ZİL

ZİL I sif. mus. Yuxarı səs, yuxarı registr. Cəlal da zil səslə deyir bayatı; Tutub qışqırığı bütün elatı (S.Vurğun).

ZİL II ədat Tamamilə, lap qara. Gözlərin zil qaranlıq; Gəl, bir aylı gecədir (F.Qoca).

ZƏRF
ZİNDAN
OBASTAN VİKİ
Zil
Zil (səs) — səs tembiri. Zil (dağ) — dağ. Zil (Tabasaran) — Tabasaranda kənd. ZİL — Yük maşını.
Zil (Tabasaran)
Zil – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Zil kəndi «„Yersi kənd sovetliyinə“» daxildir. == Əhali == Milli tərkibi: Azərbaycanlılar. Mono etnik kənddir. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad edirlər. == Şəkil == XIX əsrə qədər kənd tabasaran feodal qurumunun mərkəzi olmuşdur. 1960-cı illərə kənd Dəvraq kənd sovetliyinə daxil idi. Təkcə 1982-ci ildə kənddə 750 nəfər yaşayırdı. == İnfrastruktur == Orta məktəb == Arxeologiya == Kənddən 500 metr şimal-şərqdə arxeoloji abidə yerləşir — Zil orta əsr yaşayış məntəqəsi.
ZİL-41047
ЗИЛ-41047 (ruЗИЛ-41047) — banı limuzin tipli avtomobil. İlk dəfə 1985-ci ildə Lixaçev Adına Zavodda istehsal olunaraq istifadəyə verilib.
ZİL-4105
== İstinadlar ==
Zil-130
Zil-130 — Kamaz,,,, MAZ-500 Ailəsinə aid edilir.
İrvette van Zil
İrvette van Zil (5 iyul 1987) — Cənubi Afrika Respublikasını təmsil edən marafonçu. İrvette van Zil Cənubi Afrika Respublikasını 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == İrvette van Zil birinci dəfə Olimpiadaya 2012-ci ildə qatıldı. O, Londonda baş tutan Olimpiya Oyunlarında yarışsada, məsafəni sona gədər qət edə bilmədi. İrvette van Zil növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, yenə məsafəni sona gədər qət edə bilmədi.
Nina Zilli
Nina Dzilli (2.2.1980, Pyaçentsa, İtaliya) — İtalyan müğənnisi. == Həyatı == 2012-ci ilin may ayında Bakıda keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsində İtaliyanı təmsil edən iştirakçı.
Rzaqulu mirzə Zilli
Rzaqulu mirzə Əhməd mirzə oğlu Zilli (d. 1906 — ö. 1945) — Qacar şahzadəsi, müğənni. == Həyatı == Əhməd mirzənin dördüncü oğlu Rzaqulu mirzə 1906-cı ildə Tehran şəhərində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi, təhsili almışdı. Musiqişünas idi. İranda böyük xanəndə kimi tanınmışdı. Əbülhəsən xan İqbali Azərin və Arif Qəzvininin şagirdi olmuşdu. Rzaqulu mirzə 1945-ci ildə vərəm xəstəliyindən vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Zila Klark
Zila Klark (ing. Zelah Clarke) - Böyük Britaniya aktrisasıdır. == Həyatı == Zila Klark 4 aprel 1954-cü ildə Böyük Britaniyanın cənubunda yerləşən Kornuoll qraflığının Redrut şəhərində dünyaya gəlmişdir. 17 yaşında balet məktəbini bitirmişdir. Film karyerasına 1972-ci ildən başlamışdır. Həmin ildə "Üçlü exo" filmində personajlardan birini canlandırmışdır. 1975-ci ildən başlayaraq həm televiziya seriallarında, həm də filmlərdə çəkilməyə başlayır. 1983-cü ildə Şarlotta Brontenin "Ceyn Eyr" əsəri əsasında Culian Emyes tərəfindən çəkilən "Ceyn Eyr" televiziya serialında iştirak etmişdir. Televiziya serialında "Ceyn Eyr" personajını canlandırmışdır. Bu roluna görə 1985-ci ildə "CableACE Awards" mükafatının nominasiyasına layiq görülmüşdür.
