YAZIÇI

I
сущ. писатель. Böyük yazıçı великий писатель, qocaman yazıçı старейший писатель, dahi yazıçı гениальный писатель, istedadlı yazıçı талантливый писатель, görkəmli yazıçı выдающийся писатель, məşhur yazıçı известный писатель, müasir yazıçılar современные писатели, mütərəqqi yazıçılar прогрессивные писатели, sevimli yazıçı любимый писатель, Azərbaycan yazıçıları азербайджанские писатели, yazıçılar ittifaqı (birliyi) союз писателей, uşaq yazıçısı детский писатель, xalq yazıçısı народный писатель, yazıçının ədəbi fəaliyyəti литературная деятельность писателя, yazıçının yaradıcılığı творчество писателя, yazıçının yaradıcılıq fantaziyası творческая фантазия писателя, yazıçının üslubu стиль писателя, yazıçının dili язык писателя
II
прил. писательский. Yazıçı əməyi писательский труд
YAZICI
YAZIÇILIQ
OBASTAN VİKİ
Qismət (yazıçı)
Qismət Elçin oğlu Rüstəmov (15 mart 1986, Bakı) — azərbaycanlı şair, tərcüməçi, esseist. Prezident təqaüdçüsü. == Həyatı == Qismət Elçin oğlu Rüstəmov 1986-cı il martın 15-də Bakı şəhərində anadan olub. 1991–2002-ci illərdə Bakı şəhərindəki 70 saylı məktəb-liseydə təhsil alıb. == Təhsili == 2003–2007-ci illərdə Odlar Yurdu Universitetinin "Jurnalistika" fakültəsində təhsil alıb. 2007–2009-cu illərdə həmin fakültənin magistratura pilləsini bitirib. 2018-ci ildən Azərbaycan Dillər Universitetinin "Xarici ölkələr ədəbiyyatı" kafedrasının dissertantıdır. == Fəaliyyəti == Qismət Rüstəmov müxtəlif illərdə Odlar Yurdu Universiteti, Xəzər Universiteti və Bakı Slavyan Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Hazırda Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri, sim-sim.az ədəbiyyat saytının baş redaktoru, Azərbaycan Dillər Universitetinin dissertantıdır. == Kitabları == 2010-cu ildə "525 kitab" seriyasından "Vitrin" şeirlər kitabı çap edilib.
Hüseyn İbrahimov (yazıçı)
Hüseyn Məmmədəli oğlu İbrahimov (23 may 1919, Şahtaxtı, Naxçıvan qəzası – 10 aprel 2008, Naxçıvan) — Azərbaycan nasiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1952), Azərbaycanın Xalq yazıçısı (1998). == Həyatı == Hüseyn İbrahimov 1919-cu il mayın 23-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. Burada yeddiillik məktəbi bitirdikdən sonra o, Naxçıvan Pedaqoji Texnikumunda oxumuşdur. Hüseyn İbrahimov 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsinə daxil olmuş, 1958-ci ildə onun jurnalistika şöbəsini bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Hüseyn İbrahimov əmək fəaliyyətinə 1940-cı ildə Şərur rayon Sədərək kənd orta məktəbində müəllim kimi başlamışdır. Sonra o, 1941–1943-cü illərdə Azərbaycan LKGİ Noraşen (indiki Şərur rayonu) rayon komitəsinin birinci katibi, 1943–1947-ci illərdə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komsomol komitəsinin katibi olmuşdur. H.İbrahimov 1947–1949-cu illərdə "Şərq qapısı" qəzetinin redaksiyasında redaktor müavini, 1949–1954-cü illərdə isə Naxçıvan Nazirlər Soveti yanında Radio Verilişləri Komitəsinin sədri vəzifəsində işləmişdir. O, 1954–1960-cı illərdə Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan filialının sədri, 1960–1961-ci illərdə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsində mühazirəçilər qrupunun rəhbəri, 1961–1965-ci illərdə "Şərq qapısı" qəzetinin redaktoru vəzifəsini icra etmişdir. Hüseyn İbrahimov 1965–1970-ci illərdə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri, 1970–1975-ci illərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri, 1975–1980-ci illərdə "Şərq qapısı" qəzetində şöbə müdiri, 1977-ci ildən isə Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan şöbəsinin məsul katibi və Naxçıvan Yazıçılar Birliyinin sədri vəzifələrində çalışmışdır. === Ədəbi fəaliyyəti === Azərbaycan ədəbiyyatında tarixi və müasir mövzularda yazılmış bir sıra romanların müəllifi kimi tanınan Hüseyn İbrahimov ədəbi yaradıcılığa 1944-cü ildə "Ədəbiyyat qəzeti"ndə çap olunan "O, düşməndə qoymadı anasının qanının" adlı ilk şeiri ilə başlamışdır.
Maarif Məmmədov (yazıçı)
Məmmədov Maarif Adil oğlu (28 sentyabr 1960, Mərdəkan – 26 may 2015) — Azərbaycanlı yazıçısı, ssenarist, dramaturq. == Həyat == Maarif Məmmədov 28 sentyabr 1960-cı ildə Bakının Mərdəkan qəsəbəsində dünyaya gəlib. Orta təhsilini H. Z. Tağıyev adına 123 nömrəli tam orta məktəbdə alıb. 1978–1980-ci illərdə hərbi qulluqda olub. Hərbi xidməti bitirdikdən sonra M. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinə qəbul olunub. Maarif Məmmədovun Universitetdə müəllimi Aydın Talıbzadə, teatrı sevdirən və həyat müəllimi isə Rəhman Əlizadə olub. 8 yaşından Nizami adına Mədəniyyət Mərkəzində "Mərdəkan" xalq teatrının tamaşalarında rol alan Maarif Məmmədov, sonradan Nizami adına Mədəniyyət Mərkəzinə direktor vəzifəsinə təyin olunub. 1992-ci ildən Azərbaycan Dövlət Televiziyasında böyük redaktor və rejissor vəzifələrində işləyib. Bir çox kiçik sujetlər və Tammetrajlı filmlər çəkib son illərdə Azərbaycan Dövlət Televiziyasının qızıl fondunda 3 filmi yer alıb. Maarif Məmmədovun müəllifi olduğu filmlərə nümunə olaraq "Nə bilək vallah", "Qara pişik", "Sovqat", "Qaz", "Qeyri Adi Müştərilər", "Əsas Adam" və digərlərini, tamaşalara isə "Matəm marşı", "Sovqat", "Əcnəbi atası", "Yolunu azmış sərnişinlər", "Zorən dəli", Əziz Nesinin hekayəsi əsasında yazılmış "Ölmüş eşşəyin məktubları", "Adamı zorla dəli edərlər" və başqalarını göstərmək olar.
