Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fəqir (şair)
Fəqir — XVIII əsr ləzgi əsilli Azərbaycan şairi. Şair Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Miskincə kəndində anadan olub. Fəqirin şəxsi həyatı barədə mənbələrdə demək olar ki, məlumat yoxdur. Onun əsl adı belə məlum deyil. Şairin Fəqir sözünü özünə təxəless götürdüyü ehtimal edilir. Fəqir keçmiş Sufizm termini olub mənası kasıb deməkdir. Şairin yalnız Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Miskincə kəndində anadan olduğu məlumdur. XVIII əsrdə Səfəvilər Dövləti dövründə yazıb yaratdığı məlumdur. Şairin yaradıcılığı iki hissəyə bölünür: sevgi lirikası və sosial etiraz lirikası. Sevgi lirikasına Fəqirin "Gəldin" və "Görünməz" kimi şeirləri daxildir.
Kürdi (şair)
Mustafa bəy Sahibqıran (kürd. مستەفا بەگ ساحێبقران), təxəllüsü Kürdi (kürd. کوردی، Kurdî) — XIX əsr kürd şairi. O, Nali və Səlim ilə birlikdə sorani dilində olan Babani şeir məktəbinin yaradıcılarındandır. Odur ki, Kürdi Nali və Səlim ilə eyni vaxtda yaşamış və əslən Süleymaniyyədən olmuşdur. O, 1806 və ya 1812-ci ildə anadan olmuş, 1850-ci ildə vəfat etmişdir. Onun poeziyasının forma və məzmunu Nali və Səliminkinə bənzəyir, daha çox sevgi, fəlsəfə, mistisizm, tarix kimi mövzulardan ibarət idi. Şeirlərinin çoxu qəzəl və qəsidə formasındadır. Şeirləri kürd, fars və ərəb dillərindədir.
Şair
Şair — şeir yazan şəxs; təbiətində şeir yazmaq qabiliyyəti olan şəxs.
Ağdabanlı şair Qurban
Ağdabanlı şair Qurban (1859, Dəmirçidam – 1934, Dəmirçidam, Kəlbəcər rayonu) — Azərbaycanın el şairi. Qurban Məşədi Məmmədalı oğlu 1859-cu ildə Kəlbəcərin Dəmirçidam kəndində anadan olmuş, sonralar Ağdabana köçərək ömrünün sonuna kimi, yəni 1925-ci ilədək orada yaşamışdır. Azərbaycan və fars dillərində mükəmməl mədrəsə təhsili almış Qurban Məşədi Məhərrəm oğlunun çoxlu qoşma, gəraylı, müxəmməs, divani, təcnis və s. formalarda şeirləri dillər əzbəri olmuşdur, hərçənd, repressiya illərində şairin əlyazmalardan ibarət bir neçə kitabı öz qohumları, sonralar isə erməni vandalları tərəfindən yandırılaraq məhv edilmişdir". Ağdabanlı Qurban uzun müddət ozan-aşıq kimi təqdim edilib. Bu da ondan irəli gəlib ki, aşıq ədəbiyyatından məlum olan divani, təcnis, qoşma, gəraylı, müxəmməs formalarında, bir sözlə, heca vəznində yazıb yaradan şairlərə eyni zamanda aşıq kimi baxıblar. Ağdabanlı Qurban da məhz buna görə uzun müddət aşıq kimi təqdim edilib. Lakin müasirlərinin xatirələrindən məlum olur ki, o, heç vaxt saz götürüb toy-nişanda, yaxud da başqa əlamətdar günlərdə özünü aşıq kimi göstərməyib, hərçənd, ustadsayaq saz çalıb-oxumağı var imiş. Aşıq Ələsgər kimi məşhur ustadlarla dostluq etməsi bir daha göstərir ki, Ağdabanlı Qurban nəinki müasirlərinə, sonrakı nəsillərə də örnək söz ustası olmuşdur. Miskin Abdal nəsil şəcərəsinin davamçısı, o ocaqdan od götürmüş Ağdabanlı Qurbanın Aşıq Ələsgər, Növrəs İman və Bimar Əli ilə maraqlı deyişmələri yaddaşlardan yazılı ədəbiyyata köçürülüb.
Ceyms Rayt (şair)
Ceyms Rayt (ing. James Wright , d. 13 dekabr 1927 – ö. 25 mart 1980) — ABŞ şairi. 13 dekabr 1927-ci ildə Ohayo ştatının Martins Ferri şəhərində anadan olmuş, 25 mart 1980-ci ildə Nyu-York ştatının eyni adlı şəhərində 52 yaşında dünyasını dəyişmişdir. 1952-ci ildə Kenon kollecini, 1959-cu ildə isə Vaşinqton Universitetini bitirmişdir. 1956-cı ildə ədəbiyyat aləmində görünməyə başlayan Rayt, növbəti il Amerikanın ən istedadlı şairi kimi Ualedə poeziya festivalında ödülə layiq görülmüşdür. Uzun illər bir yerdə işlədiyi məşhur şair Robert Blayla tərcümə sahəsində sıx əməkdaşlıq etmiş, bir çox dünya şairlərini ingilis dilinə çevirərək müxtəlif dərgilərdə və ayrıca kitab halında nəşr etdirmişdir. Alman və Latın Amerikası şairlərindən etdiyi tərcümələr onun şəxsi yaradıcılığına da təsirsiz ötüşməmişdir. 1972-ci ildə dərc olunmuş şeirlər kitabı poeziya nominasiyası üzrə Amerikanın ən ali mükafatlarından birinə – “Pulitser” mükafatına və Amerikanın “Milli kitab” mükafatına layiq görülmüşdür.
Nali (şair)
Molla Xıdır Əhməd Şüvəysi Mikayıli (kürd. مەلا خدر (خضر) کوڕی ئەحمەدی شاوەیسی ئاڵی بەگی میکایلی) və ya təxəllüsü ilə Nali (kürd. نالی) (1798, Süleymaniyyə – 1855, Konstantinopol) — kürd şairi və tərcüməsi. O, əsasən sorani poeziya məktəbinə verdiyi töhfələrə görə tanınır. Nali Kürdi və Səlim ilə birlikdə yanaşı sorani dilini İraq Kürdüstanın ədəbi dilinə çevirmişdir. Nalinin yaradıcılığının kürd dilində intibahın yaranmasına mühüm töhfə verdiyi geniş şəkildə qəbul edilir. Dîwanî Nalî. Researched and explained by Abdul Karim Mudarris and Fatih Abdoulkarim. ISBN 964-6546-74-9ISBN 964-6546-74-9 Keith Hitchins, "NALÎ" in Encyclopædia Iranica, online edition.
Nari (şair)
Molla Kaki Həmi və ya təxəllüsü ilə Nari (kürd. ناری) (1874, Mərivan, Kürdüstan ostanı – 1944) — kürd şairi. Mahmud Bərzənci, Tahir bəy Caf və Kani ilə yaxın münasibəti var idi. Nari kürd və fars dillərində lirik və mistik şeirlər yazmışdır. Şeirlərinin əsas hissəsi qəzəl formasındadır. O, daha çox kürd şairləri arasında Nali və Məhvidən, fars şairləri arasında isə Hafizdən təsirlənmişdir.
