ŞAGİRD
ŞAHDAMAR
OBASTAN VİKİ
Şah
Şah — Yaxın və Orta Şərqin bəzi ölkələrində və Dehli sultanlığında monarxın titulu. Şah titulu ilk dəfə Sasanilər dövlətində işlənməyə başlamışdır. Səfəvi dövlətində də hökmdar şah adlanırdı. İranda şahlıq devrilənədək şaha şahənşah deyilirdi. Şahbanu — şah arvadı, padşahın xanımı Şahzadə — şah oğlu və ya padşah ailəsindən olan şəxslərin övladlarından biri Padşah (farsca şahlar hökmdarı) titulu şahənşah və imperator titullarına uyğundur.
Kirman şah
Kirmanşah — Kirman Səlcuqlu hakimi və Qavurd bəyin böyük oğlu. Şahzadəlik dövründə atası ilə Sistanın fəthində iştirak etmişdi.Hakimiyyətdə cəmi 1 il qalmış vəfat edib yerinə Sultanşah təyin edilmişdi.
Miran şah
Cəlaləddin Sultan Miranşah mirzə (1366 – 21 aprel 1408, Təbriz) — Teymurlu sultanı. == Həyatı == Cəlaləddin Miranşah bir az da dağıdıcı xasiyyətinə görə tarixin yadında qalıb. 1396-cı ildə Sultaniyyə şəhəri Əmir Teymurun oğlu Miranşah tərəfindən viran qoyulmuşdur. == Miranşah və Nəimi == Nəimi, Şəhabəddin Fəzlullah Təbrizi Astabadi (təqribən 1339–40-1402-ci illər) — mütəfəkkir, şair. Orta əsrlərdə Yaxın və Orta Şərqdə geniş yayılmış hürufilik təriqətinin əsasını qoymuşdur. Hürufiliyin fəlsəfi əsasını təşkil edən ardıcıl panteizmin başlıca müddəalarını "Cavidani-Səğir", "Məhəbbətnamə", "Ərşnamə" traktatlarında, qismən "Novmnamə" ("Yuxular haqqında") əsərlərində və "Divan"ında şərh etmişdir. Başlıca əsəri "Cavidani-Kəbir"dir ("Cavidannamə")-Hürufilər Allahın Fəzlullahda təcəssüm etdiyinə, onun Allahın timsalı kimi yerdəki ədalətsizliyi aradan qaldıracağına inanırdılar. Mənbələrdəki məlumatlara görə hürufiliyi təbliğ etdiyi və hakim dairələrə qarşı kəskin siyasi mübarizə apardığı üçün Teymurlular Nəimini Əlincə qalasına qədər təqib etmiş, Əmir Teymurun əmri ilə onun oğlu Miranşah tərəfindən tutulmuş və Əlincə qalasında edam edilmişdir. Əmir Teymurun oğlu Miranşah mirzə Fəzlullah Nəimini Əlincə qalası yaxınlığında öldürtdürəndən sonra hürufilərə qarşı ardıcıl təqiblər həyata keçirilib, ələ keçənlər amansızcasına qətl ediliblər. Sağ qalan Nürufilər təğyiri-libas olaraq müxtəlif Şərq ölkələrinə üz tutublar, əqidələrini yayıblar".
Müzəffərəddin şah
Müzəffərəddin şah Nasirəddin şah oğlu Qovanlı-Qacar (23 mart 1853, Tehran – 3 yanvar 1907, Tehran) — İran şahı (1896–1907). Nəsrəddin şahın oğlu. Qacarlar sülaləsindəndir. Uzun müddət Azərbaycan valisi olmuş və Təbrizdə yaşamışdır. Müzəffərəddin şahın dövründə İranın xarici ölkələrdən asılılığı daha da güclənmiş, aclıq və narazılıq artmış, inqilabi hərəkatın başlanmasına zəmin yaranmışdı. Xalq kütlələrinin təzyiqi ilə 1906-cı ildə İran tarixində ilk dəfə olaraq məclis çağırılması haqqında qərar verməyə məcbur olmuşdu. Yerinə oğlu Məhəmmədəli şah hakimiyyətə keçmişdi. == Həyatı == Müzəffərəddin şah Nasirəddin şah oğlu 25 mart 1853-cü ildə Təbriz şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi almışdı. 1861-ci ildə Cənubi Azərbaycan əyalətinin valisi olmuşdu.