Mehdi Həsənov (yazıçı)
Həsənov Mehdi Rəhim oğlu (20 oktyabr 1935, Ağzıbir, Kəvər rayonu – 5 fevral 1971) – Azərbaycanlı nasir, publisist, Yazıçılar Birliyinin üzvü (1964), filologiya elmləri namizədi (1969). == Həyatı == 1935-ci il oktyabrın 20-də Ermənistanda Nor-Bayazet rayonunun Ağzıbir kəndində anadan olmuşdur. Qonşu Hacı Muxan kəndində orta məktəbi bitirmişdir (1950). İrəvan Dövlət Pedaqoji İnstitutunun azərbaycanlı şöbəsinin dil-ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1950–1955). Əmək fəaliyyətinə Razdan və Axtala rayonlarında müəllim kimi başlamışdır (1955–1957). Razdan komsomol komitəsində işlədiyi dövrdə Qazaxıstana – xam torpaqlarda işləməyə göndərilən komsomol əmək dəstələrinə başçılıq etmişdir (1957–1964). Azərbaycan Dövlət Universitetinin aspiranturasına daxil olmuşdur (1964). "Müasir Azərbaycan dilində xitab" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1969). İrəvan Dövlət Pedaqoji İntitutunun azərbaycanlı şöbəsinin dil-ədəbiyyat fakültəsində baş müəllim, sonra dosent olmuşdur (1969-cu ildən). Bədii yaradıcılığa erkən başlamışdır, lakin ilk qələm təcrübəsi 1959-cu ildə "Sovet Ermənistanı" qəzetində çıxmışdır.
Milorad Paviç (yazıçı)
Milorad Paviç (serb. Милорад Павић; 15 oktyabr 1929[…], Belqrad – 30 noyabr 2009[…], Belqrad) — Yuqoslaviya və Serbiya yazıçısı, şairi, postmodernizm və sehrli realizm nümayəndəsi, tərcüməçi və XVII–XIX əsr serb ədəbiyyatının tarixçisi.
Məhərrəm Əlizadə (yazıçı)
Məhərrəm Fərəc oğlu Əlizadə (1909, Şuşa – 17 noyabr 1942, İndyuk[d], Krasnodar diyarı) — yazıçı, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı və fəaliyyəti == Məhərrəm Fərəc oğlu Əlizadə 1909-cu ildə Şuşada anadan olmuşdur. İlk təhsilini Şuşa şəhər birdərəcəli məktəbində almış, 1923-1927 illərdə Şuşa pedaqoji məktəbində oxumuşdur. O, Ağdamın Keştazlı kəndində, Şuşada, 1930-cu ildə isə Bakıda pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Məhərrəm Əlizadə 1932-1936 illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitet) Dil və ədəbiyyat fakültəsində təhsil almış, oxuduğu təhsil ocağının aspiranturasında saxlanılmışdır. O, 1939-cu ildən 1941-ci ilə kimi Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universitet)ədəbiyyat metodikası fənnindən dərs demişdir. Məhərrəm Əlizadə 1934-cü ildən bədii yaradıcılıqla məşğul olmuşdur. Onun sağlığında "Dostlar" (1934), "Qonaq" (1941) adlı iki kitabı işıq üzü görmüşdür. "Dostlar" və "Qonaq" kitablarındakı hekayələr 30-cu illər Azərbaycan həyatının bir çox cəhətlərinin əks etdirir. Bu hekayələrin mövzusu Azərbaycan qadınının ictimai həyatdakı fəaliyyətindən, müəllim-tələbə münasibətlərindən və başqa mövzulardan ibarətdir.
Nikolay Tixonov (yazıçı)
Nikolay Semyonoviç Tixonov (22 noyabr (4 dekabr) 1896[…], Sankt-Peterburq – 8 fevral 1979[…], Moskva) ― rus yazıçısı, tərcüməçi, siyasətçi, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı (1966). == Həyatı == Nikolay Tixonov 1896-cı il dekabr ayının 4-də (bəzi mənbələrdə bu tarix 22 noyabr olaraq göstərilir) Sankt-Peterburq şəhərində anadan olmuşdur. O, ilk əvvəl ibtidai şəhər məktəbində, sonra isə ticarət məktəbində təhsil almışdır. Nikolay Tixonov aztəminatlı ailənin övladı idi. Ailəsinə kömək etmək məqsədilə 1911-ci ildə təhsilini yarımçıq qoymuş və Baş Dəniz İqtisadiyyat İdarəsinin katibi vəzifəsində çalışmışdır. Ədib 1914–1918-ci illər Birinci Dünya müharibəsi, 1918–1920-ci illər Rusiyada Vətən müharibəsi və 1941–1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmişdir. Nikolay Tixonov Sovet Sülhü Müdafiə Komitəsinin sədri, SSRİ Nazirlər Soveti yanında Ədəbiyyat, İncəsənət və Memarlıq Sahəsində Lenin və SSRİ Dövlət Mükafatları Komitəsinin sədri vəzifələrində çalışmışdır. Ümumdünya Sülh Şurasının üzvü olan Tixonov SSRİ Ali Sovetinin 2–9-cu çağırış deputatı və SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olmuşdur. Nikolay Tixonov 8 fevral 1979-cu ildə Moskva şəhərində vəfat etmiş və Novodeviçye qəbiristanlığında dəfn olunmuşdur. == Yaradıcılığı == Nikolay Tixonovun yaradıcılığının əsas mövzuları sülh, şərq xalqlarının milli azadlıq və istiqlaliyyət uğrunda mübarizəsi, Sovet xalqlarının dostluğunun tərənnümüdür.
