YAINLAŞDIRILMAQ
YAKOBİN
OBASTAN VİKİ
Yak
Yak (lat. Bos grunniens) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü. Yakların hündürlükləri 2 metrə, çəkiləri 1000 kiloqrama çatır. Bədənləri uzun tüklərlə örtülü olur. Ayaqlarında, yanlarında da uzun tüklər olur. Yaklar Tibetdə dəniz səviyyəsindən 4000-6000 metr yüksəklik ərazilərdə çox az ərazidə yaşamaqdadır.
Vəhşi yak
Vəhşi yak (lat. bos mutus) — əsl öküz cinsinə aid heyvan növü. Rusiyada ərazisində Tıva respublikasının kənd təsərrüfatında (2012-ci ildə təxminən 10 min baş), Buryatiya və Altay Respublikası zooparklarında saxlanılır. Tibetdən başqa digər ölkələrdə də Şimali Hindistan, Çin, Qazaxıstan, Tacikistan, Butan, Əfqanıstan, Pakistan, İran, Qırğızıstan, Özbəkistan, Nepal və Monqolustanın qonşu dağlıq bölgələrində yayılmışdır. Sovet İttifaqında Şimali Qafqaz, xüsusilə Kabardino-Balkar, Qaraçay-Çerkesiya, Dağıstan, Çeçen-İnquşetiya və Şimali Osetiya kimi ərazilərdə yak uyğunlaşdırılmışdır. Ermənistanda isə yakın uyğunlaşdırılması nəticə vermədi. Yak uzun bir bədən, nisbətən qısa ayaqları, geniş, dairəvi tuluqları və ağır, aşağı əyilmiş başı olan böyük bir heyvandır. Ağırlığı 2 m-ə qədər, 1000 kq-a qədər çəki. Yaşlı bir erkəyin bədəninin uzunluğu 4,25 m-dir və ondan 0,75 m quyruğa düşür. Yakın dişisinin uzunluğu 2,8 m, hündürlüyü 1,6 m, çəkisi isə 325-360 kq-dır.
Yak-141
Yakovlev Yak-141, Yak-38 modelinin təkmilləşdirilmiş versiyası olan Yak-41 təyyarələrinin yerini alması üçün prototip işləri həyata keçirilmiş olan Rusiya istehsalı döyüş təyyarəsidir. NATO kod adı Freestyle olmuşdur. 1991-ci ildən sonra layihə SSRİ-də büdcə problemləri səbəbinə görə dayandırılmışdır. İlk uçuşunu 9 mart 1987-ci ildə həyata keçirmişdir. Yak-141 dünyanın ilk süpersonik (səsdən iti) VTOL/CTOL döyüş təyyarəsidir. İlk uçuşunu 1989-cu ildə həyata keçirmişdir. Üç turbofanla hərəkət edən təyyarənin əsas mühərriki hərəkət edə bilən eqzosları sayəsində həm dırmanmağa kömək edir, həm də normal uçuş zamanı istifadə edilirdi. Buna əlavə yalnız təyyarənin havaya qalxması zamanı istifadə edilən və kokpitin həmən arxasında yerləşən düz şəkildə yerləşdirilmiş iki ədəd kiçik reaktiv mühərriki də vardır. Bu motorlar sayəsində Yak-141 15800 kq ağırlığa qədər VTOL dırmanma edə bilir. Ayrıca olaraq 19500 kq ağırlıqda 60 ilə 120 metrəlik qısa pistlərdən də (enmə-qalxma zolağı) STOL dırmanmaya qadirdir.
Yak-36
Yakovlev Yak-36 (Rusca: Яковлев Як-36; NATO kod adı: Freehand), Yakovlev tərəfindən buraxılmış olan SSRİ istehsalı VTOL reaktiv qırıcı prototipi olmuşdur. Təyyarə sınaq məqsədi ilə istehsal edilmiş, qüsurları müəyyənləşdirildikdən sonra onun yerinə Yak-38 təyyarələri yaradılmışdır. İlk uçuşunu 9 yanvar 1963-cü ildə həyata keçirmişdir.
