online ehtiyat hisseleri baki
www.4teker.az — Azərbaycanda avtomobil ehtiyat hissələrinin onlayn satışını həyata keçirən bir platformadır və Bakı şəhəri ilə yanaşı, digər şəhər və rayonlara da sürətli çatdırılma xidmətləri təqdim edir.

ümum-Qafqaz

ümum-Qafqaz
ümum-Bakı
ümum-Rusiya
OBASTAN VİKİ
Qafqaz
Qafqaz — Asiya və Avropada coğrafi region. Qafqazın şərq sərhəddinin Xəzər dənizi, qərbinin isə Qara dəniz olduğu qəbul edilir ancaq şimali və cənubi sərhədləri haqqında konsensus yoxdur. Şimalda fiziki-coğrafi sərhəd Kuma-Manıç çökəkliyi, hazırkı inzibati bölgüyə görə isə Krasnodar və Stavropol vilayətlərinin və Dağıstanın şimal sərhədləri hesab edilir. Bəzən Qafqaza şərti olaraq Kalmıkiya da deyilir Şimali Qafqazın böyük hissəsinin tarixi-etnoqrafik olaraq rus çöllərinə və Aşağı Volqaboyuna daha yaxın olduğu nəzərə alındıqda isə Qafqazın şimal sərhəddini Kuban çayı boyunca, Kuma, Malke və Tereka təpərindən keçirmək olar. Beləliklə Krasnodar vilayətinin cənubu, Adıgey, Qaraçay-Çərkəz, Kabardin-Balkar, Şimali Osetiya, İnquşetiya, Çeçenistan və Dağıstanın böyük bir bölümü bu bölgəyə daxil olur. Cənub sərhədlərini siyasi olaraq Azərbaycan, Ermənistan və Gürcüstan ilə İran və Türkiyənin sərhədləri təşkil edir. Azərbaycan Qafqaz ölkəsidir çünki, böyük və kiçik qafqaz dağları həmçinin böyük zirvələri Azərbaycanda yerləşir. Azərbaycan Qafqaz ölkəsidir, lakin əhalisi türklərdir, azərbaycanlıların əcdadları Orta Asiyadan gəlib. == Etimologiya == Roma tarixçisi Qay Yuli Solin özünün "Dünya möcüzələri haqqında" əsərində yazır ki, skiflər Qafqaz dağlarını "Kroukas" adlandırır, və bu, skifcə "qardan ağaran" deməkdir. "Kroukas" sözü türk dillərində belə açıqlana bilər: "kar" (qar)+ "kaS / kaD" (qaya, dağ).
Ümum-Rusiya Müsəlmanları Qurultayı
== Qurultayın keçirilməsi zərurəti == Milli regionlar çərçivəsində formalaşmış əksər qrupların (Cənubi Qafqaz, Başqırdıstan, Krım, Qırğızıstan və s.) nümayəndələri, Rusiya dövlətinin həyati mənafelərinə toxunmamaqla, bütün sahələrdə özünüidarə hüququ verən ərazi muxtariyyəti prinsipinin tərəfdarı idilər. Rusiyanın müxtəlif hissələrinə səpələnmiş tatarların nümayəndələri isə tamamilə əks mövqedə dayanırdılar. == Qurultayın təşkili və keçirilməsi == Məsələ ilə bağlı ziddiyyətlər 1917-ci il mayın 1-dən 11-nə qədər Moskvada keçirilmiş Ümumrusiya Müsəlmanlar qurultayında özünü büruzə verdi. Qurultayı təşkil etmək üçün Qafqaz sosial-demokratı Əhməd Salihovun başçılığı ilə büro yaradıldı. Qurultay azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin Moskvadakı müsəlmanlara hədiyyə etdiyi binada 900 nümayəndənin iştirakı ilə keçirildi. Qurultayın gündəliyində Rusiyanın gələcək idarə forması; mədəni və məhəlli muxtariyyət, müharibəyə münasibət, Məclisi-Müəssisan; Qadınlar, fəhlə, torpaq məsələləri (hər biri ayrılıqda); Qafqaziya, Türküstan, Qazaxıstan məsələləri (müstəmləkə siyasəti və s.); əsgəri təşkilat, siyasi təşkilat məsələləri; bütün Rusiya müsəlmanlarının böyük milli şurasını seçmək və s. məsələlər dururdu. Qurultayın gündəliyindəki on dörd məsələnin müzakirəsi üçün doqquz bölmə, onun əməli işini aparmaq üçün dörd komissiya təşkil olunmuşdu. Qurultayın müzakirə etdiyi ən mühüm məsələlərdən biri Rusiyanın gələcək dövlət idarə üsulu haqqında idi. Məsələ ilə bağlı iki nümayəndə - Məhəmməd Əmin Rəsulzadə və Ə.Salihov çıxış etdilər.
