üzmək
üzrə
OBASTAN VİKİ
Üzr videosu
Üzr videosu — məşhur birinin ictimai tənqid və ya əks reaksiyadan sonra üzr istədiyi video. İnternet məşhurlarının üzr istəməsi və ya tənqid və ya əks reaksiyaya video şəklində cavab verməsi adi haldır. Xüsusilə YouTuberlərdən üzrxahlıq videoları bir janr kimi təsvir edilmişdir və platformada mem olmuşdur. Onların əksəriyyəti izləyicilərin rəğbətini qazanmaq üçün məqsədyönlü şəkildə təşkil edilir. Üzrxahlıq videosunu çəkən şəxslər izləyicilərinə uyğunluq, orijinallıq və ya səmimilik göstərmək üçün makiyaj etməməyi, saçlarını səliqəsizləşdirməyi və ya ağlayırmış kimi davranmağı seçə bilər. Xüsusilə videonun əvvəlində məcburi ah çəkmə də tez-tez olur. Çəkiliş yeri ilə əlaqədar olaraq, çoxları videolarında hər hansı bir zənginlik göstərməkdən qaçmaq və daha orijinal görünüş və hiss yaratmaq üçün zəif və ya təbii işıqlandırmadan istifadə etmək istəyə bilər. Bununla üzrxahlıq videosunu çəkən şəxs zəiflik nümayiş etdirmək və auditoriyası ilə arasındakı güvən səviyyəsini artırmaq istəyir. YouTube-da üzr videolarının uzunluğu bir dəqiqədən bir saata qədər dəyişir və adətən qeyri-müəyyən adlandırılır. Bu videoların miniatürü adətən sözügedən YouTube istifadəçisini minimal və ya heç makiyajsız halda səmimi, gözləri yaşla dolu bir ifadə ilə göstərir.
Dəyanət işləri üzrə rəhbərlik (Türkiyə)
Dəyanət işleri üzrə rəhbərlik — 3 mart 1924-cü il tarixində Şəriət və Vəqflər Nazirliyinin yerinə qurulan, İslam dininin inancları, ibadətləri və əxlaqi prinsipləri ilə əlaqəli işlərin aparılması, cəmiyyəti din haqqında maarifləndirmə və ibadət yerlərinin idarə olunması ilə məşğul olan qurum. Mustafa Kamal Atatürkün əmri ilə 429 saylı qanuna əsasən Türkiyə Cümhuriyyətinin Baş Nazirliyinə bağlı bir təşkilat olaraq quruldu. 9 iyul 2018-ci ildə ölkənin prezidentlik sisteminə keçməsi ilə təşkilat da Cümhuriyyət başçılığının tabeliyinə keçdi. Konstitusiyanın 136-cı maddəsində belə bir bənd yer alır: 2020 üçün illik büdcəsi 11.519.609.000 Tl təşkil edir.
Elm və Texnologiya üzrə Alman İnstitutu
Elm və Texnologiya üzrə Alman İnstitutu (ing. German Institute of Science and Technology – GIST) — Münhen Texniki Universitetinin Sinqapur filialı == Tarixi == İnstitut Sinqapur Milli Universiteti və Nanyanq Texnoloji Universiteti ilə Münhen Texniki Universitetinin əməkdaşlığı çərçivəsində 2002-ci ildə fəaliyyətə başlamışdır.
