ÇEŞİDLİ
ÇEŞMƏ
OBASTAN VİKİ
III Əhməd çeşməsi
III Əhməd çeşməsi — İstanbulda Topqapı sarayının giriş qapısı ilə Ayasofya arasında Nevşəhərli Kürəkən İbrahim Paşanın təklifi ilə III Əhməd tərəfindən Perayton adlı bir Bizans çeşməsinin yerinə inşa etdirilən çeşmə Osmanlı memarlığının şah əsəridir. Türk rokoko üslubunun ən gözəl nümunələrindən biri olan çeşmə 1728-ci ildə inşa edilmişdir. Memar Əhməd Ağa tərəfindən inşa edilmişdir. Çeşmənin künclərində yumşadılmış kənarları düzbucaqlı plandadır. Künclərində fəvvarələr olan çeşmə taxta saçaqlı bir dam ilə örtülmüşdür. Kənardan görünə bilən qübbələr yalnız görünüş üçün hazırlanmışdır. Üstündə muqarnas kəmər və üstündə çini kəməri var. Bu çinilərə həm klassik motiflər, həm də lalə və akantus yarpaqları kimi Avropa motifləri daxildir. Vazadaki çiçək motivləri qərbləşmə ilə Osmanlı bəzəklərində görünməyə başladı. III Əhməd kitabxanasında da bu çeşmədə olanlara bənzər bəzək əşyaları var.
Quşlu çeşmə üzərində qırxpillə
Quşlu çeşmə üzərində qırxpillə — Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Yuxarı Əylis kəndində 16–18 əsrlərə aid Quşlu çeşmə kəhrizi üzərində inşa edilmiş tarixi abidə. Onun inşasında əsasən yerli materiallardan və tuf daşlarından istifadə edilmişdir. Abidə kəhrizin yer səthinə çıxışının sonunda meyilli relyef şəra- itinin nəzərə alınması prinsipində inşa olunmuşdur. Abidənin hündürlüyü 2,2 m, eni 1,4 m, suyun çıxışının töküldüyü hovuzdan olan hündürlüyü 0,8 metrdir. Kəhrizin Quşlu çeşmə adlandırılması abidənin üzərində, suyun axdığı novun sağ və sol tərəfində daş üzərində həkk olunmuş quş rəsmlərinə görədir. Abidənin ətrafında aparılan bərpa işləri onun qarşı tərəfdən görünüşünü məhdudlaşdırmışdır.
Çeşman
Çeşman — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Osyedərə kənd inzibati ərazi vahidinin Çeşman kəndi Züvüc kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. Əhalisi 276 nəfərdir. Oykonim fars dilindəki çeşm (çeşmə, goz, bulaq) və -an (məkan və cəmlik bildirir) komponentlərindən düzəlib, "bulaq yeri, bulaqlar" deməkdir.
Çeşme
Çeşmə (İzmir)
Çeşmə
Çeşmə (İzmir)
Çeşmə-i Qulaməli
Çeşmə-i Qulaməli (fars. چشمه غلامعلي‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 401 nəfər yaşayır (101 ailə).
Çeşmə (Xoy)
Çeşmə — İranın Qərbi Azərbaycan ostanında kənd. Xoy şəhristanının Ətraf bölgəsində, Vələdyan kəndistanında, Xoy şəhərindən 15 km simal-şərqdədir.
Çeşmə (qəzet)
"Çeşmə" qəzeti — Azərbaycanda dərc olunmuş satirik qəzet. Qəzet 1991-ci il aprel ayının 1-də Lənkəran şəhərində yaradılmışdır. Şüarı "Dama-dama göl olar, yağa-yağa sel" idi. Təsisçi və baş redaktoru Sakin Məmmədzadə, redaktor: Ayaz Əhmədov idi. "Çeşmə"nin ilk sayının dünyada "Gülüş günü" kimi qəbul edilən 1 apreldə çapdan çıxması mətbu orqanın satirik mahiyyəti ilə bağlı idi. Qəzet əvvəlcə qeyri-leqal şəkildə çap olunub. 1992-ci ildə qeydiyyatdan keçib və leqal şəkildə fəaliyyət göstərib. 1993-cü ildən sonra isə yenidən qeyri-leqal şəkildə nəşrini davam etdirib. 1995-cü ildə mətbu orqanın redaktoru, yayılmasıda və satışında kömək edən şəxslər həbs olunublar. Bununla da qəzetin fəaliyyəti birdəfəlik dayandırıldı.