Ümum-Rusiya Müəssislər Məclisi
Ümumrusiya Müəssislər Məclisi ((rus. Всероссийское Учредительное собрание, translit. Vserossiyskoye Uçreditelnoye sobraniye) — 1917-ci il Oktyabr inqilabından sonra Rusiyada çağırılan konstitusiya orqanı. 18 yanvar 1918-ci il tarixində, saat 16:00-da çağırılmış və 19 yanvar səhər saat 05:00-də Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi tərəfindən ləğv edilmişdr. Bunun nəticəsində III Ümumrusiya Sovetlər Qurultayı Rusiyanın yeni idarəetmə orqanına çevrilmişdir. == Seçki nəticələri == Seçkilərdə səsvermə hüququ olan vətəndaşların sadəcə 60 faizindən çoxu Müəssislər Məclisinin seçkilərində iştirak etmişdir. Ölkə ərazisinin böyüklüyü, davam edən Birinci Dünya müharibəsi və rabitə sistemi səbəbiylə nəticələr o vaxt tam olaraq açıqlanmamışdır. N. V. Svyatitski 79 dairədən 54-nün nəticəsini nəşr etmişdir. Svyatitskinin verdiyi məlumatlar bolşeviklər də daxil olmaqla, bütün siyasi partiyalar tərəfindən qəbul edilmişdir. Seçkinin nəticələri belə idi: == İstinadlar == == Əlavə ədəbiyyat == V. I. Lenin.
Cənubi Qafqaz seçki dairəsi (Ümum-Rusiya Müəssislər Məclisinə seçkilər, 1917)
Cənubi Qafqaz seçki dairəsi (Ümum-Rusiya Müəssislər Məclisinə seçkilər,1917) — 1917-ci ildə Ümum-Rusiya Müəssislər Məclisinə seçkilər üçün yaradılmış seçki dairəsi. Seçki dairəsi Bakı quberniyasını, Yelizavetpol quberniyasını, İrəvan quberniyasını, Kutaisi quberniyasını, Tiflis quberniyasını, Batum vilayətini, Qars vilayətini, Suxumi qəzasını və Zaqatala dairəsini əhatə edirdi. Cənubi Qafqaz dairəsi üzrə seçkilərdə iştirak edən 15 partiya arasında menşeviklər, müsavatçılar və daşnaklar, ümumilikdə, səslərin 73%-ni qazandılar. Səslərin sayına görə Cənubi Qafqaz üzrə ikinci yerə çıxan müsavatçılar bolşeviklərdən 6 dəfə çox səs topladılar. Azərbaycan milli hərəkatında Müsavat Partiyasının aparıcı mövqeyi seçkilər nəticəsində əyani təsdiqini tapdı. Azərbaycan partiyalarının aldığı səslərin 66,5%-i Müsavatın payına düşürdü. Azərbaycan partiyalarına verilən səslərin 17,2%-ini alan Müsəlman Sosialist Blokunun uğuru onun aqrar məsələlərdə radikal mövqeyi ilə izah oluna bilər. Belə ki, blok səslərin çoxunu Azərbaycanın qərbindəki kənd rayonlarında qazanmışdı. Azərbaycan partiyalarına verilən səslərin 9,1%-ini menşevik Hümmət, 7,2%-ini İttihad partiyaları aldı. == Yaradılması == Ümum-Rusiya Müəssislər Məclisinə seçkilər üçün seçki dairələri adətən quberniyaların və ya bölgələrin sərhədləri daxilində keçirilirdi.