Zilanlı
Zilanlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Zilanlı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Oykonim kürddilli zilanlı tayfasının adı ilə bağlıdır. == Tarixi == Rusiya-İran müharibəsi (1826–1828) sonra kürddilli zilanlı tayfasının nümayəndələri İrandan köçüb Azərbaycan ərazisində məskunlaşmışlar. Tayfa bir neçə tirəyə bölünmüşdür. XIX əsr mənbələrində göstərilmişdir ki, zilanlılar Hüseyn xan Zilanlının başçılığı ilə Azərbaycana gələrək bir sıra yaşayış məntəqələri salmışlar.28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Zilanlı kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Zilanlı Qubadlı rayonunun tərkibinə daxil edilmişdir.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Coğrafiyası == Zilanlı kəndi dağətəyi düzənlikdədir. == Əhalisi == 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.
Zilanlı (tayfa)
Zilanlı (kürd. Zîlanlî) — Azərbaycanda kürddilli tayfa ittifaqı. Rusiya-İran müharibəsindən (1826-1828) sonra zilanlılar İrandan köçüb Azərbaycan ərazisində məskunlaşmışlar. Tayfa bir neçə tirəyə bölünmüşdür. XIX əsr mənbələrində göstərilir ki, zilanlılar Hüseyn xan Zilanlının başçılığı ilə Azərbaycana gələrək bir sıra yaşayış məntəqələri salmışlar. Azərbaycanın Qubadlı rayonunda eyniadlı kənd mövcuddur. Zilanlı tayfa ittifaqının köçü ilk öncə Arazboyu ərazilərə olmuşdur. Zilanlı tayfa ittifaqı Buriki, Cəlali, Milaya, İradi, Zabuq, Cunuq, Çaxmanlı, Arizanlı və Halisanlı tayfalarından ibarət idi. Bu tayfaların bir qismi Arazboyu ərazilərə, əsas qismi isə İrəvan quberniyasının Naxçıvan qəzasına köçmüşdür.
Zilban
Ziliban — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Kənd əhalisi əsasən avarlardır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Zilhiccə
Zilhiccə - Hicri təqviminin 12-ci ayı. == Tarixi günlər == Zilhiccənin 7-si İmam Baqirin (ə) vəfatı günü. Zilhiccənin 10-12-i - Qurban bayramı Zilhiccənin 13-ü - Şeyx Müfidin doğum günü.
Zili
Zili — xovsuz xalça növünün ən maraqlı nümunələrindən biri. Zili zərif toxunuşlu olur. == Ümumi məlumat == Yaşlı xalçaçıların söylədiklərinə görə, Bərdə, Cəbrayıl, Naxçıvan, Şirvan, Abşeron, Xızı, Təbriz, Qazax və digər rayonlarda istehsal olunan zililər XVIII əsr – XIX əsrin əvvələrində Avropa və Rusiyaya ixrac olunurdu. "Zili" xalçalarının ən xarakterik xüsusiyyəti - heyvan və bitki elementlərinin üslublaşdırılmış formasıdır. Qarabağ tipinin xovsuz xalça növünə aid olan “Zili”, əsas etibarilə, Ağcabədi, Bərdə, Ləmbəran, Cəbrayıl, Naxçıvan rayonlarının xalçaçılıq müəssisələrində istehsal olunmuş və “Qarabağ Zili” adı ilə məşhurlaşmışdır. “Qarabağ zili”si “Qazax zili”sindən daha zərifdir, lakin “Bakı zili”sindən daha kobuddur. Bununla bərabər,onlar həm milli, həm də xarici bazarlarda əhəmiyyətli mövqe qazanmışlar. Qədim zamanlarda zili köçəri əhalinin məişətində geniş istifadə olunurdu, hal – hazırda isə yaşayış yerlərinin bəzəyi hesab olunur. Qarabağ zililəri bədii nöqteyi – nəzərdən kompozisiyasına və rəng çalarlarına görə Bakı və Qazax zililərindən fərqlidir. Kompozisiya şahmat sxemini xatırladır, onun kvadrat, düzbucaqlı və çoxbucaqlı formalı əsas elementləri Qarabağ tipi üçün səciyyəvidir.
