Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oyuncaq körpələr adası
Oyuncaq körpələr adası (isp. La Isla de las Muñecas) — Meksikada turizm bölgəsi; Bu ada görünüşü ilə qorxu filmlərini xatırladır. Çünki adanın hər tərəfində çirkli paltarları, dolaşıq saçları, sınmış qol və ayaqları olan, gözləri çıxmış yüzlərlə oyuncaq var. Bu ərazi bir vaxtlar Don Culian Santana adlı bir əkinçiyə məxsus imiş. Əfsanəyə görə, 1950-ci ildə adada yaşayan kiçik qız uşağı yaxınlıqdakı kanalda boğulub öldükdən sonra onun ruhu Santananı narahat etməyə başlayıb. Buna görə də Santana özünü ruhlardan qorumaq üçün zibilliklərdən və küçələrdən oyuncaq körpələri yığıb ağaclara asmağa başlayıb. 50 ildən çox müddət ərzində burada 1500-dən çox oyuncaq toplanıb. Adanın girişində asılmış oyuncaq körpələrin ən köhnəsi çürüməkdə olan uşaq bədənini xatırladır. Məqsədinin buradakı kanalda boğularaq ölən uşağın ruhunu şad etmək olduğunu deyən Santana nəticə etibarilə çox sayda turistin dəhşətli dərəcədə qorxmasına səbəb olmuşdur. Bu gün turist axınının çox olduğu ada 2001-ci ildə dünyasını dəyişən Santananın əmisi oğlu Anastasio tərəfindən idarə edilir.
Aksept evi
Atatürk evi
Atatürk evi muzeyi — geniş yayılmış fikrə görə Mustafa Kamal Atatürkün 1881-ci ildə Salonikidə doğulduğu və bu gün muzey kimi istifadə edilən ev. Saloniki bələdiyyəsi, Türkiyə Respublikasının 10 illiyi münasibətilə 1933-cü ildə evi satın alaraq Mustafa Kamala hədiyyə etmək qərarını vermiş; satınalma işləri tamamlanıb hədiyyə edilməsi 1937-də baş tutan ev 1953-də muzey olaraq açılmışdır.Ev-muzeyi ildə 50 mindən artıq insan ziyarət edir. Evin bağçasında Atatürkün atası Əli Rza Əfəndi tərəfindən əkildiyi rəvayət olunan tarixi nar ağacı, tarixi və mədəni dəyəri səbəbilə muzeyin ən çox diqqət çəkən nöqtələrindəndir.Ev 2011-də Yunanıstan Mədəniyyət Nazirliyi tərəfindən "müasir abidə" kimi təsdiq edilmişdir. == Ünvanı == "Agiu Dimitriu məhəlləsi, Apostolu Pavlu pr.17" ünvanında yerləşən evin Osmanlı dönəmindəki ünvanı "Koca Kasım Paşa məhəlləsi, İslahane prospekti və ya Numan Paşa prospekti" şəklindədir. == Surətləri == === Atatürk Meşə Ferması Atatürk Evi === Atatürkün 100 illiyi münasibətilə türk xalqının atasına sevgi və hörmətinin dəlili olaraq Salonikidəki Atatürk evinin eyni plan və ölçülər içərisində bir surəti, Ankara Ticarət Palatasının dəstəyi ilə Çarmıqlı qardaşları tərəfindən Atatürk Meşə Fermasının ərazisində inşa etdirilərək 1981-ci il 10 noyabr günü mərasimlə ziyarətə açılmışdır. Bu fəaliyyətlər çərçivəsində Əkinçi Atatürk Abidəsi də ucaldılmışdır. Atatürk evi Atatürk Meşə Ferması idarəsi tərəfindən idarə olunmaqdadır. === Ovçular Atatürk Evi === Ovçular Anbarlı Məhəlləsində yaradılan bu monumental əsər, Atatürkün Salonikidə doğulduğu ev model alınaraq hazırlanmışdır. Əli Külək və Tuncay Gürpınarlı tərəfindən Atatürkün Salonikidəki evi layihələndirildikdən sonra, Memar Müslüm Kaptan tərəfindən Ankara, Sivas və Ərzurumda araşdırma gəzintiləri aparılaraq lazımi məlumat və sənədlər toplandı. Orijinalına sadiq qalınaraq yaradılan bu əsər üçün 650 milyard lirə xərclənmişdir.
Behbudovların evi
Behbudovların evi — Şuşa şəhərində yerləşən XVIII əsrin əvvəllərinə aid, Köçərli küçəsində yerləşən, Şuşa Dövlət Tarix-Memarlıq Qqoruğuna aid tarix-memarlıq abidəsi.
Behnam evi
Behnam evi — Əsasən Qacar dövrünün ilk illərində tikilmiş Təbrizdə yerləşən tarixi ev. == Haqqında == Binanın çox kiçik hissəsi Zəndlər dövrünün sonunda inşa edilib. Əsas böyük hissəsi isə Qacarların ilk dövründə tikilib. Nəsrəddin Şah Qacarın hakimiyyəti illərində (1848-1896) isə bu bina əsaslı şəkildə təmir edilmiş və ornamentli naxışlar və rəsmlərlə bəzədilmişdir. Ev qışlıq adlanan əsas böyük binadan və yaylıq adlanan kiçik binadan ibarətdir. Qışlıq binası iki mərtəbəli simmetrik tikilidir. Ev daxili və xarici həyətlərdən ibarətdir. Behnam evi Təbrizin mərkəzində Təbriz bələdiyyə binasının arxasında Maqsudiyyə küçəsində yerləşir. 23 aprel 1997-ci ildən İran milli abidələri siyahısına daxil edilib. 2009-cu ildə binanı yenidən təmiri zamanı burada indiyə qədər görünməyən miniatür freskalar aşkarlanıb yenidən mütəxəsislər tərəfindən restavrasiya edilmişdir.
Aşurbəyovun evi
Aşurbəyovun evi — Teymur bəy Aşurbəyovun sifarişi ilə oğlu Bala bəy Aşurbəyova toy hədiyyəsi olaraq tikilmiş ev. Bina 1904-cü ildə tikilib və memarı İosif Qoslavskidir. Bu bina Bakı şəhərinin baş memarı olmuş Qoslavskinin son işidir.Bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == Aşurbəyovun evi Qoqol, 28, Tserkovnıy küçəsinin tini, 148 və Kamenistaya, 189 küçələrində yerləşir. Bina 1904-cü ildə Teymur bəy Aşurbəyovun sifarişi ilə İ. Qoslavski tərəfindən tikilib. Şəhərin mərkəzi məhəllələrinin birində yerləşən bina üç mərtəbəlidir və kvadrat sahəyə malikdir. Qoqol və Kamenistaya küçələri tərəfə olan otaqlar ikisıralıdır. Tserkovnaya küçəsinə baxan kürsü və düzbucaq həyət sahəsində olan bütün tikili birsıralı və yığcamdır. Pilləkənlər qarşılıqlı perpendikulyar oxla yerləşiblər, giriş və arxa pilləkənlər əsas divarların strukturunda məsul pozisiya tuturlar. Qismən təcrid olunmuş dolayı qalereya mövcuddur.