Birinci Ümum-Azərbaycan Sovetlər qurultayı
Birinci Ümum-Azərbaycan Sovetlər qurultayı — Azərbaycan SSR-in dövlət quruculuğunun formalaşdırılması sahəsində mühüm mərhələlərdən biri. == Qurultayın çağrılmasına hazırlıq == 1921-ci ilin yanvarından etibarən sovetlərə seçkilər keçirilməsinə və Birinci Ümum-Azərbaycan Sovetlər qurultayarın çağrılmasına hazırlıq başlandı. Bütünlükdə Azərbaycanda yoxsul komitələrindən sovetlərə keçilməsinə əməkçi kəndlilərin qurultaylarında seçilən kənd və nahiyə sovetlərinin yaradılmasından qəza inqilab komitələrinin ləğvindən və qəza sovetlər qurultaylarında seçilən icraiyyə komitələrinin yaradılmasından başlanmalı idi. Naxçıvan qəzası və Kürdüstan istisna olmaqla, 1921-ci ilin yazından Azərbaycanın bütün qəzalarında sovetlərə seçkilərin təşkili və keçirilməsi kampaniyası genişlənir. Ümum-Azərbaycan Sovetlər qurultayının çağırılması üzrə komissiya yaradıldı. Sovetlərə seçkilər keçirilməsinə kömək göstərmək üçün 1921-ci il yanvarın axırınadək Bakıdan qəzalara 700-dək azərbaycanlı nümayəndə göndərildi. Qəzalardakı (fövqaladə) üçlüklər və beşliklər kənd sovetlərinin təşkilinə kömək edirdilər. Seçkilərdə əməkçi kütlələrin fəal iştirakını təmin etmək məqsədilə bitərəflərin konfransları keçirilirdi. Yerlərdə seçkilərin keçirilməsinə rəhbərlik etmək üçün bütün qəza təşkilatlarına qanun göndərilmişdi. Qanuna əsasən seçki kampaniyası başa çatandan sonra hər bir qəza şəhərində qəza kəndli, fəhlə və əsgər deputatları soveti fəaliyyət göstərməli idi.
Ümum-Rusiya Müəssislər Məclisinə seçkilər
Ümumrusiya Müəssislər Məclisinə seçkilər — Rusiyada Fevral inqilabından (1917) sonra yaranan Müvəqqəti hökumətin ali nümayəndəli qanunvericilik orqanı yaratmaq məqsədilə ümumi seçki hüququ əsasında Ümumrusiya Müəssislər Məclisində həyata keçirdiyi seçkilər. == Tarixi == Müəssislər Məclisinə seçkilər üzrə komissiyaya Fətəli xan Xoyski rəhbərlik edirdi. "Müəssislər Məclisinə seçki haqqında Əsasnamə" qadınların, hərbi qulluqçuların səsverməyə buraxılması, dairələrin çoxunda proporsional seçki sisteminin tətbiqi və s. baxımından demokratik sənəd idi. "Müsavat" partiyası Azərbaycanın bütün siyasi partiya və təşkilatlarını seçkilərdə vahid siyahı ilə çıxış etməyə çağırdı. "Müsəlman sosialist bloku" milli qüvvələrin vahid seçkiqabağı blokunu yaratmaq haqqında "Müsavat"ın təklifinə qoşulsa da, aqrar məsələ ətrafında onların arasında fikir ayrılığı yarandı. Ümumrusiya Müəssislər Məclisinə seçkilərdə müstəqil siyasi qüvvə kimi, əsasən, dörd Azərbaycan partiyası -"Müsavat", "Müsəlman Sosialist Bloku", menşevik "Hümmət" və "İttihad" partiyaları iştirak edirdilər. Azərbaycan milli qüvvələrinin, xüsusilə "Müsavat"ın güclənməsindən ehtiyatlanan bolşeviklər, menşeviklər, eserlər, kadetlər öz aralarındakı ixtilafları kənara qoyub, "Müsavat‖a qarşı vahid cəbhədə çıxış etdilər. == Seçki nəticələri == === Zaqafqaziya seçki dairəsi === Cənubi Qafqaz dairəsi üzrə seçkilərdə iştirak edən 15 partiya arasında menşeviklər, müsavatçılar və daşnaklar, ümumilikdə, səslərin 73%-ni qazandılar. Səslərin sayına görə Cənubi Qafqaz üzrə ikinci yerə çıxan müsavatçılar bolşeviklərdən 6 dəfə çox səs topladılar.