Ziliban
Ziliban — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Kənd əhalisi əsasən avarlardır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Zilim (landşaft təbiət parkı)
Zilim landşaft təbiət parkı — yerli əhəmiyyətli qorunan təbiət abidəsi. Təbiət parkı 2005-ci ildə resursların bərpası, turizmin inkişafı və mövcud bioloji növlərin qorunması məqsədi ilə təşkil olunmuşdur. Park Başqırdıstanın xüsusən qorunan təbiət ərazisi statusuna malikdir. == Təsviri == Park ərazisində unikal təbiət kompleksi, nadir yayılmış bitki və heyvan növlərinə rast gəlmək olar. Başqırdıstan Respublikası Qafuri rayonu ərazisində, Zilim çayı hövzəsində yerləşir. Park 38,1 min ha ərazini əhatə edir. Park alçaq dağlıq əraziləri əhatə edir ki, burada da 68 mağara mövcuddur. Onlardan Oktyabrskaya və Kinderle mağaraları daha çox seçilir. == Flora == Park ərazisinin 90 % meşə ilə örtülmüşdür. Əsasən qarışıq və enliyarpaqlı meşələr üstünlük təşkil edir.
Zilli Namazov
Namazov Zilli Yunus oğlu — Azərbaycan kino aktyoru, ikinci rejissor, Azərbaycan Respublikasının əməkdar artisti (2019). == Həyatı == 1974-cü ildə İncəsənət institutunun kino-aktyor fakultəsində Adil İsgəndərovun kursunu bitirib,1976 ildən Azərbaycanfilmdə aktyor-rejissor kimi çalışır...Azərbaycanfilmin istehsal etdiyi 50-dən çox filmdə irili-xırdalı obrazlar yaradıb.Bundan əlavə "Belarusfilm","Mosfilm","İranfilm" və ABŞ-nın istehsal etdiyi filmlərdə çəkilib.Yaratdığı xarakterik obrazlarla tamaşıçıların qəlbinə yol tapan aktyor dublay olunan filmlərdə fəaliyyət göstərir.Gənc aktyorların formalaşmasında yaxından iştirak edir.Eyni zamanda görkəmli kino rejissoru Vaqif Mustafayevin çəldiyi filmlərində rejissor kimi işləyib.Hal-hazırda kino fəaliyyəti ilə yanaşı,televiziya sahəsində də,çalışır.Ailəlidir:oğlu İlkin Namazov da aktyor kimi çalışır. Zilli Namazov 27 dekabr 2021-ci ildə Bakı şəhərində xərçəng xəstəliyindən vəfat etmişdir. == Mükafatları == 31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == 777 №-li iş (film, 1992)(tammetrajlı bədii film) 777 №-li müəssisədə (film, 1988)(qısametrajlı bədii süjet-Mozalan № 129) Alman klinikasına şəxsi səfər (film, 1988)(tammetrajlı bədii film)-rol: Səlimov Bəlkə... (film, 1985) Bəyaz həyat (film, 2003) Bəyin oğurlanması (film, 1985) Bir ovuc torpaq (film, 2009) Bircəciyim (film, 1986) Birisigün, gecəyarısı... (film, 1981) Bumeranq (film, 1982) Dad (film, 1984) Dağıdılmış körpülər (film, 1996) Dalan (film, 2012) Dəvətnamə (film, 1989) Doğma sahillər (film, 1989) Əlavə iz (film, 1981) Gözlə məni (film, 1980) Güllələnmə təxirə salınır!... (film, 2002) Hər şey yaxşılığa doğru (film, 1997) Heydər Əliyev. Birinci film. General (film, 1996) Heydər Əliyev.
Zillisultan
Sultan Məsud mirzə Qovanlı-Qacar (1847-1918)-şahzadə, əyalət valisi == Həyatı == Sultan Məsud mirzə Nasirəddin şah oğlu 1847-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Anası İffətüssəltənə Mirzə Qulu bəy qızıdır. İffətüssəltənə Qacar elindən olmadığına görə Sultan Məsud mirzə vəliəhd təyin edilməmişdi. O, mükəmməl saray təlim-tərbiyəsi, təhsili almışdı. Yəminüddövlə və Zilliüssultan ləqəblərini daşıyırdı. Daha çox ikinci ləqəbi ilə tanınırdı. Nasirəddin şah böyük oğlunun xətrini çox istəyirdi. Ona şahlığında heç nəyi əsirgəməmişdi. Sultan Məsud mirzə çox ərköyün böyüdüyündən qaba xasiyyət olmuşdu. Var-dövlətə, hakimiyyətə çox hərisliyi vardı.
