YEMƏKXANA
YEMSƏK
OBASTAN VİKİ
Yemiş
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Yemiş bayramı
Yemiş günü (türkm. Gawun baýramy) — Türkmənistanda milli bayramlardan biri. Yemiş (qovun) Türkmənistan üçün ən mühüm bostan bitkisidir. Hər il avqust ayının 2-ci bazar günü Türkmənistanda "Yemiş günü" keçirilir. Həmin gün hamı yemiş yeməli, bir-birinə yemiş hədiyyə etməlidir. Orada yemişin 200-dək növü becərilir.
Yemiş günü
Yemiş günü (türkm. Gawun baýramy) — Türkmənistanda milli bayramlardan biri. Yemiş (qovun) Türkmənistan üçün ən mühüm bostan bitkisidir. Hər il avqust ayının 2-ci bazar günü Türkmənistanda "Yemiş günü" keçirilir. Həmin gün hamı yemiş yeməli, bir-birinə yemiş hədiyyə etməlidir. Orada yemişin 200-dək növü becərilir.
Yemiş milçəyi
Yemiş milçəyi (lat. Myiopardalis pardalina) — Buğumayaqlılar tipinin İkiqanadlılar dəstəsinin əlvanqanadlılar fəsiləsinə aid bir növ. Yetkin milçəklər sarı rənglidir və kürək hissəsində parlaq qara ləkələr var. Qanadları üzərindən üç sarı zolaq gedir. Uzunluğu 5,5–6,5 mm-dir. Yumurtası uzunsov və parlaq olub, süd rəngindədir. Böyüklüyü 1 mm-dir. Sürfəsi ağ rəngli olub, ayaqsızdır, uzunluğu 10 mm-dir. Yalançı baramaları sarı-qonur rəngli olub, uzunluğu 7–8 mm-dir. Dişi milçəklər pupdan uçduqdan 5 gün sonra yumurta qoymağa başlayır.
Fərqanə yemişanı
Fərqanə yemişanı (lat. Crataegus ferganensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyanın endemik bitkisidir. == Botaniki təsviri == Hündürlüyü 3 m-dək olan ağacdır. Yaşlı nüsxələrdə hündürlüyü 5,9 m, gövdəsinin diametri 6,8 sm olur. Vegetasiya dövrü may ayından oktyabr ayınadək davam edir. Surətlə böyüyür. İyun ayında 7 gün ərzində çiçəkləyir. Meyvələri avqust ayında yetişir. == Ekologiyası == Dağ yamaclarında və çaylarının sahillərində, kolluqlarda bitir.
Hissar yemişanı
Hissar yemişanı (lat. Crataegus hissarica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyanın endemik bitkisidir. Hissar ovalığında yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 4 m-ə çatan, sıx tüklərlə örtülmüş, qırmızımtıl cavan zoğlara malik ağacdır. Yarpaqları 5-7 bölümlüdür. Vegetasiya müddəti aprel ayının 2-3-cü ongünlüyündən başlayaraq sentyabr ayının əvvəlinə qədər davam edir. İyun ayında çiçəkləyir, meyvələri oktyabr ayında yetişir. == Ekologiyası == Şaxtaya davamlıdır. Dağ çaylarının sahili boyu tək-tək və ya qarışıq meşələrdə bitir.
Korolkov yemişanı
Korolkov yemişanı (lat. Crataegus korolkowii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Lələkvari-kəsikyarpaq yemişan
Lələkvari-kəsikyarpaq yemişan (lat. Crataegus pinnatifida) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Mahmızlı yemişan
Mahmızlı yemişan (lat. Crataegus crus-galli) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Amerikanın Şərq hissəsidir. Yemişanın bu növü 1656-cı ildən Rusiyada mədəni halda becərilir. == Botaniki təsviri == Hündürlüyü 6-10 m-ə, eni 6-8 m-ə çatan, sallaq budaqlı, xoruzun mahmızına bənzər tikanları, enli-yumru, əyri, şaxəli çətiri olan kol və ya balaca ağacdır. Yarpaqları uzunsov, yumurtaşəkilli, uzunluğu 8-10 sm, eni 4-5 sm-ə qədərdir, ayanın üst səthi parlaq tünd-yaşıl, alt səthi açıq-yaşıl, kənarı sivridişlidir. Çiçəkləri ağ, diametri 2 sm-ə qədərdir, 15-20 ədəd olmaqla qalxan çiçək qrupuna yığılmışdır. Meyvələri al-qırmızı, çəyirdək meyvədir, sentyabrın üçüncü ongünlüyündə yetişir, bütün qış dövründə budaqların üzərində qalır. Payızda al-qırmızı şarşəkilli meyvələri və qırmızı, sarı yarpaqları bitkiyə çox dekorativ görünüş verir. == Ekologiyası == Bitki quraqlığa, şəhər şəraitinə yaxşı dözür, soyuğa davamlı deyil.