Qasım Qasımzadə (yazıçı)
Qasım Xansuvar oğlu Qasımzadə (23 iyun 1923, Aşağı Xocamusaxlı, Qubadlı rayonu – 28 iyul 1993, Bakı) — şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1950-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984), filologiya elmləri doktoru (1985), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının müxbir üzvü (1991). == Həyatı == Qasım Qasımzadə 1923-cü il iyunun 23-də Qubadlı rayonunun Xocamusaxlı kəndində anadan olmuşdur. Şəki Pedaqoji Texnikumunu bitirdikdən sonra Kəlbəcərdə orta məktəb müəllimi, Yevlax rayon xalq maarifi şöbəsində metodist işləmişdir. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsilini davam etdirmişdir (1945–1950). Eyni zamanda "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1947–1949) olmuşdur. "Ədəbiyyat və İncəsənət" qəzeti redaksiyasında tənqid şöbəsinin müdiri, Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı (1950–1953), baş elmi işçi əvəzi (1953–1954), baş elmi işçi (1954–1959), "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru (1957–1963) çalışmışdır. Yenidən Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutuna qayıtmış, ömrünün sonunadək burada baş elmi işçi (1963–1973) və sovet ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində çalışmışdır (1973-cü ildən). Ədəbi fəaliyyətə 20-ci əsrin 40-cı illərindən başlamışdır. Bu yaxınlarda şairin arxivindən tapılmış və sağlığında çap edilməmiş "İstiqbala səyahət", yaxud "Yerin övladı" (1946) başlıqlı poeması göstərir ki, Qasım Qasımzadə dünya elmi bədiiyyat poeziyasında ilkə imzasını atmış Azərbaycan şairidir. İlk mətbu şeiri 1944-cü ildə "Kommunist" qəzetində çap etdirdiyi "Vəfasız olmaz" adlı poetik nümunədir.
Qurban Musayev (yazıçı)
Qurban Musayev Məmməd oğlu — şair, yazıçı, pedaqoq. == Həyatı == Qurban Musayev Məmməd oğlu 1926-cı il mayın 24-də Qazax rayonu, İkinci Şıxlı kəndində anadan olmuşdur. Kənd orta məktəbini bitirdikdən sonra 1947-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyat fakültəsinə daxil olmuşdur. 1951-ci ilde İnstitu müvəfəqiyyətlə bitirmişdir. 1951-ci ildə Laçının Minkənd kəndinə müəllimlik təyinatını almışdır. 1960-70 ci illərdə Qazax rayonunda Sarıvəlli kənd orta məktəbinin direktoru olmuşdur. 1997-ci ilin payızında vəfat edib. İkinci Şıxlı kənd qəbirsanlığında dəfn olunmuşdur. == Yaradıcılığı == Dövrü mətbuatda hələ tələbəlik illərindən çap olunmağa başlamışdır. Əsasən xalq şeri üslubunda yazan şairin əsərləri forma və məzmun , mövzuca zəngin və rəngarəngdir.
Rasim Tağıyev (yazıçı)
Rövşən Ağayev (yazıçı)
Rövşən Azər oğlu Ağayev (31 mart 1949, Kirovabad – 9 mart 2015, Bakı) — kinossenarist, dramaturq, musiqiçi == Həyatı == Rövşən Ağayev 1949-cu il martın 19-nda o zamankı Azərbaycan SSR-nin Gəncə şəhərində dünyaya gəlmişdir. Ali təhsilini Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda alır. Ali təhsil illərində şəxsi təşəbbüsü ilə oxuduğu institutun nəzdində kino şöbəsi yaradır və bu şöbəni lazımi avadanlıqlarla təmin edir. Beləcə o, institutda təhsil almaqla yanaşı qısa metrajlı filmlər də çəkməyə başlayır. 1973-cü ildə həmin institutunun elektrifikasiya fakültəsinin energetika mühəndisi şöbəsini bitirir. İncəsənətə meyilli olduğu üçün sonrakı fəaliyyəti daha çox incəsənətlə bağlı olmuşdur. === Kinodakı fəaliyyətləri === 1980–81-ci illərdə "Azərbaycanfilm" kinostudiyasının bir illik ssenaristlər kursunu bitirməklə yanaşı tam metrajlı bədii filmin ssenarisinin yazılması üçün kinostudiya ilə müqavilə bağlamışdır və həmin ssenari "Azərbaycanfilm" tərəfindən alınmışdır. Bundan sonra onunla "Azərbaycanfilm" kinostudiyası arasında daha iki tam metrajlı bədii filmin yazılışı üçün müqavilə bağlanmışdır. Həmin ssenarilər yazıldıqdan sonra kinostudiya tərəfindən alınmışdır. 1988-ci ildə "Mosfilm" kinostudiyası (Moskva) ilə "Azərbaycanfilm" kinostudiyasının birgə istehsalı olan, Rövşən Ağayevin ssenarisi əsasında "Lətifə" bədii filmi çəkilmişdir və həmin film keçmiş SSRİ ərazisində olan kinoteatrlarla yanaşı həm də Avropa ölkələrində göstərilməklə sosialist məkandan kənara çıxa bilən azsaylı filmlərimizdən olmuşdur.