Ümum-Rusiya əhalinin siyahıyaalınması (2002)
2002-ci il ümumrusiya əhalinin siyahıya alınması — 9 oktyabr 2002-ci il tarixdə Rusiya Federasiyasında keçirilmiş əhalinin siyahıyaalınması. Siyahıyaalma bütün Rusiya ərazisində saat 00:00 radələrində başlamışdı. == Xarici keçidlər == Сайт переписи населения России Arxivləşdirilib 2013-04-21 at the Wayback Machine Федеральная служба государственной статистики Arxivləşdirilib 2010-12-03 at the Wayback Machine «МИГРАЦИОННАЯ СТАТИСТИКА В ОТКРЫТОМ ОБЩЕСТВЕ».
Ümum-Rusiya əhalinin siyahıyaalınması (2010)
2010-cu il ümumrusiya əhalinin siyahıya alınması — Rusiya Federasiyasının bütün ərazisində vahid dövlət stasistik metodologiya ilə ümumiləşdirilmiş demoqrafik, iqtisadi və sosial məlumatların əldə edilməsi. Siyahıya alınma əsasən 14 oktyabr - 25 oktyabr 2010-cu il tarixində, bəzi yerlərdə isə 1 aprelən 20 dekabr 2010-cu ilədək keçirildi.
Alamos (Qafqaz)
Alam və ya Alamos (yun. Άλαμος) — Azərbaycanda qədim yaşayış məntəqəsi. II əsrdə yaşamış yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Alban çayı (Samurçay) ilə Kas çayı (Qusarçay) arasında olduğu göstərilmişdir. Yeri müəyyənləşdirilməmişdir. Bəzi tədqiqatçılar Alamı indiki Xaçmaz rayonunun Yalama kəndi ilə əlaqələndirirlər.
Albanopolis (Qafqaz)
Albanopolis – xristian ənənəsinə görə həvari Varfolomeyin çarmıxa çəkildiyi, böyük ehtimalla Qafqazda olan şəhər. == Tarixi mənbələr == XVIII agioqraferi Albin Batler (ing. Alban Butler) "Müqəddəslərin həyatları" əsərində qeyd edir: Ancaq Batler qeyd edir ki, Hindistan yunan və latın müəlliflərdən tərəfindən laqeydliklə Ərəbistan, Efiopiya, Liviya, Parfiya, Persiya və midiyalıların torpağına tətbiq edilən addır. == Yeri == Buna baxmayaraq, Albanopolisin yerləşdiyi yer olaraq ən azı üç yer təklif edilib: Dərbənd, Başkaledeki Albayraq (Türkiyə) və Bakı. Bakının Albanopolis olmaq ehtimalı böyükdür. Çünki Azərbaycan Respublikası tarixən Albaniya adlanırdı.
Baş Qafqaz
Baş Qafqaz silsiləsi — Böyük Qafqaz dağlarının əsas suayrıcı silsiləsi. Azərbaycanda ən hündür nöqtəsi Bazardüzü zirvəsidir (4466 m). Baş Qafqaz Qafqaz bərzəxində ən hündür sıra dağlardır. İm.-q.-dən cənub-Şərqə doğru 1100 km. məsafəyə qədər uzanır. Suayrıcı silsiləsi də adlanır. Burada baş sözü "böyük" mənasını ifadə edir.
Böyük Qafqaz
Böyük Qafqaz — Xəzər dənizi ilə Qara dəniz arasında yerləşən dağ sistemi; Alp-Himalay dağ qurşağının tərkib hissəsi. Cənub-şərq hissəsi Azərbaycan Respublikası ərazisinə daxildir. == Oroqrafik təsvir == Böyük Qafqazın çox hissəsini təşkil edən Baş Qafqaz silsiləsi Azərbaycan Respublikasının ərazisində Gürcüstan Respublikası və Rusiyanın Dağıstan Respublikası ilə sərhəddəki Tinov-Rosso (3385 m) zirvəsindən başlayaraq cənub-şərq istiqamətində uzanır. Silsilənin Tinov-Rosso və Bazardüzü zirvələri arasındakı hissəsinin yalnız cənub yamacı (şimal yamacı Rusiyanın Dağıstan ərazisinə düşür)və Bazardüzü zirvəsindən cənubdakı hissəsinin isə hər iki yamacı Azərbaycan ərazisinə daxildir. Baş Qafqaz silsiləsinin yan hissəsi heç bir yerdə çay dərələri ilə kəsilmir (buna görə o, bəzən Suayrıcı silsilə də adlanır). Silsilənin çox yerində hündürlüyü 3000 m-dən, mərkəzi hissəsində isə 4000 m-dən artıqdır (Bazardüzü — 4466 m, Tufandağ — 4191 m, Bazaryurd — 4126 m). Babadağ zirvəsindən (3629 m) cənub-şərqdə həmin silsilə tədricən alçalmağa və genişlənməyə başlayır. Baş Qafqaz silsiləsi Dübrar zirvəsindən (2205 m) şimal-şərqə doğru yelpikvarı şəkildə genişlənərək Xəzər dənizinə tərəf getdikcə alçalan və çay dərələri ilə bir-birindən ayrılan Gədi-Kürkeçidağ, Aladaş, Kəmçi və s. silsilələrə bölünür. Həmin silsilələr çoxlu daha kiçik və alçaq silsilələrə ayrılaraq Qobustan adlanan alçaq dağlıq sahəyə keçir, oradan da Abşeron yarımadasınadək davam edir.