Barski evi
Barski evi — Qroznı şəhərində Putin prospektində yerləşən 1923-cü ildə tikilmiş bina. Bina Rusiyanın yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Binada 1957-ci ildən 1994-cü ildə ölənə qədər çeçen hüquqşünas, tarixçi, hüquq müdafiəçisi və ictimai xadim Dziyaudin Malsaqov yaşamışdır. == Təsviri == Bina Qroznı şəhərinin mərkəzində bütöv bir məhəlləni tutur. Bir tərəfi iki, digər tərəfi üç mərtəbəlidir. Binanın bir hissəsindəki üçüncü mərtəbəsi 1930-cu illərdə əlavə edilmişdir. Barski evinin kvadrat formalı və həyətə açılan tağlı darvazası var. Bina Qriboyedov və Uqryumov küçələrinə (keçmiş Dağıstanskaya) və Putin prospektlərinə (keçmiş Qələbə prospekti) və Esambayev prospektinə (keçmiş İnqilab prospekti) baxır. == Tarixi == Oktyabr inqilabından sonra Rusiyada Xalq Komissarları Sovetinin 20 (7) iyun 1918-ci il tarixli "Neft sənayesinin milliləşdirilməsi haqqında" dekreti əsasında müəssisənin əmlakı dövlətin xeyrinə milliləşdirildi. Ancaq Yeni İqtisadi Siyasət dövründə vətəndaş müharibəsindən sonra sənayeni bərpa etmək üçün bolşeviklər tərəfindən yenidən xarici şirkətlər ölkəyə cəlb edildi..
Bəylərin evi
Bəylərin evi — Şuşa şəhəri Komsomolskaya 87 ünvanında yerləşən tarix-memarlıq abidəsidir. == Memarlıq xüsusiyyətləri == XVIII əsrin sonları – XIX əsrin əvvəllərinə aid bu tikilinin memarlıq xüsusiyyətləri həmin dövrə aid bir çox ənənəvi Şuşa evlərinin memarlığı, eləcə də Azərbaycanın digər dağlıq rayonlarının yaşayış evləri üçün xarakterik olan xüsusiyyətlərə malikdir.İki mərtəbəli evin daha hündür olan birinci mərtəbəsində xidməti otaqlar və axır yerləşir. Açıq daş pilləkən ikinci mərtəbədə yerləşən və şərqə doğru istiqamətlənən daş lodciyaya aparır. Lodciyanın iki tərəfinə yaşayış otaqları, üçüncü tərəfində isə divar yerləşir. Lodciyaya açılan otaqların divarları oyma işləmələrlə bəzədilmiş taxta qapılar və böyük şəbəkə pəncərələrlə bəzədilmişdir. Həmin otaqların qarşı tərəfdəki (lodciyaya açılan divarın qarşı tərəfiindəki) divarları da oxşar şəkildə - böyük şəbəkə pəncərələrlə həll edilmişdir. == İstinadlar == == Ədəbiyyat == Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977. А. В. Саркисов, А. М. Ализаде.
Cəm evi
Cəm evi - Ələvilik inancının əsas ibadət məkanı. Cəm evindən zikr edilməsi və müxtəlif dini ibadətlərin icra edilməsi üçün istifadə edilməkdədir. Cəm evinə daxil olmaq üçün müəyyən şərtlər vardır. Qul haqqı yeyən, haqq sahibi ilə halallaşmayan şəxs ibadətxanaya daxil ola bilməz. İbadətlər Allah-Məhəmməd-Əli və 12 imam ətrafında sıxlaşdırılmışdır.
Cənazə evi
Cənazə evi (ing. Funeral home) - Vəfat etmiş şəxsin dəfn edilməzdən əvvəl saxlanılması üçün nəzərdə tutulmuş fərdi və inzibati evlər. Cənazə evləri XIX əsrdə Amerika Birləşmiş Ştatlarında geniş yayılmışdır. XIX əsrdə cənazə evləri ölüm elanlarının hazırlanması, vəfat etmiş şəxslərin saxanılması, onlara xüsusi tibb baxımın həyata keçirilməsi və vəfat etmiş şəxs barədə müxtəlif sənədləşmə işlərinin həyata keçilməsi kimi xidmətlər göstərirdilər. Müasir dövrdə də cənazə evlərinin xidmət sahələri arasında ciddi bir dəyişiklik olmamışdır.
Doğum evi
Doğum evi - hamilə qadınların körpələrini dünyaya gətirdikləri yer. Tarixdə ilk doğum evləri Qədim Romada mövcud olmuşdur.
Dəqiqə evi
Dəqiqə evi və ya Dəqiqənin yanındakı ev (çex. Dům U Minuty) — Praqanın Köhnə Şəhər meydanı №2-də yerləşən tanınmış memarlıq abidəsi. Bina Köhnə Şəhər ratuşası və Qızıl buynuz evlərinin arasında yerləşir. Tikili Çexiya İntibah memarlıq üslubunun ən tipik nümunələrindəndir. Onun fundamenti XV əsrə aiddir və qotika üslubunda inşa olunmuşdu. XVI əsrdə isə Dəqiqə evi yenidənqurmaya məruz qalır. Həmin əsrdə də binanın dördüncü mərtəbəsinə ifadəli lünet karniz əlavə olunur. Karnizin həcmi elə də böyük olmadığından, evin ümumi quruluşu və ansamblı pozulmur. Əlbəttə ki, "Dəqiqə evi" haqqda ilk dəfə eşidən insanlar onun qeyri-adi adına diqqətlə nəzər yetirilər. Və evin adının tarixi həqiqətən də çox maraqlıdır.
Faberje Evi
Faberje Evi (rus. “Дом Фаберже”) — 1842-ci ildə Rusiya imperiyasında Qustav Faberje tərəfindən əsası qoyulmuş, xüsusilə çar ailəsi üçün zinyət əşyaları hazırlayan, özünün Faberje yumurtaları ilə məşhurlaşan zərgərlik firması. 2007-ci ildən "Faberje" brendi Fabergé Ltd. şirkətinə aiddir.
Fərhad evi
Fərhad evi — Şahbuz rayonunun Biçənək kəndindən şərqdə, Batabat yaylağında arxeoloji abidədir. Naxçıvan-Laçın-Yevlax avtomobil yolundan sağda, Zorbulaqdan təqribən 1 km şərqdədir. Liparit tuf qayada külüng tipli metal alətlə qazılmış dörd otaqdan ibarətdir. Onlar bir istiqamətdə gedən düz keçid yolu vasitəsilə birləşirlər. Tavanlar tağ şəkilli, döşəmələr oval planlıdır. Divarlarda şam, yaxud çıraq qoymaq üçün kiçik taxçalar qazılmışdır. Divarların dibində səki düzəldilmişdir; birinci otağın sağ küncündə quyu ocaq yeri var. Giriş qapısının hündürlüyü 2,20 m, eni 1,30 m-dir. Fərhad evinin olduğu qayanın girişinin sağında qaya üzərində uzun saçlı kişi başı, solunda qadın rəsmi həkk olunmuşdur. Naxçıvan şəhərindən Fərhad evinə bir mənzil karvan yolu var.