Yak-38
Yakovlev Yak-38 (NATO kod adı: Forger) SSRİ donanmasında istifadə edilmiş olan birinci və sonuncu VTOL çoxməqsədli qırıcı-bombardmançı döyüş təyyarəsidir. İlk uçuşunu 1971-ci ildə etmişdir. 1976-cı ildə silahlanmaya qəbul edilmiş və 1991-ci ildə silahlanmadan çıxarılmışdır. SSRİ Hərbi Dəniz Qüvvələrindən başqa Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən də istifadə edilmişdir. Ümumi olaraq 231 ədəd istehsal edilmiş olan bu təyyarələr Yak-36 təyyarələrinin baza modeli əsasında hazırlanmışdır. Prototip VM-01 10 aprel 1970-ci ildə bitirilmişdir. İlkin olaraq xarici görünüşünə görə ingilis istehsalı olan Harrier döyüş təyyarəsinə oxşayırdı.
Eupatorium yakushimaense
Eupatorium yakushimaense (lat. Eupatorium yakushimaense) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid bitki növü.
Fridrix Qustav Yakob Henle
Fridrix Qustav Yakob Henle (19 iyul 1809, Fürt; † 13 may 1885, Göttingen) alman anatomu və həkimi, nefronun quruluşunu tədqiq edərkən kəşf etdiyi ilgək onun adı ilə Henle ilgəyi adlandırılmışdır. Yakob Henle yəhudi zərgər və qızıl tacirnin ailəsində dünyaya gəlmişdir. Onun işlərini müasir mikrobiologiyanın "rüşeymi" adlandırmaq olar. Yakob Henle rəhudi olsa da xristiyanlığı qəbul etmişdir. 1832 ci ildə Bonn və Heydelberqdə tibbi təhsilini bitirdikdən sonra, 1834 cü ildə Berlində Rudolfinin assistenti olmuşdur. 6 il ərzində yeni heyvan növlərinə dair üç anatomik monoqrafiya, daxil olmaqla külli miqdarda elmi məqalələr dərc etmişdir. 1837 ci ildə Berlin universitetində mikroskopik anatomiya və potologiya üzrə privat-dosent kimi işləmişdir. 1844 cü ildə Yakob Henle Heydelberqə gələrək burada fiziologiya və potologiyanı öyrənir. Öz müəllimi Müllerlə birlikdə köpək və skat balıqlarına dair zooloji oçerk dərc edir. Henle 1852 ci ildən Göttingen universitetindəki anatomiya instituna rəhbərlik etmiş, 1855 ci ildə özünün məşhur "İnsanın sistematik anatomiyası" dərsliyini dərc etdirmiş və 1885 ci ildə Göttingendə vəfat etmişdir.
Herbert və Katerin Yakobsun ilk evi
Herbert və Katerin Yakobsun ilk evi və ya I Yakobs ― Amerika Birləşmiş Ştatları, Viskonsin, Madisonda 441-ci prospektdə yerləşən bir ailə evidir. Ev tanınmış amerika memarı Frank Lloyd Rayt tərəfindən tərtib edilmiş, 1937-ci ildə inşa edilmişdir. 2003-cü ildə Milli tarixi bir yer olaraq təyin edildi. Raytın evi və bir neçə başqa mülkü 2019-cu ilin iyul ayında "Frank Lloyd Raytın 20-ci əsr memarlığı" adı altında ümumdünya irsi siyahısına daxil edilib. == Təsviri == Yakobsun evi Birç və Evklid prospektləri arasındakı Toepfer prospektinin şərq tərəfində, Madison şəhərinin cənub-qərbində bir yaşayış yerində yerləşir. Ev bir mərtəbəli olub, xarici görünüşü kərpic, taxta və şüşə qapıların birləşməsində ibarətdir. Eyni zamanda ev düz bir dam ilə örtülür və beton təməl üzərində dayanır. Daxili sahəsi 1500 kvadrat metr olub iki yataq otağından ibarətdir. Evin orijinal istilik sistemi əsas beton döşəmənin altına qoyulmuş buxar istilik borularından ibarətdir. Buxar istisini təmin edən soba mətbəxin altındakı kiçik bir zirzəmidə yerləşir.