Şimali Qafqaz
Şimali Qafqaz ya Qafqaz qırağı— Şərqi Avropada region, Rusiya Federasiyasının cənub hissəsində yerləşir. Tərkibinə ön Qafqaz, Böyük Qafqaz aşırımının şimal tərəfi (şərq hissəsi Azərbaycana aiddir), Psou çayına qədər cənub sıldırımın qərb hissəsi daxildir. Rusiyanın ən çoxmillətli regionu. == Antropologiya == Şimali Qafqaz əhalisinin çoxu Avropoid irqinin Şimali Qafqaz tipinə aiddir. == Təbii şəraiti və təbii ehtiyatları == Ərazinin böyük bir hissəsində əlverişli torpaq-iqlim şəraiti, qiymətli mineral xammal ehtiyatları, iqtisadi-coğrafi mövqe Şimali Qafqazın təsərrüfat baxımından inkişafına səbəb olmuşdur. Rayonun təbii şəraitinin fərqli xüsusiyyətlərinə müxtəlifliyin müşahiə olunması aiddir.Şimali Qafqaz ərazisi şimaldan cənuba doğru yüksəlir, eləcə də ovalıq və yüksəkliklər bir birini əvəz edir. Ərazinin oroqrafik xüsusiyyətləri hava kütlələrinin daxil olması və transformasiyasına əlverişli şərait yaradır. Bir-birindən kontinentallıq səviyyəsinə, isti və rütubətlə təmin olunmaya, qış fəslinin qarlı və sərt keçməsinə görə fərqlənən təbii landşaftlar nəticəsində aşağıdakı zonalar ayrılır: düzən, çöl, dağlıq, dənizsahili-subtropik. Regionun düzən ərazisinin tempratur rejimi kənd təsərrüfatının inkişafı baxımından əlverişlidir. Mülayim və subtropik qurşağın sərhəddində yerləşmə 10°S-dən yüksək temperaturlu vegetasiya dövrünün 170–190 gün olması ilə nəticələnir.
Qafqaz karabidi
Qafqaz karabidi (lat. Carabus caucasicus) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin karabidlər fəsiləsinin karabid cinsinə aid heyvan növü. Əvvələr Carabus scabrosus növünün Qafqaz yarımnövü hesab edilirdi. == Qısa təsviri == Bədənin uzunluğu 40-50 mm, alt hisəsi qara, üst hissəsi isə metal parıltılı göy və ya bənövşəyi rəngdədir. Krım yarımnövündən ön döşün formasına görə fərqlənir. Belə ki, Qafqaz ilbizyeyən fışqırdanında ön döş qabaq tərəfdən daralmış və arxa küncləri bir qədər qalxmış vəziyyətdədir. == Yayılması == Azərbaycanda Böyük Qafqaz və Kiçik Qafqazın (Şuşa ətrafı, Daşaltı dərəsi) dağ və dağətəyi rayonlarında dəniz səviyyəsindən 1200 m-ə qədər yüksəklikdə yayılmışdır. == Yaşayış yeri və həyat tərzi == Meşə və bağlarda rütubətli yerlərdə yaşayır. Qışlayan böcəklər ilkin yazda təbiətdə görünməyə başlayır və yayın ortasına qədər rast gəlinirlər. Cütləşmə və yumurtaqoyma prosesi yazın sonunda gedir.