Fərəməzovların evi
Fərəməzovların evi — Şuşa şəhərində yerləşən tarix-memarlıq abidəsi. Şuşanın qədim tacir evlərinin xarakterik xüsusiyyətlərini özündə əks etdirən mülkün birinci mərtəbəsində ticarət məkanları yerləşdirilmişdir. == Memarlıq xüsusiyyətləri == Şuşanın qədim tacir evlərinin xarakterik xüsusiyyətlərini özündə əks etdirən mülkün birinci mərtəbəsində ticarət məkanları yerləşdirilmişdir.Evin divarları daş və əhəng-gil məhlulu qarışığından ina edilmiş, daların arasıda həmin məhlulla üzlənmişdir ki, bu da binanın fasadına xüsusi kolorit verir; birinci mərtəbədə tikilinin fasadı tağvari formalı üç böyük girişə malikdir, ikinci mərtəbədə simmetrik formada üç pəncərə yerləşdirilmişdir. Divar boyunca keçən sadə daş lent pəncərələrin yuxarı ¼ hissəsinə çataraq onların tağını əhatələyir və beləliklə də bir növ çərçivə xarakterini yerinə yetirir. == Ədəbiyyat == Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964.
Hacınskinin evi
Hacınskinin evi (İçərişəhər)
Heydərzadə evi
Heydərzadə evi - Təbriz şəhərinin Maqsudiyyə məhəlləsində və Təbriz Bələdiyyə Binasının cənub hissəsində yerləşən tarixi saray. == Haqqında == Bu evin dəqiq olaraq nə vaxt tikilməsi hələ də bilinmir. Lakin, aparılan araşdırmalara görə evin təxminən, 1870-ci illərdə Hacı Həbib Lak tərəfindən tikdirildiyi güman edilir. Ev daxili və xarici olmaqla iki həyətə ayrılır. Zirzəmidə hovuzxanə deyilən (daxilində hovuz, hovuzun mərkəzində isə kiçik fəvvarə olan geniş otaq) otaq yerləşir və bu otaq müxtəlif rəngli ornamentlərlə bəzədilmiş kərpiç və tağlardan tikilmişdir. Evin bütün otaqları salon vasitəsi ilə bir-birinə bağlanır. Ev taxtadan düzədilmiş pəncərələrlə, müxtəlif rəngli şüşələrlə, müxtəlif kərpic işləmələrlə və rəsmlərlə bəzədilmişdir. Evin ən gözəl otağı isə əsas otaq hesab edilən və Şah Neşin adlanan otaqdır. == Hal-hazırda == Ev 1999-cu ildə 2524 saylı nömrə ilə İranın Milli Abidələri siyahısına salınmışdır.2001-ci ildə Heydərzadə evi əsaslı şəkildə restavrasiya edilmişdir və hal-hazırda Şərqi Azərbaycan ostanının Turizm İnformasiya Mərkəzinin binası kimi də xidmət göstərir. == Yerləşməsi == Heydərzadə evi Təbriz şəhərinin Maqsudiyyə məhəlləsinində, Təbriz Bələdiyyə Binasının və ya Saat qülləsinin cənub hissəsində yerləşir.
Heyvan evi
Heyvan evi (İngilis dilindəki orijinal adı ilə National Lampoon's Animal House və ya qısaca Animal House) — rejissoru John Landis, ssenari müəllifləri Harold Ramis, Douglas Kenney və Chris Miller olan 1978-ci ildə ABŞ-də çəkilmiş komediya filmidir. Baş rollarda Con Belushi, Tim Matheson, John Vernon, Verna Bloom, Tom Hulce, Stephen Furst və Donald Satherland oynamışdırlar. Filmdə universitet qardaşlığının üzvü olan bir qrup tələbənin Faber Kollecinin dekanının nüfuzuna qarşı apardıqları mübarizə zamanı baş verən hadisələrdən bəhs edilir. Büdcəsi 3 milyon dollar olan film 28 sentyabr 1978-ci ildə ABŞ-də nümayiş olunmuş və nümayişi zamanı $141,6 milyon gəlir əldə etmişdir. Film həmçinin ABŞ Milli Film Reyestrindədir.
Hikmətlər Evi
Hikmətlər evi (ərəbcə: بيت الحكمة Beyt əl-Hikmə) elm məktəbi olub 825-ci ildə Abbasilər hökmdarı olan Əl Məmun tərəfindən Bağdadda, vaxtilə İranın cənubunda mövcud olmuş Qundişapur məktəbinin formasında yaradılmışdır. Bu məktəbin yaradılması kağızın hazırlanması ilə əlaqəli idi. Bağdadda həmin vaxt bir kağız istehsal edən dəyirman tikilir. Bağdadın Suk-əl-Vərrəqin adlı kağız bazarında 100-lərlə dükan fəaliyyət göstərirdi. Bu dükanların böyük əksəriyyəti müəllimlər və yazıçılara məxsus idi. Ən məşhur kağız tacirləri Əhməd ibn Abu Tahir (819-893) və Abu'l Fərəc Məhəmməd ibn İşaq (vəfat edib 995) sayılırdılar. Hikmət evində 90-a yaxın insan yunan dilində olan elmi ədəbiyyatların ərəb dilinə tərcüməsi ilə məşğul idilər. Burada o dövrdə məlum olan bütün antik dövrün alimlərinin əsərləri ərəb dilinə çevrilir.Tərcümə olunanların arasında Hippokratın, Platonun, Aristotelin, Ptolomeyin və Arximedin də işləri vardır. Dəyərli əsərlər tərcümə olunaraq onlara yeni həyat verilmişdir və onlar sonralar Avropada elm və texnikanın inkişafında dəyərli rol oynayırlar. Tarixçi əl Qüftinin məlumatına əsasən məktəbin təşkil olunmasında 37 xristian, 8 səbai və 9 yəhudi mənşəli şəxslər iştirak edirdilər.
Hollihok evi
Hollihok evi — Los-Ancelesin (Kaliforniya) Şərqi Hollivud məhəlləsindəki Aline Barnsdall Hollihok evi Frank Lloyd Rayt tərəfindən əvvəlcə Aline Barnsdallın iqamətgahı olaraq inşa edilmişdir.(1919–1921). Bina indi şəhərin Barnsdall İncəsənət Parkının mərkəzidir. 2019-cu ilin iyul ayında Rayt tərəfindən tərtib edilmiş digər yeddi bina ilə birlikdə YUNESKO-nun Dünya İrsinə əlavə edildi. Hollihok evi ilk dəfə müasir Amerika memarlığı Dünya İrsində tanınıb. == Tarixi == Aline Barnsdall əvvəlcə evin "Olive Hill" kimi tanınan bir əmlak üzərində sənət və canlı teatr kompleksinin bir hissəsi olmasını planlaşdırsa da, layihə heç vaxt tamamlanmamışdır. Bu, Raytın Kaliforniyadakı ikinci layihəsi idi. Rayt o vaxt Yaponiyadakı İmperator Otelinin dizaynı ilə məşğul olduğu üçün tikinti işlərinin çoxuna şəxsən nəzarət edə bilməmişdir. Tikinti və təmir xərclərindən məyus olan Barnsdall klubun 1942-ci ilə qədər davam etməsi üçün Kaliforniya sənət klubuna on beş illik icarəyə verilməsi şərtilə 1927-ci ildə evi Los Angeles şəhərinə bağışlamışdır. Uzun illərdir ki, ev bir sənət qalereyası və Birləşmiş Xidmət Təşkilatlarının obyekti kimi istifadə olunur. 1974-cü ildən bəri şəhər bir sıra bərpa işlərinə sponsorluq etdi, lakin bina 1994-cü ildə "Northridge"də baş verən zəlzələ nəticəsində zərər gördü.
