ÇƏN

ÇƏN I is. Mayeləri saxlamaq üçün böyük qab. Su buraya yığılıb güclü nasosla nəhəng çəndən bayıra vurulacaq.

ÇƏN II is. Duman. Dağ başına endi çən; Ağ geyindi çöl, çəmən (B.Azəroğlu).

ÇƏMƏN
ÇƏNG
OBASTAN VİKİ
I Sven Çəngəlsaqqal
I Sven Çəngəlsaqqal və ya Sven (dan. Svend 1. Tveskæg, norv. Svein I Tjugeskjegg, ing. Sweyn I Forkbeard; 17 aprel 963, Danimarka – 3 fevral 1014, Qeynsboro[d], Linkolnşir qraflığı[d]) — Danimarka və Norveç kralı, İngiltərə monarxı, I Haroldun varisi.
Çənab (Əhər)
Çənab — İranın Şərqi Azərbaycan ostanında kənd.. Əhər şəhristanının Horand bölgəsinin Ətraf kəndistanında, Horand qəsəbəsindən 5,5 km cənubdadır.
Çənbil
Çənbil xanım və ya Çənbil xatun - türk mifologiyasında dağ ilahəsi. Çembil (Çenbil, Cenbil) olaraq da adlandırılmışdır. Koroğlu dastanındakı Çenlibel (Çamlıbel) dağ adıyla yaxından əlaqədardır. Koroğlunu qoruyan bu dağ ilahəsi zaman içərisində bir yer adına çevrilmişdir. Azərbaycanlıların Koroğlu dastanında Çenlibel olaraq keçən dağ Anadoluda Çamlıbelə çevrilmişdir. Cembil bəzən də Koroğlunun anasının adı olaraq qarşımıza çıxar. Bir başqa nöqteyi-nəzərdən, tərs məntiqlə , onu var edən yerlərə köçən zaman ərzində şəxsiyyət verib anası halına gətirilməsi olaraq da ələ alına bilər. Daha sonra dara düşdükdə bu dağlara sığınmışdır. Dağ, su və ağac kimi bütün müqəddəs ünsürlər burada toplanmışdır. (Çin / Çim / Çen / Çem) kökündən törəmişdir.
Çənbər
Çənbər — adətən plastik və metal materialdan hazırlanan dairə şəklində olan devrik. İnsan bədəninin müxtəlif yerlərində (əsasasən də bel nahiyyəsində) çevrilən halqa şəkilli bu oyuncaq şəklində olmasına baxmayaraq, gümrah qalmaq üçün və ya şou məqsədilə çox geniş istifadə edilir.
Çənbər (idman)
Çənbər — adətən plastik və metal materialdan hazırlanan dairə şəklində olan devrik. İnsan bədəninin müxtəlif yerlərində (əsasasən də bel nahiyyəsində) çevrilən halqa şəkilli bu oyuncaq şəklində olmasına baxmayaraq, gümrah qalmaq üçün və ya şou məqsədilə çox geniş istifadə edilir.
Çənbərquyruq
Əqrəblər — hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. Əqrəb (film, 1972) — "Mozalan" Satirik Kinojurnalı № 5, 3-cü süjet. Əqrəb (astrologiya) — 12 zodiak bürcündən biri. Əqrəb (bürc) — Süd Yolunda yerləşən ulduz toplusu. Əqrəb (saat) — Saat, kompas və s. öz oxu ətrafında fırlanan mil.
Çəndab (Ərdəbil)
Çəndab (fars. چنذاب‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin Hir kəndistanında, Ərdəbil şəhərindən 27 km cənub-şərqdədir. Kənddə 2006-cı il siyahıya alınmaya görə 174 nəfər yaşayır (40 ailə).
Çəndahar
Çəndahar — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Lahıc turizm zonasında, Girdiman çayının sağ sahilində yerləşir. Əhalisi 117 nəfərdir ki onunda 54 nəfəri kişi, 63 nəfəri qadındır. Kənd əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 9 km yolu piyada və ya atla getmək olar. İsmayıllı-Lahıc-Quba turist marşrutları kəndin yanından keçir. Bu kəndin bütün əhalisi azərbaycanlılardan ibarətdir.
Çəng
Çəng – simli musiqi aləti. Çağdaş arfanın sələfidir. Arfanın ən qədim növüdür. Bir sıra Şərq xalqlarının çəngi olsa da, Azərbaycanda olan alət onlardan ən böyük diapozonlusu olub. Azərbaycan cənginin 31-32 simi olub. Qərb alimləri bu aləti böyüdüb, təkmiləşdirilib arfa formasına salıblar. Amma İranda yenə də bu alətə çəng deyirlər. Çəng sözünün "tutmaq", "yapışmaq" mənasını verdiyini güman etmək olar. Çində, İranda belə alətlərə "çəng" deyilib, uyğurlar onu "kunkau", ərəblər isə "cunk" adlandırıblar . Çağdaş arfa musiqi alətinin ibtidaisi sayılan çəngin yaranma tarixi çox qədimlərə gedib çıxır.