Zillur Rəhman
Zillur Rəhman (benq. জিল্লুর রহমান) — banqladeşli siyasi və dövlət xadimi. == Həyatı == Zillur Rəhman, 1929-cu il, martın 9-da vəkil ailəsində anadan olmuşdur. Ali təhsilini Dəkkə Universitetində tarix və hüquq ixtisası üzrə almışdır. 1952-ci ildə benqal azadlıq hərəkatına qoşulmuşdur. 1970-ci ildə o zaman Pakistanın bir hissəsi olan Banqladeş parlamentinə seçilmişdir. Banqladeşin tanınmayan milli hökümətinin fəal əməkdaşı idi. Ölkədə müstəqilliyin bərqərar edilməsindən sonra da siyasi fəaliyyətini davam etdirərək "Liqi Avami" partiyasının baş katibi oldu. 1973-cü ildən Banqladeş Parlamentinin üzvü idi. Prezident Micibur Rəhmanın ölümündən sonra ölkənin yeni hərbi rəhbərliyinin represiya təzyiqlərinə məruz qaldı.
Zilog Z80
Zilog Z80 – 8-bitli mikroprosessor. Zilog, Inc. şirkətinin istehsalı olan bu mikroprosessordan 1980-ci illərin başlanğıcında CP/M əməliyyat sistemi ilə işləyən mikrokompüterlərdə istifadə olunurdu. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Zilqala
Zilqala ― Çamlıhemşin Rizə ilçəsinin 12 km cənubunda, Fırtına vadisindəki bir keçiddə hündür bir təpə üzərində (dərə yatağından 100 metr, dənizdən 750 metr hündürlükdə) yerləşir. 8 bürc və bir müşahidə qülləsindən ibarət müdafiə xəndəyi vəziyyətindəki Zil dərəsinə nərdivanla düşülən bir qaladır və dəqiq tikilmə tarixi məlum deyil. == Tarixi == Taxta olan daxili konstruksiya çürüyüb yox olmuşdur. Bryera görə şimal divarına bitişik dördbucaq quruluşlu otaq bir girişlidir. Zil qala, Varoş qala, Bazar qalası ilk baxışda eyni memar tərəfindən tikilmiş və eyni məqsədlə istifadə olunmuş təəssüratı verir. Bryer, Trabzon İmperatorluğu dövründə ya şəxsən Komnenoslar, ya da İmperiyaya bağlı yerli Lordlar (məsələn: Zil qala üçün Həmşin Lordu Arhakel) tərəfindən tikildiyini güman etməkdədir. Bıjışkyan (1871) "Qayalığın üzərində yerləşən və Zilqala deyilən qədim bir qalanın içində insana heyrət verən kəmərli binalar və böyük bir qüllə var. Qalanın alt ucu, təpələrin üzərində başqa qalalara və qədim bir kilsə qalıqları olan Fırtına dərəsinə qədər uzanır" deyərək müşahidələrini danışarkən, təəssüf ki, qala tarixi haqqında məlumat verməmişdir. Osmanlının bölgəni fəth etdikdən sonra da qalanı bu adla hərbi məqsədlərlə istifadə etmişdir.
Zilqədə
Zilqədə - Hicri təqviminin 11-ci ayı. == Tarixi günlər == Zilqədənin 1-i İmam Rzanın (ə) bacısı Məsumənin (ə.s.) doğum günü. Zilqədənin 11-i İmam Rzanın (ə) doğum günü. Zilqədənin 29-u İmam Cavadın (ə) vəfatı günü.
Zilviyə
Zilviyə — Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncənin özünəməxsus şirniyyat növlərindən biri də Zilviyədir. Eyni zamanda zilviyənin hazırlanması ərəb ölkələrində, İran və Hindistanda da geniş yayılmışdır. Bu şirniyyat ərəb ölkələrində zlabiyə, zilabiyə, İranda zulbiyə, Hindistanda isə həm də jaləbi adı ilə tanınır. Keçmişdə Zilviyə Gəncə şəhərində Novruz bayramının əsas atributlarından biri hesab olunurdu. Zilviyəni əsasən Novruz bayramına bir neçə gün qalmış bişirər və bayram axşamı süfrəyə düzərdilər. Bayram axşamı süfrəyə qoyulan hər bir şirniyyat və çərəz özündə Novruzla əlaqədar müəyyən mənanı daşıdığı kimi, ən çox sarı və qırmızı rənglərdə bişirilən dairəvi formalı zilviyələr də martın 21-də gecə ilə gündüzün bərabərliyinə işarə imiş. Özünəməxsus dadı, ətri və rəngbərəng görünüşü ilə seçilən bu qədim şirniyyat növünün hazırlanması uzun vaxt və böyük zəhmət tələb etdiyindən artıq unudulmaq üzrədir. == Tərkibi == 3 stəkan un, 10 qr maya, 1 stəkan qatıq, 2 xörək qaşığı nişasta, 3 ədəd yumurta, 1,5 stəkan şəkər tozu, 1,5 stəkan su, 1,5 stəkan bitki yağı. == Hazırlanması == Buğda unu, yumurta ağı, qatıq, nişasta və maya həmçinin şərbət üçün şəkər və su, qızartmaq üçün isə bitki yağı götürülür. Zilviyə üçün 1 stəkan una 10 qr maya və ilıq su qatılmaqla xəmir yoğrulur.