I Yakov
I Ceyms (ing. I James of England; 19 iyun 1566, Edinburq qalası – 27 mart (6 aprel) 1625) — Şotlandiya, İngiltərə və İrlandiya kralı, Stüartlar sülaləsindən İngiltərə taxtına çıxan ilk kral. 24 mart 1603-cü ildən Şotlandiya və İngiltərə birləşdi; parlament, məhkəmə və qanunvericilik strukturu bütövlükdə I Ceymsin əlində cəmləndi. I Ceyms həm Şotlandiya kraliçası Mariya Stüartın oğlu, həm də İngiltərə və İrlandiya kralı VII Henrinin kötücəsi idi. Buna görə də hər üç taxtda pay sahibi idi. Hələ 13 aylıq bir körpə ikən anası taxtdan geri çəkilmiş və oğlunu Şotlandiya kralı elan etmişdir. 12 yaşınadək ölkəni 4 müxtəlif taxt naibi idarə etdi. 1578-ci ildə hakimiyyətə özü keçsə də, 1583-cü ilədək dövlət idarəsini tam olaraq ələ ala bilmədi. 1603-cü ildə ardında vəliəhd buraxmadan vəfat edən İngiltərənin son Tüdor hökmdarı olan I Elizabet vəfat etdi və I Ceyms onun taxtını da ələ keçirdi. Beləliklə, tarixdə Yakobin dövrü adlanan və hər 3 ölkənin birləşdiyi 22 illik bir dövr başladı.
Karl Yakob Burkhardt
Karl Yakob Burkhardt (10.9.1891, Bazel – 3.3.1974, Vinsel) — İsveçrə tarixçisi, siyasətçi və diplomat. == Həyatı == 1918-ci ildən diplomat kimi fəaliyyətə başlamışdır: 1918–21-ci illərdə Avstriyadakı İsveçrə missiyasının attaşesi, sonralar Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Türkiyədə nümayəndəsi olmuşdur. Sürix (1929-cu ildən) və Cenevrə (1932-ci ildən) universitetlərinin tarix üzrə professoru 1937–39-cu illərdə Millətlər Cəmiyyətinin Dansiqdə (Qdansk) ali komissarı idi. == Fəaliyyəti == İkinci dünya müharibəsi illərində BQXK-də hərbi əsirlərin və tərk-silah olunmuşların məsələlərini araşdırmış, 1944–48-ci illərdə BQXK-nin prezidenti olmuşdur. Rişelyö və onun dövrünə həsr edilmiş (“Richelieu”, 1935) fundamental əsərin müəllifidir. Burkhardtın memuarları (“Meine Danziger Mission 1937–39”, 1960) İkinci dünya müharibəsindən əvvəlki dövrün tədqiqi üçün maraq kəsb edir.
Karl Yakob Sundeval
Karl Yakob Sundeval (isv. Carl Jakob Sundevall; 22 oktyabr 1801 – 2 fevral 1875, Stokholm) — İsveç zooloqu. == Bəzi əsərləri == "Specimen academ. genera Araneidum Suesiae exhibens" (Lund, 1823); "Svenska Spindlarnes beskrifning" (Stokholm, 1832); "Zoologisk Handatlas för skolor etc." (Lund, 1843); "Foglar från Calcutta" (ib., 1837); "Svenska Foglarna" (1856—1871, 68 cədvəl); "Methodi naturalis avium disponendarum tentamen" (Stokholm, 1872).