Çəngalmas
Ağbulaq-Çəngalmas (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Ağbulaq-Çəngalmas (Həmədan) — İranın Həmədan ostanında kənd.
Çəngalmas (Əbhər)
Çəngalmas (fars. چنگ الماس‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 767 nəfər yaşayır (163 ailə).
Çəngmaş (Zəncan)
Çəngmaş — İranın Zəncan ostanında kənd.. Mərkəzi şəhristanının Əbhər bölgəsinin Əbhərrud kəndistanında, Əbhər qəsəbəsindən 27 km cənubdadır.
Çəngəl (şahmat)
Çəngəl — Şahmat termini. Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu.
Çəngəlquyruqlar
Çəngəlquyruqlar (lat. Diplura) — heyvanlar aləminin buğumayaqlılar tipinin gizliçənəlilər sinfinə aid heyvan dəstəsi. İndiyə qədər çəngəlquyruqların 800-dən çox növü kəşf olunmuşdur. Onlardan 70-i Şimali Amerikada, 2-si isə Avstraliyada yaşayır.
Çəngələbənzər vəzi
Çəngələbənzər vəzi ya timus (lat. thymus) — 15 yaşınadək uşaqlarda olur, sonra reduksiya edərək piy toxuması ilə əvəz olunur, odur ki, uşaqlıq dövrü vəzilərindən hesab olunur. Endokrin sisteminin bronxiogen vəzilərdəndir. Çəngələbənzər vəzinin şəkli müxtəlifdir – gah qısa, qalın, gah uzun, və ensiz olur; embrional dövrdə rəngi çəhrayı, uşaqlarda boz və çəhrayı , böyüklərdə piy toxuması ilə əvəz olunduğu üçün sarımtıl olur. yeni doğulmuşda çəkisi 10-15 q, uzunluğu 5-6 sm, eni (aşağı tərəfdə) 2-4 sm və qlınlığı 1-1,5 sm-dır. Qızlarda çəngələbənzər vəzi oğlanlarınkindən kiçik olur. Çəngələbənzər vəzi iki asimmetrik hissədən. sağ və sol paydan – lat. lobus dexter et sinister ibarətdir. Binlar bir -birilə ancaq piy toxuması ilə birləşmişdir, beləliklə bunların hər birini ayrı-ayrı üzv hesab etmək olur.
Çənlibel
Çənlibel (1991-ci ilədək Çardaxlı) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Rusiya imperiyası dövründə kənd Yelizavetpol Quberniyası Yelizavetpol uyezdinə daxil idi. 1908-ci ilin əhali siyahıya alınması nəticələrinə görə kəndin əhalisi 1862 nəfər olmaqla əsasən ermənilərdən ibarət idi. Çardaxlı kəndinə ermənilər 1830-cu illərdə Tiflisin Avlabar adlı ərazisindən köçürülmüşdür. Qarabağ münaqişəsi ilə əlaqədar kəndin bütün erməni əhalisi, təxminən 310 ailə kəndi tərk edərək Ermənistanın Tavuş regionunda yerləşən Yuxarı Körpülü (Zorakan) kəndinə köçmüş, həmin kəndin azərbaycanlı əhalisi isə Çardaxlıya köçmüşdür. Kəndin adı 1991-ci ildə dəyişdirilərək Çənlibel adlandırılmışdır. Qarabağ müharibəsinin başlamasınadək kəndin əhalisini əsasən ermənilər təşkil etmişdir. Hazırda kəndin əhalisi azərbaycanlılardan ibarətdir. Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir. Kənddə S.Vəliyev adına 1 saylı tam orta məktəb və R.Pirnəzərov adına 2 saylı tam orta məktəb yerləşir.
Çənnəb
Çənnəb (əvvəlki adı: Çənənəb) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Çənənəb kənd inzibati ərazi dairəsi tərkibindəki Çənənəb kəndi Çənnəb kəndi, Çənənəb kənd inzibati ərazi dairəsi Çənnəb kənd inzibati ərazi dairəsi adlandırılmış, Çənnəb kənd inzibati ərazi dairəsinin mərkəzi Çənnəb kəndindən Üstüpü kəndinə keçirilmiş, Çənnəb kənd inzibati ərazi dairəsi Üstüpü kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Çənənəb Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Dağ ətəyindədir. Çənənab variantında da qeydə alınmışdır. 2003-cu ildən Çənnəb kimi rəsmiləşdirilmişdir. Türk dillərində çən "çəngəlin ağzı, haçalanmış bir Şey" mənasında işlənir. Yaşayış məntəqəsi də Arazın qollarından birinin ikiyə bolunduyu, haçalandığı yerdə yerləşir. Oykonim "suyun haçalandığı yer, suayrıcı" mənasındadır.. Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi var.
Çənnəbçay
Çənnəbçay — Ordubad rayonunda çay. Gilançayın qolu. 1050 metr hündürlükdən başlanır. Uzunluğu 9 km-dir. Qar, yağış suları və yeraltı sularla qidalanır. Türk dillərində çən "çəngəlin ağzı, haçalanmış bir şey" mənasında işlənir. Hidronim "suyun haçalandığı yer, suayrıcı" mənasındadır.