Hundertvasser evi
Hundertvasser evi (alm. Hundertwasserhaus‎) — Avstriyanın Vyana şəhərində yerləşən yaşayış binası. Ünvan: Kegelgasse 36-38, A-1030 Wien, Löwengasse 41-43. Evdə 52 mənzil, 4 ofis, 16 fərdi və 3 ümumi terras, həmçinin 250 ağac və kol vardır. == Tarix == Bina Avstriya rəssamı və memarı Friedensryax Hundertvasser tərəfindən 1983-1986-cı illərdə memar Yozef Kravin ilə birlikdə inşa edilmişdir. 2010-cu ildən etibarən rəsmi adı Hundertvasser-Kravin evi olaraq adlandırılır. == Arxitekturası == Bina "təpəli" mərtəbələri ilə seçilir. Damı torpaq ilə örtülmüşdür. Burada kol, ot və ağaclar əkilmişdir. Hundertvasser rənglərin bütöv bir palitrası, düz xətlərin olmaması, çox miqdarda yaşıllıq, çox yönlülük kimi sənət və gözəllik ideallarını təcəssüm etdirir.
Hökumət Evi
Hökumət Evi — Bakı şəhərinin mərkəzində yerləşən inzibati bina. Binanın memarları Lev Rudnev və Vladimir Muntsdur. Sarayın inşasına 1924-cü ildə, Azərbaycan SSR-in yenicə qurulduğu dövrdə başlanmış və mürəkkəb inşaat işləri 1952-ci ildə tamamlanmışdır. == Tarixi == Azərbaycanda Sovet hakimiyyətinin qurulduğu dövrlərdə hökumət işçilərinin çalışması üçün müvafiq bina olmadığından, belə bir binanın inşasına ehtiyac duyulub. Layihə üzərində çalışan memarlar qarşısında isə böyük sosialist dövlətinin qüdrətini və parlaq gələcəyini özündə əks etdirən bir bina inşa etmək vəzifəsi qoyulmuşdu. Memar Nəriman Əliyevin bildirdiyinə görə, rəsmi Moskva hazırkı Hökumət Evinin tikilməsi qərarına XX əsrin 20-ci illərinin ikinci yarısında gəlib. 1924-cü ildə Bakıda hökumət üzvləri üçün bina tikilməsi prosesinə start verilir. Proses 30-cu illərin əvvəllərinə qədər uzanır və 1932-ci ildə müsabiqə elan edilir. İki illik müzakirələrdən sonra 1934-cü ildə müsabiqənin qalibləri müəyyənləşir. Bu müsabiqədə Azərbaycanın tanınmış memarları olan Mikayıl Hüseynov və Sadıq Dadaşov da iştirak ediblər.
Həriri evi
Həriri evi (fars. خانه دكتر حريري‎) — Təbrizdə Tərbiyət küçəsində yerləşən, XIX əsrdə Qacarlar dövründə tikilmiş tarixi ev. Gözəl memarlıq xüsusiyyətlərinə görə milli irs siyahısına əlavə edilib. 2017-ci ildən etibarən binada "Azərbaycan Mətbuat Muzeyi" fəaliyyət göstərir. == Haqqında == Həririnin evi XIX əsrdə Təbrizdə tikilib. Bina Qacar dövrünə aiddir, iki blokdan ibarət olan və qibləyə üzləşən evin həm daxili və həm xarici həyəti var. Divarlarda olan çoxsaylı rəsmlər, müxtəlif dizaynlar və rənglər doktor Həririnin evini Təbrizdəki digər köhnə evlərdən fərqli edib. Həriri evinin otaqları hər kəsi heyrətə gətirən, unikal divar rəsmləri ilə bəzədilib. Bina 17 yanvar 1999-cu ildə milli abidə olaraq qeydə alınıb.Binanın xarici orijinal Qacar sənətinin təzahürüdür. Evin daxilində divarlara çəkilmiş rəsmlər isə Quran, Yusif və Züleyxa hekayəsi və digər tarixi hekayələr kimi qədim mifoloji mövzulardan ilhamlanaraq çəkilib.
Kekinin evi
Kekinin evi — Kazan şəhərində Qorki 8/9 ünvanında yerləşən, şəhərin mədəni irsi olan ev. Bina özündə modern və neoqotikanı cəmləyən eklektik üslubda inşa edilib. Binanın elementləri arasında mərakeş motivlərinə rast gəlmək mümkündür. == Haqqında == Binanın tikintisi 1903-1905-ci illərdə olub və memar Henri Ruşun son işidir. Binanı sifariş verən yeni evdən əlavə Kazanda bir çox binanın sahibi olan tacir milyonçu Leonti Kekin idi. Bina gəlir evi kimi istifadə olunub. 1910-1914-cü illər arasında binada V.Ryaxinanın özəl gimnaziyası, Təhsili yaymaq üçün pedaqoji cəmiyyətin gimnaziyası, N.Benevskinin hazırlıq məktəbi, Kazan dairəsinin yol və əlaqə idarəsi, S.Palçinskinin kitabxanası, L.Qrossun nəşriyyatı, P.Şatalovun kitab mağazası, A.Afanasyevin çaxır baqqalı və M.Tuxvatullinanın dükanı yerləşib. Sovet hökumətinin dövründə Kekinin evi dövlət mülkiyyətinə keçir. Müxtəlif dövrlərdə binada Kazan hərbi komissarlığı, Rayon su nəqliyyatının idarəetməsi idarəsi, 1 nömrəli yeməkxana yerləşib.XX əsrin sonlarında bina qəzalı vəziyyətə düşüb. 1998-ci ildən bina istifadə olunmayıb, istilik sistemi söndürülüb bu isə özlüyündə bina daxili dağıntılara səbəb olub.
Keret evi
Keret evi — Polşanın Varşava şəhərində tikili və sənət qurğusudur. Bura memarlıq şirkəti vasitəsilə memar Yakob Szczesny tərəfindən tərtib edilib. Ən dar yeri 92 santimetr (3.02 ft), ən geniş yeri isə 152 santimetr (4.99 ft) olmaqla dünyada ən dar ev olaraq məşhurlaşmışdır. İki mərtəbəli sənət qurğusuna binanın ilk icarəçisi olan İsrail yazıçısı və rejissoru Etqar Keretin adı verilmişdir. == Quruluşu == Dəmirdən quraşdırılmış tikili iki mərtəbədən ibarətdir və bir yataq otağı, mətbəx, vanna otağı və yaşayış sahəsindən ibarətdir. İki açılmayan pəncərəsi var və günəş işığı həmçinin divarları təşkil edən şəffaf şüşə panellərdən keçir. Bütün daxili rəng ağ rəngdədir və binanın elektrik enerjisi qonşu bir binadan alınır. Ev xüsusi su və kanalizasiya texnologiyasına malikdir və şəhəri təmin edən su sistemlərinə qoşulmur. Kiçik ölçülərinə görə bina yalnız kiçik bir soyuducuya sahibdir və sakinlər mərtəbədən mərtəbəyə qədər getmək üçün nərdivandan istifadə edirlər. Binaya giriş qapalı olduqda yaşayış sahəsinə çevrilən geri çəkilən pilləkənlər vasitəsilə mümkündür.Keret evinin inşası Varşava şəhər bələdiyyəsi və Polşa Müasir İncəsənət Fondu tərəfindən dəstəkləndi.