Katrin Yakobsdouttir
Katrin Yakobsdouttir (isl. Katrín Jakobsdóttir; 1 fevral 1976, Reykyavik) — 2017-ci ildən etibarən İslandiyanın Baş naziri vəzifəsini icra edən island siyasətçi. == Həyatı == Katrin Reykyavikdə anadan olub. 1999-cu ildə İslandiya Universitetini bitirib, bakalavr dərəcəsini island və fransız dilləri üzrə alıb. 2004-cü ildə eyni universitetdən island ədəbiyyatı üzrə magistr dərəcəsini məşhur island cinayət yazarı Adnaldyur İndridason haqqında tezisi ilə aldı. Katrin Qunnar Siqvaldason ilə evlidir və üç oğul anasıdır. İslandiya siyasətində, akademiyasında və ədəbiyyatında bir çox görkəmli insanlar yetişdirən ailədəndir. İslandiya Universitetində humanitar elmlər professoru olan əkiz qardaşlar Armann Yakobsson və Sverrir Yakobssonun kiçik bacısıdır. Katrin siyasətçi və hakim Skuli Toroddsen və şair Teodora Toroddsen və mühəndis və millət vəkili Siqurdur Toroddsenin nəvəsidir. Şair Daqur Siqurdarson onun dayısıdır.
Kolas Yakub
Kolas Yakub (22 oktyabr (3 noyabr) 1882 – 13 avqust 1956[…], Minsk) — belarus yazıçısı, şair, dramaturq, tərcüməçi, siyasətçi, tənqidçi. == Həyatı == Kolas Yakub 3 noyabr 1882-ci ildə Belarusiyanın Akinçitsı xutoru, indiki Minsk vilayətində meşəbəyi ailəsində anadan olmuşdur. O, Nesvijsk müəllimlər seminariyasını bitirmiş və 1915-ci ildə orduya çağırılmışdır. == Əmək fəaliyyəti == Kolas Yakub 1928-ci ildən ömrünün sonuna qədər BSSR EA-nın prezident müavini vəzifəsində çalışmış, Sovet Sülhü Müdafiə Komitəsinin üzvü olmuşdur. == Yaradıcılığı == Kolas Yakub 1906-cı ildən bədii yaradıcılıqla məşğul olmağa başlamış, müasir belorus ədəbiyyatının banilərindən biri kimi tanınmışdır. Ədib müasir belorus ədəbiyyatının yaranması, sosialist məzmunlu, milli formalı sovet belorus mədəniyyətinin inkişafı, ədəbi dilin çiçəklənməsi uğrunda böyük xidmət göstərmişdir. O, "Taras Quşça", "Tamaş Bulava", "Yakub Kolas" imzaları ilə əsərlər yazmış və bir şair, nasir, dramaturq, publisist kimi məşhurlaşmışdır. Yakub Kolasın 1910-cu ildə "Şikayət nəğmələri" adlı şeirlər məcmuəsi, 1912-ci ildə bədii nəsrini əhatə edən "Hekayələr" və 1914-cü ildə "Doğma surətlər" adlı kitabları işıq üzü görmüşdür. Şairin bioqrafik xarakter daşıyan əsərləri 1907-ci ildə "Bunt", 1910-1923-cü illərdə "Yeni torpaq" poeması, 1923-cü ildə "Polesyenin ucqarlarında", 1927-ci ildə "Polesyenin dərinliklərində", 1954-cü ildə "Yol ayrıcında" adlı trilogiyasında öz əksini tapmışdır. Yazıçının "Yeni torpaq" poeması XIX əsr kəndli həyatının ensiklopediyası adlandırılır.
Konrad Yakob Temmink
Konrad Yakob Temmink (nid. Coenraad Jacob Temminck; 31 mart 1778 — 30 yanvar 1858) — Niderland zooloqu. Bir neçə heyvan, o cümlədən ağquyruq qumluqca (Calidris temminckii) Temmink pişiyi (Catopuma temminckii), Molossops temminckii, çol kərtənkələsi (Manis temminckii), xallı traqopan (Tragopan temminckii), qrif tısbağası (Macrochelys temminckii) və s. Temminkin şərəfinə adlandırılmışdır.
