YELKƏN

сущ. 1. елкен; yelkən açmaq (qaldırmaq) елкенар ахъаюн (хкажун), елкенар ахъайна рекье гьатун (гими, луьткве); yelkən gəmisi елкенар алай (мотор алачир) гими (луьткве); yelkən çəkmək кил. yelkən açmaq; yelkənləri endirmək елкенар агъузун (кӀватӀун), гимидин йигинвал тӀимиларун ва я гими акъвазарун; 2. еке бездин парча (винел тутун ва мс. ттар юзурна емишар авадардай); 3. бадбан (аялри еб акална цавуз ахъайдай); ** yelkəni suya salmaq (vermək) теслим хьун, муьтӀуьгъ хьун.
YELİNSOY
YELKƏNLİ
OBASTAN VİKİ
Yelkən
Yelkən — külək gücündən yararlanaraq geniş sahə oluşduracaq şəkildə yan yana dikilən və qayığın dirəyinə uyğun şəkildə taxılaraq onu hərəkət etdirən parça və ya şəritlərin hamısıdır. Bernoullinin prinsipinə görə külək istiqamətinin yelkənin üzərindəki yükünə bağlı olaraq, yelkənin bir tərəfində digərindən daha çox hava təzyiqi oluşur. Bu təzyiq fərqi qaldırma gücü yaradaraq yelkəni düşük təzyiqin olduğu tərəfə itələyir. Onurğa (vəya borda mərkəzi) yelkən üzərindəki bu yanal gücü yelkən qayığının yana yataraq irəli doğru hərəkətinə dönüşdürür. Bernoulli dənkləmi işlədilərək tapılan təzyiq fərqi, qayığa sərf olunan itkinin bir hissəsini oluşdurur. Əsil itki, momentumun qorunumu sayəsində əmələ gəlir. Külək hərəkət halındakı hava molekullarından əmələ gəlir. Bu molekullar sahib olduqları sürət və kütlə sayəsində müəyyən bir momentum ilə yelkənə çırparlar. Yelkənin qabağından girən külək, arxa tərəfindən çıxarkən momentumunun bir hissəsini qayığa yelkən vasitəsi ilə çatdırır və sürəti yavaşladır. Qayıq özü ağırlığı səviyyəsində qazandığı bu momentumu hərəkətə çevirir.
Yelkən (bürc)
Yelkən (lat. Vela) Göyün cənub yarımkürəsində bürc. Ən parlaq ulduzu 2.7 vizual ulduz ölçülüdür. Azərbaycandan görünür.
Yelkən (qaya)
Yelkən qaya — Karasnodar diyarında təbiət abidəsi. Qaya Qara dənizin sahildə, Gelencik şəhərindən 17 km cənub-şərqdə, Praskovevka kəndinin (sahil boyu 500 metr) və Canxot (4,5 km) xutorunun yaxınlığında yerləşir. Yelkən qayası dəniz sahilində yerləşən vertikal şahid dağ mənşəli qumdaşı parçasıdır. Qaya əsas hissədən uçqun səbəbi ilə ayrılmışdır. Xarici görünüşünə görə qaya parçası düördbucaqlı yelkəni xatırladır. O üzdən yelkən adlandırılıb. Qayanın qalınlığı bir metrdən çoxdurur. Hündürlüyü 25 m, uzunluğu isə 20 m-dir. Bəzi mənbələrdə isə hündürlüyü 30 m, uzunluğu isə 25 m qeyd olunur. Qayanın dörddə üçündən çoxu sahilə perpendikulyar olaraq dənizə daxil olub.
Yelkən idmanı
Şxun ingilscə schooner sozundən olub, iki və daha artıq dor ağacı olan yelkənli gəmi deməkdir. Sürətinə və davamlılığına görə şxun digər su nəqliyyatı vasitələrindən fərqlənirdi. Onunla ancaq sabit havada dənizə çıxmaq olardı.Sonrakı dövrdə şxun daxili yanma mühərriki ilə təmin olunduğundan, onunla uzaq səfərlərə də çıxmaq mümkün oldu. Hazırda şxundan həm nəqliyyat vasitəsi kimi, həm də balıqçılıq və su idmanı oyunlarında geniş istifadə edilir. İstifadə tərzindən asılı olaraq şxunun muxtəlif formaları yaradılmışdır. Yelkənli qayıq e.ə. 2400-cü illərdə Misirlilər tərəfindən ecad edilmişdir. İlk yelkənin ləvazimatı papirusdur. Misirlilərin arxasından, Polineziyalılar kanoelərində külək texnologiyasını işlətmişdirlər. Yelkənli qayıqlar daha sonra romalılar, yunanlar, çinlilər, ispanlar, portuqallar, [fransızlar və ingilislər tərəfindən mənimsənmişdir.
Apollon (yelkənciklər)
Günəş yelkənqanadlısı
Günəş yelkənqanadlısı (lat. Hypermnestra helios) — Parnassiinae ailəsininYelkənqanadlılar fəsiləsinə aiddir.İran, Əfqanıstan, Pakistan, Türkmənistan, Qırğızıstan, Tacikistan və Özbəkistanda tapılır.