Məhəmməd Şah
Məhəmməd Şah (17 avqust 1702 və ya 7 avqust 1702, Fatehpur-Sikri – 26 aprel 1748 və ya 16 aprel 1747, Qırmızı Qala və ya Dehli) — Böyük Moğol İmperiyasının XIII padşahı.
Məhəmmədqulu şah
Məhəmmədqulu şah - İbrahimqulu şahın oğlu, Qütbşah və Qolkonda hökmdarı, şair. == Həyatı == 1565-ci ildə dünyaya gəlmişdi. İbrahimqulu şahın üçüncü oğlu idi. Anası Əhmədnaqar sultanı I Hüseyn Nizam şahın qızı idi. 15 yaşında taxta gətirilmişdi. İmam Əli ibn Əbu Talibin şərəfinə adını verdiyi Heydərabad şəhərini İsfahandan ilhamlanaraq salmışdı. Lakin başqa mənbələr həyat yoldaşının şərəfinə olduğunu deyir. == Hakimiyyəti == Hakimiyyətə gələndə hələ Vicayanaqar imperiyasının qalıqları ilə mübarizə aparmalı idi. Atasının siyasətini davam etdirən Məhəmmədqulu 1586-cı ildə Andranı işğal etdi. Penukondanı özü mühasirəyə almışdı.
Məhəmmədəli şah
Məhəmmədəli şah Qovanlı-Qacar (21 iyun 1872, Təbriz, Qacar dövləti – 5 aprel 1925, San-Remo, İtaliya krallığı) (fars. محمدعلی شاه قاجار‎) — İran şahı, Müzəffərəddin şahın oğlu == Həyatı == Məhəmmədəli mirzə Müzəffərəddin şah oğlu 1872-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. Etizadülmüzəffər ləqəbi almışdı. Anası Ümmül Xaqan dövrünün məşhur əxlaqsız qadınlarından biri idi. Məhəmmədəli mirzə Təbrizin valisi idi. Anasının əxlaqsızlığı onun özünə də az təsir etməmişdi. O, hələ Təbrizdə vəliəhd olduğu vaxt cinayətlər və əxlaqsızlıqlar etmişdi. Onun bütün bu cinayətlərinə son qoymaq üçün təbrizlilər üsyana da əl atmışdılar. 1906-cı ilin sonlarında atası Müzəffərəddin şahın xəstəliyi gücləndi.
Nadir Şah
Nadir şah Əfşar (fars. نادر شاه‎; Nâdir şâh) 22 oktyabr 1688 və ya 6 avqust 1698 – 19 iyun 1747, Qoçan, Əfşarlar imperiyası) — Əfşar imperiyasının şahı (1736–1747) və Əfşarlar sülaləsinin banisi. Tarixdə, həmçinin Nadirqulu bəy və Təhmasibqulu xan adları ilə də tanınır. Hərbi nailiyyətlərinə görə bəzi tarixçilər ona "Şərqin qılıncı", "Şərqin Napoleonu" və "İkinci Makedoniyalı İsgəndər" kimi ləqəblər veriblər. Napoleon Bonapartın özü isə Nadir şaha heyran qalırdı, o, Fətəli Şah Qacara yazdığı məktubda Nadiri tərifləyir və özünü "İkinci Nadir" hesab edirdi. == Nadir xanın Səfəvi şahı olan II Təhmasibin dövründəki ictimai, siyasi və hərbi fəaliyyəti == Nadir şah 1689-cu ilin noyabrında (bəzi mənbələrdə bu tarix 1688-ci il kimi verilmişdir) Xorasan vilayətinin Dərgəz mahalının Dəstgird kəndində köçəri maldarlıq ilə məşğul olan bir ailədə dünyaya gəlmişdir. Tarixçilər bu məşhur sərkərdənin hələ uşaq yaşlarından diribaş, hazırcavab, fərasətli və bacarıqlı olmasını qeyd edirlər. XVII əsrin sonu — XVIII əsrin əvvəllərində Səfəvilər dövləti qorxunc bir iqtisadi və siyasi böhran keçirirdi. Ölkənin mərkəzi və şərq hissəsi əfqanların işğalı altına düşmüşdü. Azərbaycan, Şirvan və bunlarla həmsərhəd ərazilər Osmanlı imperiyası tərəfindən işğal olunmuşdu.