Meyer yemişanı
Meyer yemişanı (lat. Crataegus meyeri) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Balkan, Kiçik Asiya, İran və Qafqazda bitir. Hündürlüyü 3–4 m-ə qədər olan tikanlı ağac və ya koldur. Cavan zoğu al qırmızıdır. Yarpaqları hər iki tərəfdən tükcüklü, 5-7 bölümlüdür. Yarpaq saplağı sıx tükcüklüdür. Meyvəsi ovalşəkilli tünd qırmızıdır. İki və ya bir çəyirdəklidir. Budağlarının qabığı boz, qırmızı qonurdur.
Ordubad yemişanı
Pallas yemişanı
Pallas yemişanı (lat. Crataegus pallasii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Böyük Qafqazın cənubunda rast gəlinir. Yarpaqlari dərin, təxmini orta damarcığadək 5-7-11 hissələrə bölünmüşdür. Meyvələri açıq qırmızı, ellipisvari, 1 çəyirdəklidir. Quru günəşli yamaclarda, palıd və şam meşələrində bitir. Böyük Qafqazda, Naxçıvan MR ərazisində təbii halda rast gəlinir. Yaşıllaşdırmada geniş istifadə olunur.
Pazşəkilli yemişan
Pazşəkilli yemişan (lat. Crataegus cuneata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Çin, Yaponiya və Tayvunda geniş yayılmışdır. Hündürlüyü 5 m, çətrinin diamеtri 3 m olan ağacdır. Çətiri kürəvi və ya yumurtavari formada olur. Budaqlarında nazik tikanlar yеrləşir. Yarpaqların kənarı tam, yumurtavaridir, üstü çılpaq, parlaqdır. Çiçəkləri ağ rənglidir, sıх, çətirvari çiçək qrupuna toplanmışdır. Kasa yarpaqcıqları və ləçəkləri 5-dir. Yumurtalıq 1-5 mеyvə yarpaqcığından əmələ gəlmişdir.
Pontika yemişanı
Pontika yemişanı (lat. Crataegus pontica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Azərbaycanda, Оrtа Аsiyа Rеspubliкаlаrındа, Türкiyə, İrаq və İrаndа yаyılmışdır. Zаqаtаlа-Bаlакən və Nахçıvаn MR (Bаbəк, Şаhbuz) ərаzilərində dəniz səviyyəsindən 800–2000 m yüksəkliklərdə təbii hаldа rаst gəlinir. Аzərbаycаnın nadir bitкi növüdür. EN A1abc; Bb(i,ii). Quru, əsаsən dаşlı, bəzən yаmаclаrdа təк аğаclаrlа bitir, bəzən кiçiк коlluqlаr əmələ gətirir. Azərbaycanda dar bir arealda yayılmışdır. Hündürlüyü 6–10 m-ədəк оlаn, еnli çətirli аğаcdır. Budаqlаrı tünd bоz, illiк budаqlаrı və zоğlаrı tüкcüкlüdür.