Kral Yakovun Bibliyası
"Kral Ceymsin Bibliyası" (ing. King James Bible, abr. KCB) və ya "Kral Ceyms versiyası" (ing. King James Version, abr. KCV) — Bibliyanın anqlikan kilsəsi üçün 1604-cü ildə yazılmağa başlanmış, 1611-ci ildə tamamlanmış və İngiltərə kralı VI və I Ceymsin maliyyəsi ilə nəşr edilmiş ingilis dilinə tərcüməsi. "Kral Ceymsin Bibliyası" bu vaxta qədər təsdiqlənmiş "İcazə verilmiş versiya" (ing. Authorized Version, abr. AV) statusunu daşıyırdı. "Kral Ceymsin Bibliyası" işinin kitablarına Yəhudi Bibliyasından 39 kitab, Apokrifdən 14 kitabdan ibarət bir vəsiyyətnamələrarası hissə və Əhdi-Cədiddən 27 kitab daxildir. Tərcümə yazısı "üslub əzəməti"nə görə qeyd edilir.
Kreysfeld-Yakob xəstəliyi
Kreysfeld-Yakob xəstəliyi — nadir rast gəlinən xəstəlikdir. Bu xəstəlik zamanı anormal zülali maddə beyində toplanır və məhz sinir hüceyrələrinin sürətli məhvinə səbəb olur. Çoxsaylı nevroloji simptomlar (tremor, hərəki zəiflik, müvazinətin pozulması, müvazinətin saxlanması problemləri) ilə yanaşı adi simptomlara davranış və əhval-ruhiyyənin pozuntuları aiddir. Klinik simptomların başlanması dövründə ölüm halları 1–2 il müddətində mümkündür. F02.1 Kreysfeld-Yakob xəstəliyi zamanı demensiya A. Demensiyanın ümumi meyarları olmalıdır. B. Faktik olaraq beynin bütün ali funksiyalarının parçalanması və demensiyanın güclü inkişafı. C. Demensiyadan dərhal sonra və ya eyni zamanda aşağıdakı nevroloji simptomlardan ən azı birinin olması: ► piramid simptomlar ► ekstrapiramid simptomlar ► beyincik simptomları ► afaziya ► görmənin pozulması Son mərhələ üçün akinitik status və mutizm xasdır..
Kristofer Yakobsen
Kristofer Yakobsen (14 sentyabr 1994, Kopenhagen) — Hillerod Fodbold klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Danimarkalı futbolçudur. Millinin əsas oyunçuları federasiya ilə mübahisə zamanı yığmanı tərk etdikləri üçün Anders Fonss 2018-ci ilin sentyabr ayında Danimarka milli futbol komandasında debüt etmişdir. == Milli karyerası == 2018-ci ilin sentyabr ayında Danimarka Futbol Assosiasiyası və futbolçular birliyi UEFA Millətlər Liqasında Uels millisinə qarşı açılış oyununda və Slovakiya millisinə qarşı yoldaşlıq oyununda iştirak edəcək milli komandanın futbolçuları haqqında yeni müqaviləni imzalamalı idilər. Lakin müqavilədə futbolçuların kommersiya hüquqları ilə bağlı bənd mübahisəyə səbəb olmuşdur. Beləliklə, onlar müqaviləni imzalamaqdan imtina etmişlər. Gələcək danışıqları təmin etmək üçün əvvəlki sövdələşmənin uzadılması təklifinin verilməsinə baxmayaraq, DBU UEFA-nın cəzasından yaxa qurtara bilmək üçün komandanın əsas oyunçularını millidən göndərmişdir. Onun əvəzində Yon Yensen yeni baş məşqçi təyin edilmiş və komandanın heyəti yenidən qurulmuşdur. Yeni heyət Danimarka 2-ci divizionu və Danimarka Seriyasında (Danimarkanın üçüncü və dördüncü liqası) çıxış edən futbolçuların qarışığından, həmçinin Danimarka milli futzal komandasında çıxış edən futzal oyunçularından təşkil olunmuşdur. 4 sentyabr 2018-ci ildə Yakobsen 24 oyunçudan ibarət olan heyətə daxil edilmişdir. O, milli ilə debütünü 5 sentyabr 2018-ci ildə Slovakiya millisinə qarşı yoldaşlıq oyununda etmişdir.