Körpülər (1976)
== Məzmun == El arasında tez-tez deyirlər: "Ürəklərə körpü salmaq, söhbətə körpü salmaq". Körpü, sahilləri, elləri, obaları, xalqları, ayrı-ayrı insanları birləşdirən körpülər. İnsan əllərinin su üstündə, çay üstündə iz qoyduğu dostluq abidəsi. Görəsən körpülər ilk dəfə nə vaxt yaranıb? Qüvvələri birləşdirmək, əl-ələ verib körpü salmaq ehtiyacı insanlar arasında lap çoxdan mövcuddur. Filmdə göstərilir ki, maraqlı tarixi olan körpülər ünsiyyət vasitəsi, birlik rəmzidir.
Tağlı körpülər
Tağlı körpülər — XVIII əsrdə Qurcana çayı üzərində salınmış tağlı körpülər. Körpülərdən dördü salamatdır.Tikintilərində bişmiş kərpic və əhəngdən istifadə olunub. Çayın sürətini azaltmaq üçün suyun içində atmalar hörülüb, suyun qıraqlarına bərələr qoyulub. Tağlı körpülərdən – Qaranlıq körpü və Yuxarı Karvansarayın qarşısındakı körpü 2010-cu ildə bərpa edilib. Yalnız 3 saylı məktəbin qarşısındakı körpü ikitağlıdır. Qurcana çayı üzərindəki bu körpülər M.F.Axundzadə prospekti boyu - Dərə hamamının, Yuxarı Karvansarayın, Aşağı Karvansarayın və 3 saylı orta məktəbin qarşısında yerləşir.
Körpülər (film, 1976)
== Məzmun == El arasında tez-tez deyirlər: "Ürəklərə körpü salmaq, söhbətə körpü salmaq". Körpü, sahilləri, elləri, obaları, xalqları, ayrı-ayrı insanları birləşdirən körpülər. İnsan əllərinin su üstündə, çay üstündə iz qoyduğu dostluq abidəsi. Görəsən körpülər ilk dəfə nə vaxt yaranıb? Qüvvələri birləşdirmək, əl-ələ verib körpü salmaq ehtiyacı insanlar arasında lap çoxdan mövcuddur. Filmdə göstərilir ki, maraqlı tarixi olan körpülər ünsiyyət vasitəsi, birlik rəmzidir.
Kirpilər
Kirpilər (lat. Erinaceidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinə aid heyvan fəsiləsi. == Xalq inamı == Yuxuda kirpi görmək, təhlükəli əlaqələrə baxmayaraq, sizi həyatda uğur gözləyir.Yuxuda əlinə kirpi götürmək həyatda pis insanla əlaqəyə işarədir. Ola bilsin, ailədaxili mübahisələr olsun. Əgər yuxuda əlinizə kirpi götürmüsünzsə və o sizə heç nə eləmirsə, siz yeni tanışınız barədə düzgün təəssüratalara malik deyilsiniz. Əgər o sizi sancırsa, bu o deməkdir ki, yaxın çevrənizdə sizə tələ quran insan var. Əgər yumaq kimi bükülmüş kirpi yuxunuza giribsə, siz problemdən qaçmağa çalışacaqsınız. Yuxu başlanmış işi sona çatdırmaq barədə xəbərdarlıq edir.
Çöprələr
Çöprələr (lat. Cobitidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinə aid heyvan fəsiləsi. == Xüsusiyyətləri == Bədəni (uz. 15–18 sm) xırda, yaxşı görünən pulcuqlarla örtülüdür; rəngi sarıdan qonurum tul-qəhvəyiyədək, xırda tünd ləkəli və ya zolaqlıdır. Ağzının kənarlarında 1012 bığcığı var. Dibdə yaşayır, müxtəlif onurğasızlar, bəzən dib bitkiləri ilə qidalanırlar. Çöprələr cinsinə bir neçə növ aid edilir. Adi çöprə (M. fossilis) Fransadan (Luara çayı) Uraladək yayılmışdır. Uzunluğu 35 sm-ə, kütləsi 140 q-a çatır; 7 ilədək yaşayır. Üst çənə təkcə çənəarası sümüklərindən təşkil olunmuşdur.
Körpəli
Körpəli (Armavir)
Dağıdılmış körpülər (film, 1996)
== Məzmun == Filmin süjeti oğulun ana haqqında xatirələri əsasında qurulmuşdur. Ana ilə balanı isə bütöv Azərbaycanı iki yerə-şimal və cənuba bölən sərhəd ayırmışdır. == Film haqqında == Filmə bir sıra sənədli materiallar da əlavə edilib. Filmdə "Nyu Vörld Order"(New World Order) mahnısından istifadə edilmişdir. == Filmin heyəti (titrlərdəki sıraya görə) == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Rafiq Puyya Kastinq: Suzan Bliziotis (Susan Bliziotis), Marikler Sviters (Marieclaire Sweeters) Bəstəkar: Yevgeni Krılatov, Henrik İde (Henrik Yde) Montaj edən: Hiter Born (Heather Born) Quruluşçu rəssam: Mələk-Cahan Xəzai Quruluşçu operator: Martin Ollşteyn (Martin Ollstein) Prodüser: Rafiq Puyya, Rüstəm İbrahimbəyov Ssenari müəllifi: Rüstəm İbrahimbəyov, Rafiq Puyya So-prodüser: Mixail Litvak, Midraq Sertik (Miodrag Certic) Rejissor (İstehsalat) assistenti: Fəxrəddin Hüseynov, Emil Abdullayev, Fuad Şabanov, Zilli Namazov, Məryəm Nuriyeva Redaktor: Rimma Kuznetsova Musiqisindən istifadə edilən bəstəkar: Ken Marino Mahnı mətni: Azadə Fərəhmand Mahnı ifa edən: Coni Uaytklaud(Johnny Whitecloud) Əlaqələndirici prodüser: Fərrux Naxçıvani Ssenari prodüseri: Barbara Brayan (Barbara Bryan) İstehsalat müdiri: Əli Hərati Birinci rejissor assistenti: Metyu Bişop (Matthew Bishop) İkinci rejissor assistenti: Fərrux Naxçıvani Birinci operator assistenti: Bryus Redi (Bruce Ready) Səs operatoru: Kip Cin (Kyp Gynn) Ssenari rəhbəri: Barbara Brayan (Barbara Bryan) Qrim edən: Deyl Bax-Sis (Dale Bach-Siss) Saç düzümü: Əli Muradi İstehsalat üzrə məsləhətçi: Slobodan Sijan İstehsalat üzrə koordinator: Serj Peneziç (Serg Penezic) İkinci operator assistenti: Devid Şaffer (David Schaffer) Sürücü: Alan Qudnof (Alan Goodnoff) İşıqçı: Cek Quberman (Jack Guberman), Emi Halpern (Amy Halpern) Səs operatoru assistenti: Stefen Braun (Stephen Brown) Montaj üzrə assistent: Vesna Boqdanoviç (Vesna Bogdanovic), Ed Harker, Skot Anderson (Scott Anderson), Styuart Nelson (Stewart Nelson) İkinci operator: Bağır Rəfiyev İstehsalat rəhbəri: Məhəmməd Paknahal Səs koordinatoru: Tim Bindel Baş səsyazan: Çak Hoqan (Chuck Hogan) İkinci səs operatoru assistenti: Kumar Şankar (Kumar Shankar) Dialoq səslərini montaj edən: Devid O'Brayan (David O'Brian) Səs effekti: Qalen Uolker (Galen Walker), Cussi Teqalman (Jussi Tegalman) İkinci səs yazılışı: Corc Lokvud (George Lockwood) Səs ötürücü: Mayk Gitman (Mike Gitman) Dialoqların təkrar yazılışı: Maykl Uilminqton (Michael Wilmington) Fotoqraf: Layma Druskis (Laima Druskis) İkinci qrim edən: Bridcet Balloa (Bridget Balloa) İllüstrator: Çak Beyrd (Chuck Baird) Reklamçı: Kerol Ketçen (Carol Katchen) Hesablayan: Şon Novaxtar(Shawn Nowakhtar) Neqativ kəsən: Qlen Safren (Glen Suffren) Rəng: "Delyuks Laboratoris" Şirkəti (Deluxe Laboratories) Rəng tənzimləyici: Metyu Şots (Mathew Shots) Titr dizayneri: Milenko Toskoviç (Milenko Toskovic) Optik print: F. Stop Inc.