Sara Jio (yazıçı)
Sara Jio (ing. Sarah Jio; 18 fevral 1978, Beynbric-Aylend[d], Vaşinqton) — Amerikalı yazıçı, sentimental romanların müəllifidir. == Bioqrafiya == Sara Jio 18 fevral 1978-ci ildə Sietldə, Vaşinqtonda anadan olub. Uşaq ikən yazmağa başlayır və yerli qəzeti The Bremerton Sun üçün ilk köşəsin yazır. Daha sonra Jio Qərbi Vaşinqton Universitetində jurnalistika fakültəsinə daxil olur. Sara Jio karyerasına 2000-ci ildə The Silver Company-də hesab üzrə icraçı kimi başlamış və on il işlədiyi Seattle Pacific Universitetində redaktor olmuşdur. Eyni zamanda o, bir çox milli jurnal və qəzetlərdə səyahət, qidalanma, qida, sağlamlıq və psixologiyanı əhatə edən mövzularda məqalələr təqdim edən müstəqil yazıçı kimi çalışmışdır. 2010-cu ildə Sara Jio Penguin Random House ilə müqavilə bağlayır və o vaxtdan bu beynəlxalq nəşriyyat şirkəti bestselleri Böyürtkən qışı daxil olmaqla 11 roman nəşr edib. Onun romanları dünyanın 30-dan çox ölkəsində nəşr olunub və onlarla dilə tərcümə olunub. == Biblioqrafiya == 2011 — Mart ayında Bənövşələr (ing.
Tahir Məmmədov (yazıçı)
Tahir Tais oğlu Məmmədov — Azərbaycanlı yazıçı, 91-lərin üzvü, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü. == Həyatı == 13 fevral 1952-ci ildə Azərbaycan Respublikasının Şamaxı rayonunun İrəvanlı kəndində anadan olub. 1967-ci ildə orta məktəbi bitirib. Türkmənistan SSR Qazancıq şəhərində həqiqi hərbi xidmət keçib (14. XI.1970–13. X.1972). İlk əmək fəaliyyətinə 1969-cu ildə həmin rayonun ovaxtkı Lenin adına sovxozunda fəhlə kimi başlayıb. 1979-cu ildə Azərbaycan Yazıçılar İttifaqının təqdimatı ilə Moskvaya M. Qorki adına Ədəbiyyat İnstitutuna daxil olub. 1 avqust 1983-cü ildən 10 oktyabr 1985-ci ilə qədər Azərbaycan SSR Dövlət Teleradio Verilişləri Komitəsində ədəbi müəllif kimi fəaliyyət göstərib. 1986-cı il iyul ayının 16-dan Azərbaycan KP MK-nın aylıq ictimai-siyasi "Kənd həyatı" jurnalında baş ədəbi işçi kimi işləyib.
Vaqif Məmmədov (yazıçı)
Vaqif Məmmədov (28 iyul 1948, Sədərək, Noraşen rayonu – 6 fevral 2016) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I çağırış deputatı, Azərbaycan Jurnalistlər Birliyinin (1992), Azərbaycan Yazıçılar Birliyinin (1995), İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) və Avrasiya Yazarlar Birliyinin (2010) üzvü. == Həyatı == Vaqif Məmmədov 1948-ci il iyun ayının 28-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olub. Naxçıvan şəhər pedaqoji məktəbini (1968) və Naxçıvan Dövlət Universitetinin tarix fakültəsini (1975) bitirib. 1970-ci ildən bədii yazıları mətbuatda çap olunur. Şeirləri Türkiyədə, İranda, İraqda, Rusiyada, Ukraynada, Belarusiyada, Özbəkistanda, Almaniyada, Bolqarıstanda, Yunanıstanda, ABŞ-da çap olunmuşdur. YUNESKO xətti ilə Bağdadda keçirilən Füzuli günlərində (1994), Bayburtda keçirilən 7-ci Uluslararası Dədə-Qorqud Kültür-Sənət Şölənində (2001), Ankarada keçirilən "Erməni iddiaları və Azərbaycan gerçəyi" beynəlxalq simpoziumunda (2005), Tehranda və Təbrizdə keçirilən Şəhriyar günlərində (2006), Hollandiyada keçirilən Xocalı soyqırımına aid beynəlxalq simpoziumda (2007), Pakistanda keçirilən "Sufizm və sülh" beynəlxalq konfransinda (2010) iştirak və çıxış etmiş, "Daşkənd təranəsi" beynəlxalq poeziya müsabiqəsinin (1983) və digər bir neçə beynəlxalq şeir müsabiqələrinin qalibi olmuşdur. Azərbaycan Jurnalistlər Birliyinin (1992), Azərbaycan Yazıçılar Birliyinin (1995), İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) və Avrasiya Yazarlar Birliyinin (2010) üzvüdür. 2001-ci ildə "Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutunun yaranması və inkişaf yolu" mövzusunda dissertasiya müdafiə edib tarix elmləri namizədi elmi dərəcəsi almışdır. 1995–2000-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub. 1968–1975-ci illərdə Sədərək kənd orta məktəbində müəllim, 1975–1978-ci illərdə Sədərək kənd 1 nömrəli orta məktəbində ibtidai siniflər üzrə direktor müavini, 1978–1982-ci illərdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 1982–1995-ci illərdə həmin məktəbdə direktor vəzifələrində çalışmışdır.