Köhnə Yakşıy (Baltas)
Köhnə Yakşıy (başq. Иҫке Яҡшый, rus. Староякшеево) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Starobaltas kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 3 km., kənd sovetliyindən (Starobaltas): 3 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 72 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (82 %) üstünlük təşkil edir.
Leonid Yakuboviç
Leonid Arkadyeviç Yakuboviç (31 iyul 1945, Moskva, SSRİ) — Sovet və Rus televiziya aparıcısı, aktyor, ssenarist, yazıçı, prodüser . Rusiya Federasiyasının xalq artisti (2002) . Rusiya Yəhudi Konqresi İctimai Şurasının üzvü . Daha çox "Pole çudes" verilişinin aparıcısı və bədii rəhbəri kimi tanınır. == Həyatı == 31 iyul 1945-ci ildə Moskvada anadan olub. Atası — Arkadi Solomonoviç Yakuboviç (1913–1983) — mühəndis, dizayn bürosunun müdiri, Böyük Vətən Müharibəsinin iştirakçısı, Qırmızı Ulduz ordeni sahibi Anası — Rimma Semyonovna Yakuboviç (qızlıq soyadı Şenker; 1919–2005) — həkim-ginekoloq Moskva Elektron Mühəndislik İnstitutunada təhsil aldığı illərdə Tələbə Miniatürlər Teatrında oynamışdır. Sonra təhsilini V. V. Kuybışev adına Moskva İnşaat Mühəndisliyi İnstitutuna davam etdirir . Təhsil aldığı müddətdə 1960–70-ci illərdə institutun ŞHK komandasında oynayıb. 1976–1977-ci illərdə Lixaçyov adına zavodda tornaçı kimi çalışıb. 1979-cu ildən ədəbi fəaliyyətlə məşğul olur "Hə, oğlanlar!" və "Hə, qızlar!" verilişlərinin mətn və senarilərini yazmışdır.
Li Yakoka
Lido Antoniy "Li" Yakoka (15 oktyabr 1924[…], Allentaun, Pensilvaniya – 2 iyul 2019[…], Bel-Eyr (Los-Anceles), Kaliforniya) Amerikalı biznesmen. Ən çox 1980-ci illərdə Chrysler şirkətinin yenidən doğuşundakı rolu ilə tanınır. 1979-cu ilə qədər Chrysler-in sədri və direktoru, 1979-cu ildən isə bunlardan əlavə olaraq idarə heyətinin sədri vəzifələrində işləmişdir. 1992-ci ildə təqaüdə çıxmışdır. Kitablar yazmış və bir çox kitaba da ilham vermişdir. Bunlara nümunə olaraq William Novakın yazdığı tərcümeyi-halını və özünün yazmış olduğu “Bütün liderlər hara getdi?” (Where all the leaders gone?) əsərləri göstərilə bilər. Dünyanın ən məşhur iş adamlarından biri olan Lee Iacocca, 1980-ci illərdə Amerika ixracatçılarının iddialı bir müdafiəçisi olmuşdur.
Mattias Yakob Şleyden
Mattias Yakob Şleyden (alm. Matthias Jakob Schleiden‎; 5 aprel 1804, Hamburq — 23 iyun 1881, Frankfurt-Mayn) — alman bioloqu və ictimai xadimi. == İstinadlar == == Əsəri == Grundzüge der wissenschaftlichen Botanik, 4 Aufl., Lpz., 1861. == Mənbə == Риттер Г. Маттиас Яков Шлейден. (1804—1881 гг.) // "Естествознание и география", 1905, № 2.
Mirnı (Yakutiya)
Mirnı (rus. Мирный, saxa Мииринэй) — Rusiya şəhəri, Saxa Respublikası (Yakutiya) Mirnı ulusunun inzibati mərkəzi. Rusiyanın almaz paytaxtı sayılır. Mir almaz yatağının ətrafında qəsəbə kimi yaranmışdır və yatağın şərəfinə Mirnı adlandırılmışdır; 1959-cu ildə qəsəbəyə şəhər statusu verildi. Şəhər Yakutiyanın qərbində yerləşir, burada İrelyax çayı (Vilyoy hövzəsi) axır. Respublikanın paytaxtı Yakutsk şəhərindən Vilyui şossesi boyunca məsafə 1072 km, hava ilə 820 km təşkil edir.