Maxaon yelkənciyi
Maxaon kəpənəyi (lat. Papilio machaon) — əsl yelkənqanadlılar cinsinə aid heyvan növü. Erkəklərinin qanadlarının uzunluğu, 64–81 mm, dişilərinin isə 74–95 mm olur. Qanadlarının fonunun rəngi əsasən intensiv sarı olur. Enli qara haşiyəyə və kənarları ayşəkilli sarı ləkələrə malik ön qanadlarında damarcıqlı qara xallar olur. Arxa qanadlarında uzunluğu 10 mm-ə qədər olan "quyruqlar" olur. Arxa qanadlar qanadın kənarında qara rənglə haşiyəyə alınmış göy və sarı xallara, qırmızı-qonur gözcüklərə malikdir. == Yayılması == Holarktika vilayətində geniş yayılmışdır. Avropanın hər yerində (İrlandiya istisna olmaqla), Şimal Buzlu Okeandan başlayaraq Qara dəniz sahillərinə qədər və Qafqazda yayılmışdır. Asiyada, Şimali Afrikada və Cənubi Amerikada rast gəlinir.
Xətt gəmisi (yelkənli)
Xətt gəmisi (ing. ship-of-the-line, fr. navire de ligne) — üçdorlu və üçqatlı top sıralı yelkən sinifli, ağacdan hazırlanmış gəmi. Xətt gəmisi 500-5500 ton su sıxışdırma qabiliyyətli göyərtəsində 30—50 dən 135-ə qədər top yerləşən, 300-500 nəfərlik heyətə malik, XVII əsrlərdən tikilməyə başlanılmış 1860-cı illərədək dəniz döyüşlərində cinah taktikası məqsədilə istifadə olunan hərbi gəmi.
Yelkənqanadlılar
Yelkənqanadlılar (lat. Papilionidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinə aid heyvan fəsiləsi.
Şərqi aleksanor yelkənciyi
Şərqi aleksanor yelkənciyi (lat. Papilio alexanor orientalis) — pulcuqqanadlılar dəstəsinin yelkənqanadlılar fəsiləsinə aid növ. Son dərəcə nadir növdür. İri və gözəl kəpənəkdir. Qanadları açıldıqda 80–85 mm-ə çatır. Sarı rəngli ön üanadlar qara ləkəli və damarlı, kənarları enli qara haşiyəlidir. Arxa qanadlarında "quyruqcuqları" var. Cənub-şərqi İspaniya, İtaliya, Cənubi Fransa, Yunanıstan (tipik formada P.Alexanor Esp.), Cənubi Qafqaz, İran, Kiçik Asiya, Orta Asiyanın cənub-qərbi (yarımnöv orientalis Rom.) Azərbaycanda Naxçıvan MR ərazisinin Araz çayı vadisindən başlayaraq dəniz səviyyəsindən 1750 m-ə qədər yüksəkliyi olan dağlar. Quru yamaclar və daşlı yerlərdə friqanoid bitkilər yetişən sahələr. Mayda və iyunun əvvəllərində uçur.
Əsl yelkənqanadlı
Əsl yelkənqanadlı (lat. Papilio) — yelkənqanadlılar fəsiləsinə aid heyvan cinsi.
Əsl yelkənqanadlılar
Əsl yelkənqanadlı (lat. Papilio) — yelkənqanadlılar fəsiləsinə aid heyvan cinsi.
Al yelkənlər
Al yelkənlər - Aleksandr Qrinin 1916-1922-ci illər arasında qələmə aldığı kiçikölçülü romantik sevgi macərası üzərində qurduğu romanı. Hadisələrin gedişin əsərin qəhrəmanlarının, hiss edilmədən bütün gözəl arzuların çin olduğu bir aləmə aparıb çıxarır. Kitabdakı bütün hadisələr tamamilə Aleksandr Qrinin təxayyülünün məhsulu olub, hər hansı real hadisəyə söykənmir. Kitab əsasında çoxsaylı teatr tamaşaları hazırlanmış, musiqi əsərləri bəslələnmiş və film çəkilmişdir. == Personajlar == Matroq Lonqren Menners Assol - Lonqrenin tək övladı Artur Qrey Lilian Qrey - ana Cim - Qreylərin mehtəri Betsi - Qreylərin qulluqçularından biri Kapitan Qop Letika - matros Xin Menners - mehmanxanaçı Panten - kapitan (Qreyin) köməkçisi Tsimmer - "Nağd pul" meyxanasında dənizçləri əyləndirən skripkaçı Duss - Tsimmerin iş ortağı Atvud - bosman Frits - təbilçi == Xarici dillərə tərcümə == Hekayə ingilis, alman, ispan, poland, ukrayna, belarus, yunan, italiya, çin, macar, bolqar, vietnam, türk və s. dünya dillərinə tərcümə olunmuşdur.
Ala yelkənlər
Ala yelkənlər (rus. Алые паруса) — hər il Sankt-Peterburqda(keçmiş Leninqrad) keçirilən orta məktəb şagirdlərinin buraxılış bayramıdır. Adət olaraq ən aydın bəyaz gecəyə düşən şənbə günündə keçirilir(adətən 18–27 iyun tarixləri arasında, 22 iyun istisna olmaqla). İlk dəfə bayram 28 iyun 1968-ci ildə baş tutub. İlk rəsmi tədbir isə bir il sonraya, 1969-cu ilə təsadüf edib. 1979-cu ildən bayramın keçirilməsi dayandırlıb, lakin 2005-ci ildən yenidən davam edib. Tədbir üçün biletlər alına bilməz, yalnız məzunlar və onların yaxınları tədbirdə xüsusi dəvətnamələrlə iştirak edə bilərlər. == Tədbirin tarixi == Ala yelkənlər bayramı 1968-ci ildə Sankt-Peterburqda bir neçə məzun qrupunun təşəbbüsü ilə meydana çıxdı. İlk bayram 28 iyun 1968-ci ildə saat 23:00-da başladı. Həmin tədbirdə 25 mindən çox məzun iştirak edirdi.

Digər lüğətlərdə