Çeşmə (İzmir)
Çeşmə (türk. Çeşme) — İzmir ilinin ilçəsi. İzmirin qərbində yer alır. İl mərkəzinə uzaqlığı 90 km-dir. İlçənin şərqində Urla ilçəsi, şimalında, qərbində və cənubunda Egey dənizi yerləşir. İlçənin sahəsi 285 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 44,363 nəfərdir.
Çeşmə Canqulu (Bicar)
Çeşmə Canqulu (fars. چشمه جان قلي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 105 nəfər yaşayır (28 ailə). Əhalisini kürdlər təşkil edir.
Çeşmə Dəniz Müharibəsi
Çeşmə dəniz döyüşü — 5–7 iyul 1770-ci il tarixlərində Rus donanması və Osmanlı Donanması arasında Çeşmə Körfəzində baş tutmuş döyüş. 1768–1774 Osmanlı-Rus Müharibəsinin bir parçası olan bu qarşıdurmanın nəticəsində Osmanlı Donanması Ruslar tərəfindən tamamilə yox edilmişdir. 1768-ci ildə Osmanlı-Rus Müharibəsi başladığında, Rusiyanın Qaradənizdə döyüş gəmisi olaraq sadəcə 6 xətt gəmisi var idi. Rus donanmasının böyük bir hissəsi Baltik Dənizində yerləşmişdir.1769-cu ilin noyabr ayında Rusiya Baltik Dənizindəki donanmasından iki donanma gəmisini dəyişik rotalarla Atlantik Okeanı və Cəbəllütariq boğazı yoluyla Aralıq dənizinə göndərdi. Rus donanmasının başçılığını Kont Aleksey Qriqoryeviç Orlov üstlənmişdi. Məqsəd Osmanlı Dövlətini zəiflətmək üçün Peleponnes Yarımadasındakı Yunanlar arasında bir üsyan çıxartmaq və Rusiya yanlısı bir Yunan dövlətinin qurulmasını təmin etməkdi. İki donanma gəmisi Aralıq dənizində birləşdi və Peleponnes Yarımadasına istiqamət götürdülər.50 rus əsgərinin köməyi ilə Mani bölgəsindəki Yunanlar arasında bir üsyan başlatmağı bacardı amma üsyan bütün yunanıstana yayılmadan Osmanlılar tərəfindən basdırıldı. Bu üsyana Orlov üsyanı (Yunanca: Ορλωφικά) deyilir. Yunanlar tərəfindən Yunan Müstəqillik Müharibəsinin nüvəsi olaraq qəbul edilir. Kaptan-ı dərya Mandalzadə Hüsaməddin Paşanın rəhbərliyindəki Osmanlı donanması ilk növbədə Yunan üsyanının basdırmaq üçün Peleponnes Yarımadasında Mora Yenişəhəri(hazırkı Nafplion) qabağında dayanırdı.
Çeşmə Kazım (Bicar)
Çeşmə Kazım (fars. چشمه كاظم‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 93 nəfər yaşayır (25 ailə). Əhalisini kürdlər təşkil edir.
Çeşmə Kürə (Bicar)
Çeşmə Kürə (fars. چشمه كوره‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 184 nəfər yaşayır (40 ailə). Əhalisini kürdlər təşkil edir.
Çeşmə Mantaş (Bicar)
Çeşmə Mantaş (fars. چشمه منتش‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,012 nəfər yaşayır (228 ailə). Əhalisini kürdlər təşkil edir.
Çeşmə Qulu (Bicar)
Çeşmə Qulu (fars. چشمه قلي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 153 nəfər yaşayır (36 ailə). Əhalisini kürdlər təşkil edir.
Çeşmə Rubah (Bicar)
Çeşmə Rubah (fars. چشمه روباه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 237 nəfər yaşayır (58 ailə). Əhalisini kürdlər təşkil edir.
Çeşmə Səngin (Bicar)
Çeşmə Səngin (fars. چشمه سنگين‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 125 nəfər yaşayır (27 ailə). Əhalisini kürdlər təşkil edir.
Çeşmə Xəlil (Bicar)
Çeşmə Xəlil (fars. چشمه خليل‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 56 nəfər yaşayır (14 ailə). Əhalisini kürdlər təşkil edir.
Çeşmə başı kahaları
Çеşmə bаşı kаhаlаrı — Аzа kəndinin şimаl-şərqində yеrləşir. Kаhаlаr ətrаf yеrlərə nisbətən bir qədər hündürlükdə оlаn təpənin cənub-şərq tərəfində qаzılmışdır. Оnlаrın girişi tаğvаri fоrmаdаdır. Tоrpаğın аşınmаsı zаmаnı kаhаlаrın girişi uçаrаq içəriyə оlаn kеçidi kəsmişdir. Tədqiqаt zаmаnı kаhаlаrın ətrаfındаn Sоn Оrtа əsrlərə аid kеrаmikа pаrçаlаrı аşkаr оlunmuşdur. Kаhаlаrı 18-19 əsrlərə аid еtmək оlаr.