Elm və dünya əlaqələri üzrə Paquoş konfransı
Elm və dünya əlaqələri üzrə Paquoş konfransı (ing. Pugwash Conferences on Science and World Affairs) — sülh, tərksilah və beynəlxalq təhlükəsizlik tərəfdarı olan, nüvə müharibəsinin qarşısının alınması üçün elmi əməkdaşlıq. Paquoş hərəkatı 1955-ci ildə, o cümlədən Albert Eynşteyn, Frederik Jolio-Küri, Bertran Rassel, Maks Born, Leopold İnfeld, Persi Bricmen, Cozef Rotblat və Laynus Polinq daxil olmaqla 11 dünyaca şöhrətli alimlər arasında yaranmışdır. Hərəkat nüvə enerjisinin hərbi məqsədlər üçün istifadəsinə qarşı qurulan konfrans idi. 1957-ci il 7-10 iyul tarixində Amerikalı sənayeçi Sayrus İtonun dəstəyi ilə alimlərin ilk görüşü keçirilmişdir. == Əsas mərhələləri == 1987-ci ildə Paquoş Beynəlxalq Tələbə və Gənclər hərəkatı yaradılmışdır. 2013-cü ildən etibarən Avropa ölkələrinin "AvroPaquoş" Paquoş komitələri birliyi fəaliyyət göstərir və beynəlxalq forumlar hər il müxtəlif ölkələrdə keçirilirdi. Paquoş hərəkat iştirakçılarının ideyalarının yayılması üçün dövri nəşrlər buraxılırdı:"Elm və dünya əlaqələri üzrə Paquoş konfransı"(1957-ci ildən etibarən hər il), "Paquoş Xəbər bülleteni" (1963-cü ildən), "Paquoş Nadir sənədlər" (2000-ci ildən), xüsusi monoqrafiyalar və hesabatlar. 1957-ci ildən 1967-ci ilədək Elm və dünya əlaqələri üzrə Paquoş komitəsinin sədri Bertran Rassel olmuşdur. 1967-ci ildə elm adamları Paquoş Hərəkatının prezidenti vəzifəsini təsis edənlər: Con Kokroft Xouard Flori Frensis Perren Mixail Millonşikov Yevgeni Rabinoviç Hannes Alven Doroti Xockin Cozef Rotblat Maykl Frensis Atya Monokompu Svaminatan Cayanta Canapala 2017-ci ildə Sercio Duarte prezident seçildi..
Filmfare Ən Yaxşı Aktyor üzrə Tənqidçilər Mükafatı
Filmfare Ən Yaxşı Aktyor üzrə Tənqidçilər Mükafatı — Filmfare Mükafatlarına daxil olan və hər il Filmfare tərəfindən tənqidçilər tərəfindən bəyənilən Hind filmlərinə təqdim olunan mükafatdır.
Fizika üzrə "Nobel" mükafatı
Fizika üzrə Nobel mükafatı (isv. Nobelpriset i fysik) — İsveç Kral Elmlər Akademiyası tərəfindən fizika sahəsi üzrə insanlığa əlamətdar töhfələr verənlər üçün hər il təqdim olunan mükafat. Bu mükafat Alfred Nobelin istəyi ilə 1895-ci ildə əsası qoyulan və 1901-ci ildən hər il verilən beş Nobel mükafatından biridir. Digər mükafatlar Kimya üzrə Nobel mükafatı, Ədəbiyyat üzrə Nobel mükafatı, Nobel sülh mükafatı və Fiziologiya və tibb üzrə Nobel mükafatıdır. Fizika üzrə ilk mükafatı rentgen şüasının kəşfində göstərdiyi xidmətlərinə görə Vilhelm Rentgen almışdır. Bu mükafat Nobel Fondu tərəfindən idarə olunur və bir alimin fizika sahəsi üzrə ala biləcəyi ən prestijli mükafat hesab edilir. Mükafat Stokholmda 10 dekabr Alfred Nobelin ölüm ildönümü ilə bağlı illik mərasimdə təqdim olunur. 2019-cu ilə qədər 212 nəfər bu mükafata layiq görülmüşdür. == Arxaplan == Alfred Nobel son vəsiyyətnaməsində bildirdi ki, onun sərvəti fizika, kimya, sülh fizialogiya və ya tibb və ədəbiyyat sahəsində "bəşəriyyətə böyük fayda verənlər" üçün mükafatlar seriyası yaratmağa istifadə olunsun. Nobel həyatı boyunca bir neçə vəsiyyətnamə yazsa da axrıncısı ölümündən bir il əvvəl yazıldı və 1895-ci ilin 27 noyabr tarixində Parisdə İsveç-Norveç Klubunda imzalandı.