Səlim (şair)
Əbdülrəhman bəy Sahibqıran (kürd. Ebdulrehman Begî Sahibqîran/عەبدولڕەحمان بەگی ساحێبقران), təxəllüsü Səlim (kürd. سالم) — XIX əsr kürd şairi. O, Nali və Kürdi ilə birlikdə sorani dilində olan Babani şeir məktəbinin yaradıcılarındandır. Odur ki, Səlim Nali və Kürdi ilə eyni vaxtda yaşamış və əslən Süleymaniyyədən olmuşdur. O, 1866-cı ildə həmin şəhərdə vəfat etmişdir.
Təmkin (şair)
Təmkin (əsl adı Böyükkişi Abbas oğlu Mirzəzadə; d. 25 avqust 1925 - ö. 18 may 2014) — Azərbaycan şairi. Təmkin (Böyükkişi Abbas oğlu Mirzəzadə) 25 avqust 1925-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. 1941-ci ildə Zod kənd orta məktəbini əla qiymətlərlə bitirərək həmin məktəbdə müəllim işləmişdir. 1942-ci ildə ailələri əsl-nəcabətlərinə görə siyasi təqiblərdən yaxa qurtarmaq üçün Gəncə ətrafına, Zazalı kəndinə köçür, sonra isə Seyidlər kəndində məskunlaşırlar. 1945-ci ildə atası vəfat etdiyindən ailə yükü üzərinə düşür. 1948-ci ildə Mingəçevir SES tikintisinə gəlir, təqaüdə qədər şəhərin bir neçə müəssisəsində fəhlə, mütəxəssis və mühəndis kimi çalışır. Bədii yaradıcılıqla məşğul olmuş, yaradıcılığı yaşadığı bölgədə yaxşı tanınmış, daim el məclislərində şeirləri söylənilmişdir. 18 may 2014-cü ildə vəfat etmişdir.
Xəlili (şair)
Xəlili (1407, Təbriz – 1485, İznik) — Osmanlı imperiyasında yaşamış XV əsrin azərbaycan dilli şairi. Xəlil İbrahim bəy və ya Şeyx Xəlili adı kimi tanınır. 1407-ci ildə Təbriz və ya Diyarbəkirdə anadan olub. Əsərlərindən və memuar müəlliflərinin yazdıqları məlumatlardan belə çıxır ki, Xəlili gəncliyində hürufilik ideyalarını təbliğ edən şeirlər yazıb. Hürufiliyi yaymaq məqsədilə Osmanlı imperiyasına köçüb. Gəncliyində İznikə gələrək İstanbulda keçirdiyi 1465-ci il istisna olmaqla, ömrünün sonuna qədər bu şəhərdə yaşayıb. Özünün qurduğu xanəgahda şeyx olub. Xəlil 1485-ci ildə İznikdə vəfat edib. Xəlilinin şeirlərində Əvhədi Marağalı və İmadəddin Nəsiminin təsiri hiss edilir. Onun özü isə Həbibi və XVI əsrin başqa şairlərinin yaradıcılığına təsir göstərib.
Şair Alməmməd
Şair Alməmməd (1800–1868) — Aşıq Ələsgər və Çoban Məhəmmədin atası. Alməmməd Aşıq Ələsgərin atasıdır. O, Göyçə mahalının Ağkilsə kəndində yaşamış, yoxsul həyat keçirmiş, kəndin sayılan adamlarından biri olmuşdur. Dülgərliklə məşğul olmuş, 4 oğul, 2 qız atası olduğu üçün həmişə zəhmətə qatlaşmış, Kəlbəcər ərazisindəki meşələrdən gətirdiyi ağaclardan şana, kürək, dırmıq düzəldərək satar, ailəsini dolandırarmış. Alməmməd aşıqlıq eləməsə də, ustad aşıqların şerlərini əzbərdən söyləyər, özü də həvəsi gələndə şeirlər qoşarmış. Onun şeirləri tez-tez aşıq məclislərində eşidilərmiş. Bu nəslin şeir yazanları çox olsa da, onların yaradıcılığına aid nümunələr bəzən qarışıq düşmüşdür. Heydər Əbdüləzim Təhməz Talıbxan Allahverdi Alməmməd Alməmmədin Ələsgər, Salah, Xəlil, Məhəmməd adlı dörd oğlu, Fatma və Qızxanım adlı iki qızı varmış. "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil.
Şair Alxasov
Şair Balaşərif oğlu Alxasov (1958, Çətgün, Qusar rayonu) — Qusar Rayon İcra Hakimiyyətinin sabiq başçısı. Alxasov Şair Balaşərif oğlu 1958-ci ildə Qusar rayonunun Çətgün kəndində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyəti dövründə "Azərelektroterm" İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, "Bərpaçı-A" MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışmışdır. Ailəlidir, 1 oğlu, 2 qızı vardır. Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 31 may 2024-cü il tarixli Sərəncamına əsasən, Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Şair Aydın
Aydın Ramazan оğlu (Şair Aydın; 1825, Şişqaya – 1915, Şişqaya, Yeni Bəyazid qəzası) — el şairi. Şair Aydın 1825-ci ildə Göyçə mahalının Şişqaya kəndində dünyaya gəlmişdir. Gənc yaşlarından saz-söz məclislərindən ilham alan Aydın şеir dеməyə, söz qоşmağa başlamışdır. Aydının şеirlərində əsas mоtiv haqsızlığa, ədalətsizliyə, zülmə qarşı хalqı оyatmaq оlmuşdur. 1877-ci ildə şairə qarşı qəsd hazırlayan şəхsi şairin böyük qardaşı Еyvaz öldürür. Bu hadisədən sоnra Aydın qardaşları Еyvaz və İsmiхanla birlikdə Sibirə sürgün еdilirlər. Оn il sürgündə оlduqdan sоnra şair Bakı şəhərinə gəlmiş və burada fəhlə işləmişdir. Bir çох şеirlərini də еlə Bakıda yaratmışdır. 1892-ci ildə dоğma Göyçə mahalına qayıdan Şair Aydın еl-оbası tərəfindən böyük hörmətlə və еhtiramla qarşılanmışdır. Gəraylıları ilə tanınan şair XIX əsrin ən məşhur aşığı Aşıq Ələsgərin müasirlərindən sayılır.
Şair Ağacan
Ağacan Cabbar oğlu Cabbarlı (1886, Qaraisa, Tiflis quberniyası – 1951, Tomsk vilayəti) — Borçalı mahalında tanınmış el şairi. Ağacan Cabbarlı 1886-cı ildə Dağ Borçalının Gümrü nahiyəsinə daxil olan Qaraisə kəndində dünyaya gəlmişdir. İlk təhsilini mollaxanada almışdır. Sonralar ruhani təhsili almasına baxmayaraq, Ağacan ömürlük yaradıcılıqla məşğul olmuşdur. Gülxanım adlı bir qız ilə ailə qurmuşdur. Sonralar Ağacan arvadını və oğlunu itirmiş, əmisi qızı Zəhra ilə evlənmişdir. Onun Zəhra xanımdan iki oğlu — Ənvər və Şəmistan, iki qızı — Pərlan və Göyçək dünyaya gəlirlər. Onlar 1911-ci ildə Borçalının Quşçu kəndində yerləşirlər. O, ərəb, fars dillərini bildiyi üçün yerli mollaları tənqid etmişdi. Buna dözməyən kənt mollaları bir gecə Ağacanın yaşadığı qazma-dama su bağlayırlar.