Vidadi Məmmədov (yazıçı)
Vidadi Məmmədov (v. 1992) — yazıçı, film redaktoru, “Ulduz” jurnalının şöbə müdiri. == Həyatı == Atası əslən Cəbrayıl rayonundandır. Anası isə İlyas Əfəndiyevlə qohum olub. 1992-ci ildə avtomobil qəzasında vəfat edib. == Filmoqrafiya == Məsuliyyətsizlik (film, 1991) Olan yerdən umarlar (film, 1991) Möhürlü yalan (film, 1983) Nəticə (film, 1984) (I) Fəhlə yeməkxanalarında (film, 1990) Saqqallı binalar (film, 1990) Adı Günəşlidir... (film, 1992) Astarı üzündən baha (film, 1986) Ay çox, il çox... (film, 1985) Ay müştəri... (film, 1986) Bəhanə (film, 1991) Bəhrə (film, 1984) Bir məktubun izi ilə (film, 1982) Bişmiş toyuğun gülməyi... (film, 1983) Çarpaz bucaqlar arasında (film, 2002) Çıxış yolu (film, 1984) Dayan, doldurum (film, 1985) Dama dama...
Yazıçı
Yazıçı və ya yazar — ideyaları çatdırmaq üçün fərqli üslublar və texnikalarla yazılı sözlərdən istifadə edən insan. Yazıçılar ədəbi sənətin fərqli formlarını və romanlar, hekayələr, kitablar, poeziyalar, səfərnamələr, pyeslər, ssenarilər, teleskriptlər, mahnılar və esselər kimi kreativ yazı işləri, habelə ictimaiyyət üçün maraqlı ola biləcək hesabatlar və məqalələr ərsəyə gətirirlər. Yazıçıların işləri medianın böyük bir hissəsində yayımlanmaqdadır. İdeyaları yaxşı bir şəkildə çatdırmaq məqsədilə dildən məharətlə istifadə edə bilən yazıçılar çox vaxt bir cəmiyyətin mədəniyyətinə önəmli töhfələr verir. Əksər hallarda yazıçı sözü əsərlərini nəsr, şair isə əsərlərini nəzm ilə yazan müəlliflərə ithaf edilir. Yazıçılar uydurma və uydurma olmayan bir çox janrda əsərlər yazıb-yarada bilər. Bəzi yazıçılar isə öz fikirlərini multimedia — qrafika, illüstrasiya və s. ilə zənginləşdirirlər. Öz fikirlərini çatdırmaq üçün onlar nadir hallarda hətta musiqidən də faydalana bilərlər. Bunlardan başqa, şifahi ənənədən istifadə edən bir sıra yazıçılar da mövcuddur.
Anar (yazıçı)
Anar (tam adı: Anar Rəsul oğlu Rzayev; 14 mart 1938, Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının xalq yazıçısı == Ailəsi == Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir. 1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan "Difai" partiyasının yaradıcılarındandır. Ələkbər bəyin yeganə oğlu, Nigar xanımın atası Xudadat bəy ilk ali təhsilli cərrahlardandır.
Elçin (yazıçı)
Elçin (tam adı: Elçin İlyas oğlu Əfəndiyev; 13 may 1943, Bakı) — Azərbaycan yazıçısı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının xalq yazıçısı (1998), "İstiqlal" ordenli (2003), Azərbaycan Respublikası Baş Nazirinin keçmiş müavini (1993–2018). == Həyatı == Elçin Əfəndiyev 13 may 1943-cü ildə Bakı şəhərində XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, Azərbaycanın Xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində doğulub. Uşaqlıq çağlarından etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub. Bir tərəfdən milli ədəbiyyat, folklor, o biri tərəfdən isə dünya ədəbiyyatı Elçinin daimi mütaliəsinin əsasına çevrilib. O, nə zaman yazmağa başlayıb? Bu suala Elçin özü belə cavab verir: "Özümü xatırladığım zamandan. Hələ yazıb-oxumağı bacarmırdım, amma özümdən cürbəcür əhvalatlar uydurub danışırdım…" Bakı şəhərində orta məktəbi (1960), Bakı Dövlət Universitetinin Filologiya fakültəsini (1965), Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını (1969) bitirib, "Azərbaycan bədii nəsri ədəbi tənqiddə (1945–1965)" mövzusunda namizədlik (1970), "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq (1997) dissertasiyalarını müdafiə edib. 1969–1972-ci illərdə Azərbaycan ЕА Nizami adına Dil və Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" şöbəsində kiçik elmi işçi, 1972–1975-ci illərdə baş elmi işçi vəzifəsində işləmiş, eyni zamanda Nəsimi adına Dilçilik və Nizami adına Ədəbiyyat İnstitutlarının Birləşmiş Müdafiə Şurasının elmi katibi olmuşdur. 1975-ci ildə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiya heyətinin üzvü seçilmişdir. 1975–1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin katibi olmuşdur.
Yazıçı (nəşriyyat)
Yazıçı nəşriyyatı — nəşriyyat əvvəl "Kommunist" – indiki "Xalq qəzeti"nin, "AzərTAc"ın binasında yerləşirdi.
Yazıçı Qor
Heydərli Böyükkişi Səfiyar oğlu (1950–2015) — yazıçı, jurnalist. == Həyatı == Böyükkişi Heydərli 1950-ci ilin aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Bədii yaradıcılığa erkən başlasa da, 30 yaşında şeirləri "Ulduz" və "Azərbaycan" jurnallarında dərc olunub. 1985-1990-cı illərdə şerləri ara-sıra mətbuat səhifələrində yer alıb. 1991-1992-ci illərdə "Səs" qəzetində şöbə müdiri olub, 1992-ci ilin mayından "Yeni Müsavat" qəzetində redaktor işləyib. 1993-cü ildə "Dünya" jurnalının redaktoru olub. Əsərlərini Yazıçı Qor təxəllüsü ilə yazıb. "Sakit küçədə qətl", "Yaşıl cənnət çiçəyi", "Yetişmiş tut ağacı" və sair əsərlərin müəllifidir.