Fizika üzrə Nobel mükafatı

Fizika üzrə Nobel mükafatı laureatlarının siyahısı
Fizika üzrə Nobel mükafatı (isv. Nobelpriset i fysik) — İsveç Kral Elmlər Akademiyası tərəfindən fizikanın müxtəlif sahələri üzrə elm adamlarına təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş beş Nobel mükafatından biridir, hansı ki, fizika sahəsi üzrə insanlığa əlamətdar töhfələr verənlərə təqdim olunur. Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və Royal İsveç Elmlər Akademiyası tərəfindən seçilmiş beş üzvdən ibarət komitə tərəfindən verilir. Mükafat Stokholmda 10 dekabr — Alfred Nobelin ölüm ildönümü ilə bağlı illik mərasimdə təqdim olunur. Laureatlar bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alırlar. == Statistika == 2023-cü ildən etibarən mükafat 224 şəxsə təqdim edilmişdir. Fizika üzrə Nobel mükafatına ilk dəfə 1901-ci ildə alman fiziki Vilhelm Rentgenə layiq görülmüşdür. Ona verilən mükafat pulunun məbləği 150.782 İsveç kronu təşkil edirdi, 2007-ci ilin dekabr ayında bu məbləğ 7.731.004 İsveç kronuna bərabər idi. Con Bardin bu sahə üzrə mükafatı iki dəfə qazanan yeganə laureatdır (1956 və 1972-ci il).
Fiziologiya və tibb üzrə Nobel mükafatı
Nobel Tibb və Fiziologiya mükafatı — tibb və fiziologiya sahəsində yüksək elmi nailiyyətlər əldə etmiş, kəşflərə imza atmış alimlərə təqdim edilən mükafat
Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının siyahısı
Fiziologiya və ya tibb üzrə Nobel mükafatı — (isv. Nobelpriset i fysiologi eller medicin) Karolinska İnstitutu tərəfindən fiziologiya və ya tibbin müxtəlif sahələri üzrə alimlərə və həkimlərə təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş edilmiş beş Nobel mükafatından biridir. Bu mükafatlar kimya, fizika, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahələri üzrə əlamətdar töhfələr verənlərə təqdim olunur. Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və beş üzvdən ibarət bir komitə və Karolinska İnstitutu tərəfindən seçilmiş bir icra katibi tərəfindən verilir. Əsasən Tibb üzrə Nobel mükafatı olaraq adlandırılsa da, Nobel vəsiyyətində mükafatın xüsusi ilə "fiziologiya və ya tibb" üzrə veriləcəyini qeyd etmişdir. Bu səbəbdən mükafat daha geniş sahələr üzrə verilə bilər. Fiziologiya və ya tibb üzrə ilk Nobel mükafatı 1901-ci ildə almaniyalı Emil fon Berinqə verildi. Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır. 1901-ci ildə Behrinqə verilən mükafat məbləği 150.782 isveç kronu idi, bu məbləğ 2008-ci ilin dekabr ayında 7.731.004 isveç kronuna bərabər idi.
Fiziologiya və ya tibb üzrə "Nobel" mükafatı
Nobel Tibb və Fiziologiya mükafatı — tibb və fiziologiya sahəsində yüksək elmi nailiyyətlər əldə etmiş, kəşflərə imza atmış alimlərə təqdim edilən mükafat
Fiziologiya və ya tibb üzrə Nobel mükafatı
Nobel Tibb və Fiziologiya mükafatı — tibb və fiziologiya sahəsində yüksək elmi nailiyyətlər əldə etmiş, kəşflərə imza atmış alimlərə təqdim edilən mükafat
Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatlarının siyahısı
Fiziologiya və ya tibb üzrə Nobel mükafatı — (isv. Nobelpriset i fysiologi eller medicin) Karolinska İnstitutu tərəfindən fiziologiya və ya tibbin müxtəlif sahələri üzrə alimlərə və həkimlərə təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş edilmiş beş Nobel mükafatından biridir. Bu mükafatlar kimya, fizika, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahələri üzrə əlamətdar töhfələr verənlərə təqdim olunur. Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və beş üzvdən ibarət bir komitə və Karolinska İnstitutu tərəfindən seçilmiş bir icra katibi tərəfindən verilir. Əsasən Tibb üzrə Nobel mükafatı olaraq adlandırılsa da, Nobel vəsiyyətində mükafatın xüsusi ilə "fiziologiya və ya tibb" üzrə veriləcəyini qeyd etmişdir. Bu səbəbdən mükafat daha geniş sahələr üzrə verilə bilər. Fiziologiya və ya tibb üzrə ilk Nobel mükafatı 1901-ci ildə almaniyalı Emil fon Berinqə verildi. Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır. 1901-ci ildə Behrinqə verilən mükafat məbləği 150.782 isveç kronu idi, bu məbləğ 2008-ci ilin dekabr ayında 7.731.004 isveç kronuna bərabər idi.
