtə оlunmuşdur. Qаlаyа yаlnız cənub tərəfdə yеrləşən dаr cığırlа qаlхmаq mümkündür. Аbidənin cənub qismində yаşаyış binаlаrının qаlıqlаrınа rаstlаnır. Tikintilər tаmаmilə dаğıldığındаn оnlаrın plаnını müəyyən еtmək mümkün оlmаmışdır. Аrаşdırmаlаr zаmаnı qаlаnın cənub ətəyindən Оrtа əsrlərə аid kеrаmikа pаrçаlаrı аşkаr оlunmuşdur. Baş Dizə yаşаyış yеrini III–XIX əsrlərə аid еtmək оlаr.
Birlik 90/Yaşıllar
Birlik 90/Yaşıllar (alm. Bündnis 90/Die Grünen‎) və ya sadəcə Yaşıllar – Almaniyanın siyasi partiyalarından biri. 1993-cü ildə Almaniya Yaşıl Partiyası (1979) ilə Birlik 90 (1989) partiyalarının birləşməsi nəticəsində yaranıb. Partiyanın əsas idealogiyası ekoloji, sosial və iqtisadi vəziyyətin yaxşılaşdırılmasıdır. Sədrləri Simone Peter və Cem Özdemirdir. Partiya Bundestaqda 63 yerə (630-dan) sahibdir.
Bizim 10 yaşımız var (film, 1966)
Bizim 10 yaşımız var qısametrajlı sənədli televiziya filmi 1966-cı ildə Bakı Televiziya Studiyasında istehsal edilmişdir. Film Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin fəaliyyətinə həsr olunmuşdur. Film Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin fəaliyyətinə həsr olunmuşdur.
Börgin Ağzı yaşayış yeri
Börgin Ağzı yaşayış yeri — Qazax rayonunun Daş Salahlı kəndindən Aslanbəyli kəndinə gedən yolun 500 metr qərbində yerləşir. Tunc dövrünə aid ölkə əhəmiyyətli arxeoloji abidədir.
Böyük yaşıl sədd
«Böyük yaşıl sədd» (ing. Great Green Wall, fr. Grande Muraille Verte) — Afrika İttifaqının Saxaranın cənubunda səhralaşma ilə mübarizə layihəsi. Layihənin mahiyyəti Saharanın genişlənməsini ehtiva edə bilən meşəli bitki zolağı yaratmaqdır. Bu zolağın Seneqaldan Cibutiyə qədər (yəni Atlantik okeanından Qırmızı dənizə qədər) uzanacağı, eninin təxminən 15 km, uzunluğunun isə 7775 km olacağı planlaşdırılır. 2012-ci ildə layihədə 11 Afrika dövləti, 2019-cu ildə isə artıq 21 dövlət iştirak edib. Layihə həyata keçirilərsə, o zaman onun nəticələri kosmosdan aydın görünəcək. Böyük yaşıl sədd layihəsinin prototipi 1983-cü ildə Burkina-Faso prezidenti olduğu müddətdə ölkəsində torpaqların səhralaşması ilə mübarizə aparan “afrikalı Çe Qevara” Tomas Sankaranın (1949-1987) fəaliyyəti hesab edilə bilər. Onu hakimiyyəti illərində Sahara qumlarının cənuba yayılmasının qarşısını almaq üçün 10 milyon ağac əkilir. 2005-ci ilin iyulunda Afrika İttifaqı Böyük yaşıl sədd layihəsini dəstəkləyir.