Poyarnova yemişanı
Poyarnova yemişanı (lat. Crataegus laciniata subsp. pojarkovae) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinin crataegus laciniata növünə aid bitki yarımnövü. Krım dağlarının şərq hissəsində təbii halda bitir. Hündürlüyü 3–6 m olan endemik ağac və ya koldur. Yarpaqları növbəli, 3-5 pərli, seyrək tükcüklü, gümüşü rəngdədir. Çiçəkləri ağ qalxanvari çiçək qrupuna yığılmışdır. Meyvəsi sarı, yumru və ya armudvaridir (uzunluğu 25 mm-dən). 3-5 çəyirdəkli yeməlidir. İyunda çiçəkləyir, meyvəsi sentyabarda yetişir.
Qafqaz yemişanı
Qafqaz yemişanı (lat. Crataegus caucasica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Azərbaycan. Talış, Gədəbəy (Qalakənd), Qazax, Daşkəsən, Cəbrayıl, Naxçıvan MR-in Ordubad rayonu ərazilərində rast gəlinir. Azərbaycanın endem bitki növüdür. CR A2abc; C1. Orta dağ qurşağına qədər daşlı-qayalı kolluqlu yamaclarda, dərələrdə, açıq yerlərdə bitir. Azərbaycanda dar bir arealda yayılmışdır. Hündürlüyü 2-3, bəzən 5 m-ədək olan koldur. Bəzən bitkinin hündürlüyü 7 m, gövdəsinin diametri 18 sm-ə qədər ola bilir.
Qarameyvəli yemişan
Qarameyvəli yemişan (lat. Crataegus nigra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Təbii şəraitdə Qərbi Avropada yayılmışdır. Hündürlüyü 7 m-ə çatan dəyirmi çətirli ağacdır.Cavan zoğları aşağıya doğru sallanır, üzərində qısa tikanlar vardır. Yarpaqları yumurtavari və ya dəyirmi-yumurtavaridir, iti uclu, üstdən tünd yaşıl, alt hissəsi isə açıq yaşıl rəngli, zəif tükcüklüdür, uzunluğu 4-9 sm, еni isə 3-6 sm-dir. Qaidəsi еnli pazvari və ya bölümlüdür. Yarpaq saplağı ayadan 2-3 dəfə qısadır. Kənarları qеyri bərabər dişlidir. Çiçəkləri ağ və ya çəhrayı rəngli, diamеtri 15 mm-ə qədərdir, sıх, tüklü hamaşçiçək qrupuna yığılmışdır. Çiçək saplağı qısadır, еrkəkcikləri sarı tozcuqlarla örtülmüşdür.
Qaraqaşlı yemişan
Qaraqaşlı yemişan (lat. Crataegus atrofusca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Qafqazda təbii halda yayılmışdır. Hündürlüyü 3-5 m-ə qədər olan koldur. Gövdə qabığı qəhvəyi və ya bozdur. Çətiri kürəvi və ya yumurtavari, tikanlıdır. Yarpaqları növbəli, adətən dilimlidir. Çiçəkləri mürəkkəb qalxanvarı çiçək qrupuna toplanmaqla budaqların ucunda yerləşmişdir. Kasayarpaqcıqları və ləçəkləri 5-dir. Yumurtalıq 1-2-5 meyvə yarpaqcığından əmələ gəlmişdir.
Qırmızımeyvəli yemişan
Qırmızımeyvəli yemişan (lat. Crataegus sanguinea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Avropanın şərqindən başlayaraq Orta Asiya daхil olmaqla Qərbi və Şərqi Sibirə qədər gеniş arеalı əhatə edir. Hündürlüyü 4-6 m-ə çatan, parlaq al-qırmızı,qonur budaqları üzərində 2-4 sm uzunluqda sivri tikanları olan kol və ya balaca ağacdır. Yarpaqları yumurtaşəkilli, 3-7 dilimli, uzunluğu 6 sm, еni 4-5 sm-dir. Çiçəkləri ağdır, diamеtri 5 sm olan qalхan çiçək qrupuna yığılmışdır, mayın aхırında çiçəkləyir. Mеyvələri al qırmızı, şarşəkilli, 3-4 toхumlu çəyirdəkmеyvədir, avqust-sеntyabr aylarında yеtişir. Yеddi yaşından еtibarən mеyvə vеrməyə başlayır. İstiyə, soyuğa, qışa davamlıdır, torpağa tələbkar dеyil. Naxçıvan MR təbii halda rast gəlinir.