Nasirəddin şah
Nəsirəddin şah Qacar (tam adı: Nasirəddin şah Məhəmməd şah oğlu Qovanlı-Qacar; 16 iyul 1831, Təbriz – 1 may 1896[…], Tehran) — İran şahı. 17 iyul 1831-ci ildə Təbriz yaxınlığındakı Kuhnemirdə anadan olmuşdur. Atası Qacar ​​Xanədanının üçüncü hökmdarı Məhəmməd Mirzə Şah, anası yenə Qacar ​​xanədanına mənsub Məlikcahan xanımdır. Beş yaşında vəliəhd təyin edilən Nəsirəddin şah 1847-ci ildə əmisinin yerinə Azərbaycan canişini oldu. Atasının vəfatından sonra Mirzə Tağı xanın dəstəyi ilə Təbrizdə hökmdar elan edildi. 1848-ci ilin oktyabr ayında Təbrizdən paytaxt Tehrana gedən Nəsirəddin şahın ilk icraatı Mirzə Tağı xanı Atabəyləri-i əzəm ünvanıyla sədarət mövqeyinə gətirmək oldu. Taki Xanın üsyan və qarışıqlıqlar içində çalxalanan ölkədə mərkəzi nüfuzu hakim qılmağı bacararaq Şahın gücünü artırdı, Digər tərəfdən Nasirəddin Şah Xivə və Buxara xanlığına reallaşdırdığı səfərlərdə qazandığı uğurlardan sonra Nəsrəddin şah özünü Nadir Şah, Napoleon və Böyük Pyotr kimi böyük hökmdarlarla eyni səviyyədə görməyə başladı. Ancaq Heratın ələ keçirilməsinə istiqamətli əsgəri hərəkatın, müstəmləkəsi Hindistan ilə İran və Rusiya arasında tampon bir ölkə yaratmaq istəyən İngiltərə tərəfindən maneə törədilməsi Nəsirəddin Şahı güc vəziyyətdə buraxdı. Şəhər İngilislərin əlindədir. Şah, İngiltərə ilə 4 mart 1857-ci ildə imzalanan Paris sülh müqaviləsinə əsasən Əfqanıstanı tanıdı və Herat üzərindəki haqqlarından imtina etdi.
Rza şah
Rza şah Pəhləvi (fars. رضا پهلوی‎; 15 mart 1878, Alaşt, Mazandaran ostanı – 26 iyul 1944, Yohannesburq, Transvaal[d]) — İran şahı (1925–1941), Pəhləvilər sülaləsinin banisi. Əhməd şah Qacarı devirib Pəhləvi xanədanını qurmuşdur. Onun qurduğu Pəhləvi rejimi sekulyarist, milliyyətçi, militarist və anti-kommunist rejimdir. == Doğumu == Rza Xan 1878-ci il martın 15-də Mazandaran əyalətinin Savadkuh şəhərindəki Alaşt kəndində anadan olmuşdur. Atası Abbas Əli (1815–1878) Savadkuhda polkovnik idi. Anası Nüşafarin Zəhra Qafqazlı immiqrant idi. Rza Xanın babası Murad Əli Xan bir əsgər idi və 1848-ci ildə Herat mühasirəsində həyatını itirdi. Murad Əli Xanın 7 oğlu var idi. İlk oğlu Çıraq Əli Tehranda yaşamış və orduda xidmət etmişdir.