Futbol üzrə Azərbaycan çempionatı 1998/1999
Azərbaycan Premyer Liqası 1998/1999 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 8-ci Azərbaycan çempionatıdır. == Altılıq mərhələsi == 1–6-cı yerlər uğrunda 1. "Kəpəz" 10 8 1 1 17–7 25 2. "Şəmkir" 10 5 1 4 10–10 16 3. "Neftçi" 10 4 3 3 11–7 15 5. "Qarabağ" 10 3 3 4 5–8 12 4. ANS-Pivani 10 2 3 5 5–8 9 6. "Dinamo" (B) 10 2 1 7 6–14 7 7–10-cu yerlər uğrunda 7. "Turan" 6 4 2 0 17–6 14 8. "Viləş" 6 2 3 1 16–12 9 9.
Futbol üzrə Azərbaycan çempionatı 1999/2000
Azərbaycan Premyer Liqası 1999/2000 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 9-cu Azərbaycan çempionatıdır.
Futbol üzrə Azərbaycan çempionatı 2000/2001
Azərbaycan Premyer Liqası 2000/2001 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 10-cu Azərbaycan çempionatıdır.
Futbol üzrə Azərbaycan çempionatı 2001/2002
Azərbaycan Premyer Liqası 2001/2002 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 11-ci Azərbaycan çempionatıdır. Çempionatın 2-ci mərhələsində klublar və AFFA arasında yaranan münaqişəyə görə çempionat yarımçıq dayandırılmış və klublarımız Avropa klub turnirlərinə buraxılmamışdır. Yarışı yarımçıq dayandıran klublar öz yaratdıqları Təşkilat Komitəsinin təşəbüsü ilə çempionatı davam etdirib. Lakin "alternativ çempionat" kimi tarixə düşən həmin hissə qeyri-rəsmi qalıb. Çünki AFFA, PFL, UEFA və FİFA bu nəticələri tanımayıb.
Futbol üzrə Azərbaycan çempionatı 2002/2003
Azərbaycan Premyer Liqası 2002/2003 — Çempionat ötən mövsümün sonlarında klublar və AFFA arasında yaranan münaqişəyə görə keçirilməmişdir. Bununla əlaqədar olaraq klublarımız Avropa klub turnirlərinə ardıcıl 2-ci il olaraq buraxılmamışdır.
Futbol üzrə Azərbaycan çempionatı 2003/2004
Azərbaycan Premyer Liqası 2003/2004 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 12-ci Azərbaycan çempionatıdır.
Futbol üzrə Azərbaycan çempionatı 2004/2005
Azərbaycan Premyer Liqası 2004/2005 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 13-cü Azərbaycan çempionatıdır. Çempionatın sonunda Neftçi və Xəzər-Lənkəran eyni xal yığdıqları üçün çempionu müəyyən etmək üçün "Qızıl oyun" keçirilmişdir. Həmin qarşılaşmada 2-1 hesabıyla qalib gələn Neftçi komandası 5-ci çempionluğunu qeyd etmişdir.
Futbol üzrə Azərbaycan çempionatı 2005/2006
Azərbaycan Premyer Liqası 2005/2006 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 14-cü Azərbaycan çempionatıdır.