Yanmış körpülər (film, 2007)
== Məzmun == Serialda hadisələr əsasən Rüfət (Elçin Məmiyev), Afət (Nüşabə Ələsgərli) və Zərifənin (Vəfa Zeynalova) ətrafında cərəyan edir. Rüfətlə Zərifə vaxtilə bir-birilərini sevmişlər. Lakin məhəbbətini var-dövlətə qurban verən Rüfət varlı Səmədağanın (Məzahir Süleymanov) qızı Afətlə evlənmişdir. İllərin ötməsinə baxmayaraq Rüfət Afətlə xoşbəxt deyildir. Ən böyük səbəb isə onların uşağının olmamasıdır. Zərifə isə yeganə qızı Şəlaləylə (Ləman Mehdiyeva) bəsit həyat tərzi keçirir. Şəlalə ilə rastlaşan Rüfət ilk andan ona bağlanır və düşünür ki, Şəlalə məhz onun öz qızıdır. Zərifə bunu inkar etsə də Rüfətin Şəlaləyə bağlılığı gün keçdikcə artır. Və məhz bu vəziyyət Rüfətlə Zərifəni də yaxınlaşdırır. Afətin atası Səmədağa isə qeyri-qanuni işlərlə məşğuldur.
Adi kirpilər cinsi
Adi kirpilər cinsi (lat. Erinaceus)-Orta ölcülüdür. İri başında iynələr “yivlə” iki hissəyə bolünmüşdür. Onlar səthi hamardır. Rəngi qonurumtul və açıq zolaqların növbələnməsindən ibarətdir. İrəli qatlanmış qulağı başın uzunluğunun yarısından qısadır.Cinsin arealı Avropa, Asiya və Afrikada geniş əraziləri əhatə edir. 40 qədər növü var. Qafqazda yalnız bir növü yaşayır. == Xarici görünüşü == Kütləsi 426-1305 q, bədəninin uzunluğu 200-352, quyruğu 20 -41, pəncəsi 35-47.9 mm olan iri heyvanlardır. İynəli zirehinin rəngi çox muxtəlif olub açıq bozdan qara qonura qədər dəyişir.
Azərbaycan körpüləri
Azərbaycan körpüləri — qədim dövrlərdən Azərbaycan ərazisində tikilmiş körpülər. Qədim ticarət mərkəzlərindən olan Qəbələ, Dərbənd, Şamaxı, Gəncə, Bərdə, Ərdəbil, Naxçıvan, Təbriz və s. kimi şəhərlərin karvan yolları üstündə bir çox körpülər salınmışdır. Körpülərin memarlıq quruluşları inşa ediləcək körpünün materiallarından asılı olurdu. Qədim körpülərdən bu günümüzədək gəlib çıxanlar da vardır. Həmin körpülərdən 11 və 15 aşırımlı Xudafərin körpüləri (Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində), Sınıq körpü (Qazax rayonu, Ehram çayı üzərində), Gəncə körpüləri (Gəncə çayı üzərində), Naxçıvan körpüləri (əlincə çayı üzərində) Azərbaycanın memarlıq abidələrindəndir. == Gəncə körpüləri == Gəncə çayının üzərində salınmış üç körpü – Gəncəni hissələrə ayırırdı. 1939-1940-cı illərdə aparılan tədqiqatlar zamanı Gəncə körpülərinin dağınıq dayaqları aşkar edilmişdir. Lakin bu üç körpü ilə bərabər, haqqında elmi ədəbiyyatda məlumat verilməyən və Gəncədən 5 km şimal-şərqdə yerləşmiş qədim Gəncəni sağ və sol sahilə ayıran Gəncəçayda salınmış iki körpü də mövcud idi. Körpülərdən birincisi dağıldıqdan sonra ikinci körpü də yerin əlverişli olması nəzərə alınaraq, burada tikilmişdir.
Budapeşt körpüləri
Budapeştin körpüləri — şəhərin nəqliyyat infrastrukturunun və populyar turizm məkanlarının vacib hissəsidir. Budapeşt daxilində Dunay çayı və onun qolları üzərində 15 körpü (11 avtomobil, 2 dəmir yolu və 2 qarışıq) var. On beş körpüdən yalnız altısı Seçenyi zəncir körpüsü, Erjebet körpüsü, Azadlıq körpüsü, Petyofi körpüsü, Rakosi körpüsü və Birləşdirici Dəmiryol körpüsü - Dunayın əsas hissəsindən keçir. Dunayın qolları boyunca dörd körpü qurulmuşdur: Obudski qolu (K körpüsü və Hayodari körpüsü) və Raskeve Dunay (Kvaşşai körpüsü və Qubaçi körpüsü). Qalan körpülər həm əsas, həm də qollardan keçir. M0 dairəvi yolu Dunayı Budapeştdə iki dəfə kəsir: şimalda Mederi körpüsü və cənubda Ferens Deak körpüsü ilə. == Tarixi == Roma İmperiyası dövründə, II əsrdə Akvink şəhəri və Akvink hərbi düşərgəsini birləşdirən taxta bir körpü inşa edildi. Körpü mövcud Arpad körpüsündən bir az şimalda, Marqit adasının şimal ucunda yerləşirdi. XVI əsrin ikinci yarısında, türk hakimiyyəti dövründə 70 gəmidən ibarət üzən bir körpü inşa edilir. Həmin körpü mövcud Miklos İbla Meydanının ərazisindəki Buda qalası ilə üzbəüz yerləşirdi.
Cənnətdə kölgələr
"Cənnətdə kölgələr" (alm. Schatten im Paradies) — Erix Mariya Remarkın 1971-ci ildə, onun ölümündən sonra xanımı tərəfindən nəşr etdirilmiş əsərdir. Əsərin işçi adı Das gelobte Land («Vəd edilmiş məkan») idi vəDromek Knor tərəfindən redaktə edilmiş və qısaldılmışdır. Hesab edilir ki, roman müəllif və knyajina Nataliya Paliya arasındası münasibətlərdən bəhs edir. == Süjet == "Cənnətdə kölgələr" romanı İkinci Dünya mahibərisnədn sonra Nyu-yorka köçən jurnalistin dili ilə yazılmışdır.Romanda Avropanın müxtəlif hissələrdən toplanaraq, müharibədən qaçmağa çalışan qaçqın obrazları təsvir edilmişdir.