İşıq çəngəli
İşıq çəngəli — elektrik cihazlarını elektrik xəttinə calamaq üçün haça şəkilli metal alət. Hər ölkədə fərqli işıq çəngəli və işıq nəlbəkisi standartları tətbiq olunur. Dünyada ən çox iki gərginlik və tezlik sistemi yayılıb. Bunlardan biri 100-127 V, 60 Hz-lik Amerikada , digəri isə 220-240 V, 50 Hz-lik Avropa standartıdır.
Çənqur (Xudabəndə)
Çənqur — İranın Zəncan ostanında kənd.. Xudabəndə şəhristanının Səcarud kəndistanında, Qiydar qəsəbəsindən 12 km şimal-qərbdədir. 2006-cı il məlumatına görə kənddə 468 nəfər. yaşayır (102 ailə).
Çənquri (Xudabəndə)
Çənquri (fars. چنگوري‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 851 nəfər yaşayır (174 ailə).
Çənab döyüşü (1739)
1739-cü il Çənab döyüşü — Cassa Sinqh Ahluvaliyanın başçılıq etdiyi siqh qüvvələri ilə Nadir şahın başçılıq etdiyi Əfşar qüvvələri arasında kiçikmiqyaslı döyüş. Bu, Nadir şah Dehlini qarət edib Hindistanı tərk edərkən baş vermişdir. Moğol imperiyası korrupsiya səbəbindən üçün zəifləmişdi və Maratha tərəfindən işğal edilirdi. Hindistan o dövrdə ən varlı ölkələrdən biri olmuş, bu da əvvəllər bir çox işğalçılarda olduğu kimi Nadır şahı Hindistana cəlb etmişdir. O dövrdə 3 əsas müsəlman imperiyası Osmanlı imperiyası, Əfşarlar sülaləsi və Moğol imperiyası idi. Moğollar üçündən ən varlısı idi. Hücumlardan sonra Nadir şah üçün sonuncusu ən zəngin şəhər olan Dehli olmuşdur. Kuh-i-Nur və bəzi kölələr də daxil olmaqla Dehlinin hamısını qarət etdikdən sonra Nadir şah İrana qayıtmağa qərar vermişdir. Nadir şah Hindistanı tərk etmək üçün Şimali Pəncabdakı dağlardan keçməyə qərar vermişdi. Bunu öyrənən siqhlər öz tükənmiş ehtiyatlarını zənginləşdirmək üçün yüngül süvari dəstələri toplamağa başlamışdılar.
Çənab çayı
Çənab — Hindistan və Pakistanda axan əsas çay, Pəncab regionunun 5 böyük çayından biri. Hindistanın Himaçal Pradeş ştatının Lahaul regionunda yuxarı Himalay dağlarında yüksələn Çandra və Bhaqa adlı iki çayın birləşməsi nəticəsində yaranmışdır. Çənab Hindistanın Cammu və Kəşmir ştatının Cammu regionundan keçərək Pakistanın Pəncab düzənliklərinə axır və nəticədə Hind çayına tökülür. Çənabın suları Hind Suları müqaviləsinin şərtlərinə əsasən Pakistana verilmişdir. Hindistanda enerji istehsalı kimi qeyri-istehlakçı istifadələrə icazə verilir. Çənab çayı Pakistanda suvarma üçün geniş istifadə olunur. Onun suları da çoxsaylı keçid kanalları vasitəsilə Ravi çayının kanalına ötürülür. Çay hindlilərə Vedalar dövründə məlum idi. E.ə. 325-ci ildə Makedoniyalı İsgəndər Hind çayı ilə Pəncab çaylarının (hazırda Pəncnad çayı kimi tanınır) birləşdiyi yerdə Hind İsgəndəriyyəsi şəhərini qurduğu iddia edilir.
Limon çəngəli
Limon çəngəli — limon dilimlərini hərəkət etdirmək üçün istifadə edilən kiçik (4+ düym uzunluğunda) süfrə ləvazimatı. Limon çəngəlləri 19-cu əsrin son rübündə digər xüsusi süfrə ləvazimatları ilə birlikdə məşhurlaşmışdır. Çəngəl süfrədə limon dilimlərinin üzərinə qoyulurdu. Bir çox ixtisaslaşdırılmış qablardan fərqli olaraq limon çəngəlləri 21-ci əsrdə, əsas da restoranlarda hələ də istifadə olunur. Limon çəngəli həmçinin xiyar dilimləri, zeytun, kərə yağı, hisə verilmiş balıq və pendir dilimlərini götürmək üçün də istifadə edilə bilər.
Çəngələr
Çəngələr – Şəki rayonu ərazisində dağ. Daşüz silsiləsinin zirvəsidir. Hündürlüyü 672 metr. Yerli əhalinin məlumatına görə, dağın adı çən (duman, çiskin) və gələr (gəlmək felindən) sözlərindən düzəlib "çənli, dumanlı" mənasındadır.

Digər lüğətlərdə