Sübhanqulu şah
Sübhanqulu şah — Qütbşah, Qolkonda hökmdarı. == Həyatı == 1543-cü ildə Heydərabadda doğulmuşdu. Atası Cəmşidqulu bəy Baranlı, anası Bilqız Zaman xanımdır. Hakimiyyətə gələndə hələ 7 yaşı vardı. Anası Racmata (Şah anası) Bilqız Zaman Əhmədnaqarda yaşayan Eynəlmülk Səif xanı qəyyumluğa çağırmışdı. Lakin Səif xanın hakimiyyəti öz əlində toplaması bəzi əmirləri narahat etdi və onlar Cəmşidqulunun qardaşı İbrahimqulunu taxta çağırdılar. İbrahimqulu bəy 7 ay sonra - 1550-ci ilin iyulunda taxta çıxdı. == Mənbə == Teluqu dilindəki Vikipediyada məqaləsindən tərcüməyə baxın.
Süleyman Şah
Süleyman Şah və ya Süleyman Şah Qaya Alpoğlu (təq. 1167, bilinmir və ya Xorasan[d], Ərzurum ili – təq. 1227, Hələb) — Qaya Alpın oğlu, Ərtoğrul Qazinin atası, Osman Qazinin babasıdır. Oğuzların Qayı boyundandır. Doğum yeri və tarixi haqqında dəqiq məlumatlar yoxdur. XII əsrin sonlarında doğulduğu və Qayı boyunun rəisi olduğu bilinir. Monqol hökmdarı Çingiz Xanın Orta Asiyadakı istilası zamanı, XIII əsrdə Türküstandan qərbə doğru köç etməyə qərar vermişdir. Türküstandan 50 min nəfərlə Şimali Qafqaz üzərindən Şərqi Anadoluya gələrək, 1214-cü ildə Ərzincan və Ahlat bölgəsində yerləşdi. Eyni boya mənsub bəzi tayfalar da Diyarbəkir, Mardin və Urfaya yerləşdilər. == Ölümü və məzarı == Süleyman Şah Qayı boyundan bir neçə bəy ilə Cabere gedərkən Fərat çayında boğulub.
Toğrul şah
Toğrul şah — Səlcuq şahzadəsi, Məhəmmədşahın oğlu. == Hakimiyyəti == Hakimiyyəti qısa çəkmiş lakin onun dövründə ticarət və iqtisadiyyata böyük önəm verilmişdir. Ölümü ilə hərc-mərclik başlamış, oğulları taxtda bir-birini əvəz etmişdir.
İbrahimqulu şah
İbrahimqulu şah Vali — Qolkonda hökmdarı, ilk dəfə Sultan titulundan istifadə etmişdir. == Həyatı == Sultanqulu şahın üçüncü oğlu idi. 1518-ci ildə doğulmuş, qardaşı Cəmşidquludan qorxduğu üçün 1543-cü ildə Vicayanaqara qaçmışdır. O, burada Teluqu dilini də mükəmməl öyrənmişdi. Onun dövründə şiələrdən əlavə hindular da dövlət vəzifələrinə gətirilirdi. == Talikota döyüşü == Vicayanaqar imperiyasının böyüməsindən qorxuya düşən Əhmədnaqar, Bicapur, Berar və Bidar sultanları ittifaqa tələsdilər. Əhmədnaqar sultanı I Hüseyn Nizamşah İbrahimqulu ilə dost idi. Beləliklə Qütbşahlar da bu ittifaqa qoşuldular. 29 dekabr 1564-cü ildə ilk toqquşmalar baş verdi. Bu toqquşmalarda Nizamşah və Qütbşah məğlub olsalar da, Adilşahların da döyüşə qoşulmasından sonra 23 yanvar 1565-ci ildə Rakşasi və Tanqadi kəndləri yaxınlığında döyüş baş verdi.
