ŞAİQ

прил. устар. страстно желающий, жаждущий
ŞAXTAYADAVAMLILIQ
ŞAİR
OBASTAN VİKİ
Şaiq
Şaiq — kişi adı. Şaiq Kəlbiyev Şaiq Kəlbiyev (əsgər, 1971) — Qarabağ müharibəsi şəhidi. Şaiq Kəlbiyev (əsgər, 1994) — Vətən müharibəsi şəhidi. Şaiq Cavadzadə — İkinci Qarabağ müharibəsi şəhidi. Şaiq Məmmədov — azərbaycanlı jurnalist Şaiq Bəşirov — Qarabağ müharibəsi şəhidi. Şaiq Qədimov — tibb elmləri namizədi.
Abdulla Şaiq
Abdulla Şaiq (əsl adı: Abdulla Axund Mustafa oğlu Talıbzadə; 24 fevral 1881, Tiflis – 24 iyul 1959, Bakı) — azərbaycanlı şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940). == Həyatı == === Erkən illəri və təhsili === Abdulla Şaiq Mustafa oğlu 1881-ci il fevralın 24-də Tiflisin Şeytanbazar məhəlləsində anadan olmuşdur. Onun valideynləri Axund Mustafa və Mehri xanım bir neçə il idi ki, Tiflisə köçərək orada məskunlaşmışdılar. Abdulla böyük qardaşı Yusifdən sonra evin ikinci övladı idi. Onun əkiztayı olan qız övladı doğulandan az sonra vəfat etmişdir. Atası Axund Mustafa Süleyman oğlu dövrünün seçilən bir ruhani ziyalılarından idi. O, 1881-ci ilədək Tiflis şəhəri üzrə qazinin müavini, sonra isə Qafqaz şeyxülislamının müavini işləmişdi. Oğlanları Yusif və Abdulla ilk təhsillərini Tiflisdə müsəlman uşaqları üçün nəzərdə tutulan altısinifli ruhani məktəbində almışdılar. Bu məktəb təkcə dini təhsil ocağı deyildi. Onun tədris proqramı rus-tatar (Azərbaycan) məktəblərinin layihəsinə uyğun idi.
Şaiq Bəşirov
Şaiq Cavadzadə
Şaiq Həmidov
Həmidov Şaiq Məmməd oğlu — Azərbaycan Milli Paralimpiya Komitəsinin Vitse-prezidenti.[mənbə göstərin] 9 oktyabr 1951-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Özbəkistan Respublikası Daşkınd Rus dili və ədəbiyyatı institutunu bitirmişdir. 1969-cu ildə Mingəçevir şəhərində əmək fəaliyyətinə başlamış və bir sıra idarə və müəssisələrdə müxtəlif işlərdə çalışmışdır. 1983-cü ildən 1995-ci ilə kimi Azərbaycan "Spartak" Könüllü İdman cəmiyyəti Mingəçevir şəhər şurasının sədri, Azərbaycan OAD KYC Mingəçevir avtomobil məktəbində rəis müavini, xalq deputatları Sovetində təşkilat şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1991-ci ildən 2006- cı ilə kimi Mingəçevir şəhər İcra hakimiyyəti başçısının müavini, Mingəçevir şəhər avtomobil məktəbinin rəisi, Azərbaycan Respublikası KHVTİC RS-i sədrinin müavini vəzifələrində çalışmışdır.2006-cı ildən 08 fevral 2013-cü ilə kimi Azərbaycan Milli Paralimpiya Futbolu İctimai Birliyinin Vitse prezidenti , Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti və Milli Paralimpiya Komitəsinin İcraçı Direktoru vəzifələrində işləmişdir. 08fevral 2013-cü il tarixdə Milli Paralimpiya Komitəsinin IV hesabat Seçki Konqresində Milli Paralimpiya Komitəsinin Vitse prezidenti vəzifəsinə seçilmişdir.2008-ci ildə Pekin, 2012-ci ildə London Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini olmuşdur.
Şaiq Kəlbiyev
Şaiq Mirzəyev
Mirzəyev Şaiq Səyyad oğlu Hüquq elmləri üzrə fəlsəfə doktorudur və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür. 2 avqust 1976–ci ildə Ağsu rayonunda anadan olmuşdur. Ailəlidir. 2 övladı var. Şaiq Mirzəyev 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2000-ci ildə həmin universitetin Mülki hüquq üzrə magistratura pilləsini bitirmiş, 2007-ci ildə isə hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnmişdir. Hüquq elmləri üzrə fəlsəfə doktorudur. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Mediasiya Şurasının İxtisas Komissiyasının üzvüdür. Bundan başqa, Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Londonda Direktorlar İnstitutunun üzvüdür. 2004-cü ildən etibarən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2019-cu ildən etibarən təsis etdiyi “Mirzayev and Partners Legal Firm” adlı hüquq şirkətini təsis edib və ona rəhbərlik edir.
