yanğısız
yanı-yanı
OBASTAN VİKİ
Yanı Yapon Muhbiri
Yanı Yapon Muhbiri (azərb. Yeni yapon müxbiri‎) – 1931–1938-ci illərdə Yaponiya tatarları tərəfindən Tokioda nəşr olunmuş tatardilli jurnal. "Matbaa-i İslamiye" nəşriyyatı tərəfindən nəşr olunmuş bu jurnal Yaponiyada yaşayan tatar icmasının fəaliyyətlərinə və həyatına həsr olunmuşdu. "Yani Yapon Muhbiri" 1930-cu ildə Tokioda tatarlar tərəfindən qurulmuş "Matbaa-i İslamiye" nəşriyyatının əsas nəşri olmuşdur. Jurnalın ilk sayı 25 may 1931-ci ildə "Yapon Muhbiri" adı ilə çıxmışdır. İlk sayda jurnala təbrik yazısı göndərənlərdən biri Yaponiyadakı tatar icmasının dəstəkçisi olan, ultramillətçi Toyoma Mitsuru olmuşdur. 4–5 saydan sonra 1932-ci ildə "Yanı Yapon Muhbiri" adı ilə nəşr olunmağa başlamışdır. Jurnal 1938-ci ilə qədər nəşr olunmuş, 33 ölkəyə göndərilmiş, bir çox abunəsi olmuşdur. 1938-ci ildə jurnalın nəşrindən məsul olan Muhammed Abdulhay Kurbanaliyevin Yaponiyadan xaric edilməsindən sonra jurnal fəaliyyətini dayandırmışdır. Nəşr olunduğu illər ərzində 50-ə yaxın sayı nəşr olunmuşdur.
Gözlərin kimyəvi yanıqları
Gözdə kimyəvi zədələnmə — gözə turşular, qələvilər, əhəng, naşatır spirti, kimyəvi karandaş düşdükdə kimyəvi yanıqlar baş verir. Bədənin müxtəlif lokalizasiyalı kimyəvi yanıqları içərisində ən qorxulusu gözlərin kimyəvi yanıqlarıdır. Göz almasının zədələnməsi yanmış gözdə görmə qabiliyyətinin tam itməsindən başqa, zədələnməmiş gözdə bir neçə müddət sonra simpatik iltihab adlanan səbəbdən görmə qabiliyyətin zəifləməsi də baş verə bilər. Bundan əlavə bir qayda olaraq, gözlərin kimyəvi yanıqlarında zədələyici amilin bir hissəsi gözləri əhatə edən toxumalara tökülərək ağır kosmetik defektlər ilə nəticələnir. Gözlərin kimyəvi zədələnməsi kəskin, bəzən dözülməz ağrı, göz yaşının axması, kəskin başlayan (bəzən müvəqqəti) zədələnmiş gözdə görmə qabiliyyətinin pozulması müşayiət olunur. Bəzən qısa müddətli şüur itməsi də müşahidə olunur. == Həmçinin bax == Yanıq; Kimyəvi yanıqlar; Göz; Görmə siniri; Zədə; Korluq; Sarğı (tibbi); Oftalmologiya.
Günəş yanıqları
Günəş yanıqları — günəş şüalarının birbaşa təsiri nəticəsində baş verən yanıqlar. Sadə şəkildə desək, günəş yanıqları bədənin açıq hissələrinə günəş şüalarının uzun müddətli təsiri nəticəsində (ultrabənövşəyi şüalanma) əmələ gəlir. Günəş yanıqlarında tipik olan əlamətlərdən dərinin intensiv qızarması və ağrılı olmasıdır. Bu əlamətlər, bir qayda olaraq, insolyasiyadan (günəş şüalarının təsiri) 20–401 sonra baş verir. == Günəş yanıqlarının simptomları == Günəş yanıqlarının simptomları aşağıdakilərdir: ağrı; dərinin qızarması, qaşınması və şişməsi; üşümə; baş ağrısı; halsızlıq; hərarətin qalxması; ağır hallarda suluqların əmələ gəlməsi, ürəkbulanma, qusma hətta bayılma. == Günəş yanığının fəsadları == Fotoyaşlanma əlamətləri - qırışlar, dərinin elastikliyinin azalması, tünd ləkələrin yaranması. Həm UVA , həm də UVB şüalarının uzun müddətli təsiri nəticəsində gələcəkdə dəri xərçənginin yaranma ehtimalı ola bilər. == Həmçinin bax == Yanıq; Zədə; Dəri; Günəş.