Pyeter Yakobson
Pyeter Yakobson (1854-1899) — eston şair, tərcüməçi. Mirzə Şəfi Vazehin şeirlərini eston dilinə tərcümə edən ilk şəxs. Pyeter Yakobson Mirzə Şəfi Vazehin poeziyasına xüsusi həvəs göstərmişdir. O, Mirzə Şəfi Vazehin beş şeirini eston dilinə tərcümə edərək, onları 1885-ci ildə çapdan buraxdığı "Şeirlər" kitabına daxil etmişdir. Həmin şeirləri eston şairi Fridrix Bodenştedtin 1875-ci ildə alman dilində çap etdirdiyi "Mirzə Şəfinin nəğmələri"... kitabından götürərək tərcümə etmişdir. P. Yakobsen bu şeirləri eston dilinə tərcümə edərkən sərbəstlik göstərmiş, bəzən hətta şeirlərin ahəngini və formasını dəyişərək onları eston xalq mahnıları ruhunda səsləndirməyə cəhd göstərmişdir. Vaqif Arzumanlı, "Ürəklər qovuşanda", Bakı, "Yazıçı", 1990, səh.
Roman Yakobson
Roman Osipoviç Jakobson (rus. Роман Осипович Якобсон; 29 sentyabr (11 oktyabr) 1896, Moskva – 18 iyul 1982[…], Kembric, Massaçusets və ya Boston) — Rusiya və ABŞ dilçisi. Dil, şeir və rəsm sənətinin humanitar elmlərin inkişafında öndərlik edən XX əsrin dilçiləri arasında ən təsirlilərdən biri olan rus filosofdur. Роман Якобсон. Работы по поэтике. 1987. Факсимиле. pdf, 10,9 Mb Р. О. Якобсон. Лингвистика и поэтика. Р. О. Якобсон.
Samba Yakob Diallo
Samba Yakob Diallo (d. 1958) — Qvineyalı boksçu. Samba Diallo Qvineyanı 1988-ci ildə XXIV Yay Olimpiya Oyunlarında təmsil etdi. Samba Diallo birinci dəfə Olimpiya Oyunlarına 1988-ci ildə qatıldı. O, Seulda baş tutan XXIV Yay Olimpiya Oyunlarında kişilər 54 kq çəkidə, 1/32 final mərhələsində Puerto-Rikonun nümayəndəsi Felipe Nieves ilə üz-üzə gəldi. Həmin görüşdə Samba Diallo rəqibinə 0:5 hesabı ilə uduzdu.
Sankt-Yakob Park stadionu
Sankt-Yakob Park stadionu – İsveçrədə, Bazel şəhərində stadion. Bazel klubunun ev oyunlarını keçirdiyi "Sankt-Yakob Park" stadionu Avropada məşhur arenalardandır. Bazel şəhərində yerləşən və 42500 tamaşaçı tutumuna malik "Sankt-Yakob Park" UEFA-nın 4 ulduzlu stadionlarındandır. Komanda yarandığın ildə, yəni 1893-cü ildən ev oyunlarını burada keçirsə də, stadion 12 il öncə köhnə arena – "Yoqqeli"nin yerində tikilib. Ölçüsü 68x105 m olan "Sankt-Yakob Park"da son Avropa çempionatının (AÇ) final mərhələsində 6 oyun keçirilib. Bunlardan ikisi qrup, ikisi 1/4, biri isə yarımfinal oyunu olub. Turnirin final mərhələsinin qarşılaşmaları üçün yenidənqurma işlərindən sonra 2001-ci ildə açılışı olan arenada bütün tribunaların üstü örtülüdür. Bazel klubunun stadionu AÇ-nin final mərhələsinin tarixinə düşüb. Belə ki, təşkilatçılar meydanın ot örtüyünü elə turnirin gedişində dəyişməli oldu. Bu, iyunun 11-də Türkiyə yığmasının İsveçrə ilə görüşü zamanı baş verib.