Qafqaz moruğu
Qafqaz böyürtkəni (lat. Rubus caucasicus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Ümumi yayılması == Rusiya (Dağıstan) və Türkiyədə təbii yayılma sahələri vardır. == Azərbaycanda yayılması == Quba (Qonaqkənd), Qusar, Zaqatala, Balakən rayonlarında dərə və meşə kənarlarında yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitki növüdür. LC. == Bitdiyi yer == Aşağı və orta dağ qurşağında meşəliklərdə yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə 2 m-ə qədər hündürlüyü olan koldur. Birillik budaqları silindirvari, yerə əyilmiş, üzəri müxtəlif tikanlı, sarımtıl vəzilidir. Yarpaqları üçər və beş yarpaqcıqdan ibarətdir.
Qafqaz allankastriyası
Qafqaz allankastriyası (lat. Allancastria caucasica) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin yelkənqanadlılar fəsiləsinin allankastriya cinsinə aid heyvan növü. == Təsviri == Qanadların açılmış halda ölçüləri 50-60 mm-ə çatır. Qanadlar üstdən açıq sarı rəngdə olub, üzərində qara, qırmızı, mavi ləkələrdən ibarət mürəkkəb naxış vardır. Naxışın kənarı qaradır. Pupdan yenicə çıxmış kəpənəklərdə qanadların rəngi ağdan parlaq sarıyadək dəyişir. Arxa qanadlarda kiçik quyruq vardır. Kəpənəyin qarıncığı açıq rəngli tükcüklərlə örtülüdür, yanlarda narıncı rəngli üçbücaq naxışlar vardır. == Yayılması == Bolqarıstan, Türkiyə, Yunanıstan, Suriya, Kiçik Asiya, Qafqazda yayılmışlar. Ölkəmizdə Böyük Qafqazın dağ ətəklərinin cənub yamacları (Balakən, Zaqatala, Qax, Şəki) rast gəlinir.
Qafqaz lomeloziyası
Qafqaz lomeloziyası (lat. Lomelosia caucasica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin lomeloziya cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi 20-60 (80) sm hündürlükdə, adətən tək, sadə, demək olar ki, çılpaq, çox vaxt yuxarı hissədə xırda tükcüklü, aşağı hissədə az saylı tükcüklüdür. Gövdə ətrafı yarpaqlar tam, uzun saplaqlı, dar lansetvari, lansetvari və ya uzunsov ellipsvari; gövdə yarpaqları oturaq, əsasında tam və ya iridişli və ya lələkvaridir. Başcıqlar tək, iri, çiçəkləmə dövründə diametri 3-8 (10) sm, uzun çiçək saplağındadır. Sarğı yarpaqcıqları lansetvari və ya uzunsovlansetvari, itiləşmiş, sıx qısa tükcüklüdür. Tacı mavi (bəzən ağ) və ya göy, içəridə boztükcüklü, ikidodaqlıdır. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında subalp və alp qurşağında yayılmışdır. Çəmənlərdə bitir.
Qafqaz Düyünü
Kavkazskiy Uzel (rus. Кавказский узел; ing. Caucasian Knot), bəzi azərbaycandilli mənbələrdə Qafqaz Düyünü — Qafqaz regionu haqqında ingilis və rus dillərində xəbərlər yayımlayan onlayn xəbər saytı. 2001-ci ildə yaradılan saytın baş redaktoru Qriqori Şvedovdur. Sayt siyasətə və insan hüquqları məsələlərinə, o cümlədən mətbuat azadlığına xüsusi diqqət yetirir. == Tarixi == 2001-ci ildə sayt "Memorial" hüquq müdafiə təşkilatı ilə əlaqəli layihə kimi fəaliyyətə başlamış, lakin daha sonra müstəqil jurnalistika saytına çevrilmişdir. 2003-cü ildə ingilis dilli versiyası açılıb. Sayt ABŞ və Qərbi Avropadakı bir sıra xeyriyyə təşkilatları tərəfindən maliyyələşdirilir. 2011-ci ildə aylıq təxminən 1,8 milyon oxucusu var idi. == Komanda == Saytın təhlükəsizlik səbəblərinə görə redaksiyası yoxdur.