Şair Heydərov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Şair Həsənov
Şair Nəcməddin oğlu Həsənov (10 iyul 1936, Qusar – 15 mart 2017) — Azərbaycan inşaatçı-mühəndisi və ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsinin sədri (2001–2006), Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin sədri (1999–2001), Azərbaycan SSR tikinti materialları sənayesi naziri (1990–1991), Azərbaycan SSR Dövlət Aqrar Sənaye Komitəsi sədrinin müavini (1986–1989), Azərbaycan SSR kənd tikintisi naziri (1983–1985). Şair Nəcməddin oğlu Həsənov 10 iyul 1936-cı ildə (bəzi mənbələrdə 10 iyun) Qusar şəhərində anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Politexnik İnstitutunu yol nəqliyyatı mühəndisi ixtisası üzrə bitirmişdir. Həmin ildən Azərbaycan SSR Tikinti Nazirliyi sistemində iş icraçısı, elmi-tədqiqat laboratoriyasının mühəndisi, böyük mühəndisi, bölmə rəhbəri, tikintinin təşkili və texnologiyas tresti şöbəsinin baş mühəndisi, texnika idarəsi rəisinin müavini, Sənaye Tikintisi Nazirliyi "Dəmir-beton" trestinin baş mühəndisi, nazirliyin istehsalat idarəsinin rəisi vəzifələrində işləmişdir. Şair Həsənov 1977–1980-ci illərdə Azərbaycan SSR kənd tikintisi nazirinin birinci müavini, 1980–1983-cü illərdə Azərbaycan SSR Baş Kolxoz-Sovxoz Tikintisi Baş İdarəsinin ("Başkolxozsovxoztikinti") rəisi, 1983–1985-ci illərdə kənd tikintisi naziri, 1986-cı ildən 1989-cu ilədək Azərbaycan Dövlət Aqrar-Sənaye (Aqrosənaye) Komitəsi sədrinin müavini, 1990-cı ilin yanvar ayından dekabr ayınadək "Azəravtoyol" İstehsalat Birliyinin rəis müavini vəzifələrində çalışmışdır. 1990–1991-ci illərdə Azərbaycan SSR tikinti materialları sənayesi naziri, 1991-ci ilin may ayından "Azərtikintimaterialsənaye" Dövlət Konserninin prezidenti olmuşdur. Şair Həsənov 1999–2001-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin sədri işləmiş, 2001-ci ilin aprel ayında isə Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsinin sədri təyin olunmuşdur. Komitəsinin 28 fevral 2006-cı ildə ləğv edilməsindən sonra Şair Həsənov təqaüdə çıxmışdır. 2006-cı ildə isə "Samur" Ləzgi Milli Mərkəzi İdarə Heyətinin sədri seçilmiş və ictimai fəaliyyəti davam etdirmişdir. Şair Həsənov 1961-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının, 1993-cü ildən isə Yeni Azərbaycan Partiyasının üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 10–11-ci çağırış deputatı seçilmişdir.
Şair Məmmədhüseyn
Şair Məmmədhüseyn (1800, Daşkənd – 1880, Daşkənd, Yeni Bəyazid qəzası) — XIX əsrdə yaşamış aşıq, şair. Novruzov Məmmədhüseyn Həsən oğlu 1800-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. O, heç bir təhsil almamışdır. Şairin böyük qardaşı Əli Ərdəbildə və İsfahanda 8 il ruhani təhsili almışdır. Məmmədhüseynin atası dülgər olsa da bütün varlığı ilə aşıq sənətinə bağlanmışdır. Elə Məmmədhüseynin də şair olmasında atasının az təsiri olmamışdır. Məmmədhüseyn bədahətən şeir deməyə qadir bir şair imiş. Daşkənddə yaşayan "Şairlilər" nəsli şairin adı ilə bağlıdır və onun nəsil şəcərəsinin üzvləridir. Şair Məmmədhüseynin Kərbəlayi Məhəmməd, Kərbəlayi Əsəd, Əbülfət, Əli və Xəlil adlı beş oğlu olmuşdur. Böyük sənətkar müqəddəs Kərbəlanı oğlu Məhəmmədlə birgə ziyarət etmişdir.
Şair Nəbi
Nəbi Kərim oğlu Nəcəfov (1898, Kəlbəcər rayonu – 1969) — şair. Nəbi Kərim oğlu Nəcəfov 1898-ci ildə Kəlbəcər rayonunun Milli kəndində anadan olmuşdur. O çox kasıb həyat keçirmişdir. Atası Kərimlə birlikdə 1924-cü ilə kimi rəncbərlik etmiş, böyük bir ailəni çətinliklə dolandırmışdır. O həm də ən kamil sazbənddir. 1924-cü ildən 1930-cu ilə kimi kənd soveti katibi olmuşdur. 1930-cu ildən sonra rayonda müxtəlif vəzifələrdə işləmişdir. Şair Nəbi 1969-cu ildə vəfat etmişdir.
Şair Ramaldanov
Şair Ramaldan oğlu Ramaldanov (5 sentyabr 1957, Xudat, Xaçmaz rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi və akademiyanın sabiq rəis müavini, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki. Uğurlu "Horadiz Əməliyyatı" zamanı Horadiz qəsəbəsinin ermənilərdən azad olunmasında iştirak edən 702 briqadanın komandiri. "Azərbaycan Bayrağı" ordenini 2 dəfə alan yeganə hərbçi, Moskva "Frunze" adına akademiyanı bitirmiş ordumuzdakı 6 zabitdən biri, Əliağa Şıxlinskidən sonra yazdığı kitabları dünya hərbi akademiyalarında tədris olunan yeganə hərbçi.[mənbə göstərin] Ramaldanov Şair Ramaldan oğlu 5 sentyabr 1957-ci ildə Xaçmaz rayonunun Xudat qəsəbəsində anadan olub. Milliyətcə ləzgidir. 1964-cü ildə Xudat 2 saylı orta məktəbinə daxil olub. 1974-cü ildə 8-ci sinfi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbiləşdirilmiş məktəbinə daxil olub.1976-cı ildə oranı müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olub. 1980-ci ildə ali hərbi məktəbi uğurla bitirdikdən sonra 5 il ərzində Sovet Qoşunlarının Almaniyadakı məhdud kontingentində zabit kimi xidmət keçmişdir. 1987-ci ildə Moskva şəhərində SSRİ Silahlı Qüvvələrinin Frunze adına Hərbi Akademiyasına daxil olmuşdur. 1991-ci ildə akademiyanı bitirmişdir. 1992-ci ildə Alay (polk) komandirinin müavini vəzifəsindən–fevral 1992-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir.
Şair Əbdüləzim
Şair Əbdüləzim (1873, Ağkilsə, Yeni Bəyazid qəzası – 1943, Ağkilsə, Basarkeçər rayonu) — şair, dülgər, rəncbər, Aşıq Ələsgərin ortancıl oğlu. 1873-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Əsas məşğuliyyəti dülgərlik olan Əbdüləzim həm də bacarıqlı bir rəncbər kimi camaat içərisində seçilirdi. Kiçik yaşlarından Aşıq Ələsgərin evindəki saz-söz məclislərinin şahidi olan Əbdüləzimdə aşıq şerlərinə maraq tez oyanmış, həmin təsirlə də şerlər qoşmağa başlamışdır. Əbdüləzim təhsil görməmişdir, lakin onun şerləri savadlı bir şairin yaradıcılıq məhsulu kimi nəzərə çarpır. 1934-cü ildə Əbdüləzim Kəlbəcər rayonunun Yanşaq kəndinə köçmüş və 1937-ci ilə kimi orada yaşamışdır. Şair Əbdüləzim 1943-cü ildə Göyçə mahalının Ağkilsə kəndində vəfat etmiş, Aşıq Ələsgərin qəbrinin yanında dəfn edilmişdir. Ziyəddin Məhərrəmov, "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, Nurlan nəşriyyatı, 2010.