Yazıçı nəşriyyatı
Yazıçı nəşriyyatı — nəşriyyat əvvəl "Kommunist" – indiki "Xalq qəzeti"nin, "AzərTAc"ın binasında yerləşirdi.
Çolpan (yazıçı)
Çolpan (1897, Əndican, Fərqanə vilayəti – 5 oktyabr 1938 və ya 2 oktyabr 1938, Sibir) — Özbəkistan yazıçısı, şairi. == Həyatı == Gələcəyin şairinə atası Əbdülhəmid adını qoysa da, o Çolpan kimi tanındı və məşhurlaşdı. Çünki şeirlərini, məqalələrini, romanlarını, pyeslərini Çolpan, yəni Dan ulduzu imzasıyla yazdı. Əbdülhəmid 1893-cü ildə Özbəkistanın Əndican şəhərində doğulub. Onun atası Süleymankul Yunusoğlı mədrəsə təhsili görmüş, şeirləri divan təşkil edəcək bir şair olub. Əbdülhəmid də məhəllə məktəbində, sonra Əndican və Daşkənd mədrəsələrində oxuyub. Rusiya Türküstanı işğal etdikdən sonra rus dilinə böyük ehtiyac duyulurdu. Müstəmləkəçilər də uzun müddət yerli xalqları əsarət altında saxlamaq üçün onlardan kiçik məmurlar hazırlamaq məcburiyyətində idi. Belə məktəbləri ölkənin Avrpoa hissəsində Rus-Tatar, Asiya hissəsində isə Rus-Tüzem məktəbləri adlandırırdılar. Əbdülhəmidin atası, dövrünün ayıq ziyalısı olan Süleymankul Yunusoğlu da oğlunu Rus-Tüzem məktəbində oxumağa göndərir.
Əbülhəsən (yazıçı)
Ələkbərzadə Əbülhəsən Əlibaba oğlu (27 fevral (12 mart) 1906, Basqal, Şamaxı qəzası – 20 may 1986, Bakı) – nasir, 1934-cü ildən AYB-nın üzvü, Azərbaycan SSR xalq yazıçısı (1979). == Həyatı == Müasir Azərbaycan nəsrinin görkəmli təməlçilərindən olan və onun təkamülündə çox fəal iştirak edən ədiblərdən biri də xalq yazıçısı Əbülhəsəndir. Əbülhəsənin təmsil etdiyi nəsil müasir cəmiyyətimizin formalaşmasının bilavasitə şahidi və iştirakçısı olmuşdur. 1904-cü ildə Azərbaycanın Şamaxı qəzasının Basqal kəndində anadan olmuşdur. Bakı darülmüəllimini bitirmişdir (1925). Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor, müxtəlif vaxtlarda iki dəfə "Azərbaycan" jurnalında baş redaktor vəzifələrində işləmişdir. Döyüş və ədəbi-ictimai fəaliyyətinə görə üç dəfə "Qırmızı əmək bayrağı" ordeni (1966, 1971, 1976), fəxri fərmanlar və döyüş medalları ilə təltif edilmişdir. "Yoxuşlar" (1933), "Müharibə" (I kitab, 1947), "Dostluq qalası" (1960), "Tərs adamlar" (1967), "Dünya qopur" (1968), "Seçilmiş əsərləri" (üç cilddə 1984 və s. kitabların müəllifi olmuşdur. 1986-cı ildə vəfat etmişdir.
Tahsin Yazıçı
Tahsin Yazıcı (1892-ci il Monastır, Osmanlı İmperiyası – 11 fevral 1970-ci il Ankara, Türkiyə) — Türkiyə ordusunun general-mayoru və siyasətçisi. == Həyatı == Tahsin Yazıcı 1892-ci ildə Osmanlı İmperiyası, Monastrda, Əli Bəy və Qənimət Xanımın ailəsində anadan olmuşdur. 1909-cu il noyabrın 1-də Osmanlı Hərbi məktəbinə qəbul edilmişdir. 1912-ci il martın 1-də oranı ikinci leytenant rütbəsində bitirmişdir. Tahsin Yazıcı 1929-cu ildə Nezahat (1904-1996) adlı xanımla ailə qurmuşdur. Bu nigahdan onun Ahmet Bali (1931) adlı oğlu olmuşdur. == Hərbi xidmətdə == 1912-ci ildən hərbi xidmətə başlamışdır. Birinci Dünya müharibəsində iştirak etmişdir. T.Yazıcı Çanaqqala müharibəsi iştirakçısı olmuşdur. 1916-cı il martın 1-də leytenant rütbəsi almışdır.
Vinnifred İton (yazıçı)
Vinnifred İton (ing. Winnifred Eaton; 21 avqust 1875 və ya 1877, Monreal, Kvebek – 8 aprel 1954) – Kanada yazıçısı. O, çinəsilli olmasına və heç vaxt Yaponiyada olmamasına baxmayaraq, yaponmənşəli Onoto Vatanna təxəllüsü ilə tanınmış və Yaponiya mövzusunda əsərlər yazmışdır. İton ədəbi karyerası boyunca 16 roman, eləcə də, yüzlərlə hekayə və məqalə yazmışdır. Onun 1899-cu ildə nəşr olunan "Yaponiyalı Nume xanım" adlı romanı Asiya mənşəli müəllifə məxsus olan ilk ABŞ romanı olmuşdur. Kalqari Universitetinin Riv Teatrı onun şərəfinə adlandırılmışdır. == İlk illəri == Vinnifredin atası Edvard İton ingilis tacir və rəssam idi, anası Qreys Trefusis isə çinli idi. Evard və Qreys Şanxayda tanış olmuş, İngiltərə və ABŞ-də yaşadıqdan sonra 1872-ci ildə Kanadanın Monreal şəhərinə köçmüşdürlər. Vinnifred 14 uşaqlı ailənin səkkizinci uşağı olmuşdur. İton uşaq yaşlarından etibarən ədəbiyyata maraq göstərməyə başlamışdır.