Kimyəvi yanıqlar
Kimyəvi yanıqlar — turşuların, qələvilərin, ağır metal duzların, yaxud digər kimyəvi aktiv birləşmələrin təsiri nəticəsində baş verən yanıqlar. Kimyəvi yanıqlar "termiki yanıqlar"a nisbətən az rast gəlinir (2,5- 5,1% təşkil edir). Kimyəvi yanıqlar adətən, güclü turşu və qələvi olan kimyəvi maddələrin təsirindən baş verir. Təmizləyici maddələr (evdə istifadə olunan ağardıcılar, kənd təsərrüfatında istifadə olunan kimyəvi maddələr və s.) dərini asan zədələyə bilər. Termik yanıqlarında olduğu kimi, bu yanıqlarda da kimyəvi maddə nə qədər güclüdürsə və onunla təmas müddəti nə qədər çoxdursa yanıq bir o qədər güclü ola bilər. Kimyəvi maddə dərinin üstündə qaldıqca yandırma davam edir. Ona görə də bu kimyəvi maddə bədəndən mümkün qədər tez xaric edilməlidir. Turşular və qələvilərdən baş verən kimyəvi yanıqlar çox dərin olur. Həm turşu, həm də qələvilər təmas zаmаnı tохumаlаrа yeyici təsir göstərir. Turşu və qələvilərin qüvvəsi 1-14-ə qədər pH şkаlаsı ilə ölçülür.
MDB üzv dövlətlərin hökumət başçıları şurası yanında beynəlmiləl döyüşçülərin işləri üzrə komitə
MDB üzv dövlətlərin hökumət başçıları şurası yanında beynəlmiləl döyüşçülərin işləri üzrə komitə və ya MDB beynəlmiləl döyüşçülərin işləri üzrə komitə —MDB üzvü olan dövlətlərin vətəndaşlarının SSRİ dövründə lokal müharibə iştirakçılarının işləri üzrə beynəlxalq koordinasiya şurası.1991-ci ilin avqust ayından rəhbəri Ruslan Auşevdir. == Komitənin məqsəd və vəzifələri == Komitənin Əsasnaməsinə görə əsas fəaliyyət istiqamətləri: müharibə, lokal müharibə veteranlarının və terror qurbanlarının həyat səviyyəsinin yüksəldilməsi; veteran və əlilərin sosial müdafiəsi üzrə hüquqi sənədlərin hazırlanması; dövlətlər arası səviyyədə veteranların iqtisadi, tibbi, hüquqi problemlərinin həll edilməsi; müvafiq kontingentin və onların ailə üzvlərinin tibbi. sosial, əmək, psixoloji reabilitasiyası.
Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi
Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi — Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatına verilmiş funksiyalar agentlik vasitəsilə həyata keçiriləcək. == Haqqında == Azərbaycan Prezidenti İlham Əliyev Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmanda Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin yaradılacağı qeyd edilib. Fərmanla Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə təsdiq edilib. Fərmanda bildirilib: == Həmçinin bax == Azərfoto Səyahət agentliyi == İstinadlar == == Xarici keçidlər == Prezident yeni agentlik yaratdı Yeni Dövlət Agentliyi yaradıldı.
Məşədilər (Yanıqlı, Tovuz)
Məşədilər — Azərbaycan Respublikasının Tovuz rayonunun Yanıqlı kənd inzibati ərazi dairəsində kənd. Yerli məlumata görə, kəndin keçmiş tam adı Məşədiyusiflər olmuşdur. Sonralar oykonimin tərkibindən Yusif komponenti düşmüşdür. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Cınqıldağ silsiləsinin ətəyində yerləşir. Kənddə Məşədilər kənd klubu fəaliyyət göstərir. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Nevin Yanıt
Nevin Yanıt (16 fevral 1986, Mersin) — 100 metrlik maneələrlə qaçış üzrə yarışan Türkiyə yüngül atleti. Fenerbahçe Athletics klubunda çıxış edir. 60 və 100 metrlik maneələrlə qaçış üzrə Türkiyə rekordlarının sahibidir. 100 metrlik maneələrlə qaçış yarışlarında ikiqat Avropa çempionudur. 29 Avqust 2013-cü ildə Yanıt müsbət dopinq testi səbəbiylə iki il yarışlardan kənarlaşdırılmışdır. Lakin IAAF uzaqlaşdırma müddətinə etiraz etdi və Arbitraj Komitəsi diskvalifikasiya müddətini daha bir ilə qədər uzatdı. Yanıt 2007-ci ildə Banqkokda keçirilən Yay Universiadasında gümüş medal qazanmışdır. 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarında 100 metrlik maneələrlə qaçış üzrə yarımfinala çıxaraq, Türkiyənin Olimpiya Oyunlarında sprint növlərində bu mərhələyə çatan ilk təmsilçisi oldu. 2009-cu ildə Peskara şəhərində keçirilən Aralıq dənizi Oyunlarında iştirak edərək 100 metrlik maneələrlə qaçış yarışında qızıl medal qazandı. 2010-cu ildə Barselonadakı Avropa çempionatında o, 100 metrlik maneələrlə qaçış yarışında 12,63 saniyə nəticəsini göstərərək (milli rekord) qızıl medal qazandı.
