Şenay Yüzbaşıoğlu
Şənay Yüzbaşıoğlu (türk. Şenay Yüzbaşıoğlu; 19 yanvar 1947, İstanbul – 4 yanvar 2013, İstanbul) — Türkiyə müğənnisi. "Sev Kardeşim" və "Hayat Bayram Olsa" mahnıları ilə tanınmışdır.
19 yanvar 1947-ci ildə İstanbulda doğulmuş Şənay müğənni karyerasına 1969-cu ildə Erkan Özermanın Ankaradakı "Anaştarlı Bulvar" adlı gecə klubunda başlamışdı.
Daha sonra Şənay İstanbul Orkestrində Şerif Yüzbaşıoğlu, Salim Ağırbaş, Atilla Özdemiroğlu, Selçuk Başar, Uğur Başar, Garo Mafyan, Asım Erkendən ibarət orkestrdə İlhan Kayralla birlikdə solist oldu.
1971-ci ildə isə o, orkestrin rəhbəri Şerif Yüzbaşıoğlu ilə ailə qurmuşdu.
1971-ci ildə Şənay Yüzbaşıoğlunun "Benim Olursan/Sev Kardeşim" adlı albomu satışa çıxdı.
O, türk pop-musiqisinin ən məşhur ifaçılarından biri idi.
Ş.Yüzbaşıoğlunun "Sev Kardeşim", "Hayat Bayram Olsa", "Beyaz Ülke", "Gerçek Nerde?", "Açıl Susam Açıl", "Ve Ağlıyorum", "Varlar Yoklar", "Dön Artık", "Sev Yeter ki", "Dünden Bugüne", "Sessiz Bir Yer" kimi məşhur mahnıları vardı.