Kabus yazıçı (film, 2010)
Kabus yazıçı — 2010-cu ildə çəkilmiş olan Roman Polanskinin məşhur filmi.
Misir yazıçıları siyahısı
== A == Taufik ad-Hakim (1898–1987). Tatamkhulu Afrika (1920–2002). Leila Ahmed (1940– ). Salama Ahmed Salama (1932–2012) Muhammad Aladdin (1979-) Gamal Al-Ghitani (1945– ). Edwar al-Kharrat (1926-2015). Ahmad Al-Khamisi (1948- ). Samir Amin (1931– ). == B == Hussein Bassir (1973-). == C == Andrée Chedid (1920–2011). == E == Ibrahim Elfiky (1950-2012).
Misir yazıçılarının siyahısı
== A == Taufik ad-Hakim (1898–1987). Tatamkhulu Afrika (1920–2002). Leila Ahmed (1940– ). Salama Ahmed Salama (1932–2012) Muhammad Aladdin (1979-) Gamal Al-Ghitani (1945– ). Edwar al-Kharrat (1926-2015). Ahmad Al-Khamisi (1948- ). Samir Amin (1931– ). == B == Hussein Bassir (1973-). == C == Andrée Chedid (1920–2011). == E == Ibrahim Elfiky (1950-2012).
Möhsün Yazıçıoğlu
Möhsün Yazıçıoğlu (türk. Muhsin Yazıcıoğlu; 31 dekabr 1954, Sarqışla, Sivas ili – 25 mart 2009, Göksun[d], Qəhrəmanmaraş) — türk siyasətçisi. Böyük Birlik Partiyasının yaradıcısı. == Həyatı == Möhsün Yazıçıoğlu 31 dekabr 1954-cü ildə Sivasın Sarkışla rayonunun Almalı kəndində anadan olub. İlk təhsilini kənd məktəbində alan Möhsün Yazıcıoğlu 1972-ci ildə Ankara Universitetinin baytarlıq fakültəsinə daxil olur. Gələcək partiya sədrinin siyasi fəaliyyətə başlaması da bu illərə təsadüf edir. Hələ məktəb illərində Sarkışla Gənc Ülkücülər Hərəkatına qoşulan Möhsün Yazıçıoğlu Ankaraya gəldikdən sonra Ülkü Ocaqları Genel Mərkəzində çalışmağa başlayıb. Türkiyənin ağır siyasi dövrlər yaşadığı 1977–1978-ci illərdə Ülkü Ocaqları Genel Başqanının müavini və Ülkü Ocaqları Genel Başqanı vəzifələrində çalışan Möhsün Yazıçıoğlu 1980-ci ilə kimi həmçinin MHP lideri Alparslan Türkeşin müşaviri də olub. Ülkücü hərəkatda önəmli bir yeri olan Möhsün Yazıçıoğlu Susurluq hadisəsinin baş qəhrəmanı olan Abdullah Çatlının köməkçisi olub. 1978-ci ildə Ülkücü Gənclik Dərnəyini yaradan Möhsün Yazıçıoğlu ölkəni sarsıdan bir sıra bəyanatları ilə yadda qalıb.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi — Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən şair, yazıçı və dramaturqların yaradıcı təşkilatı == Tarixi == XX əsrin 20-ci illərində Naxçıvanda "Qızıl qələmlər" cəmiyyətinin Naxçıvan şöbəsi fəaliyyət göstərmişdir.. 1928-ci ildə Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin filialı kimi yaradılmışdır. 1958-ci ildə Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan Şöbəsinə çevrilmişdir. 1958-ci ildə Naxçıvanda Azərbaycan Yazıçılar Birliyinin səyyar plenumu keçirilmiş, həmin plenumun məqsədi Naxçıvan ədəbi mühitinin canlandırılması olmuşdur. O zaman bir sıra şair və yazıçılar (Hüseyn Razi, Əliyar Yusifli, Əhməd Mahmud, Kəmalə Ağayeva) yenidən Azərbaycan Yazıçılar Birliyinə (həmin dövrdə SSRİ Yazıçılar Birliyi adlanırdı) qəbul olunmuşdur. Beləliklə, Naxçıvanda ədəbi mühitin formalaşması üçün bir növü zəmin yaradılmışdır. XX əsrin 70–80-ci illərində Naxçıvanda SSRİ Yazıçılar Birliyinin əvvəlcə 13, sonra isə 19 üzvü vardı. Azərbaycan yazıçılarının X qurultayında (1997) Naxçıvan Yazıçılar Birliyi statusu almışdır. Azərbaycan Yazıçılar Birliyinin tərkibindədir. Azərbaycan müstəqillik qazandıqdan sonra, 1998-ci ildə Naxçıvan Yazıçılar Birliyi müstəqil bir təşkilata çevrilmişdir.