Şair Əşrəf
Şair Əşrəf (1847, Kırkağaç[d], Manisa vilayəti – 22 may 1912, Kırkağaç[d], Manisa vilayəti) — Türk şair. 1847-ci ildə Kırkağaçda doğulub. 1912-ci ildə Kırkağaçda vəfat edib.
Cami (şair)
Əbdürrəhman Cami – tacik şairi, musiqişünası, filosof və alimi. Böyük taçik şairi, musiqişünası, filosof və alimi Əbdürrəhman Nurəddin ibn Əhməd hicri qəməri ilə 817-ci il şəban ayının 8-də, miladi ilə 1414-cü il noyabrın 7-də Cam şəhərində (Xorasan) anadan olmuşdur. Çox kiçik yaşlarından oxumağa başlamış, ilk təhsilini atasından almış, sonra isə Herat şəhərinin Xuş bazarında olan Dilgəş mədrəsəsində oxumuşdur. Burada Caminin müəllimi dövrünün məşhur sufilərindən olan ərəbist(?) mövlana Cüneydi Üsuli idi. İstedadlı və zəhmətsevən olduğundan, kitabları tez oxuyub qurtarır və bir müddərrisdən başqasına keçirdi. Cami ilə məşğul olan müəllim və müddərrislər onun hafizəsinə heyran qaldıqlarını bildirir, bunu başqalarına deməkdən çəkinmirdilər. Məsələn, dövrünün ən görkəmli müəllimi və bilikli alimlərindən hesab edilən mövlana Xacə Əlaəddin Əli Səmərqəndi demişdir ki, o ömründə Cami qədər hafizəli və istedadlı şagird görməmişdir. Bir az sonra Heratda tədris edilən bütün elmlərə kifayət qədər yiyələndikdən sonra, məlumatını artırmaq, xüsusilə də Heratda zəif tədris edilən təbiət elmlərini öyrənmək üçün Səmərqəndə getmək qərarına gəlir və orada məşhur astronom Uluqbəyin yaxın əməkdaşlarından olan Qazizadə Ruminin nücum və başqa təbiət elmləri sahəsində oxuduğu mühazirələrə qulaq asır. Səmərqənddəki müvəffəqiyyəti heç də Heratdakından az olmur. O, Səmərqənddən Herata qayıtdıqda, öz tələbkarlığı və çətin imtahan götürməsi ilə şöhrət tapmış, "Baharistan" da adı çəkilən mövlana Əli Quşçiyə həndəsə və cəbrdən imtahan verir.
Füzuli (şair)
Məhəmməd Füzuli (ərəb. محمد بن سليمان‎) (təq. 1494, Bağdad, Ağqoyunlu dövləti, Nəcəf, Ağqoyunlu dövləti, Hillə, Ağqoyunlu dövləti və ya Kərbəla, Ağqoyunlu dövləti – 1556, Kərbəla, Osmanlı imperiyası və ya Bağdad, Bağdad əyaləti[d], Osmanlı imperiyası), daha çox sadəcə Füzuli (fars. فضولی‎) təxəllüsü ilə tanınır — XVI əsr Azərbaycan şairi. O, ana dili olan azərbaycanca, həmçinin farsca və ərəbcə şeirlər yazmışdır. Füzuli türkdilli ədəbiyyatın ən böyük şairlərindən biri, həm Azərbaycan, həm də Osmanlı ədəbiyyatının görkəmli simalarından biri kimi qəbul edilir. Füzulinin yaradıcılığı XVI–XIX əsrlərdən Mərkəzi Asiyaya və Hindistana qədər uzanan fars-türk mədəniyyət sahəsində geniş şəkildə tanınmış və təqdir edilmişdir. 1494-cü ildə indiki İraq ərazisində anadan olan Füzuli uşaqlıqda yaxşı təhsil almış, ədəbiyyat, riyaziyyat, astronomiya və xarici dilləri öyrənmişdir. Onun sağlığında Füzulinin doğma yurduna nəzarət Ağqoyunlu, Səfəvi və Osmanlı imperiyaları arasında dəyişmişdir. O, hər üç imperiyanın dövlət səlahiyyətliləri üçün şeirlər yazmış, ilk şeirini Ağqoyunlu şahı Əlvənd mirzəyə həsr etmişdir.
Hafiz (şair)
Hafiz Şirazi (fars. خواجه شمس‌‌الدین محمد حافظ شیرازی‎ Ḥāfiẓ. Digər yazılış şəkilləri: Hafiz, Hafes, Hafez. Tam adı: Xoca Şəms əd-Din Məhəmməd Hafiz Şirazi) XIV əsr İran şairi və sufisi. Yazdığı qəzəllər mistik düşüncə və məhəbbətin mədhinə görə Şərq ədəbiyyatının ən gözəl incilərindən sayılır. Hafiz poeziyasında hətta müasir sürrealizmin elementlərinə də rast gəlmək olar. Hafizin şəxsi həyatı haqqında çox az məlumat var. Məlumdur ki, şair 1310–1337-ci illər arasında Şiraz şəhərində kömürçü tacir ailəsində anadan olub. Atasız böyüyən Hafizin şairlik istedadı özünü çox erkən yaşlarında büruzə verib və o, şeirlərinə görə xalq arasında hörmət qazanaraq əmir sarayının şairi təyin edilib. Lakin yazdığı şeirlərə görə dindarlar tərəfindən təzyiqlərə məruz qalan şair əvvəlcə İsfahana, sonra isə Yəzdə qaçmağa məcbur olub.
Adonis (şair)
Əli Əhməd Səid Əsbər (ərəb. علي أحمد سعيد إسبر‎‎; 1 yanvar 1930[…]) — Əsl adı Əli Əhməd Səid Əsbər olan hal-hazırda dünyanın yaşayan ən yaxşı ərəb şairlərindən biri, publisisti olan Adonis 1930-cu ildə işığı, məktəbi, yolu olmayan Suriyanın yoxsul Qəssabin kəndində, şiə təriqətli bir ailədə doğulmuşdur. Həyatının böyük hissəsini Livan və Fransada keçirən Adonis əsərlərini doğma ərəb dilində yazır, 20-dən artıq kitabın müəllifidir və “Yeni poeziya” hərəkatının öndə gedən nümayəndələrindən biri hesab olunur. Adonis, uşaq yaşlarından tarlada çalışmış, bununla yanaşı atası onu şeirlər əzbərləməyə həvəsləndirmiş və beləliklə, o öz şeirlərini yazmağa başlamışdır. Bu dövrdə onun əldə etdiyi bilik ərəb şeiri vurğunu olan atasınınn ona öyrətdiyi şeirlər və Quran bilgisiydi. Tarlada işlədiyi vaxtdan əlavə kənddə, böyük bir ağacın ətrafına toplaşan uşaqlara qoşularaq onlarla birlikdə ərəbcə yazmağı öyrənirdi. Bir gün yenicə müstəqillik qazanmış Suriyanın ilk prezidenti Şükrü əl-Qüvvətlinin kəndlərinə gələcəyini öyrəndikdə ona bir şeir yazmağı və onun qarşısında oxumağı, şeirini bəyənən Qüvvətlinin “oğlum, sənin üçün nə edə bilərəm?” deməyini xəyal etdi. Adonisin bu xəyalı ən bəsit filmlərdə olduğu kimi reallaşdı. Suriyanın türk əsilli prezidenti qarşısında öz yazdığı şeirini oxuyan 12 yaşlı oğlanı prezident, çox bəyəndi. Prezidentin “sənin üçün nə edə bilərəm?” sualına “oxumaq istəyirəm” cavabını verən Əli Əhməd Səid Əsbərin bundan sonrakı həyatı dəyişir.