Sergey Yakuşev
Sergey İliç Yakuşev (rus. Сергей Ильич Якушев; 12 (25) sentyabr 1910, Həştərxan – 30 aprel 1995, Bakı) — sovet teatr aktyoru, Azərbaycan SSR (1959) və Tacikistan SSR (1945) xalq artisti, Azərbaycan SSR Ali Sovetinin 6–8-ci çağırış deputatı. Sergey Yakuşev 12 sentyabr (25 sentyabr) 1910-cu ildə Həştərxanda fəhlə ailəsində anadan olmuşdur. Səhnə fəaliyyətinə 1931-ci ildə Moskva "Lensovet" teatrında başlamış, 1933-cü ildə Dövlət Teatr Sənəti İnstitutunu (GİTİS) bitirmişdir. 1934–1935-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. 1936–1948-ci illərdə Leninqrad, Stalinabad, İrkutsk teatrlarında fəaliyyət göstərmişdir. 1948-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında aktyor, 1959–1968-ci illərdə direktor, 1968-ci ildən isə yenidən aktyor işləmişdir. Sergey Yakuşev 1942-ci ildən Sov. İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 6–8-ci çağırış deputatı, eləcə də xalq maarifi, elm və mədəniyyət komissiyasının üzvü seçilmişdir. Sergey Yakuşev 30 aprel 1995-ci ildə Bakıda vəfat etmişdir.
Sinniqes-Arı (Yakutiya)
Sinniqes-Arı — Anabar çayınin yatağında yerləşən elədə böyük olmayan ada. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ada çayın aşağı axarında yerləşir. Uzunsov formaya malik olan ada, şimaldan cənubə doğru uzanır. Səthi hamardır. Mərkəzi bataqlıqlaşmışdır. Yaxınlığında Istakan-Arıta adası yerləşir.
Solveyk Qunberq Yakobsen
Solveyk Qunberq Yakobsen (norv. Solveig Gunbjørg Jacobsen; 8 oktyabr 1913 — 25 oktyabr 1996) — milliyyətçə norveçlı olan, 1913-ci ilin 8 oktyabrında Antarktika ərazisinə daxil olan Cənubi Georgiya adasında, Qryotviken qəsəbəsində anadan olmuşdur. Onun atası Fridzof Yakobsen (1874-1953) 1904-cü ildə Balina ovu üzrə ixtisaslaşmış Qryotvikenə gəlmişdir (qəsəbə salınmış). Bu balina stansiyasında 1914-çü ildən balina stansiyasında menecer köməkçisi işləyirdi. Anası isə Klara Olette Yakobsendir. Solveyk Qunberq Yakobsen Argentinanın Buenos Ayres şəhərində həyatını başa vurmuşdur. Vinson Massivində yerləşən Yakobsen Valleu onun şərəfinə adlandırılmışdır. Solveyk Qunberq Yakobsen Antartikada doğulan ilk insan kimi qeydə alınsada bəzi hallarda Cənubi Georgiya adası Antarktida qitəsinə daxil edilmir. Antarktida materikində doğulan ilk bəşər övladı isə Argentina vətəndaşı Emilio Markos Palma olmuşdur. O, 1978-ci ilin 7 yanvar tarixində Esperansa qütb stansiyasında anadan olmuşdur.
Steffi Yakob
Steffi Yakob (qızlıq soyadı: Hanzlik; d. 30 sentyabr 1975) — Almaniyanı təmsil edən skeletonçu. Steffi Yakob, Almaniyanı 2002-ci ildə baş tutan XIX Qış Olimpiya Oyunlarında təmsil edib. Steffi Yakob, 2002-ci ildə Almaniya yığmasının heyətində Birləşmiş Ştatların Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına qatıldı. Steffi Yakob, 1-ci gedişdə 52.82 saniyə, 2-ci gedişdə isə 53.13 saniyə nəticə göstərdi və yarışları 13 idmançı sırasında 7-ci yerdə başa vurdu.

Digər lüğətlərdə