üçyarpaq

1) is. bot. trèfle m ; 2) sif. trifolé, -e, à trois feuilles

üçvəznli
üçyaruslu
OBASTAN VİKİ
Üçyarpaq jenşen
Üçyarpaq jenşen (lat. Panax trifolius) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin jenşen cinsinə aid bitki növü.
Üçyarpaq oxyarpaq
Üçyarpaq oxyarpaq - (lat. Sagittaria trifolia L.) — IUCN Qırmızı Siyahısına görə növün “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir. Azərbaycanda az rast gəlinən, nadir növdür. Çoxillik 20-50 sm hündürlükdə ot bitkisidir. Kökümsovu kökyumrulu zoğlar əmələ gətirən topaşəkilli ipvari köklüdür. Yarpaqları oxvari, üçbucaq və ya uzunsov-üçbucaq formalı sivri ayalı, ensiz üçbucaqlı, sivriləşmiş dilimlidir. Ləçəkləri ağ rəngdə olub, qaidəsində tünd – qırmızı, ləkəsizdir. Erkəkciklərin tozcuqları sarı rəngdədir. Meyvəcikləri düzgün olmayan üçbucaqlıdır, yan tərəflərdən bərk sıxılmışdır, üst və alt tərəfdən enli qanadlıdır, təpə hissədə qısa əyilmiş buruncuqludur Çiçəkləmə və meyvə əmələgətirmə dövrü iyun—avqust aylarına təsadüf edir. Toxumlarla və vegetativ yolla çoxalır.
Üçyarpaq ponsirus
Mərkəzi Çində və Himalayda yayılmışdır. Yarpaqlarını tökən, çadırvari çətirə malik tikanlı kol, yaхud ağacdır. Budaqlarının qabığı yaşılımtıl-bozdur. Zoğları yaşıl, çılpaq, künclü və tikanlıdır. Üçər yarpaqları növbəli düzülüşlü, saplaqları qanadlıdır. Yarpaqcıqları oturaq, tərs yumurtavaridir. Aprel-may aylarında çiçəkləyir, meyvələri oktyabrda yetişir. Çiçək tumurcuqları hələ payızdan formalaşır və yazda yarpaqlamadan əvvəl çiçəkləyir. Çiçəkləri ağ olub, tikanların əsasında yerləşir. Meyvələri yumru, çoхtoхumlu giləmeyvədir, ətirlidir, yetişəndə qızılı-sarı rəng alır.
Üçyarpaq pteleya
Şimali Amerikada — Ontorio və Nyu-Yorkdan Floridaya, Şimal-qərbi Minnesatiyaya qədər yayılmışdır. 6–8 m-ə qədər hündrlükdə şarşəkilli çətirə malik ağacdır. Gövdəsinin qabığı tünd boz rəngdə olub, üzəri ziyilli şişlərlə örtülüdür. Cavan budaqları qabaqca yaşımtıl, ikinci il qırmızı-qonur rəngdə olur, seyrək tükcüklüdür. Yarpaqları üçər, yarpaqcıqları uzunsov-ellipsvarı və ya yumurtavari, 6–12 sm uzunluqdadır. Üstdən parlaq, tünd yaşıl, altdan azca yaşıl rəngli olub, çılpaqdır. Yarpağın saplağının ümumi uzunluğu yarpaqcıqların uzunluğuna bərabərdir. Çiçəkləri 1 sm-ə qədər diametrdə olan ellipsvarı və ya bəzən tərs lansetvarı, yaşılımtıl-ağ rəngli ləçəklərə malikdir. Kasacıq 1–2 mm uzunluqda uzunsov və ya yumurtavarı dilimlidir. İyun-iyul aylarında çiçəkləyir, meyvəsi sentyabr-oktyabrda yetişir.
Üçyarpaq suyoncası
Üçyarpaq suyoncası (lat. Menyanthes trifoliata) — suyoncası cinsinə aid bitki növü. Üçyarpaq yonca çoxillik ot bitkisi olub, su-bataqlıq bitkisidir. Kökümsovu uzun və sürünəndir. Kökümsovun zirvəsi azacıq qalxmış, üç hissədən ibarət qovuşuq uzun saplaqlı yarpaqlardan ibarətdir. Saplağın uzunluğu 20 sm, əsası genişlənmiş və uzun zarlı qını vardır. Yarpaqları bütövkənarlı, çılpaq, tərsyumurtaşəkilli və ya ellipsşəkillidir. Yazda çiçək oxunun uzunluğu 30 sm olur. Çiçəkləri tutqun-çəhrayı olub, diametri 1 sm-ə qədərdər. Çiçəklərdə toplanmış sıx fırçanın uzunluğu 3–7 sm-dir.
Üçyarpaq səhləb
Üçyarpaq yonca
Çəmənlik üçyarpaq yoncası
Çəmənlik üçyarpaq yoncası (lat. Trifolium pratense) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü. Hündürlüyü 15-40 sm, gövdəsi kifayət qədər möhkəm, budaqlı, adətən tüklü olan çoxillik ot bitkisidir. Yalançı zoğları yumurtaşəkilli, dartılısivriləşmiş, kənarları kirpiklidir. Aşağı yarpaqları uzun saplaqlı, yuxarı yarpaqlar isə qısa saplaqlıdır. Yarpaqcıqları iridir, yumurtaşəkilli formadan enli yumurtaşəkilli və elliptik formaya qədər dəyişəndir, uc hissədə küt və ya dayaz oyuqludur, alt tərəfdən adətən daha tüklüdür. Başcıqları 1-2 ədəd olub, qurtaracaqlıdır, dəyirmi yumurtaşəkilli və ya yumurtaşəkillidir, möhkəmdir, uzunluğu 2-3 (4) sm-dir, adətən əsasında təpə yarpaqları ilə əhatə olunmuşdur, oturaq və yaxud qismən uzun saplaqdadır. Çiçəkləri oturaq, çoxsaylı, uzunluğu 11–14 mm-dir. Tac açıq rəngdən, tünd-qırmızı, bəzən, bənövşəyi, nadir halda isə ağ rəngə qədər dəyişir. Paxlası yumurtaşəkilli, yuxarı hissəsi pərdəlidir, birtoxumludur.

Digər lüğətlərdə