Qafqaz reyxkomissarlığı
Qafqaz reyxkomissarlığı (alm. Reichskommissariat Kaukasien‎; rus. Рейхскомиссариат Кавказ) və ya qısaca Kaukasus — İkinci Dünya müharibəsi illərində Almaniyanın Qafqaz regionunun ələ keçiriləcək ərazilərində (cənubda Türkiyə və İran sərhədindən, şimalda Don və Volqa çaylarına qədər (Həştərxan vilayətinin ərazisi daxil olmaqla)) nəzəri siyasi bölgüsü və planlaşdırılmış mülki işğal rejimi. Planlaşdırılan digər dörd Reyxskommissarlıqdan fərqli olaraq, Qafqaz reyxkomissarlığının sərhədləri daxilində "yerli qruplar" üçün müxtəlif muxtariyyət formaları üçün eksperimentlər aparılmalı idi. Paytaxtın Tbilisi olması planlaşdırıldı. Bölgənin iqtisadiyyatının əsasını neft hasilatı və kənd təsərrüfatı təşkil edəcəkdi. Barbarossa əməliyyatından sonra Qafqazda "Almaniyanın himayəsində almanpərəst dövlətlər" yaratmaq planları da işlənib hazırlanmış, Gürcüstan, Ermənistan və Azərbaycan üçün "Azadlıq Komitələri" yaradılmışdır.
Qafqaz cəbhəsi
Qafqaz cəbhəsi — Birinci Dünya müharibəsi dövründə Osmanlı İmperiyası ilə Rusiya imperiyasının qarşı-qarşıya gəldiyi, sonradan Azərbaycan, Ermənistan, Gürcüstan, Alman İmperiyası, Sentrokaspi Diktaturası və Britaniya İmperiyasının iştirak etdiyi hərbi münaqişə. == Tarixi == === Azərbaycan I Dünya müharibəsində === Özündən asılı olmayaraq Azərbaycan da Birinci Dünya müharibəsinə cəlb olunmuşdu. Bu Şimali Azərbaycanın müharibə edən Rusiya imperiyasının tərkibində olması və müharibə edən dövlətlərin ona dair planları ilə əlaqədar idi. Belə ki, çox əlverişli coğrafi mövqedə yerləşən və öz yeraltı, yerüstü sərvətləri ilə seçilən Azərbaycan iri dövlətlərin maraq dairəsində idi. Burada alman, rus, ingilis rəqabəti daha qabarıq özünü göstərirdi. Almaniya tərəfindən müharibədə iştirak edən Osmanlı imperiyasının də müsəlman Qafqazına, xüsusən Azərbaycana böyük marağı var idi. Birinci Dünya müharibəsi illərində Azərbaycan mövzusuna aydınlıq gətirmək üçün üç mühüm məsələ ön plana çəkilməlidir. Birincisi, Cənubi Qafqaz regionunda Azərbaycanın geosiyasi mövqeyinə aydınlıq gətirmək lazımdır. Beynəlxalq münasibətlər sistemində işlənən "geopolitika" sözü, yunan sözü olub iki hissədən ibarətdi. Geo-yer, politikos-hər nə varsa dövlətlə bağlıdır və s.
Qafqaz xanlıqları
Azərbaycan xanlıqları, Qafqaz xanlıqları, Xanlıqlar və ya Xanlıqlar dövrü — XVIII əsrin 40-cı illərində indiki Azərbaycan Respublikası, Ermənistan və Cənubi Azərbaycan ərazisində yaranmış müstəqil feodal dövlətlərinə tarixşünaslıqda verilən ad. Şəki və Quba xanlıqları istisna olmaqla, digər xanlıqlar məhz sırf 1747-ci ildə Nadir şah Əfşarın qətlindən və Əfşar imperiyasının parçalanmasından sonra meydana gəlmişdir. Beləliklə, Azərbaycanın dərin siyasi parçalanma və daxili müharibə şəraitində də olsa, yarıməsrlik müstəqillik dövrü başladı. XIX əsrin əvvəllərində xanlıqlar mərhələ-mərhələ Qacar Dövlətinin və Rusiya imperiyasının işğalına məruz qalmışdırlar. == Arxa plan == Nadir şah Əfşarın qəfil sui-qəsd nəticəsində öldürülməsi ilə onun nəhəng Əfşarlar imperiyası dağılmağa başladı. Əfqanıstanda müstəqil dövlət təşəkkül tapdı. İran, Orta Asiya və Qafqazda müstəqil və yarımmüstəqil xanlıqlar meydana çıxdı. Ali hakimiyyət uğrunda mübarizə gücləndi. XVIII əsrin ikinci yarısında İran taxt-tacı üstündə iyirmiyə yaxın sərkərdə mübarizə aparırdı. Hakimiyyət 14 dəfə əldən-ələ keçmiş və dövlətin paytaxtı 6 dəfə dəyişdirilmişdi.