Böyükdaş yaşayış yeri
Böyükdaş yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə. Böyükdaş yaşayış yeri eyni adlı dağın üst hissəsində aşkar edilmişdir. Yaşayış yerinin çox hissəsi Duvannı daş karxanası tərəfindən dağıdılmışdır. Qobustan arxeoloji ekspedisiyası bu yaşayış yerində 318 m² sahədə qazıntı işləri aparmışdır. Burada bir sıra daşdan hörülmüş dördkünc planlı, çoxotaqlı binanın qalıqları aşkar edilmişdir. Dağılmış tikinti qalıqları arasında, üzərində çubuq izləri olan gil suvaq parçalarına rast gəlinmişdir. Qazıntılar zamanı 3 №-li otaqdan oval formalı ocaq, onun yaxınlığında isə suvaq qalıqları aşkara çıxarılmışdır. Onun ətrafı, uzun müddət yanan ocağın təsirindən qızarmışdı. Ocaqdan şimalda, içərisinə dağdağan toxumu yığılmış dairəvi qurğulara rast gəlinmişdir. 1 və 2 №-li otaqların mərkəzi hissəsində, içərisi küllə dolmuş, dairəvi formalı ocaqlar aşkar olunmuşdur.
Böyükdüz yaşayış yeri
I Böyükdüz yaşayış yeri —
Bülövqaya yaşayış yeri
Bülövqaya — Babək rayonunun Göynük kəndindən qərbdə Sarısu çayının sol sahilində yerləşən qədim yaşayış yeri. Yaşayış yerindən aşkar edilmiş keramika qrubunun hazırlanma texnologiyası, bişirilməsi, naxışlanması kimi bir çox xüsusiyyətlər Dalmatəpə tipli keramika ilə yaxın bənzərlik göstərir. Buradan aşkar edilmiş boyalı keramika Şimal-Qərbi İranda Kültəpə yaşayış yeri (Culfa), Seh-Qabi və digər Dalma tipli keramika ilə xarakterizə edilən yayşayış yerləri ilə bənzərlik göstərir. Bülövqaya yaşayış yerində aparılan arxeoloji tədqiqatlar Cənubi Qafqazda Dalmatəpə mədəniyyətinin yayılma arealını öyrənmə baxımından əhəmiyyətlidir.
Daimi yaşayış
Daimi yaşayış yeri əcnəbinin ölkənin vətəndaşlığına malik olmadan qeyri-məhdud müddətə ölkədə və ya ərazidə yaşamaq hüququ deməkdir. Daimi sakinlərin istifadə etdiyi hüquqlar ölkə vətəndaşlarının hüquqları ilə tam eyni olmayacaq, lakin bir qədər məhdud olacaq. Bəzi ölkələrdə məhdudiyyətlərə səsvermə hüququ, seçilmək hüququ, ordu, polis və dövlət idarələri kimi dövlət qurumlarında işləmək, torpaq mülkiyyəti və pasportlara sahib olmaq daxil ola bilər. Bundan əlavə, şəxsin müəyyən müddətə ölkəni tərk etməsi halında daimi yaşayış yerinin ləğv ediləcəyi və ya xitam veriləcəyi ölkələr var. Bütün ölkələr daimi yaşayış icazəsi vermir və hər bir ölkənin icazəsi və tələbləri çox fərqlidir. Avropa İttifaqına üzv dövlətlərin bir şəxsə daimi yaşayış icazəsi vermək hüququ var, çünki Avropa İttifaqının qanunları bu birliyin vətəndaşına 5 il müvəqqəti yaşadıqdan sonra başqa bir Avropa ölkəsində daimi yaşayış yeri əldə etməyə icazə verir. Aİ həmçinin Direktivə (EC/2003/109) uyğun olaraq uzunmüddətli rezident üçüncü ölkə vətəndaşlarına daimi yaşayış hüququ verir. Bu, qanuna qoşulan bütün ölkələr üçün yeni yanaşma idi və bu hüquqlar milli sərhədlərdən kənarda verilə bilərdi. Digər ölkələrdə daimi yaşayış yeri ilə bağlı fərqli təriflər var və onların digər ölkələrlə münasibətləri buna uyğun tənzimlənir. Daimi sakinlərin statuslarını saxlamaq üçün müəyyən rezidentlik öhdəlikləri var.