Şaiq Məmmədov
Şaiq Məmmədov və ya Şaiq Məmmədoğlu (tam adı: Şaiq Məmməd oğlu Məmmədov; 7 avqust 1980, Muğanlı, İliç rayonu) — azərbaycanlı jurnalist, dilçi və ictimai xadim. Məmmədov Şaiq Məmməd oğlu 7 avqust 1980-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Muğanlı kəndində ziyalı ailəsində anadan olub. 1986-cı ildə Sumqayıt şəhəri 32 saylı orta məktəbin birinci sinfinə gedib. 1997-ci ildə Sumqayıt şəhəri 4 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Dillər Universitetinin "Dilşünaslıq" fakültəsinin "Sinxron Tərcümə" ixtisasına daxil olub. 2002-ci ildə "Lider" Televiziyasında "Xəbərlər" informasiya proqramının gündəlik ingilis dilindəki buraxılışının müəllifi və aparıcısı kimi əmək fəaliyyətinə başlayıb. 2005–2006-cı illərdə ordu sıralarında həqiqi hərbi xidmət keçib. 2007-ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də "Xəbərlər" informasiya proqramının gündəlik ingilis dilindəki buraxılışının və "Həftənin mənzərəsi" analitik-informasiya proqramının aparıcı-redaktoru vəzifəsində çalışıb. 2008-ci ildən iş fəaliyyətimi APA informasiya agentliyində redaktor vəzifəsində davam etdirib. 2010–2014-cü illərdə Naxçıvan Dövlət Universitetinin "Sosial İdarəetmə və Hüquq" fakültəsinin "Hüquqşünaslıq" ixtisası üzrə təhsil alıb. 2013-cü ilin sentyabr ayından 2017-ci ilin may ayınadək İctimai Televiziya və Radio Yayımları Şirkətində Baş direktorun informasiya və ictimai-siyasi proqramlar üzrə müavini vəzifəsində çalışıb.
Şaiq Məmmədoğlu

Şaiq Qədimov
Şaiq Qədimov — tibb elmləri namizədi , Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun oğlu. Şaiq Qədimov 1926-cı ildə İrəvanda anadan olmuş, orta təhsilini burada almış, Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.O, 1974-cü ildə müdafiə edərək tibb elmləri namizədi adını almışdı. "Qan qohumluğu" (1989), "Mustafa Topçubaşov" (1989), "Ailənin intim dünyası" (1990), , "İnsanlar üçün bəla" (1990), "Xalq təbabətinin ensiklopediyası" (1997) əsərlərinin müəllifi olan Ş.Qədimov həm də bədii və publisistik yaradcılıqla məşğul olur və müntəzəm olaraq dövrü mətbuatda çıxış edir.
Şaiq Tarverdiyev
Şaiq Teymurov
Şaiq Vəli
Şaiq Vəli (dekabr 1950, Yuxarı Əskipara, Qazax rayonu – 6 fevral 2013, Sumqayıt) — Tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Şaiq Vəli 1950-ci ilin dekabr ayında Qazax rayonunun Yuxarı Əskipara kəndində anadan olub. Şair Şaiq Vəli Moskvada Qorki adına Ədəbiyyat İnstitutunun Poeziya şöbəsini bitirib. O, 1990–1993-cü illərdə Qarabağ cəbhəsində döyüşüb. Cəbhədən qayıtdıqdan sonra sosial durumu ağır olduğu üçün Rusiyada işləməyə gedib. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Şaiq Vəlinin şeirləri uzun müddət dövri mətbuatda çap olunub. 1996-cı ildən YAP üzvü olan yazar Şaiq Vəli 9 sentyabr 2011-ci ildə Yeni Azərbaycan Partiyasının sıralarını tərk etmişdir. Şaiq Vəli 6 fevral 2013-cü ildə axşam saatlarında uzun sürən xəstəlikdən sonra Sumqayıt şəhərində 62 yaşında vəfat edib. Ömrünün son illərini Sumqayıtda yaşayan şairin 7 övladı dünyaya gəlmişdir. Şairin böyük oğlu 1994-cü ildə Bakıda hərbi xidmət keçərkən aldığı güllə yarasından həlak olub. İkinci oğlu Gəncədə yol qəzasında dünyasını dəyişib.