Mirqasım Çeşmazər
Mirqasım Çeşmazər ― 1954-1959-cu illərdə Azərbaycan Demokrat Firqəsinin sədri, alim. Azərbaycan Milli Hökuməti dövründə Təbriz fədai dəstələrinin komendantı, Seyid Cəfər Pişəvərinin köməkçisi, Azərbaycan Radio komitəsinin sədri olub. Mirqasım Mikayıl oğlu Çeşmazər 1920-ci ildə anadan olub. 1944-cü ildə yaradılmış Tudə partiyasının Təbriz Komitəsinin üzvü olub. Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü olub. 1945-ci il dekabrın 10-dan 1946-cı il yanvarın 15-ə qədər Təbriz fədai dəstələrinin komendantı, 1946-cı ilin yanvar ayından iyun ayına qədər S.C.Pişəvərinin köməkçisi olub. 1946-cı il aprelin 26-da Azərbaycan Radio komitəsinin nəzdində açılmış Təbriz radiosunun sədri olub. 1946-cı il sentyabrın 3-də Azərbaycan Demokrat Firqəsinin yaradılmasının birinci ildönümündə milli-demokratik hərəkatda iştirak etdiyi üçün "Səttarxan" ordeni ilə təltif olunub. 1946-cı ildə S.C.Pişəvəri, Mirqasım Çeşmazər və digərlərinin təşəbbüsü ilə Tehran qoşununun Azərbaycana gəlməsinə müqavimət göstərmək məqsədi ilə "Babək müqavimət dəstəsi" yaradılıb. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Bakıya gəlib.
Pənc Çeşmə körpüsü
Pənc Çeşmə köprüsü — Şərqi Azərbaycan ostanının Bünab şəhərində Sufiçay üzərində yerləşən Səfəvilər dövrünə aid tarixi abidə. Yerli əhali tərəfindən Beşgözlü körpü də adlandırılan Pənc Çeşmə köprüsü Şərqi Azərbaycan ostanının Bünab şəhərinin şərqində dairəvi yolun 1 kilometr məsafəsində Sufiçay üzərində yerləşir. Bu hissədə çayın eni 60 metrdən artıqdır. Körpünün tikilmə tarixi barədə dəqiq məlumat olmasa da, tarixçilər güman edir ki, körpü Səfəvi dövrü abidəsidir. Buna baxmayaraq bəzi tarixçilər körpünün Sasanilər dövründə inşa edilib, Səfəvilər dövründə isə yenidən bərpa edildiyi fikrini irəli sürürlər. Abidənin kim tərəfindən inşa edildiyi barədə məlumat yoxdur. Körpü 5 paralel tağ üzərində inşa edilmişdir. Bu tağlar daşqınlar zamanı körpünü aşmaqdan və dağılmaqdan qoruyur. Ortada yerləşən tağ digərlərinə nisbətən daha böyükdür. Körpünün uzunluğu 50 metr eni isə 4,8 metrdir.
Çeşmə (dəqiqləşdirmə)
Çeşmə (İzmir)
Çeşmə dəniz döyüşü
Çeşmə dəniz döyüşü — 5–7 iyul 1770-ci il tarixlərində Rus donanması və Osmanlı Donanması arasında Çeşmə Körfəzində baş tutmuş döyüş. 1768–1774 Osmanlı-Rus Müharibəsinin bir parçası olan bu qarşıdurmanın nəticəsində Osmanlı Donanması Ruslar tərəfindən tamamilə yox edilmişdir. 1768-ci ildə Osmanlı-Rus Müharibəsi başladığında, Rusiyanın Qaradənizdə döyüş gəmisi olaraq sadəcə 6 xətt gəmisi var idi. Rus donanmasının böyük bir hissəsi Baltik Dənizində yerləşmişdir.1769-cu ilin noyabr ayında Rusiya Baltik Dənizindəki donanmasından iki donanma gəmisini dəyişik rotalarla Atlantik Okeanı və Cəbəllütariq boğazı yoluyla Aralıq dənizinə göndərdi. Rus donanmasının başçılığını Kont Aleksey Qriqoryeviç Orlov üstlənmişdi. Məqsəd Osmanlı Dövlətini zəiflətmək üçün Peleponnes Yarımadasındakı Yunanlar arasında bir üsyan çıxartmaq və Rusiya yanlısı bir Yunan dövlətinin qurulmasını təmin etməkdi. İki donanma gəmisi Aralıq dənizində birləşdi və Peleponnes Yarımadasına istiqamət götürdülər.50 rus əsgərinin köməyi ilə Mani bölgəsindəki Yunanlar arasında bir üsyan başlatmağı bacardı amma üsyan bütün yunanıstana yayılmadan Osmanlılar tərəfindən basdırıldı. Bu üsyana Orlov üsyanı (Yunanca: Ορλωφικά) deyilir. Yunanlar tərəfindən Yunan Müstəqillik Müharibəsinin nüvəsi olaraq qəbul edilir. Kaptan-ı dərya Mandalzadə Hüsaməddin Paşanın rəhbərliyindəki Osmanlı donanması ilk növbədə Yunan üsyanının basdırmaq üçün Peleponnes Yarımadasında Mora Yenişəhəri(hazırkı Nafplion) qabağında dayanırdı.
