1. Qarşılıq, bir şeyin (adamın) yerini tuta bilən şey (adam). Bu şeyin əvəzi yoxdur. Onun əvəzini tapmaq çətindir.
□ Əvəz etmək (eləmək) – 1) yerini tuta bilmək.
Belə bir zamanda Müqim bəy hansı bir hünərlə zabitəli xanımı əvəz edə bilərdi? ;
2) ardınca gəlmək, yerini tutmaq.
Çiskinli və qaranlıq gecəni aydın bir səhər əvəz etdi.
Bəzən ən soyuq günü ən isti gün əvəz edir. Mir Cəlal; 3) dəyişdirmək. Növbətçini əvəz etmək;
// müvəqqəti olaraq yerini tutmaq, vəzifəsini icra etmək. Müdiri kim əvəz edir? Uzun müddət o, rəisi əvəz etdi.
// Tay, bərabər.
Gözəllikdə sənin əvəzin hanı? ( ).
□ Əvəz olmaq – bərabər olmaq, uyğun olmaq.
Mən müqəddəs ata-ana sözünə; Tapmadım bir əvəz olan kəlmə.
Əkbərin nə yalvarması, … nə vədi Əli paşanın bir qəpiyinə əvəz ola bilmədi.
2. Qarşılıq, mükafat, muzd, haqq. Zəhmətinin əvəzini aldı.
– Gülün gülabını axır günü çəkər əttar; Qalır sənə əvəz ahü zar, ey bülbül!
3. Qisas, intiqam, öc.
□ Əvəz(ini) almaq – intiqam(ını) almaq, qisas(ını) almaq.
Əvəz(ini) çıxmaq – bax əvəz(ini) almaq.
Mən öz quşlarımın əvəzini çıxmaqla mükafatımı aldım, – dedim.
4. Yerlik halda: əvəzində – 1) bir şeyin və ya şəxsin yerinə, yerində.
Əvəzində buların çayçı, çaxırçı dükanı; Gecə-gündüz doludur cümlə müsəlman, mənə nə! ;
2) qarşılıq olaraq, mükafat olaraq, müqabilində.
Qulluğumuzun və ixlasımızın əvəzində [şah] mənsəbimizi də əlimizdən aldı.
5. Çıxışlıq halda: əvəzindən – əvəz olaraq, yerinə, əvəzində.
[Qurban Molla Fərzəliyə:] Yaz ki, Anaxanımın, Məmişin gözlərindən mənim əvəzimdən öpsün və onlardan göz-qulaq olsun.
6. Yönlük halda: əvəzinə – bax əvəzində.
[Koroğlu] elə qəzəblə ata sıçradı ki, Qıratın əvəzinə ayrı bir at olsaydı, çoxdan beli sınmışdı. “ ”.
O yerdə ki bir lüğət kitabında gərək yazılaydı “millət”, orada “millət” əvəzinə yazılıb “şəxs”.
[Kişi] …“indi” əvəzinə “şimdi”, “cənab” əvəzinə “əfəndi”, “necə” əvəzinə “nasıl” qəbul etmişdi.