Naxçıvan Yazıçılar Birliyi
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi — Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən şair, yazıçı və dramaturqların yaradıcı təşkilatı == Tarixi == XX əsrin 20-ci illərində Naxçıvanda "Qızıl qələmlər" cəmiyyətinin Naxçıvan şöbəsi fəaliyyət göstərmişdir.. 1928-ci ildə Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin filialı kimi yaradılmışdır. 1958-ci ildə Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan Şöbəsinə çevrilmişdir. 1958-ci ildə Naxçıvanda Azərbaycan Yazıçılar Birliyinin səyyar plenumu keçirilmiş, həmin plenumun məqsədi Naxçıvan ədəbi mühitinin canlandırılması olmuşdur. O zaman bir sıra şair və yazıçılar (Hüseyn Razi, Əliyar Yusifli, Əhməd Mahmud, Kəmalə Ağayeva) yenidən Azərbaycan Yazıçılar Birliyinə (həmin dövrdə SSRİ Yazıçılar Birliyi adlanırdı) qəbul olunmuşdur. Beləliklə, Naxçıvanda ədəbi mühitin formalaşması üçün bir növü zəmin yaradılmışdır. XX əsrin 70–80-ci illərində Naxçıvanda SSRİ Yazıçılar Birliyinin əvvəlcə 13, sonra isə 19 üzvü vardı. Azərbaycan yazıçılarının X qurultayında (1997) Naxçıvan Yazıçılar Birliyi statusu almışdır. Azərbaycan Yazıçılar Birliyinin tərkibindədir. Azərbaycan müstəqillik qazandıqdan sonra, 1998-ci ildə Naxçıvan Yazıçılar Birliyi müstəqil bir təşkilata çevrilmişdir.
Qırğızıstan Respublikasının xalq yazıçısı
Qırğızıstan Respublikasının xalq yazıçısı (qırğ. Кыргыз Республикасынын эл жазуучусу) — Qırğızıstan Respublikasında fəxri ad.
Qırğızıstan xalq yazıçısı
Qırğızıstan Respublikasının xalq yazıçısı (qırğ. Кыргыз Республикасынын эл жазуучусу) — Qırğızıstan Respublikasında fəxri ad.
SSRİ Yazıçılar İttifaqı
SSRİ Yazıçılar İttifaqı — SSRİ peşəkar yazıçılarının birliyi. 1934-cü ildə SSRİ yazıçılarının birinci qurultayında yaradılıb. Qurultay ÜİK(b)P MK-nın 23 aprel 1932-ci il tarixli qərarı ilə çağırılıb. Yeni ittifaq ona qədər SSRİ-də mövcud olan yazıçılar birliklərini əvəz edib.
Tatarıstan Respublikası Yazıçılar Birliyi
Tatarıstan Respublikası Yazıçılar Birliyi — Tatarıstan Respublikasının ərazisində yaşayan və ədəbi yaradıcılıq sahələrindən birində fəal şəkildə çalışan, Tatar dilində və ya başqa bir dildə yazan vətəndaşları birləşdirən bir ictimai təşkilat (yaradıcılıq birliyi), habelə respublikadan kənarda yaşayan insanlar tatar ədəbiyyatına əhəmiyyətli töhfə. Birliyin əsas məqsədləri bunlardır: mənəvi irsin və ədəbiyyatın təbliği yazıçıların peşəkar bacarıqlarının artırılması gənc istedadların hazırlanması yazıçıların yaradıcılıq və yaşayış şəraitinin yaxşılaşdırılması, maraqları üçün geniş qayğı millətlərarası dostluğun möhkəmləndirilməsi Rusiya Yazıçılar Birliyi və digər yazıçılar təşkilatları ilə yaradıcı əməkdaşlığın gücləndirilməsi == Tarixi == 25–29 iyul 1934-cü illərdə Kazanda Sovet Yazıçılar Birinci Ümumtataristan Konqresi keçirildi. Gumer Gali, Galimjan Nigmati, Riza Ishmurat, Kərim Tinchurin, Fatih Kərim Sovet Tatar ədəbiyyatı və janrları haqqında məruzələr etdilər. Konqresin keçirildiyi günlərdə Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti və Tatar ASSR Xalq Komissarları Soveti Sovet yazıçılarının yaradıcılıq, mədəni və yaşayış şərtlərini yaxşılaşdırmaq üçün xüsusi bir qərar qəbul etdi. Qurultayda Tatarıstan Sovet Yazıçılar Birliyinin idarə heyəti seçildi: Kərim Tinçurin, Qumer Qali, Gumer Tulumbay, Həsən Tufan, Lyabib Qilmi və başqaları. Birlik İdarə Heyətinin 29 iyul 1934-cü il tarixli iclasında idarə heyətinin sədri seçildi — Kavi Najmi. 1934–1937-ci illərdə Birliyə Kavi Nəcmi, 1937-ci ildə Mirsai Əmir, 1937–1938-ci illərdə Lyabib Gilmi, 1938–1939-cu illərdə İ. Vaxitov, 1939–1942-ci illərdə Musa Cəlil, 1942–1944-cü illərdə rəhbərlik etdilər — Tazi Gizzat. Böyük Vətən müharibəsində Tatarıstanın 104 yazıçısı iştirak etdi, bunlardan 31 nəfər öldü, bunlardan: Musa Cəlil, Abdullah Əliş, Fatih Kərim, Adel Kutui, Nur Bayan, Xayretdin Müzai, Rəhman İlyas, Məhəmməd Abliyev, M. Vadut, Aitzyak Aitov, Xabra Rəhman, Kaşfi Basırov, Masqut Mustafin, Şamil Gərəy, Demyan Fatxi, Mansur Gayaz, Agzam Kamal, İsmail Şəfiyev, Hamit Mavit, Maksammetha Gərəy, Muhhammat Axaliyev , Axtyam Aminov, Süleyman Mulyukov, L. Vali, Rəhim Səttar. Sovet İttifaqı Qəhrəmanı Musa Cəlilin və düşmənə qarşı vuruşan yazıçılar məşhurdur. 1945–1950-ci illərdə Birliyə Əhməd Yerikay, 1950–1953-cü illərdə Qarif Qubay, 1953–1958-ci illərdə Qoumer Bəşirov, 1958–1961-ci illərdə Əfzal Şamov, 1961–1968-ci illərdə Mirsay Amir, 1968–1971-ci illərdə rəhbərlik edirdi.

Digər lüğətlərdə