Şah-Dəniz
Şahdəniz — dünyada ən iri qaz-kondensat yataqlarından biri. == Tarixi == Təxminən 1990-cı ildə Dövlət Neft Şirkəti tərəfindən Azərbaycanın qaz ilə təchizatını təmin etmək üçün "Şahdəniz" yatağında bu quyunun qazılmasına başlanmış, verilən məlumata görə təxminən 2 min metr dərinliyə qədər qazılmış, ancaq vəsaitin, imkanların olmamasından bu iş davam etdirilməmiş və başlı-başına buraxılmışdır. 1992-ci ilin sentyabrında Azərbaycan hökuməti "Şahdəniz" yatağının işlənməsi ilə əlaqədar Böyük Britaniya Krallığının "Britiş Petroleum" və Norveçin "Statoyl" şirkətləri ilə müqavilə imzalamışdır. Bu müqavilədə həmin yatağın birgə işlənməsi üçün danışıqlar aparılması və yatağın işlənməyə hazırlanması barədə "Britiş Petroleum" və "Statoyl" şirkətlərinə xüsusi səlahiyyətlər verilmişdir. Bu iki şirkət alyans yaradaraq işə başlamış, sonra həmin alyansa Türkiyənin "Türkiyə Petrolları Anonim Ortaqlığı" şirkəti də qoşulmuş, onlar bu işləri öz imkanları çərçivəsində aparmışlar. Nəhayət, Şahdəniz yatağı 1999-cu ildə kəşf edilmişdir. Kollektorda 1 trilyon kub metr qaz ehtiyatı ilə Şahdəniz yatağı dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. O, Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50–500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. Şahdəniz yatağının kəşfiyyat işlərinin aparılması üçün qazılan quyu yatağın cənub-qərb hissəsində Xəzər üçün rekord olan 7300 metrdən çox dərinliyə qazılmışdır. Bu yatağın istismarı Azərbaycanın qaza olan daxili tələbatını tam ödəməyə və tələbatından artıq qazı tarixində ilk dəfə olaraq ixrac etməyə imkan verir.
Şah & Sultan
Şah & Sultan (türk. Şah & Sultan) — İskəndər Palanın Şah İsmayıl və Sultan Səlimin mübarizəsindən bəhs edən romanı. == Məzmun == == Tərcümə və Nəşr == Kitab türkcə 10 dəfə, 280 000 tirajla nəşr olunmuş, 2010-cu ildə Türkiyənin ən çox satılan kitabı olmuşdur. Kitab Azərbaycan dilində 2012 və 2013-cü illərdə hər dəfə 1000 tiraj olmaqla 2 dəfə Qanun nəşriyyatında nəşr olunmuşdur. 2014-cü ilin fevral ayında Kapı nəşriyyatı tərəfindən kitabın türkcə cib ölçüsündə olan forması nəşr olunmuşdur. == İstinadlar == == Həmçinin bax == İskəndər Pala Şah İsmayıl Sultan Səlim == Xarici keçidlər == "Şah & Sultan" ( (türk.)). iskenderpala.net. 2015-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-06. Orhan Miroğlu.