Nə qədər ki, işıqlar yanır (film, 2012)
Nə qədər ki, işıqlar yanır (ing. Keep The Lights On) — ABŞ-nin dram janrında çəkilmiş filmidir. Filmin təqdimatı ilk dəfə 2012-ci ildə Sandens Film Festivalında baş tutmuşdu. Xarici və müstəqil filmlərin distribütoru sayılan Music Box Films 7 sentyabr 2012-ci ildə filmi Nyu-York və Los-Anceles şəhərlərində təqdim etmişdi. Filmin rejissoru Ayra Saks, müəllifi isə Saks və Maurisio Zaxariasdır. Baş rolda Ture Lindhardt, Zaxari But və Culiana Nikolson oynamışdırlar. Filmin süjeti rəssam Averi Uillard barədə sənədli film üzərində işləmək üçün Nyu-York şəhərinə köçən Erik adlı danimarkalı kinorejissor və onun Paul adında nəşriyyat sektorunda hüquqşünas vəzfəsində çalışan və narkomaniya ilə mübarizə aparan gənc oğlanla uzunmüddətli mürəkkəb sevgi əlaqələri haqqda bəhz edir. İkincidərəcəli rollarda David Anzuelo, Maria Dizzia, Süleyman Say Savane, Migel Del Toro və Paprika Stin oynamışdılar. Filmin məzmunu rejissor Saksın keçmişdə sevgi əlaqələrində olduğu Bill Klegg adlı yazıçının 2010-cu ildə Portrait of an Addict as a Young Man adı altında narkomaniya ilə mübarizələrini xatirə (memuar) şəklində nəşr etdiyi romana əsaslanır. 1998-ci il.
Qürgen Yanıkyan
Qürgen Yanıkyan (erm. Գուրգեն Եանիկեան; 24 dekabr 1895, Ərzurum, Ərzurum vilayəti – 27 mart 1984 və ya 29 fevral 1984, Kaliforniya) — erməni terrorçusu, türk diplomatlarının qatili. Qürgen Yanıkyan 24 dekabr 1895-ci ildə Ərzurum şəhərində anadan olmuşdur. Birinci dünya müharibəsindən sonra ABŞ–a köçür, burada mühəndis kimi fəaliyyət göstərir, mühəndislik fəaliyyəti ilə yanaşı yazıçılıqla da məşğul olur. Yanıkyan ABŞ–da bir neçə roman nəşr etdirir. 27 yanvar 1973–cü ildə 77 yaşlı Qürgen Yanıkyan Santa Barbara şəhərində yerləşən "Baltimor" otelində Türkiyənin Los-Ancelesdəki konsulu Mehmet Baydur və vitse-konsul Bahadur Demirə onda olan sultan Əbdülhəmidin portretini Türkiyəyə bağışlamaq bəhanəsi ilə görüş təyin edir. Diplomatlar otelə gəldikdə Yanıkyan onda olan tapançadan atəş açaraq diplomatları qətlə yetirir. Məhkəməsi zamanı Yanıkyan öz cinayəti barədə bunları demişdi: "Mən iki insanı yox iki pisliyi öldürmüşəm. Onlar mənim üçün adam deyildilər" Həmin il məhkəmənin gərarı ilə Yanıkyan ömürlük həbs cəzasına məhkum olunur. Lakin 1984-cü ildə səhhətindəki problemlərlə əlaqədar olaraq Yanıkyan həbsdən azad olunur, bir aydan sonra isə vəfat edir.
Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası
Sovet İttifaqının Kommunist Partiyasının Mərkəzi Komitəsi yanında İctimai Elmlər Akademiyası, (Sov. İKP MK yanında İctimai Elmlər Akademiyası) — Moskva şəhərində 2 avqust 1946-ı il tarixində, ali partiya təhsil ocağı kimi yaradılmışdır. Burada mərkəzi partiya təşkilatları, ittifaq respublikalarının partiyalarının MK-ları, Sov.İKP-nin raykom və obkomları üçün nəzəri işçilərin, və həmçinin ali təhsil müəssisələrinin müəllimlərinin, elmi-tədqiqat müəssisələri və elmi jurnalların elmi işçilərinin hazırlığı baş verirdi. Mütəxəssislərin hazırlığı Sov.İKP-nin tarixi, siyasi iqtisadiyyatın ümumi problemləri, sənaye iqtisadiyyatı, kənd təsərrüfatı iqtisadiyyatı, dünya iqtisadiyyatı, dialektik və tarixi materializm, müasir burjua fəlsəfəsi və sosiologiyasının tənqidi, elmi kommunizm, sovet cəmiyyətinin tarixi, beynəlxalq kommunist fəhlə və milli-istiqlal hərəkəti tarixi, ədəbşünaslıq, incəsənət və jurnalistika üzrə aparılırdı. 1964-cü ildə İEA yanında Elmi ateizm institutu yaradılmışdır. İctimai elmlər akademiyasında aspitantların təhsili 3 illik proqram üzrə həyata keçirilirdi. Üçüncü ilin sonunda aspirantlar elmlər namizədi dərəcəsi üzrə dissertasiyalarını müdafiə edirdilər. RF Prezidenti Boris Yeltsinin 72 nömrəli 5 noyabr 1991-ci il tarixli Sərəncamı ilə İctimai Elmlər Akademiyası Rusiya Dövlət Qulluğu Akademiyasına çevrilmişdir.
Səmaya mən baxıram, həsrət ilə yanıram
Səmaya mən baxıram, həsrət ilə yanıram (ukr. Дивлюся на небо та й думку гадаю) — sözləri 1841-ci ildə ukraynalı romantik şair Mixailo Petrenko tərəfindən yazılmış mahnı. 1903-cü ildə Lyudmila Aleksandrova tərəfindən bu şeirə musiqi bəstələnib. Musiqiçi, xormeyster və musiqi müəllimi olan Vladislav Zaremba bu mahnını vokal və piano ifasına uyğunlaşdırmışdır. Bu həm də kosmosda ifa edilən ilk mahnı hesab edilir. Belə ki, 12 avqust 1962-ci ildə Ukrayna əsilli ilk kosmonavt Pavel Popoviç "Vostok-4" sovet kosmik gəmisinin göyərtəsində bu mahnını oxumuşdur. Михайло Петренко: Життя і творчість (художні тексти, дослідження, документи). // Упорядники О. Є. Петренко, О. О. Редчук. Оформлення Д. О. Редчук. «Фенікс».
Yanıltmac
Yanıltmac — şifahi xalq ədəbiyyatı janrı. Yanıltmacdakı sözlər fonetik çəhətdən bir-birinə çox oxşadığından bir neçə dəfə aramsız, tələsik təkrar edildikdə deyilişi çətinləşir, dil dolaşır və sözlər bir-birinə qarışaraq gülüş doğurur. Yanıltmacda mənaya o qədər də əhəmiyyət verilmir.
Yanıq
Yanıq — termiki, kimyəvi, elektrik, günəş, şüa agentlərinin təsirindən orqanizmin dəri və toxumaların zədələnməsi. Zədələnmənin kütləvi xarakter aldığı fövqəladə vəziyyətlərdə (təbii fəlakətlər zamanı, istehsalat qəzalarında, hərbi münaqişələr zamanı və s.) yanıqlar xüsusi diqqət tələb edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə yanıqlar bütün travmatik zədələnmələr arasında 3-cü yeri tutur. Hər il min nəfərdən biri yanıq zədəsinə məruz qalır. Son illərdə lokal müharibələrdə zədələnmələrin 10%-ini yanıqlar təşkil edir. Statistik məlumatlara görə, dünyada hər dəqiqədə kimsə yanıqla zədələnir. Alovla bağlı yanıqlar hər il bütün dünyada dörd yüz minə yaxın ölüm hadisəsinə səbəb olmuşdur. Bunların çox hissəsi (96%-i) inkişaf etməkdə olan ölkələrdə baş vermişdir. Azərbaycanda il ərzində ağır yanıqları olan xəstələrin sayı 1000 və daha artıq olur. Yanğınlara, əsasən uşaqlar və qocalar məruz qalır.