Şaiq İbrahimov
Şaiq Rəhim oğlu İbrahimov (3 yanvar 1951, Bakı) — Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun "Su heyvanları şöbəsi", professor. Şaiq Rəhim oğlu İbrahimov 1 mart 1951-ci il Bakı şəhərində anadan olub. 1967-ci ildə Bakı şəhəri 190 saylı orta məktəbi, 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) biologiya fakültəsini bitirmişdir. 1973-cü ildə AMEA Zoologiya İnstitutunun aspirantı olmuş, 1977-ci ildə "Lənkəran təbii vilayəti su hövzələri balıqlarının parazitləri" mövzusunda namizədlik,1991-ci ildə "Xəzər dənizi balıqlarının parazitləri (növ tərkibi, ekologiyası, faunasının mənşəyi və formalaşması" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2010-cu ildə professor elmi adını almışdır. AMEA Zoologiya İnstitutu nəzdindəki D.01.071 Dissertasiya Şurasının üzvü, Müxtəlif universitetlərdə,o cümlədən xaricdə) zoologiya, ekologiya, parazitologiya, tibbi biologiya və genetika fənlərindən mühazirələr (Azərbaycan, rus və ingilis dillərində) mühazirələr oxumuşdur. Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının biologiya və kənd təsərrufatı elmləri üzrə ekspert şurasının üzvü olmuşdur. Elmi fəaliyyətinin ilk dövrlərində 1973-cü ildə Azərbaycan MEA Zoologiya İnstitunda baş laborant, 1973-cü ildə aspirant, 1976-cı ildə kiçik elmi işçi, 1981-ci ildə böyük elmi işçi, 1988-ci ildə yaradıcı qrup rəhbəri, 1992-ci ildə laboratoriya müdiri və 2012-ci ildə şöbə müdiri vəzifələrində çalışmışdır. Onun apardığı tədqiqatlar nəticəsində Azərbaycanın daxili sularında 324 növ, Xəzər dənizində isə 357 növ parazitin ixtioparazitin olduğu müəyyən edilmişdir. O, balıqların parazit faunasının ətraflı morfoloji, sistematik, ekoloji və zoocoğrafi təhlilini, epizootoloji və epidemioloji qiymətləndirilməsini həyata keçirmişdir.
Şaiq Qəribzadə
Orxan Şaiq Gökyay
Orxan Şaiq Gökyay (d. 16 iyul 1902 - ö. 2 dekabr 1994) Türk yazıçıdır. 16 iyul 1902-ci ildə atasının müəllim olaraq vəzifə yerinə yetirdiyi İnebolu'da dünyaya gəldi. İlk tədrisinə Kastamonuda başladı. Kastamonu İdadisinin doqquzuncu sinfində oxuyarkən, ailəsinin maddi çətinliyə düşməsi səbəbiylə təhsilinə ara verdi. Katip olaraq xüsusi idarədə işə başladıqdan sonra ədəbiyyatla maraqlandı. İlk şeiri Kastamonu'daki Açıksöz qəzetində 1922-ci ildə nəşr olundu. Eyni il təhsilini tamamlamaq üzrə Ankaraya getdi. Ankara Darülmuallimin'dən məzun olduqdan sonra Piraziz, Samsun və Balıkəsirdə müəllimlik etdi.
Şaiq Kəlbiyev (əsgər)
Şaiq Məmmədov (əsgər)
Şaiq Kəlbiyev (əsgər, 1971)
Şaiq Kəlbiyev (əsgər, 1994)
Şaiq Məmmədov (əsgər, 1967)
Abdulla Şaiq adına Dövlət Kukla Teatrı
Azərbaycan Dövlət Kukla Teatrı – 1931-ci ildə Bakıda uşaqlar üçün yaradılmışdır. Ayrı-ayrı illərdə (1931–1941; 1946–1950) müstəqil teatr kimi, müəyyən çağlarda isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (1941–1946) və Azərbaycan Dövlət Filarmoniyası yanında (1950 ildən) fəaliyyət göstərmişdir. 1965-ci ildən müstəqil teatrdır. == Ümumi məlumat == İndiki Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının əsasını 1931-ci ildə Mollağa Bəbirli qoymuşdur. Bu teatrın ilk tamaşası 1932-ci ildə ("Sirk" adlı tamaşa) göstərilmişdir. Müxtəlif illərdə (1931–1941-ci illər); (1946–1950-ci illər) müstəqil teatr kimi, müəyyən dövrlərdə isə Azərbaycan Gənc tamaşaçılar teatrı (1941–1946-cı illər) və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində (1950-ci ildə) fəaliyyət göstərmişdir. Azərbaycan və rus bölmələri var. 1964-cü il aprel ayının 15-də teatra "Dövlət" statusu verilib. 1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir. == Tamaşalar haqqında == Azərbaycan Dövlət Kukla Teatrının azərbaycan dili və rus dili bölmələri var.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı

Şaiq Əsgərov
Əsgərov Şaiq Əhəd oğlu (10 yanvar 1966, Ağsu) — Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru. 10 yanvar 1966-cı ildə Ağsu rayonunun 1-ci Qaraqaşlı kəndində anadan olub. 1983-cü ildə şəhər 2 saylı orta məktəbi bitirib. 1984–1986-cı illərdə Uzaq Şərqdə hərbi xidmətdə olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin "Jurnalistika", 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Xarici iqtisadi əlaqələrin təşkili və dövlət tənzimlənməsi", 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisaslarını və Təhsil Nazirliyinin göndərişi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələr Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu müvəffəqiyyətlə bitirmişdir. O, müxtəlif illərdə çilingər, korrektor, müxbir, məsul katib müavini, redaktor, baş redaktor vəzifələrində çalışmışdır. 2001-ci ildən 2006-cı ilin dekabrınadək Azərbaycan Dövlət İqtisad Universitetinin tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışmışdır. Elmi-tədqiqat və tədris işləri ilə 1995-ci ildən "Marketinq və ticarət" kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışır. 2006-cı ildən 2015-ci ilədək Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini işləmişdir. 2007-ci ildən Respublika Təhsil Şurası İdarə Heyətinin üzvüdür.2015-ci ilin avqustun 26-da yenidən Azərbaycan Dövlət İqtisad Universitetinin inzibati və təşkilati məsələlər üzrə prorektoru vəzifəsinə təyin edilmişdir.
Abdulla Şaiqin Ev Muzeyi
Abdulla Şaiqin ev-muzeyi – azərbaycanlı şair, yazıçı, dramaturq, publisist, əməkdar incəsənət xadimi Abdulla Şaiqin 1916–1959-cu illərdə yaşadığı ev; Memorial Muzeyinin ekspozisiyası yaşayış evinin quruluşu ilə birlikdə şairin həyat və fəaliyyətini əks etdirən kompleksdən ibarətdir.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindədir. Muzey, Bakı şəhəri, A. Şaiq küç.21 ünvanında yerləşir. == Tarixi == Abdulla Şaiq 1900-cü ildə Tiflisdən Bakıya köçərək ilk illər anası Mehri xanım və böyük qardaşı Yusif Ziya Talıbzadə ilə İçəri şəhərdə kiçik bir mənzildə yaşamışdır. Bundan sonra, o, öz yaşayış yerini bir neçə dəfə dəyişmiş, şəhərin müxtəlif yerlərində mənzil kirayə etmişdir. 1916-cı ildə bu gün "Abdulla Şaiqin mənzil muzeyi" adını daşıyan, Yuxarı Dağlıq küçəsində (indiki A. Şaiq adlı küçədə) 21 saylı evin II mərtəbəsində beş otaqdan ibarət mənzilə köçmüş, orada 1957-ci ilin son gününə qədər yaşamışdır. A. Şaiqin qələm və sənət dostlarından N. Vəzirov, S. S. Axundov, H. Cavid, Bülbül, Y. V. Çəmənzəminli, S. Hüseyn, Ə. Cavad, Ə. Abid, A. Musaxanlı, T. Ş. Simurğ, M. M. Seyidzadə, M. Rzaquluzadə, H. Mehdi, Q. Xaliqov, H. Əlizadə və xüsusən, Səməd Vurğun bu mənzilin əziz qonaqlarından idi. Mehriban yazıçı elmi və yaradıcılıq məsləhətləri almağa gələn aspirantlar, tələbələr, hətta məktəb şagirdləri ilə bu mənzildə dəfələrlə görüşmüş, öz yeni əsərlərini onlara oxumuş, maraqlı söhbətlər edib məsləhətlər vermişdir. Abdulla Şaiqin ev-muzeyi 1991-ci ildən fəaliyyətə başlamışdır. == Direktorları == Kamal Talıbzadə (1991–2006) Rəfiqə Talıbzadə (2006–2009) Ülkər Talıbzadə (2009-cu ildən) == Həmçinin bax == Bakı muzeylərinin siyahısı Abdulla Şaiq == Xarici keçidlər == http://www.abdullashaig.com/ Arxivləşdirilib 2019-07-07 at the Wayback Machine http://www.ashaig.aznet.org/ "Abdulla Şaiqin mənzil-muzeyi". kataloq.gomap.az.
Abdulla Şaiqin ev-muzeyi

Digər lüğətlərdə