Şah Abbas
Şah Abbas, I Abbas Səfəvi və ya Böyük Şah Abbas (27 yanvar 1571, Herat – 19 yanvar 1629, Behşəhr, Mazandaran ostanı) — Səfəvi imperiyasının V şahı və ən böyük Səfəvi şahlarından biri. O, Şah Məhəmməd Xudabəndənin üçüncü oğludur. Şah Abbasın Səfəvi imperiyasının hərbi, iqtisadi və siyasi baxımdan zirvədə olduğu dövrü formalaşdırmasına baxmayaraq, o, hakimiyyətə imperiyanın ən çətin zamanlarından birində gəlmişdi. Atası olan Şah Məhəmməd Xudabəndənin hakimiyyəti dövrü özbaşınalıq dövrü kimi xarakterizə oluna bilər. Mərkəzi hakimiyyətin zəifliyindən istifadə edən müxtəlif Qızılbaş tayfa əyanları şəxsi mənafeləri uğrunda mübarizəyə başlamış, həmçinin qeyri-türk olduğu və dövlət məsələlərinə çox müdaxilə etdiyi üçün I Abbasın anası Məhdi Ülyanı da öldürmüşlərdi. Həmçinin I Abbasın qardaşı və əsas vəliəhd hesab edilən Həmzə Mirzə də Osmanlı ilə müharibə dövründə sui-qəstlə qətlə yetirilmişdir. Səfəvi imperiyasının əsas rəqibləri olan Osmanlı imperiyası və özbəklər imperiyanın qərb və şərq sərhədlərini ələ keçirmək və ya mütəmadi oraya yürüşlər həyata keçirməklə bu qarışıqlığı daha da çətinləşdirirdilər. 1587-ci ildə Qızılbaş sərkərdələrindən biri olan Mürşüdqulu xan Ustaclı bacarıqsız hesab edilən Məhəmməd Xudabəndəni 16 yaşlı şahzadə olan Abbasla əvəz etdi. 16 yaşında taxta çıxan Abbas Mirzə tezliklə bütün hakimiyyəti öz əlinə aldı. Onun rəhbərliyi altında Səfəvi impreriyasında çərkəzlərdən, gürcülərdən, ermənilərdən formalaşan qulam, yəni kölə-əsgərlər sistemi inkişaf etdirildi və hərbi, mülki inzibati sistemə inteqrasiya etdirildi.
Şah Dili
Şah Dili — dil olaraq Abşeron yarımadasının uzaq cənub şərq qutaracağında yerləşir. Azərbaycan ərazisində yerləşən sahəsinə görə ən böyük dilidir. Üstəlik Şah Dili Azərbaycanın materikdə yerləşən ən ucqar şərq nöqtəsidir. İnzibati cəhətdən Bakı şəhəri Zirə qəsəbəsi ərazisinə daxildir. == Coğrafiyası == Dil cənuba doğru dənizin içərisinə uzanmışdır. Ensiz və uzun formaya malikdir. Ərasizi əsasən qumsaldır. Dəniz səviyəsindən elə də hündür deyildir. Bu səbəbdən şor qrunt suları səthə yaxındır. Şor gölməçələr və bataqlaşmış ərazilər geniş yer tutur.
Şah Fırat
"Şah Fərat əməliyyatı" — Süleyman Şah türbəsini yeni əraziyə köçürmək məqsədilə Türkiyə Silahlı Qüvvələri tərəfindən 2015-ci ildə keçirilmiş xüsusi xilasetmə əməliyyatı. == Məqsədi == Əməliyyatın məqsədi Türkiyənin dövlət sərhədlərindən kənarda yeganə ərazi vahidi (eksklav) olan, Suriya ərazisində yerləşən Süleyman Şah türbəsini qoruyan 35 nəfərlik hərbi birliyi Türkiyəyə gətirmək idi. == Tarixi == Əməliyyat fevral ayının 21-dən 22-nə keçən gecə saat 21 radələrində başladılıb. 50 tank, 57 zirehli maşın, 100 avtomobil və 572 hərbçinin iştirak etdiyi xilasetmə əməliyyatı 3,5 saat davam edib və gecə saat 00.30-da hərbçilər türbəyə çatıb. Türbədə qəbrin köçürülməsi üçün lazımı dini ritual həyata keçirilib və hərbçilərlə birlikdə Süleyman Şahın nəşi Mürşidpınar sərhəd-keçid məntəqəsinə doğru köçürülüb. Gecə saat 04.45-də sonuncu Türkiyə hərbçisi türbəni tərk etdikdən sonra türbə və yardımçı tikililər partladılıb. Səhər saat 6-da Türkiyə hərbçiləri öz ölkələrinin ərazisinə daxil olub və bununla da əməliyyat başa çatıb. == Nəticəsi == Türkiyə baş Qərargahının şərti olaraq "Şah Fərat" adı verdiyi bu əməliyyat nəticəsində türbədə xidmət edən və onu qoruyan 35 nəfərlik hərbçi qrup və Süleyman Şahın nəəşi Türkiyəyə gətirilmişdir. Əməliyyat zamanı yalnız bir əsgər qəza nəticəsində həlak olub. Əməliyyat zamanı Türkiyə tərəfi Suriya hökumətini və ərazidəki qüvvələri məlumatlandırıb.