Yanıq (Həştrud)
Yanıq (fars. يانوق‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 452 nəfər yaşayır (84 ailə).
Yanıq Kərəmi
Yanıq Kərəmi — aşıq havası. "Əsli və Kərəm" dastanı ilə bağlıdır. Poetik mətni qoşmadır. Dilqəmi kökündə ifa olunur. "Yanıq Kərəmi"də kədər, qəm ifadə edilir. ASE, V cild, Bakı, 1981, səh.
Yanıq məscid
Yanıq məscidi (digər adı Ərəb Məscidi) — Türkiyənin Ərdəhan şəhərinin Xəlil Əfəndi məhəlləsində məscid. Məscidin nə vaxt və kim tərəfindən inşa edildiyi dəqiq bilinmir. "93 hərbi" kimi tanınan 1877-1878 Osmanlı-Rus Müharibəsində və bundan sonrakı erməni işğalı illərində məscid yağmalanaraq xarab hala gətirilmişdir. 3 yanvar 1917-ci ildə isə erməni quldurları məscidə toplanan 373 müsəlman-türkü məscidlə birlikdə diri-diri yandırmışlar.
Yanıq Ələz
Yanıq Ələz — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 48 nəfərdir (2009-cu il). Yanıq Alayaz Siyəzən rayonunun Ərziküş inzibati ərazi vahidində kənd. Ələz çayı sahilində, dağlıq ərazidədir. Yerli əhali kəndi Yanıq Ələz də adlandırır. Yaşayış məntəqəsini XIX əsrdə Yuxarı Alayaz kəndindən çıxmış ailələr Yanıq (quru, bitkisiz) adlanan ərazidə salmışlar. Oykonim “yanıq (quru, bitkisiz) ərazisində salınmış Alayaz kəndi” mənasın­dadır.
Yanıqdağ
Yanıqdağ — Goranboy rayonu ərazisində dağ. Hündürlüyü 809 m. Tədqiqatçılara görə, dağ ərazisinin çılpaq, bitkisiz (yanıq) olduğuna görə belə adlandırılmışdır. Təbriz şəhərindən bir qədər aralı Tunc dövrünün əvvəllərinə aid yaşayış yeri Yanıqtəpə (Qaratəpə) adlanır.
Yanıqlar
Yanıq — termiki, kimyəvi, elektrik, günəş, şüa agentlərinin təsirindən orqanizmin dəri və toxumaların zədələnməsi. Zədələnmənin kütləvi xarakter aldığı fövqəladə vəziyyətlərdə (təbii fəlakətlər zamanı, istehsalat qəzalarında, hərbi münaqişələr zamanı və s.) yanıqlar xüsusi diqqət tələb edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə yanıqlar bütün travmatik zədələnmələr arasında 3-cü yeri tutur. Hər il min nəfərdən biri yanıq zədəsinə məruz qalır. Son illərdə lokal müharibələrdə zədələnmələrin 10%-ini yanıqlar təşkil edir. Statistik məlumatlara görə, dünyada hər dəqiqədə kimsə yanıqla zədələnir. Alovla bağlı yanıqlar hər il bütün dünyada dörd yüz minə yaxın ölüm hadisəsinə səbəb olmuşdur. Bunların çox hissəsi (96%-i) inkişaf etməkdə olan ölkələrdə baş vermişdir. Azərbaycanda il ərzində ağır yanıqları olan xəstələrin sayı 1000 və daha artıq olur. Yanğınlara, əsasən uşaqlar və qocalar məruz qalır.