Zilzal Surəsi
99-cu surə
Zilə Vəliyeva
Zilə Vəliyeva (tam adı: Zilə Vəliyeva, tatar. Зи́ля Вале́ева; 15 oktyabr 1952, Ufa, RSFSR, Başqırd MSSR, SSRİ) — Tatarıstan Respublikasının dövlət xadimi və siyasətçisi, Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi, fəlsəfə elmləri namizədi (2010).O, 20 il ərzində — 1992-2012-ci illərdə Rusiya Federasiyasında ənənəvi olaraq patriarxal müsəlman bölgələrindən biri olaraq qeyd olunan Tatarıstan Respublikasının birinci dərəcəli yüksək vəzifəli şəxslərdən biri və ən nüfuzlu qadın siyasətçi kimi çıxış etmişdir. O, həmçinin aktiv şəkildə regionu beynəlxalq səviyyyədə təmsil edir. Hazırda Zilə Vəliyeva Kazan Kremlinin Dövlət Muzeyinin Tarix və Memarlıq Kompleksinin direktoru, eləcə də Tatarıstanlı Qadınlar İctimai Birliyinin sədri, Tatarıstan Respublikasının YUNESKO üzrə Komissiyasının sədridir. == Bioqrafiyası == 1970–1980 — müxbir, sonralar Leninets (Ufa) respublika gənclər qəzetinin ədəbiyyat və incəsənət şöbəsinin müdiri; 1980-1982 — Veçernyaya Kazan (Kazan) qəzetinin müxbiri; 1982-1990 — müxbir, Sovetskaya Tatariya (Kazan) qəzetinin sosial məsələlər şöbəsinin müdiri; 1990-1992 — İzvestiya Tatarstana (Kazan) qəzetinin siyasət xəbərləri üzrə redaktoru; 1992-1995 — Tatarıstan Ali Soveti sədrinin birinci müavini; 1995-1999 — Tatarıstan Dövlət Şurasının sədr müavini; 1999-2001 — Tatarıstanın Mətbuat, teleradio və kütləvi informasiya vasitələri naziri; 2001-2005 — Tatarıstanın Baş nazirinin müavini; 2005-2011 — Tatarıstanın Baş nazirinin müavini və Mədəniyyət naziri; mart 2011 — may 2012 — Tatarıstanın Baş nazirinin müavini; 17 may 2012-bugünədək — Kazan Kremlinin Dövlət Muzeyinin Tarix və Memarlıq Kompleksinin direktoru. == Mükafatları == Şücaətli əməyə görə medal; "Sankt-Peterburqun 300 illik yubileyinə həsr olunmuş" medal (2003); "Kazanın 300 illik yubileyinə həsr olunmuş" medal (2005); Tatarıstan Respublikasının Prezidenti adından təşəkkür məktubu (2007); "Dostluq" ordeni (2008); Mədəniyyət sahəsində Rusiya Federasiyasının Dövlət mükafatı (2009).
Çjan Zilin
Çjan Zilin — 2007-ci ilin Dünya Gözəli
İrina Zilber
İrina Zilber (18 noyabr 1983) — Rusiyanı təmsil edən bədii gimnast. == Karyerası == İrina Zilber Rusiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.

Digər lüğətlərdə

бесконфли́ктный вка́лывать ка́рпия ла́яние намо́рщиться операти́вка переполо́х полупусты́нный с душо́й светосигна́л дроздо́вые изрыга́ть льно... ля́лька скле́пный служби́ст тоннокилометра́ж фью crenulate jeremiad knock-knees Mills second hand приказный упекать