Sinoviski yemişanı
Crataegus × pseudoazarolus (lat. Crataegus × pseudoazarolus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Qafqazda yayılmışdır. Hündürlüyü 5-6 m olan ağacdır. Cavan zoğları seyrək-ağ keçəli, sonradan təxminən çılpaq, yaşılımtıl və al qırmızı olur, bir və ikiillik zoğlar isə al-qırmızı-qonur, bir az parlaq, qoca budaqları bozumtul-qonur və ya bozdur. Yarpaq qoltuğunda yerləşən iynələri seyrəkdir. Fertil zoğlarda olan yarpaqlarının uzunluğu 30-70 mm, eni 25-70 mm, yumurtavari və ya bəzən təxminən yumru, enli, uzunsov bünövrəli və iti ucludur. Beş-yeddi enli bölümlüdür, bölümlər yumurtavari olmaqla üstdən ucu biz, mərkəzindən qeyri-bərabər dişlidir. Steril zoğların yarpaqlarının uzunluğu 60-70 mm, eni 60-80 mm, üstü yaşıl rəngli, tutqun, yapışıqlı tükcüklüdür. İri yarpaqları bəzən çılpaq, alt tərəfi açıq yaşıldır.
Sonqal yemişanı
Sonqal yemişanı (lat. Crataegus songarica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Təbiətdə növün arealı Orta Asiya, Çinin qərb rayonları, İran, Pakistan və Əfqanıstanı əhatə edir. Hündürlüyü 4–5 m-ə qədər olan kol və ya kiçik ağacdır. Budaqları bozumtul, nazik albalı rəngli, cavan zoğları seyrək tükcüklüdür sonra çılpaqlaşır. İynələri düz, qalın, uzunluğu 8–15 mm-dir. Yarpaqları enli, yumurtavari və ya rombvari, uzunluğu 3,5–6 sm , eni 2,8 −6 sm, 5–7 yerə bölünmüş və ya yuxarı hissəsi pərli iri kəsiklidir. Nazik tünd yaşıldır, alt tərəfi isə yaşılımtıldır. Saplaqlarının uzunluğu 3,5 sm-dək; yalançı zoğları oraqvari əyilmiş daraqvari dişlidir. Mürəkkəb çiçəkqruplu, çılpaq və ya bir az tükcüklü, oxlu və saplaqlıdır.
Əyrikasacıq yemişan
Crataegus rhipidophylla (lat. Crataegus rhipidophylla) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Əyriyumurtalıqlı yemişan
Almatı yemişanı
Almatı yemişanı (lat. Crataegus almaatensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Orta Asiyadır. == Botaniki təsviri == Hündürlüyü 4-6 m-ə çatan, yumru çətirli ağacdır. Yarpaqlarının diametri 7-8 sm, ayanın üst səthi tünd-yaşıl, alt səthi açıq-yaşıldır, aprelin ikinci yarsında kütləvi yarpaqlama müşahidə olunur. Çiçəkləri ağdır, diametri 1,2 sm-ə qədər olan çətir çiçək qrupuna yığılmışdır. Mayın axırı və iyunun birinci ongünlüyü daxil olmaqla 13-15 gün ərzində çiçəkləyir. Meyvələrin diametri 1,3-1,6 sm, yumru, tünd-qırmızı çəyirdəkmeyvədir, sentyabrın birinci ongünlüyündə yetişir. Vegetativ və toxumla çoxaldılır. == Ekologiyası == İşıqsevəndir, soyuq, tüstü və qaza davamlı bitkidir.
Erməni yemişanı
Erməni yemişanı (lat. Crataegus × armena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Zaqafqaziyanın cənub rayonlarını (Zəngəzur və Meğri) əhatə edir. == Botaniki təsviri == Endemikdir. Hündürlüyü təxminən 2–2,5 m olan koldur. Cavan zoğları tükcüklüdür; illik zoğları çılpaq, tünd albalı rəngli; qoca budaqların qabığı boz xallı və ya boz-qonurdur. Qoltuq tikanları azsaylı, uzunluğu 7–15 mm, yarpaq tikanları nazik, azsaylıdır. Çiçəkləyən zoğların aşağı yarpaqları çox vaxt ensiz, ucunda üç pərli və ya üç yerə bölünmüş, itihissəli, iri dişlidir. Yuxarı pərləri bəzən enli, kənarları bütöv və ya ucuna yaxın 1–3 dişlidir. Steril zoğların yarpaqları daha dərin bölünmüş, enli, kəsikli pərlidir.