Çeşmi-afət xanım
Çeşmi-afət xanım (1830 – 11 noyabr 1907) — Osmanlıların Misir və Sudan hakimi, ilk Misir xədivi İsmayıl Paşanın üçüncü xanımı. == Həyatı == Əslən şimali Qafqaz əsilli olan Çeşmi-afət xanım təxminən 1830-cu ildə dünyaya gəldi. Misirə gəlişi və saraya necə alındığı məlum deyil. Ancaq İsmayıl Paşaya Misirdəki hakimiyyətini ələ aldıqdan sonra təqdim edildiyi bilinir. Paşanın üçüncü xanımı olması səbəbilə "Üçüncü Şahzadə" ünvanı aldı. İsmayıl Paşanın vəzifədən alındığı 1879-cu ilədək bu ünvanı daşıyan Çeşmi-afət xanım Misirdə Kiçik xanım olaraq anılmağa başlandı. Cütlüyün bu nigahdan övladı olmadı və bu səbəblə, Çeşmi-afət xanım xeyriyyə işləriylə məşğul oldu. 1873-cü ildə əl-Suyufiyyədə ilk Qızlar məktəbinin əsasını qoydu. Bu onun Misirdəki şöhrətini daha da artırdı. 1879-cu ildə ərinin vəzifədən alınmasından sonra onunla birlikdə öncə Neapolda, ardından İstanbulda sürgün həyatı yaşayan Çeşmi-afət xanım ərinin 1895-ci ildə İstanbulda vəfatından sonra cənazəylə birlikdə Qahirəyə döndü.
Çeşmə-Əyyub məqbərəsi
Çeşmə-Əyyub məqbərəsi— Buxaranın (Özbəkistan) ən sirli tikililərindən biridir; ənənəvi olaraq ziyarət edilən yer, əfsnəyə görə İncildəki Əyyub-peyğəmbərin iradəsi ilə yaranmış bulağı olan quyu. Binanın qeyri-adi görünüşü və quruluşa malikdir, mürəkkəb və tam aydın olmayan tikinti tarixi var. Məzar Qaraxanilərin nümayəndəsi II Məhəmməd xan Qaraxaninin hakimiyyəti dövrünə, yəni 12-ci əsrə aid edir. Binanın içərisindəki lövhədəki yazıda onun 1379–1380-ci illərdə Əmir Teymurun dövründə Əmir Həccac adlı şəxs tərəfindən ucaldıldığı bildirilir. Binanın girişə ən yaxın olan şərq yarısı 14–16-cı əsrlərdə əlavə edilmişdir. Bu memarlıq abidəsi müxtəlif dövrlərdə S. M. Kirov və Samanilərin adlarını daşıyan şəhərin mərkəzi mədəniyyət və istirahət parkında yerləşir. 1930-cu illərə qədər bu ərazidə kiçik ölçülü qəbiristanlıq yerləşirdi. "Sayli nau" (Yeni il) qeyd edildikdən sonra qəbiristanlıqda Çeşma-Əyyub məzarının yanında (həmçinin İsmayıl Samaninin məzarının yanında") əsasən qadınların iştirak etdiyi ölülərin xatirəsin yadetmə -"Sayli mazor" keçirilirdi.. 1991-ci ildən Çeşmə-Əyyubda Buxara Su Təchizatı Tarixi Muzeyinin ekspozisiyası fəaliyyət göstərir. Burada Buxara vahəsinin su təchizatının tarixi, su qurğularının növləri və bu tikililərin inkişafı təqdim olunur.

Digər lüğətlərdə