ÖYÜNMƏK

1. ÖYÜNMƏK, DÖŞÜNƏ DÖYMƏK (fr.v.) Çox döymə döşünə, çox öyünmə sən; Görürəm qəlbimin gözləriylə mən (S.Rüstəm); FƏXR ETMƏK/ELƏMƏK [Aşıq Vəli:] ...Xəz xirqəsinə su kimi axma; Qızıl eynəkləri fəxr edib taxma (N.Vəzirov); İFTİXAR ETMƏK/ELƏMƏK İranda xanım da avropalı bir həyat düzəltdiyi münasibəti ilə öz bacısı Ninanın yanında iftixar edirdi (M.S.Ordubadi); ÖZÜNÜ ÖYMƏK O, ancaq özünü öyür (Y.Şirvan).

2. Öyünmək bax arxalanmaq

ÖYÜD
ÖZBAŞINALIQ

Digər lüğətlərdə