Qafqaz üçqabırğacığı
Qafqaz üçqabırğacığı (lat. Tripleurospermum caucasicum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin üçqabırğacıq cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chamaemelum caucasicum (Willd.) Boiss. Matricaria caucasica (Willd.) Poir. Pyrethrum caucasicum Willd. Tanacetum caucasicum (Willd.) Sch.Bip.
Cənub Qafqaz
Cənubi Qafqaz (rus. Южный Кавказ ing. South Caucasus) — Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsinin cənubunda yerləşən, Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərindən ibarət coğrafi-siyasi bölgə. == Cənubi Qafqazın tarixi == Cənubi Qafqaz bölgəsi tarixən siyasi, dini və mədəni mübarizənin məkanı olmuşdur. Bölgənin köhnə dövlətləri içində Albaniya, İberiya krallıqları iştirak etməkdədir. Bu krallıqlar daha sonra Əhəməni İmperatorluğu, Parf İmperatorluğu və Sasani İmperatorluğuna birləşdirilmişdir. Nəticədə, əvvəl Zərdüştlük, sonra da Xristianlıq bölgədə suveren dinlər olmuşlar. VII əsrdə Xilafətin bölgəni ələ keçirməsi ilə Cənubi Qafqazda müqəddəs İslam dini yayılmağa başlamışdır. Sonrakı əsrlər içində Səlcuqların, Monqolların və Türk xanlıqlarının suverenliyində olan bölgə, 1501-ci ildə Səfəvi dövlətinin rəhbərliyinə keçmişdir. 17-ci əsrdəki qısa davamlı Osmanlı hakimiyyəti xaricində, 18-ci əsrin ortalarına qədər bölgə ümumi olaraq Səfəvi suverenliyində qalmışdır.
Qafqaz avarları
Avarlar (Qafqaz avarları) (avar. аварал, магІарулал) — Dağıstan Respublikasında ən böyük, Azərbaycanda sayca altıncı böyük etnik qrup. Qafqazın ən qədim yerli xalqlarından biri. Həmçinin, Rusiyanın Çeçenistan, Kalmıkiya və digər federasiya subyektlərində məskunlaşmışlar. Azərbaycanda əsasən Balakən Qax Şəki və Zaqatala rayonlarında yaşayırlar. Avarların etnik-mədəni ərazisi Avariya və ya Avarıstan adlanır. Mərkəzi Xunzaxdır. == Etimologiya == Bir çox mənbələrdə eyni zamanda Qafqaz Avarları olaraq anlandırılır. Özlərini "магIарулал" olaraq adlandırırlar. Mənası "dağların xalqı", "dağlılar" deməkdir.
Qafqaz əsməsi
Qafqaz əsməsi (lat. Anemone caucasica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin əsmə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 3–10 sm, gövdəsinin əsası yarpaqsız və ya 1–2 ədəd yarpaqlı, diametri 5–13 mm olan yumurtaşəkilli və yaxud dəyirmi kök yumrularından ibarət çoxillik ot bitkisidir. Kökətrafı yarpaqları uzun saplaq üzərində yerləşmiş, üçər-yarıya bölünmüş, seqmentləri 2–3 ədəd olub, mişarvari kəsilmişdişlidir, yuxarı tərəfdə çılpaq və ya az tükcüklüdür. Çiçəkləri təkdir, qısa-tükcüklü, (meyvə verəndə əyilmiş) çiçək oxunda toplanmışdır. Çiçəkyanlığının yarpaqcıqları 8–10 sayda olub, uzunluğu 7–15 mm-dir, xətvari-uzunsovdur, göy və ya mavi rənglidir, üst tərəfdən çılpaqdır. Meyvələri tüklüdür və qısa əyilmiş sütuncuqludur. Aprel ayında çiçəkləyir, aprel-may aylarında meyvə verir. == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, Lənk.-dağ.. Orta və yuxarı dağ qurşaqlarında.