Azərbaycan Respublikasının xalq şairi
Azərbaycan Respublikasının xalq şairi — Azərbaycan poeziyasının inkişafında böyük xidmətlərinə, xalqın böyük rəğbətini qazanmış yüksək ideyalı və bədii cəhətdən dəyərli ədəbi əsərlər yaratmağa görə şairlərə verilən fəxri ad.
Azərbaycan Respublikasının xalq şairlərinin siyahısı
Məmməd İnfil oğlu İbrahimov (Məmməd Araz) — 07.12.1991
Azərbaycan SSR xalq şairi
Azərbaycan SSR xalq şairi (azərb-kiril. Азәрбајҹан ССР халг шаири) — 23 yanvar 1956-cı ildə təsis edilmiş fəxri ad. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən görkəmli şairlərə verilirdi.
Azərbaycan SSR xalq şairlərinin siyahısı
23 yanvar 1956-cı ildən:
Azərbaycan xalq şairlərinin siyahısı
Azərbaycan SSR xalq şairlərinin siyahısı
Azərbaycan Şair və Ədiblər Cəmiyyəti
Azərbaycan Şair və Ədiblər Cəmiyyəti (آذربایجان شاعر و ادیبلر جمعیتی) — İranda ədəbi təşkilat. Azərbaycan Şair və Ədiblər Cəmiyyəti 1946-cı ilin əvvəllində Təbrizdə "Şairlər məclisi" əsasında təsis edilmiş, həmin ilin dekabrınadək fəaliyyət göstərmişdir. Cəmiyyətə İran Azərbaycanı milli azadlıq hərəkatında, yəni Azərbaycan Milli Hökumətinin qurulmasında iştirak edən, yaxud ona rəğbət bəsləyən şair və yazıçılar qəbul olunurdu. Əli Fitrət, Balaş Azəroğlu, M. Etimad, İbrahim Zakir, Əli Tudə, Mədinə Gülgün, Mir Mehdi Çavuşi və başqaları onun fəal üzvləri idilər. Şeir, nəsr, dramaturgiya, tənqid, gənc qələmlər bölmələri var idi. İran Azərbaycanının Zəncan, Ərdəbil, Urmiyə və sair şəhərlərində şöbələri təşkil edilmişdir. Cəmiyyət "Günəş" adlı jurnal buraxırdı.
Azərbaycan şair və yazıçıları
Abbas Abdulla – (1940), şair, ədəbiyyatşünas, tərcüməçi. Abbas ağa Nazir Abbas Arazlı Abbas Göyçə Abbas Hacıyev – (1933), tənqidçi, ədəbiyyatşünas. Abbas Səhhət Abbas Vəfadağlı Abbas Zaman – (1911–1993), tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, mətnşünas. Abbasağa Azərtürk Abdulla Abbas Abdulla bəy Divanbəyoğlu – (1883–1936), nasir, pedaqoq. Abdulla Faruq – (1907–1944), şair, tərcüməçi. Abdulla Qurbani Abdulla Sur Abdulla Şaiq Abid Tahirli Abil İslam Abuzər Bağırov Adil Babayev Adil Cəmil Adil Əfəndiyev Adil Qüdrətoğlu Adil Mirseyid – (1952), şair. Adilxan Bayramov Afad Qurbanov Afaq Məsud Afaq Nəbiqızı Ağa Laçınlı Ağacavad Əlizadə – (1928–1995), şair, publisist, tərcüməçi. Ağaddin Babayev – yazıçı-tərcüməçi Ağahüseyn Rəsulzadə Ağalar İdrisoğlu Ağalar Mirzə Ağamalı Sadiq – (1947–1995), şair, nasir. Ağamusa Axundov – (1932), ədəbiyyatşünas, dilçi, türkoloq. Ağarəhim Rəhimov Ağasəfa – (1942), şair, tərcüməçi.
Azərbaycan şair və yazıçılarının siyahısı
Abbas Abdulla – (1940), şair, ədəbiyyatşünas, tərcüməçi. Abbas ağa Nazir Abbas Arazlı Abbas Göyçə Abbas Hacıyev – (1933), tənqidçi, ədəbiyyatşünas. Abbas Səhhət Abbas Vəfadağlı Abbas Zaman – (1911–1993), tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, mətnşünas. Abbasağa Azərtürk Abdulla Abbas Abdulla bəy Divanbəyoğlu – (1883–1936), nasir, pedaqoq. Abdulla Faruq – (1907–1944), şair, tərcüməçi. Abdulla Qurbani Abdulla Sur Abdulla Şaiq Abid Tahirli Abil İslam Abuzər Bağırov Adil Babayev Adil Cəmil Adil Əfəndiyev Adil Qüdrətoğlu Adil Mirseyid – (1952), şair. Adilxan Bayramov Afad Qurbanov Afaq Məsud Afaq Nəbiqızı Ağa Laçınlı Ağacavad Əlizadə – (1928–1995), şair, publisist, tərcüməçi. Ağaddin Babayev – yazıçı-tərcüməçi Ağahüseyn Rəsulzadə Ağalar İdrisoğlu Ağalar Mirzə Ağamalı Sadiq – (1947–1995), şair, nasir. Ağamusa Axundov – (1932), ədəbiyyatşünas, dilçi, türkoloq. Ağarəhim Rəhimov Ağasəfa – (1942), şair, tərcüməçi.