Dairə yaşayış yeri
Dairə yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə. Dairə yaşayış yeri Böyükdaş dağının aşağı şimalında yerləşir. Ətrafı iri həcmli yonulmamış daşlardan hörülmüş divarla əhatə edilmişdir. Sahəsi 200 m² olan yaşayış yerinin 1/3 hissəsi qazıntılarla öyrənilmişdir. Divar boyunca aparılan qazıntılar abidənin tam planını ortaya çıxarmağa imkan vermişdir. Yaşayış yerini əhatə edən müdafiə divarı içəridə dikinə, o biri tərəfdən isə yastısına qoyulmuş daşlarla tikilmişdir. Мüəyyənləşdirilmişdir ki, mədəni təbəqə yalnız divar boyu yığılmışdır. Təbəqənin qalınlığı 30- 40 sm- dir. Yaşayış yerinin şərq hissəsində yaşayış binalarına aid tikinti qalıqları aşkar olunmuşdur. Lakin onlar yaxşı qalmadığından, ümumi planlarını müəyyən etmək mümkün olmamışdır.
Dalmatəpə yaşayış yeri
Dalmatəpə mədəniyyəti İranın şimal-qərbində Zaqros dağlarının mərkəzi və şimal vadilərində geniş yayılmış mədəniyyətə verilən addır..Dalma keramikası ilkin olaraq Urmiya gölünün cənub-qərb hissəsində, Sulduz vadisində Dalma Təpə və Həsənlu Təpədə aparılan qazıntılar zamanı aşkar edilmişdir. 1961-ci ildə Pensilvaniya Universitetinin Həsənlu Layihəsi çərçivəsində Dalma Təpədə aparılan sonrakı qazıntılar zamanı çox sayıda Dalma keramikası aşkar edilmişdir. Qazıntı materiallarına memarlıq, qəbir və keramika qalıqları, gil, sümüklər, artefaktlar, üyütmə daşları və yonma daşlar daxildir. Aşkar edilmiş materiallar Dalma mədəniyyətinin eramızdan əvvəl beşinci minilliyə aid olduğunu göstərir. Əldə edilmiş keramika bu mədəniyyətin görünən tərəfidir və digər aspektləri haqqında məlumat azdır. Qazıntı materialları Dalma tayfaları və onların həyat tərzləri haqqında kifayət qədər məlumat vermir. Dalma keramikası analoji texniki və üslub xüsusiyyətləri ilə regionda geniş əraziyə yayılmışdır. Qazıntılar göstərir ki, bu mədəniyyət mərkəzi Zaqros dağları, Şimali Luristan, İran Azərbaycanında Urmiya hövzəsi və İraqda Kərkük kimi Mesopotamiyanın bəzi hissələrinə yayılmışdır. İran yaylasının şimal-qərb hissələrində Dalma mədəniyyətinin izləri aşkar edilmişdir. Dalma keramikasının bu bölgədə geniş yayılması bu mədəniyyətin yayılmasında köçəri tayfaların iştirak etdiyini sübut edir.
Daşlıyurd yaşayış yeri
Daşlı yurd — Ordubad rayonunun Ağdərə qəsəbəsindən şimalda, Sulu düzün üstündə yerləşir. Yurd yerinin ərazisi oval təpə şəklindədir. Araşdırmalar zamanı yurd yerində ətrafı dördkünc və dairəvi daşlarla əhatə edilmiş binaların qalıqları aşkar olunmuşdur. Yurd yerinin şimal tərəfində daşdan inşa olunmuş kələklərin qalıqları da var. Bəzi tikintilər uçub tökülmüş və daş yığınına çevrilmişdir. Yurd yerinin ərazisi qalın peyin qatı ilə örtülmüşdür. Yaşayış yerini ХI-ХVIII əsrlərə aid etmək olar.

Digər lüğətlərdə