Gəncə körpüləri
Gəncə körpüləri — Gəncənin ən çiçəklənən vaxtının- XI-XII yüzilliklərin abidələri. Köhnə Gəncə ərazisində Gəncəçay üzərindən atılmış üç çoxaşırımlı körpünün indiyə ancaq dayaqları və kiçik fraqmentləri qalmışdır. Gəncə körpüləri iki hissəliqalası olan inkişaf etmiş çaysahili şəhərlərdə sahillərarası əlaqəni təşkil etmək baxımından nadir mühəndis qurğularıdır. Körpülərdən ikisi şəhər qalasının — şəhristanın hissələri arasında,çay axarının aşağısında olan isə,bayır şəhərin iki sahili arasında gediş-gəlişi təmin edirmiş.1939-1940-cı illərdə aparılan tədqiqatlar zamanı Gəncə körpülərinin dağınıq dayaqları aşkar edilmişdir. Lakin bu üç körpü ilə bərabər, haqqında elmi ədəbiyyatda məlumat verilməyən və Gəncədən 5 km şimal-şərqdə yerləşmiş qədim Gəncəni sağ və sol sahilə ayıran Gəncəçayda salınmış iki körpü də mövcud idi. Körpülərdən birincisi dağıldıqdan sonra ikinci körpü də yerin əlverişli olması nəzərə alınaraq, burada tikilmişdir. Bu körpülərin hər biri XII əsrdə inşa olunmuşdur ki, onlardan ikisindən bu gün də istifadədə edilir. == Tarixi == Mürəkkəb relyefli yer quruluşu,ərazisində çayların sıx şəbəkəsi Azərbaycanda çoxlu körpülər tikilməsinin ilkin amilləridir. Ölkədaxili ilişgiləri çətinləşdirən təbii maniələri azaltmaqla yanaşı,Azərbaycanın ərazisini kəsib keçən qitələrarası ticarət marşrutlarında da rahat gediş-gəlişi təmin etmək üçün körpülər salınması zəruri idi. Bu səbəblərdən qonşu ölkələrlə müqayisədə,Azərbaycanın zəngin körpüsalma adətləri olmuşdur.
Oxlu kirpilər
Tirəndazlar (lat. Hystricidae) — Gəmiricilər dəstəsinə aid fəsilə. == Xüsusiyyətləri == Tirəndazlar məməlilər arasında ən üzün tikanlara malik heyvandır. Bu tikanlardan bəzilərinin uzunluğu 40 sm, diametri 7 mm-ə çatır. == Yayılması == Tirəndazlar əsasən Asiya və Afrikanın tropik və subtropik hissələrində yayılmışlar. Onun Avropanın cənubuna insan tərəfindən gətirilməsi, yaxud təbii şəkildə gəlməsi hələ də aydınlaşdırılmayıb. Əsas növləri cənub-şərqi Asiyadadır. Onlar həmçinin Avropa, Afrika, Hindistan, Cənubi Amerika, həmçinin ABŞ, Kanada, Orta Asiya və Qazaxıstanda da yaşayırlar. Onların təbii yaşadıqları yer səhralar, savannalar və tropik meşələr də ola bilər. == Davranışı == Yerdə yaşayırlar.
Qulaqlı kirpilər
Sahibsiz kölgələr
Sahibsiz kölgələr-yazıçı,AMEA-nın aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Sadıq Qarayevin 2017-ci ildə nəşr edilmiş romanı. == Ümumi məlumat == “Sahibsiz kölgələr” müəllifin birinci romanı “Sahilsiz təzadlar” kimi yeni üslubda bədii, elmi, fəlsəfi və detektiv janrda yazılmışdır. Bu roman bir çox müsbət və mənfi qəhrəmanlarla zəngindir. Əsərin əsas süjet xətti Çoban Zalovla Fəridənin təzadlı məhəbbəti, Şəms, Mərcan və Gülər bacılarının, eləcə də onların nakam arzularının canlanmış formaları olan, eyni adlı üç rəfiqənin həyatı, keçmiş Sovet DTK-sının əməkdaşları olan Süleyman, Sergey və Arsenin bir-biriləri ilə mübarizəsi üzərində qurulmuşdur. Romanda azərbaycanlı alim Tusinin, eləcə də digər obrazların dili ilə bir sıra elmi, fəlsəfi ideyalar,fərziyyələr irəli sürülmüş, müzakirə olunmuşdur. Bundan əlavə, əsərdə kainatın quruluşu və yaranması, materiyanın, kütlənin əmələ gəlməsi, zaman və məkan haqqında, varolma enerjisi və mövcudluq arasındakı əlaqə və s. məsələlər barəsində yeni, maraqlı ideyalar da yer almışdır. “Sahibsiz kölgələr” romanında bəşəriyyətin qlobal problemləri, erməni riyakarlığı və vəhşiliyi, insan psixologiyasının mürəkkəb mahiyyəti,şəxsiyyətin tərəqqisinə və tənəzzülünə səbəb olacaq amillər haqqında da müxtəlif obrazların vasitəsilə aydınlıq gətirilməyə səy göstərilmişdir. “Sahibsiz kölgələr” əsəri müasir ədəbiyyatımızda Azərbaycan çekistlərinə həsr olunmuş ilk böyük həcmli romandır. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Simens körpüləri
Simens körpüləri — Azərbaycan Respublikasının Gədəbəy rayonunda 1879-cu ildə Cənubi Qafqazda ilk dəfə uzunluğu 28 km olan Gədəbəy-Qalakənd arasında çəkilmiş dəmir yolu ilə bağlı salınmış körpülər. == Sayı == Bu körpülərin sayı 7-dir. Onlardan bəziləri günümüzədək gəlib çatmış, bəziləri isə dağılmışdır. Salamat qalan körpülərdə isə, qismən dağılma müşahidə edilir. == "Qanlı körpü" == Bu körpülərdən ən məşhur olanını yerli sakinlər "Qanlı körpü" adlandırıblar ki, onun da faciəli tarixçəsi var. Belə ki, mədəndə işləyən fəhlələri işdən evə daşıyan vaqon körpünün üstündən keçərkən körpü aşıb. Nəticədə vaqonda olan fəhlələrin hamısı həlak olub. O gündən sonra el arasında bu körpüyə "Qanlı körpü" adı verilib. Yerli daşlardan, qövsvari formada inşa edilmiş bu viaduk nadir memarlıq nümunəsi hesab olunur. Abidə zaman-zaman həm insan, həm də təbiətin təsiri altında dağıntılara məruz qalır.