Yaşılmeyvə yemişan
Yaşılmeyvə yemişan (lat. Crataegus chlorocarpa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Qərbi Avropa və ABŞ-da 1880-ci ildən becərilir. Təbiətdə növün arealı Kamçatka, Primorye, Saxalın və Yaponiya əhatə edir. Hündürlüyü 4 m, sıx, piramidal çətirli iri koldur. Gövdə və budaqların qabığı boz və sarımtıl-qonurdur; iynələri qısa, uzunluğu 1-1,5 sm-dir. Tumurcuqları qaradır. Yarpaqları yumurtavari və ya enli yumurtavari, ucu biz və pazşəkilli bünövrəli, dərin olmayan 9-11 hissəli və ya dişli, hər tərəfdən çılpaq və ya üstü seyrək tükcüklü, alt tərəfi tükcüklü, daha açıq, qısa zoğlarda uzunluğu 4,5 sm, eni 3,5 sm, uzun zoğlarda uzunluğu 13 sm-dək, eni 10 sm-dir. Saplağın uzunluğu 1-2,5 sm-dir. Yalançı zoğları enli, oraqvari əyilmiş, iri dişlidir.
Yumruyarpaq yemişan
Yumruyarpaq yemişan (lat. Crataegus rotundifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Vətəni Şimali Amerikadır. Hündürlüyü 6 m-ə çatan çoxgövdəli, sıxçətirli iri kol və ya ağacdır. Yarpaqları yumurtavari, kənarları iri dişlidir. Çiçəkləri ağ, diametri 2 sm-dir. 8-10 ədədi çətir çiçək qrupuna yığılmışdır. İyun ayında çıçəkləyir, meyvələri qırmızı, yumru çəyirdəkmeyvədir, sentyabrda yetişir. Yumru yarpaqlı yemişan qışa, quraqlığa, şəhər şəraitinə digər yemişan növlərinə nisbətən daha çox davamlıdır. Respublikanın bəzi bölgələrində mədəni şəraitdə becərilir.
Türküstan yemişanı
Türkistan yemişanı (lat. Crataegus turkestanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Əfqanıstan, İran, Cin və Kopetdağda təbii halda yayılmışdır. Budaqları boz-qonur, çılpaq və ya azca nazik qırmızımtıl-boz tükcüklüdür. Tikanları yoxdur, bəzi hallarda isə üzəri uzunluğu 12-15 mm olan nazik tikanlarla örtülür. Yarpaqları üstdən parlaq yaşıl, alt tərəfdən isə açıq yaşıl, saplağı qısa, bəzən yarpağın uzunluğuna bərabər olub, tükcüklüdür. Qısa budaqlarda aşağı yarpaqları rombvaridir, uzunluğu 10-30 mm, eni 7-30 mm, aşağı hissədən 3 bölümlüdür, yuxarı yarpaqlarının uzunluğu 3,5 sm, 5 bölümlüdür. Vegetativ budaqlarda yarpaqlar daha iri — 5-7 bölümlü, eni 5 sm-dir. Çiçək qrupu 12-15 çiçəklidir, saplağı tükcüklüdür. Çiçəklərinin diametri 16-18 mm, kasayarpaqları uzun neştərvari, 18-20 erkəkciklidir.
Yemişli (Uludərə)
Yemişli — Türkiyənin Şırnak vilayətinin Uludurə rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1928-ci il qeydlərində Mərgi kimi qeyd olunur və bu sözün mənası kürd dilində "çəmən" deməkdir. Əvvəllər Hakkari vilayətinin Uludere rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni yaradılmış Uludere rayonuna birləşdirilib.

Значение слова в других словарях