Azərbaycan şairi Nizami (Rəsulzadə)
"Azərbaycan şairi Nizami" (türk. Azerbaycan Şairi Nizami) — Məhəmməd Əmin Rəsulzadənin Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə 1941-ci ildə yazdığı, ilk dəfə 1951-ci ildə Ankarada nəşr olunan əsəri. M.Ə.Rəsulzadənin Nizami haqqında bu kitabı mühacirət ədəbi fikrinin, xüsusilə nizamişünaslığın ən dəyərli uğurlarından biri hesab edilir. Məhəmməd Əmin Rəsulzadənin siyasi fəaliyyəti ilə yanaşı, zəngin, lakin az öyrənilmiş ədəbi-bədii və tərcümə əsərləri irsi vardır. M.Ə.Rəsulzadənin ilk şeiri "Müxəmməs" 1903-cü ildə Tiflisdə nəşr edilən "Şərqi-rus" qəzetində çap olunmuş, yazdığı "Qaranlıqda işıqlar" adlı ilk pyesi 1908-ci ilin dekabrın 5-də tamaşaya qoyulmuşdur. M.Ə.Rəsulzadə sonradan mühacirətdə yaşadığı illərdə Azərbaycan ədəbiyyatını, şair və yazıçılarımızın yaradıcılığını araşdırmış, təhlil etmiş, dəyərləndirmişdir. M.Ə.Rəsulzadə 1923-cü ildə nəşr edilən "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti" kitabında, 1928-ci ildə "Türk ili" məcmuəsində çap olunan "Qafqasya türkləri" əsərində Nizaminin adı qısa məlumatla verilmişdir. M.Ə.Rəsulzadənin Nizami haqqında geniş araşdırmalara əsaslanan əsərini yazması İkinci Dünya müharibəsinin başlanmasından (1939-cu il, sentyabr) sonraya təsadüf edir. Məhəmməd Əmin Rəsulzadə monoqrafiyanı 1941-ci ildə Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə yazıb, İkinci Dünya müharibəsi və həyatının çətinlikləri səbəbilə ilk dəfə 1951-ci ildə Türkiyənin paytaxtı Ankarada Milli Təhsil Nəşriyyatında nəşr edilib. Kitab "Müəllifdən", "Başlanğıc"dan, dörd bölümdən, "Əlavələr"dən, "Biblioqrafiya"dan, "Nizamidən mətnlər"dən, "İndeks"dən, "Mətn xarici rəsmlər"dən ibarətdir.
Azərbaycan şairi Nizami (kitab)
"Azərbaycan şairi Nizami" (türk. Azerbaycan Şairi Nizami) — Məhəmməd Əmin Rəsulzadənin Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə 1941-ci ildə yazdığı, ilk dəfə 1951-ci ildə Ankarada nəşr olunan əsəri. M.Ə.Rəsulzadənin Nizami haqqında bu kitabı mühacirət ədəbi fikrinin, xüsusilə nizamişünaslığın ən dəyərli uğurlarından biri hesab edilir. Məhəmməd Əmin Rəsulzadənin siyasi fəaliyyəti ilə yanaşı, zəngin, lakin az öyrənilmiş ədəbi-bədii və tərcümə əsərləri irsi vardır. M.Ə.Rəsulzadənin ilk şeiri "Müxəmməs" 1903-cü ildə Tiflisdə nəşr edilən "Şərqi-rus" qəzetində çap olunmuş, yazdığı "Qaranlıqda işıqlar" adlı ilk pyesi 1908-ci ilin dekabrın 5-də tamaşaya qoyulmuşdur. M.Ə.Rəsulzadə sonradan mühacirətdə yaşadığı illərdə Azərbaycan ədəbiyyatını, şair və yazıçılarımızın yaradıcılığını araşdırmış, təhlil etmiş, dəyərləndirmişdir. M.Ə.Rəsulzadə 1923-cü ildə nəşr edilən "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti" kitabında, 1928-ci ildə "Türk ili" məcmuəsində çap olunan "Qafqasya türkləri" əsərində Nizaminin adı qısa məlumatla verilmişdir. M.Ə.Rəsulzadənin Nizami haqqında geniş araşdırmalara əsaslanan əsərini yazması İkinci Dünya müharibəsinin başlanmasından (1939-cu il, sentyabr) sonraya təsadüf edir. Məhəmməd Əmin Rəsulzadə monoqrafiyanı 1941-ci ildə Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə yazıb, İkinci Dünya müharibəsi və həyatının çətinlikləri səbəbilə ilk dəfə 1951-ci ildə Türkiyənin paytaxtı Ankarada Milli Təhsil Nəşriyyatında nəşr edilib. Kitab "Müəllifdən", "Başlanğıc"dan, dörd bölümdən, "Əlavələr"dən, "Biblioqrafiya"dan, "Nizamidən mətnlər"dən, "İndeks"dən, "Mətn xarici rəsmlər"dən ibarətdir.
Azərbaycan şairləri
Qətran Təbrizi (1012 Təbriz Şadi-abad −1088 Təbriz) Xətib Təbrizi (1030 Təbriz — 1109 Bağdad) Məhsəti Gəncəvi (1096 Gəncə — 1160 Gəncə) Əbülüla Gəncəvi (1096 Gəncə — 1159 ?) Fələki Şirvani (1108 Şamaxı – 1146 Şamaxı) Xaqani Şirvani (1126 Şamaxı — 1199 Təbriz) Nizami Gəncəvi (1141 Gəncə — 1209 Gəncə) Şəms Təbrizi (1185 Təbriz — 1248 Xoy) İzzəddin Həsənoğlu (XIII—XIV əsrlər) Şeyx Marağalı Əvhədədin Şeyx Əvhədi ibn Hüseyn (1274–1338) Homami Təbrizi (1238/1939–1314/1315) Mahmud Şəbüstəri (1287 Şəbüstər Təbriz – 1320 Təbriz) Həmdullah Mustofi Qəzvini (1281 Qəzvin — 1346 Qəzvin) Əssar Təbrizi (1325 Təbriz — 1390 Təbriz) İmadəddin Nəsimi (1369 Şamaxı – 1417 Hələb (Suriya) Cahanşah Həqiqi (1397 Xoy — 1467 Çubuqcur) Aşıq Qurbani (XV əsrin 70-ci illəri Diri, Cəbrayıl — XVI əsr Diri, Cəbrayıl) Şah İsmayıl Xətai (17 iyul 1487 Ərdəbil — 23 may 1524, Ərdəbil) Qövsi Təbrizi (1568 Təbriz — 1640 Təbriz) Məhəmməd Füzuli (1494 Kərbəla — 1556 Kərbəla) Rüknəddin Məsud Məsihi (1579/1580 Təbriz — 1655/1656 Kaşan) Süruri (XV əsrin sonu — XVI əsrin əvvəli) Saib Təbrizi (1601 Təbriz — 1677 İsfahan) Molla Vəli Vidadi (1707 Qazax — 1809 Şəmkir) Molla Pənah Vaqif (1717 Qazax — 1797 Şuşa) Zeynalabdin Şirvani (1780 Şamaxı — 1838 Ciddə) Əbülfət xan Tuti (? Şuşa — 1839 Təbriz) Cəfərqulu xan Nəva (1785 Şuşa — 1867) Mirzə Şəfi Vazeh (1794 Gəncə — 1852 Tbilisi) Şair Məmmədhüseyn (1800 Göyçə — 1880 Göyçə) Aşıq Ələsgər (1821 Göyçə — 1926 Göyçə) Qönçəbəyim (təqr.