Sumbatan körpüləri
Sumbatan körpüləri — Gilançay üzərində bəzi yerlərdə körpülər çox sıx olmuşdur. Orta əsrlər zamanı təkcə Darkəndlə qədim və orta əsr şəhəri Sumbatanın arasındakı təxminən bir kilometrlik məsafədə 3 körpünün salınması bunun ən əyani sübutudur. Belə ki, qalıqlarına əsasən demək olar ki, Darkəndlə Aza kəndini birləşdirən, el arasında “Şah Abbas körpüsü” kimi tanınan və zəmanəmizədək salamat vəziyyətdə gəlib çatan 5 aşırımlı körpüdən təxminən 700 metr şimalda (hazırda Naxçıvan-Ordubad şose yolunda, Gilançay üzərində salınmış müasir körpüdən bir az yuxarıda) bir körpünün, bu körpüdən isə təxminən 300 metr şimalda indiki Sabirkəndin cənub tərəfində qalıqları qalan Sumbatan şəhər yerinin şərq tərəfində ikinci bir körpünün salınması deyilən fikrin ən mötəbər təsdiqidir. Ola bilsin ki, bu körpülər orta əsrlər zamanı həmin ərazidən keçən karvanların və əhalinin sıxlığı ilə əlaqədar yaranmış çətinliyi aradan qaldırmaq üçün salınmışdır. Ehtimal şəklində olsa da demək olar ki, bu körpülər zaman keçdikcə dağıntılara məruz qaldığı üçün bir-birini əvəz etmiş, son nəticədə Darkəndlə Aza kəndini birləşdirən körpü inşa edilmişdir. == Memarlıq quruluşu == Qalıqlarına, bu ərazidə çayın nisbətən sakit axarına və yayılmasına əsasən deyə bilərik ki, bu körpülər Darkənd-Aza körpüsündən daha möhtəşəm, təxminən 100 metr uzunluğunda olmuşdur. Eni təxminən 4 metr olan hər iki körpünün Şərq dayaqları hazırda Sabirkəndin ərazisinə daxil olan yerlərdə, möhkəm qayalardan ibarət təbii özül üzərində qərar tutubmuş. Ərazinin relyefinə əsasən körpülərin hündür olmasını söyləmək olar. Hər iki körpü Sumbatan şəhəri ilə hazırda Gilançayın sol sahilində yerləşən Kələntər Dizə kəndini birləşdirmiş, Naxçıvan ərazisində, Araz çayı boyunca Ordubad-Sədərək marşrutu ilə və əksinə hərəkət edən ticarət karvanlarına, həmçinin əhaliyə xidmət etmişdir. == İnşa tarixi == Fikrimizcə, zaman keçdikcə təbii qüvvələrin təsirindən tədricən aşınaraq dağılan bu körpüləri Şah Abbas körpüsünün inşasından əvvəlki dövrlərə, təxminən XII-XIV yüzilliklərə aid etmək olar.
Tor körpüləri
Tor körpü releləri və ya qısaca Tor körpüləri - Torun bloklandığı ərazidə Tor Körpü Relesi (ing. Tor Bridge Relay) vasitəsilə şəbəkəyə daxil olmağa imkan verir. Tor Körpü Releləri (ing. Tor Bridge Relays) və ya sadəcə "Körpülər" (Bridges) elə relelərdir ki, onların Tor şəbəkəsində hamıya görünən siyahıları yoxdur. Buna görə də əgər onların sayəsində hətta müəyyən ərazidə bloklansa belə, Tor şəbəkəsinə yenidən qoşulma imkanı verir. Buna görə də bu körpülər internetdə bloklanmaya və internet senzuraya qarşı etibarlı vasitə sayılır.
Xudafərin körpüləri
Xudafərin körpüləri — Azərbaycanı və Cənubi Azərbaycanı birləşdirən, Azərbaycanın Cəbrayıl rayonu ilə İranın Xudafərin şəhəri arasında yerləşən, Araz çayı üzərində salınmış iki körpü. == Tarixi == Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunub. Unikal memarlıq abidəsi olan körpüdə Azərbaycan memarlıq məktəbinin üslubu izlənilməkdədir. Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilmişdir. Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb. Körpüdən bir qədər aralı daha bir körpü də vardır ki, bu körpü də Xudafərin adlanır. İkinci körpü 15 gözdən ibarət olmuş və XIII əsrdə, Elxanilər dövründə inşa edilmişdir. Hazırda həmin körpünün yalnız 3 aşırımı salamatdır. Hər iki körpü İpək yolunun üzərində yerləşir.Tarixən Azərbaycanın şimalı ilə cənubunu birləşdirən, Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsü ölkəmizin qədim abidələrindən biridir. Körpü haqqında ilk məlumat VIII–IX əsrlərə aiddir.
Ləmbəli körpüləri
Ləmbəli körpüləri — Loru mahalının Barana (31.12.1937:ci ildən — Noyemberyan) rayonunun qədimdən Türk-Oğuz boylarının anayurdu olmuş, 1948-ci ildən sonra isə ermənilərin məskunlaşdığı Ləmbəli (31.12.1937-ci ildən — Debedaşen) kəndində Tona (Debed) çayı üstündə körpü tağları. == Haqqında == Azərbaycanlıların kompakt halda yaşadığı Loru mahalının Barana rayonunun Ləmbəli kəndində (dəyişdirilmiş adları ilə: Noyemberyan rayonunun Baqrataşen kəndi) Tona çayı üzərində körpü tağları mövcud olmuşdur.Ləmbəli kəndi ilə Sadaxlı kəndini birləşdirən üç qədim körpü aran Borçalısı ilə dağ Borçalısını birləşdirməklə tarixi İpək Yolunun üstündə yerləşirdi. XVI–XVIII əsrlərdə inşa edilən bu körpülər XIX yüzildə Rusiya-İran müharibələri zamanı dağıdılmışdır.
Körpəli (Armavir)
Körpəli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 3. I. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Arşaluys (erm. Արշալույս; mənası – şəfəq) qoyulmuşdur. == Tarixi == Rayon mərkəzindən 7-7,5 km qərbdə yerləşir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim körpəli tayfa adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənd əhalisi 1828-ci ilə qədər azərbaycanlılardan ibarət idi.
Qurcana çayı üzərində tağlı körpülər
Tağlı körpülər — XVIII əsrdə Qurcana çayı üzərində salınmış tağlı körpülər. Körpülərdən dördü salamatdır.Tikintilərində bişmiş kərpic və əhəngdən istifadə olunub. Çayın sürətini azaltmaq üçün suyun içində atmalar hörülüb, suyun qıraqlarına bərələr qoyulub. Tağlı körpülərdən – Qaranlıq körpü və Yuxarı Karvansarayın qarşısındakı körpü 2010-cu ildə bərpa edilib. Yalnız 3 saylı məktəbin qarşısındakı körpü ikitağlıdır. Qurcana çayı üzərindəki bu körpülər M.F.Axundzadə prospekti boyu - Dərə hamamının, Yuxarı Karvansarayın, Aşağı Karvansarayın və 3 saylı orta məktəbin qarşısında yerləşir.
Korbelen
Korbelen (fr. Corbelin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Pon-de-Bovuazen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38043. Kommunanın 1999-cu il üçün əhalisi 2079 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 60 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Arxadakı körpüləri yandırın
Arxadakı körpüləri yandırın — Rövşən Abdullaoğlunun "Motivasiya psixologiyası silsiləsində" yazdığı və 2013-cü ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər. == Haqqında == Qələbə çalmaq istəyən arxasınca -geriyə qayıda bilməsin deyə- bütün körpüləri yandırmalıdır. Çox insanlar işi qələbəyə bir addım qalmış buraxırlar. ... Döyüşdən əvvəl sərkərdə orduya müraciət etdi: “Gəmilərimizdən çıxan tüstünü görürsünüzmü? Bu, o deməkdir ki, qələbə qazanmasaq, bu sahillərdən sağ qurtula bilməyəcəyik. Bir seçimimiz var: qələbə çalmaq, ya da həlak olmaq”. Və onlar qələbə çaldılar! Qələbə çalmaq istəyən arxasınca bütün körpüləri yandırmalı, geri çəkilmək üçün bütün yolları kəsməlidir. Yalnız bu zaman uğur üçün çox vacib olan çılğın qələbə arzusunu qoruyub saxlamaq olar.