Yanıqlı
Yanıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Yanıqlı kənd inzibati ərazi dairəsində kənd. 7 mart 2012-ci ildə Əhmədabad, Avdal və Qoçdərə kəndləri Yanıqlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Əhmədabad kəndi olmaqla Əhmədabad kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrinə daxil edilmişdir. Oykonimin etimologiyası haqqında üç fikir mövcuddur. Yerli əhalinin məlumatına görə, kənd monqol istilası zamanı (XIII əsr) dağıdılıb yandırılmış Xavər Zəmin adlı şəhərin yerində salındığı üçün belə adlanmışdır. Zəyəmçayın üstündəki xan körpüsü həmin şəhərin qalıqlarından hesab edilir. Bəzi tədqiqatçılara görə, kənd susuz (yanıq) ərazidə salındığına görə belə adlandırılmışdır. Bəzi tədqiqatçılar isə oykonimin Yanqılı variantına əsaslanaraq onu "yeni kənd, təzə kənd" kimi izah edirlər. Yanıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd Zəyəmçayın hər iki sahilində, Cınqıldağ silsiləsinin ətəyində yerləşir. Aslanov Babək Sakit oğlu (1994-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Hüseynov Emin Fərmayıl oğlu (1990-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Yanıq xəstəliyi
Yanıq xəstəliyi - geniş sahəli dərin yanıqlar nəticəsində əmələ gəlib, orqanizmin daxili orqanlarının və sistemlərinin funksional pozulmaları ilə müşayiət olunur. Yanıq xəstəliyinin inkişafında 5 mərhələ ayırd edilir. Yanıq şoku Yanıq toksemiyası Yanıq septikotoksemiyası Üzülmə Nəticə Yanıq şoku yüksək temperaturun bədən səthinə təsirindən dərhal sonra inkişaf edir. Bu mərhələdə ağrı əsas rol oynayır. Yanıq şoku da travmatik şok kimi iki mərhələdən ibarətdir: erektil mərhələ vegetativ sinir sisteminin simpatik şöbəsinin fəallığının artması ilə müşayiət olunur, qana çoxlu miqdarda adrenalin, noradrenalin, kortikosteroidlər, vazopressin keçir; torpid mərhələdə vegetativ sinir sisteminin parasimpatik şöbəsinin tonusu artır. Travmatik şokdan fərqli olaraq, yanıq şokunda damar-hərəki mərkəzin rezistentliyi ilə əlaqədar arterial təzyiq nisbətən az dəyişir. Yanıq toksemiyası – zədələnmiş toxumalardan ümumi qan dövranına denaturasiyaya uğramış zülalların, toksik məhsulların keçməsi, maddələr mübadiləsinin pozulması nəticəsində yaranır. Bu zaman əmələ gələn bioloji fəal maddələrin (histamin, bradikinin, prostaqlandinlər) təsirindən damar divarının keçiriciliyi artır, nəticədə yanıq nahiyəsindən çoxlu miqdarda plazma itirilir, qan qatılaşır, özlülüyü artır. Dövr edən qanın həcmi azalır. Bütün bunlar ürəyin işini çətinləşdirir, mikrosirkulyasiya pozulmaları törədir.
"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012–2022)" yubiley medalı
"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012–2022)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılmasının 10 illiyi münasibətilə təsis edilmişdir. == Əsasnaməsi == Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012–2022)" yubiley medalının əsasnaməsi Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 697-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidməti vəzifələrini nümunəvi yerinə yetirən, qulluqda yüksək nəticələr əldə edən dövlət qulluqçuları, habelə "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinin fəaliyyətinin təşkilində xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər. Maddə 2. Təltif edən orqan "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində qeyd olunan şəxsləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təltif edir. Maddə 3. Taxılma qaydası "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012–2022)" yubiley medalının təsviri Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 454-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir.
Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutu
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutu (Азәрбајҹан Коммунист Партијасы Мәркәзи Комитәси јанында Партија Тарихи Институту) və ya Sovet İttifaqının Kommunist Partiyasının Mərkəzi Komitəsi yanında Marksizm-Leninizm İnstitutun Filialı (Совет Иттифагынын Коммунист Партијасынын Мәркәзи Комитәси јанында Марксизм-Ленинизм Институн Филиалы) — Azərbaycan SSR-də mərkəzi partiya elmi-tədqiqat idarəsi. == Tarixi == 1921-ci il avqustun 29-da Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi və Təşkilat Bürosu tərəfindən Mərkəzi Dövlət Arxivi bazasında Azərbaycanda inqilabi və partiyanın tarixini öyrənən komissiyanın – Azərbaycan Partiya Tarixi Bürosunun (Azistpart) yaradılması qərara alınmışdır. Azərbaycan K(b)P MK-nın 26 dekabr 1921-ci il tarixli qərarı ilə büronun Məmməd Səid Ordubadinin də daxil olduğu ilk kollegiyası təsdiq edilmişdir. 1928-ci ildə "Azistpart"ın əsasında Stepan Şaumyan adına Azərbaycanda Sinfi Mübarizənin və Kommunist Partiyasının Tarixini Öyrənən İnstitut yaradılmışdır. İnstitut 1939-cu ildən Ümumittifaq Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsi yanında Marks-Engels-Lenin İnstitutunun Azərbaycan Filialı, 1956-cı ildən isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Marksizm-Leninizm İnstitutunun Filialı adlanmışdır. İnstitut marksizm-leninizm klassiklərinin əsərlərini, mühüm partiya sənədlərini, partiya-siyasi ədəbiyyatı Azərbaycan dilinə tərcümə etmək, respublika partiya təşkilatının tarixini tədqiq etmək, partiya tarixinə aid mühüm sənəd, xatirə və s. material toplamaq və dərc etməklə məşğul olmuşdur. İnstitut marksizm-leninizm klassiklərinin əsərlərini tərcümə, partiya tarixi, partiya quruculuğu bölmələri, partiya arxivi və kitabxanası var. 1964-cü ildə institut nəzdində respublikada Sovet İttifaqının Kommunist Partiyası tarixinin elmi cəhətdən tədqiqini əlaqələndirmə şurası təşkil olunmuşdur. 1946-cı ildən institut tərəfindən "Əsərlər" məcmuəsi nəşr edilmişdir.
Qarşərabtrestin 2 nömrəli sovxozu yanında qəsəbə
Qarşərabtrestin 2 nömrəli sovxozu yanında qəsəbə — Azərbaycan Respublikasının Xocalı rayonununun Xocalı şəhər inzibati ərazi dairəsinin ərazisində keçmişdə mövcud olmuş qəsəbə. Azərbaycan müstəqillik bərpa edəndən sonra ölkədə sovxozlar ləğv edilmişdi. Hal hazırda Xocalı şəhər inzibati ərazi dairəsində və ümumiyyətlə Xocalı rayonunda təsvir olunan yaşayış məntəqəsi qeyd olunmur. Qəsəbə Sovet vaxtı Azərbaycan SSR-nın inzibati-ərazi bölgüsünün 1961-ci, 1964-cü, 1968-ci, 1979-cu illərin nəşrlərinə əsasən Stepanakert rayonunun Xocalı kənd Sovetinin nəzdində idi. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 15 may 1978-ci il tarixli Fərmanı ilə Stepanakert rayonu mərkəzinin Stepanakert (indiki Xankəndi) şəhərindən Əsgəran fəhlə qəsəbəsinə keçirilməsi və Stepanakert rayonunun Əsgəran rayonu adlandırılması haqqında Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı təsdiq edilmişdi. 21 aprel 1990-cı il tarixində Azərbaycan SSR-nın Ali Sovetinin Rəyasət Heyətinin Fərman № 1783-XI ilə Əsgəran rayonunun Xocalı kəndinə rayon tabeli şəhərlər kateqoriyasına aid edilməsi, Xocalı şəhər Sovetinin yaradılması və Xocalı kənd Sovetinin ləğvinə dair qərar verildi. Həmçnin, 26 noyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında Azərbaycan Respublikasının Qanunu № 279-XII ilə Azərbaycan Respublikasının Ali Soveti Stepanakert şəhərinin tarixi adını qaytarılmaqla Xankəndi şəhəri adlandırılmasını, Əsgəran rayonunun ləğvini, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılmasını, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə verilməsini qərara aldı. Bununla, yaşayış məntəqəsi hal hazırda Xocalı rayonunun Xocalı şəhər inzibati ərazi dairəsinin ərazisində yerləşmiş olur. Azərbaycan müstəqillik qazanandan sonra ölkədə sovxozlar ləğv edilmişdi. Ərazi 1990-cı illərin əvvəllərindən qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən nəzarət olunurdu və işğal vaxtı ərzində 1998-ci ildə Xankəndi çaxır zavodunun və 16 yeni tikilmiş yaşayış evinin əsasında orada "Berkadzor" adında kənd qurulub və bura ermənilər köçürülüb.

Digər lüğətlərdə