Azərbaycan şairlərinin siyahısı
Qətran Təbrizi (1012 Təbriz Şadi-abad −1088 Təbriz) Xətib Təbrizi (1030 Təbriz — 1109 Bağdad) Məhsəti Gəncəvi (1096 Gəncə — 1160 Gəncə) Əbülüla Gəncəvi (1096 Gəncə — 1159 ?) Fələki Şirvani (1108 Şamaxı – 1146 Şamaxı) Xaqani Şirvani (1126 Şamaxı — 1199 Təbriz) Nizami Gəncəvi (1141 Gəncə — 1209 Gəncə) Şəms Təbrizi (1185 Təbriz — 1248 Xoy) İzzəddin Həsənoğlu (XIII—XIV əsrlər) Şeyx Marağalı Əvhədədin Şeyx Əvhədi ibn Hüseyn (1274–1338) Homami Təbrizi (1238/1939–1314/1315) Mahmud Şəbüstəri (1287 Şəbüstər Təbriz – 1320 Təbriz) Həmdullah Mustofi Qəzvini (1281 Qəzvin — 1346 Qəzvin) Əssar Təbrizi (1325 Təbriz — 1390 Təbriz) İmadəddin Nəsimi (1369 Şamaxı – 1417 Hələb (Suriya) Cahanşah Həqiqi (1397 Xoy — 1467 Çubuqcur) Aşıq Qurbani (XV əsrin 70-ci illəri Diri, Cəbrayıl — XVI əsr Diri, Cəbrayıl) Şah İsmayıl Xətai (17 iyul 1487 Ərdəbil — 23 may 1524, Ərdəbil) Qövsi Təbrizi (1568 Təbriz — 1640 Təbriz) Məhəmməd Füzuli (1494 Kərbəla — 1556 Kərbəla) Rüknəddin Məsud Məsihi (1579/1580 Təbriz — 1655/1656 Kaşan) Süruri (XV əsrin sonu — XVI əsrin əvvəli) Saib Təbrizi (1601 Təbriz — 1677 İsfahan) Molla Vəli Vidadi (1707 Qazax — 1809 Şəmkir) Molla Pənah Vaqif (1717 Qazax — 1797 Şuşa) Zeynalabdin Şirvani (1780 Şamaxı — 1838 Ciddə) Əbülfət xan Tuti (? Şuşa — 1839 Təbriz) Cəfərqulu xan Nəva (1785 Şuşa — 1867) Mirzə Şəfi Vazeh (1794 Gəncə — 1852 Tbilisi) Şair Məmmədhüseyn (1800 Göyçə — 1880 Göyçə) Aşıq Ələsgər (1821 Göyçə — 1926 Göyçə) Qönçəbəyim (təqr.
Azərbaycanca yazmış orta əsr şairləri
Orta əsrlər Azərbaycan ədəbiyyatının xronologiyası — XVIII əsrin sonuna qədər azərbaycanca ədəbiyyatın ortaya çıxması ilə azərbaycan şeirlər yazan müəlliflərin siyahısıdır. Diqqətə alınmalıdır ki, bəzi şairlər müxtəlif mənbələrdə azərbaycanlı, türk və ya türkmən olaraq göstərilir. “Dünya dilləri” seriyasında ədəbi Azərbaycan dilinin ortaya çıxması tarixi olaraq XIII əsr hesab edilir. Azərbaycan ədəbiyyatının ortaya çıxması XIII—XIV əsrdə yaşamış İzzəddin Həsənoğlunun adına yazılır. Akademik “Şərqin tarixi” azərbaycan dilində ədəbiyyatın ortaya çıxması tarixi olaraq XIV—XV əsrləri göstərir. Azərbaycan dilində erkən mətnlər həmçinin qədim Osmanlı ədəbiyyatının bir hissəsi hesab edilir. Müstəqil azərbaycan dilinin son şəklinə gəlməsi dövrü XVIII əsr hesab edilir. Azərbaycan dili kimi adlandırılan ilk çap XX əsrin əvvəllərinə aiddir. Азербайджанская литература. // Краткая литературная энциклопедия.
Azərbaycanın xalq şairi
Azərbaycan Respublikasının xalq şairi — 1991-ci ildən yazıçılara verilən fəxri ad
Aşıq Əli Şairov
Aşıq Əli Şairov (Şairov Əli Şamil oğlu; 1913, Daşkənd, Yeni Bəyazid qəzası – 1943) — azərbaycanlı şair, aşıq. Aşıq Əli Şairov 1913-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Şair Məmmədhüseynin nəticəsidir. 1941-ci ildə Böyük Vətən müharibəsinə Daşkənddən səfərbər olunan 206 nəfərdən biri də Əli Şairov olmuşdur. Böyük Vətən müharibəsində 124 nəfər həmkəndlisi kimi o da qəhrəmancasına həlak olmuşdur. Onun sonuncu məktubu Port-Artur şəhərindən gəlmişdir. Əli Şairovun şeirlərindən məlum olur ki, o çox gözəl təbə malik, demək olar ki, haqq vergili şair və aşıq olmuşdur. Onun şəxsi sazı və əlyazmaları bu günə qədər qohumları tərəfindən saxlanılmaqdadır. Aşıq Əli Şairovun yaradıcılığında klassik aşıq üslubunda deyişmə və dərdləşmələrinə də rast gəlinir. Bunlardan öz əmisi oğlu Aşıq Abbasəli Xəlilovla deyişməsini misal göstərmək olar.
Daşkənd aşıqları və şairləri
Daşkənd aşıqları və şairləri (kitab)
Elbrus Abbasov (şair)
Elmira Qasımova (şairə)
Elmira Məmməd qızı Qasımova (1 dekabr 1942, Naxçıvan) — Azərbaycanlı şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1974). Elmira Qasımova 1942-ci il dekabrın 1-də Azərbaycanda Naxçıvan şəhərində həkim ailəsində anadan olub. Burada 2 saylı orta məktəbi bitirdikdən sonra 1959-64-cü illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitunun alman dili şöbəsində təhsil alır. 1964-74-cü illərdə Naxçıvan şəhərində 2 saylı məktəbin müəllimi, 1974-76-cı illərdə tədris-tərbiyə işləri üzrə direktor müavini, 1976-78-ci ildə 10 saylı orta məktəbin direktoru vəzifələrində çalışmışdır. 1978-1979-cu illərdə Azərbaycan KP Naxçıvan şəhər Komitəsinin katibi seçilmişdir. 1979-80-ci illərdə Naxçıvan Muxtar Respublikasının maarif naziri vəzifəsində, 1980-1983-cü illər Azərbaycan KP Naxçıvan şəhər Komitəsinin birinci katibi vəzifəsində, 1977-2009-cu illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin İdeoloji şöbəsinin müdiri, Naxçıvan şəhər Xalq Deputatları Məclisinin sədr müavini, sədri, Naxçıvan şəhər təhsil şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1979-1984-cü illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olmuşdur. E.Qasımova ədəbi yaradıcılığa məktəbdə təhsil aldığı illərdə başlayır. "Yay gecəsi" adlı ilk mətbu şeiri 1956-cı ildə "Şərq qapısı"nda dərc olunub. "Sevil" qadınlar məclisinin sədr müavini olan şairə "Xalqlar Dostluğu" ordeni ilə təltif olunmuşdur.
Eyvaz Qurbanov (şair)
Yetim Eyvaz (tam adı Eyvaz Qurbanov; 26 fevral 1952, Qalaaltı, Siyəzən rayonu – 23 iyul 2017, Qalaaltı, Siyəzən rayonu) — Azərbaycanlı şair. Eyvaz Qurbanov 26 fevral 1952-ci ildə Şabran rayonunda anadan olmuşdur. Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli məktəbdə oxuyub. 10 ildən sonra hərbi xidmətə gedib. 21 il sürücü işləyib. 1996-cı ilə kimi çox yaxşı yaşayıb, amma 1996–2006-cı illərdə pul qazanmaq üçün hər əziyyətə qatlaşıb. Odun doğrayıb satıb, sürücülük edirdi. 2006-cı ildə Youtube-da "Yaz yağışı" şeiri ilə populyarlıq qazanıb. Şeir yazmağa 15 yaşında başlamışdır. Öz dediyinə görə, bu günə qədər 2423 şeir yazmışdı, Ümumiyyətlə, onun yazdığı və toylarda söylədiyi musiqili şeirlər böyük şöhrət qazanmış və onu xalqa sevdirmişdi.