Futbol üzrə Azərbaycan çempionatı 2006/2007
Azərbaycan Premyer Liqası 2006/2007 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 15-ci Azərbaycan çempionatıdır.
Futbol üzrə Azərbaycan çempionatı 2007/2008
Azərbaycan Premyer Liqası 2007/2008 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 16-cı Azərbaycan çempionatıdır.
Futbol üzrə Azərbaycan çempionatı 2008/2009
Azərbaycan Premyer Liqası 2008/2009 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 17-ci Azərbaycan çempionatıdır.
FİFA Çimərlik futbolu üzrə Dünya Kuboku
Çimərlik futbolu üzrə Dünya Kuboku — FIFA tərəfindən ildə bir dəfə çimərlik futbolu üzrə keçirilən beynəlxalq turnir. İlk Dünya çempionatı 1995-ci ildə Braziliyada, Rio-de-Janeyro çimərliklərində keçirilmiş və 2001-ci ildə Portuqaliya komandası çempionatda qələbə çalanadək ilk 6 çempionatın qalibi Braziliya yığması olmuşdur. 2005-ci ilədək Dünya çempionatının təşkilatçısı mənzil-qərargahı İspaniyada yerləşən və əsas məqsədi bu idman növünün məşhurlaşdırılması olan BSW (Beach Soccer Worldwide) təşkilatı idi. 2005-ci ildə FIFA-nın strukturunda yeni bölmə — FIFA Beach Soccer S.L. (mənzil-qərargahı Barselona, İspaniya) yaradıldıqdan sonra turnir onun egidası altında keçirilməyə başlandı. Turnirin əvvəlki adı — Beach Soccer World Championships dəyişdirilərək Beach Soccer World Cup oldu. Yəni, dünya çempionatı əvəzinə, dünya kuboku adlandırıldı, oyunların keçirilmə qaydaları və reqlament isə dəyişməz qaldı. Braziliya yığması 16 çempionatdan 13-də qələbə qazanmış, Portuqaliya (2001), Fransa (2005) və Rusiya (2011) isə hərəyə bir dəfə çempion olmuşlar. 1995-2007-ci illərdə turnirə ev sahibliyini daimi olaraq Braziliya yerinə yetirirdi. Lakin, turnir FIFA-nın sərəncamına keçdikdən sonra ev sahibi olacaq ölkənin qitələr üzrə rotasiya qaydasında seçilməsi qərara alındı. Beləliklə, 2008-ci ildə turnir Avropada (Marsel, Fransa), 2009-cu ildə isə Asiyada (Dubay, BƏƏ) keçirildi.
Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı
Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (ing. Individual Partnership Action Plans; IPAP) — NATO ilə müxtəlif ölkələr arasında hazırlanmış, hər iki tərəf arasında dialoq və əməkdaşlıq üçün kommunikasiyanın məqsədlərini və çərçivəsini müəyyən edən planlar. NATO FTüƏP təşəbbüsünü 2002-ci ildə Praqa Sammitində irəli sürmüşdür. == İştirak == Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı aşağıdakı ölkələrdə tətbiq olunur: Gürcüstan (29 oktyabr 2004) Azərbaycan (27 may 2005) Ermənistan (16 dekabr 2005) Qazaxıstan (31 yanvar 2006) Moldova (19 may 2006) Bosniya və Herseqovina (10 sentyabr 2008) Serbiya (15 yanvar 2015) Azərbaycan, Ermənistan, Moldova, Qazaxıstan və Serbiya hazırda NATO-ya üzv olmaq niyyətində olmadıqlarını bildirsələr də, onların hamısı NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramında iştirak edirlər. Gürcüstan və Ukrayna hazırda NATO-ya üzvlük üçün intensivləşdirilmiş dialoqdan keçir, Bosniya və Herseqovinanın isə Üzvlük Fəaliyyət Planı var və NATO-ya daxil olmaq üçün fəal çalışır.

Digər lüğətlərdə