Hüseyn Hüseynov (şair)
Hüseyn Paşa oğlu Hüseynov (1900, Göyərçin, Qazax qəzası – 1970, Salah, İcevan rayonu) — Azərbaycan el şairi, pedaqoq. Hüseyn Hüseynov 1900-cü ildə Qazax qəzasının Göyərçin kəndində (sonradan Dilican rayonu) Paşalar nəslində anadan olmuşdur. Ulu babası Təbrizin Dəvəçilər məhəlləsindən olub. İlk təhsilini mollaxanada alan Hüseyn Dilicanda Pedaqoji Seminariyanı qurtardıqdan sonra Tovuz və Gədəbəyin müxtəlif kəndlərində müəllimlik etmiş və qəzet redaksiyalarında çalışmışdır. O 1930-cu illərdə lüğət də hazırlamışdır. Səməd Vurğun və tanınmış folklorşünas alim Hümmət Əlizadə ilə birlikdə Çəmbərəkəndi və Göyçəni kəndbəkənd gəzərək, ağsaqqallardan, el bayatı və nağıl bilicilərindən bildikləri bu mənəvi sərvəti toplayaraq onları xalqın ümumi istifadəsinə vermişlər. Onun ilk şeiri 1925-ci ildən qəzetlərdə nəşr olunmağa başlamışdır. 1937-ci ildə çap olunan "Aşıqlar" kitabında, 1949–1951-ci illərdə isə orta məktəblər üçün "Ədəbiyyat müntəxəbatı" dərsliyində şeirləri çap olunmuşdur. Hüseyn Hüseynov şeirlərini əsasən Hüseyn Mayıl təxəllüsü ilə yazmışdır. Bəzi kitablarda isə səhvən Aşıq Hüseyn Mayıl kimi təqdim olunmuşdur.
Zair
Zair (fr. Zaire; [zaiʁ]), rəsmi olaraq Zair Respublikası (fr. République du Zaïre, [ʁepyblik dy zaiʁ]) — 1971-ci ildən 1997-ci ilə qədər Mərkəzi Afrikada, əvvəl və indi yenidən Konqo Demokratik Respublikası kimi tanınan Konqo dövləti. Zair ərazisinə görə Afrikanın üçüncü böyük ölkəsi (Sudan və Əlcəzairdən sonra) və dünyanın 11-ci böyük ölkəsi idi. 23 milyondan çox əhalisi olan Zair Afrikanın ən sıx məskunlaşılan rəsmi səviyyədən frankofon ölkəsi olmaqla yanaşı, Afrikanın ən sıx məskunlaşılan ölkə idi. Ölkə Mobutu Sese Seko və onun hakim İnqilabi Xalq Hərəkatı Partiyası tərəfindən idarə olunan təkpartiyalı totalitar hərbi diktatura idi. Zair Belçikadan müstəqillik əldə etmək uğrunda mübarizədən – Konqo böhranından beş il sonra, yəni 1965-ci ildə Mobutunun hərbi çevrilişlə hakimiyyəti ələ keçirməsi nəticəsində qurulmuşdur. Zair güclü mərkəzçi konstitusiyaya malik idi və xarici aktivlər milliləşdirilmişdi. Bu dövr bəzən İkinci Konqo Respublikası adlandırılır. Ölkənin adı – "Zaïre" bəzən portuqal dilində "Zaïre" adlanan Konqo çayının adından götürülmüşdür.
Şabr
Şapar (çuvaş Шӑпӑр, rus. Шапар), Şabr (çuvaş Шӑбр, rus. Шабр), Şıbır (çuvaş Шыбыр) və ya Puzır (rus. Пузырь) — türkdilli çuvaşlara məxsus tuluq zurnası. Müasir dövrlərə qədər şapardan sadəcə toy mərasimlərində istifadə edilirdi.
Sabir Əhmədov (şair)
Əhmədov Sabir Ağaqardaş oğlu (1954, Şamaxı rayonu – 28 iyun 1992) — şair, müəllim, döyüşçü. 1992-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Vətənpərvərlik ruhunda şeirlər yazmışdır. Ölümündən sonra (2007) "Mən ölmədim Mən diriyəm" adlı şeirlər toplusu çap olunmuşdur. Sabir Əhmədov 1954-cü ildə Azərbaycanın Şamaxı rayonunun Əngəxaran kəndində anadan olmuşdur. ADPU-nun filologiya fakültəsini bitirmişdir. 1976-cı ildə Şamaxı rayonunun Məlhəm kəndində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 2 illik fəaliyyəti dövründən sonra Bakı şəhərinə köçmüş və zavodda mülki müdafiə şöbəsinə işə düzəlmişdir. Bu dövrdə Vətən sevgisi mövzusunda "Bilmirəm", "Vətənimi Sevirəm", "Sənə", "Sənsiz", "Oyan", "Yalan doğru, doğru yalan", "Ölmək- Unudulmaq demək" kimi onlarla şeirlər yazmışdır. Xocalı soyqırımından sonra 1992-ci ilin mart ayında cəbhəyə yollanmış, 1992-ci ilin iyun ayının 28-də Füzuli rayonu Qırmızıbazar qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Sabir Əliyev (şair)
Əliyev Sabir Əli oğlu (27 iyun 1928, Şuşa, Dağlıq Qarabağ – 27 iyul 1977, Şuşa, Dağlıq Qarabağ) — Azərbaycan şairi. Sabir Əliyev 1928-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İlk təhsilini Şuşa şəhərində almışdır. Həmçinin orta musiqi məktəbini də bitirmişdir. O, 17 yaşında Azərbaycan Tibb İnstitutuna qəbul olunub. 1953-1954-cü ildə Tibb İnstitutunu bitirib, Şuşaya təyinat alıb. Şuşa şəhər Səhiyyə İdarəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra Ağdamda və Sumqayıtda məhkəmə tibb eksperti vəzifəsində çalışmışdır. Ömrünün axırına kimi (1976) Sumqayıtda işləmişdir. Onun bir çox fəxri mükafatları vardır.
Şakir Sabir Zabit
Şakir Sabir Zabit (1913, Kərkük – 1990, Bağdad) — folklorşünas, etnoqraf və tarixçi. Şakir Sabir Zabit 1913-cü ildə Kərkükdə anadan olub. İlk okulu Kafridə, orta okulu Kəlkükdə, liseyi Bağdadda bitirib. 1933-cü ildə Hərbiyyədən məzun olmuş Şakir Sabir Zabit İraq ordusunda zabit kimi xidmət edib. 1938-də hərbi məktəbi bitirib. 1953-cü ildə isə polkovnik rütbəsində təqaüdə çıxıb. Şakir Sabirın peşəsi zabit olduğuna görə ədəbi-bədii, elmi-publisistik əsərlərində “Zabit” təxəllüsündən istifadə edib. 1959-cu ildə general Şakir Sabir təqaüdə çıxır. İraqda yaşayan özlərini türkman adlandıran türklərin tarixindən, soy köklərindən bəhs edən “Mə’cəzu-tərixu —t—türkmani filıraqi” kitabını 1961-ci ildə nəşr etdirir. Ərəbcə yazılmış bu kitab nəinki türkmanlar, hətta ərəb araşdırıcıları tərəfindən də maraqla qarşılanır.