Şah Hüseyn
Şah Sultan Hüseyn və ya Sultan Hüseyn (1668[…], İsfahan – 1726[…], İsfahan), 1694–1722-ci illərdə hakimiyyətdə olan IX Səfəvi şahı. Mir Mahmud Hotakinin rəhbərlik etdiyi əfqan və puştun üsyançılar tərəfindən hakimiyyətdən devrilmişdir. Səfəvi hökmdarı Şah Süleymanın gürcü knyazının qızı olan Yelena Xatunla izdivacından dünyaya gəlmişdi. == Hakimiyyətə gəlməsi == Şah Süleyman Səfəvi 28 iyul 1694-cü ildə İsfahanda vəfat etdi. Şah Süleyman Səfəvi ölüm yatağlnda olarkən öz hərəm ağalarına və saray əyanlarına vəsiyət edir ki, əgər onlar imperiyanın güclənməsini istəyirlərsə kiçik oğlu Abbas Mirzəni şah elan etsinlər, əgər dinc şəraitdə yaşamaq istəyirlərsə böyük oğlu Sultan Hüseyn Mirzəni şah elan etsinlər. Hərəm ağaları və digər əyanlar Sultan Hüseyni seçdilər. Doqquz gün sonra yəni 6 avqust 1694-cü ildə Şah Süleymanın böyük oğlu Hüseyn Mirzə 26 yaşında Səfəvi dövlətinin şahı oldu. İlk görülən iş Şah Süleymanın dəfni idi. O, Qumda atasının və babasının yanında dəfn edildi. Bundan sonra 3 gün müddətinə müxtəlif şəhərlərdə ehsan verildi.
Şah Məlik
Şah Məlik (d.?, Oğuz Yabquluğu - ö. 1042, Mekran, Bəlucistan) — Otrar və Cənd oğuzları yabquluğunun rəhbəri, Xarəzmşahlar dövlətinin valisi və daha sonra da hökmdarı (1041-1042). 1042-ci ildə Çağrı bəy tərəfindən öldürüldü. Sonradan Böyük Səlcuqlu imperiyasının imperatoru Toğrulun həyat yoldaşı olacaq Altuncan Xatunun ilk həyat yoldaşı olmuşdur. == Həyatı == Şah Məlik Yabqu titulunu daşımaqda idi. 1034-cü ildə Yabquların düşməni olan səlcuqlular Qəznə valisi Harunun dəvəti ilə Xarəzmə girdilər. === Xarəzm valiliyi və şahlığı === Qəznəvilərin türk kölə komandanı və Xarəzm valisi Altuntaş 15 illik valiliyi dövründə Qəznəvi Mahmud ilə Məsuda bağlı qalmışdı. Xarəzm əyalətinin sərhədlərini şimaldan gələn Oğuz və Qıpçak hücumlarına qarşı uğurlu formada müdafiə etmişdir. Buxara yaxınlığında Debusiye adı verilən mövqedəki döyüşdə ağır yaralanan Altuntaşın qısa müddət sonra ölümündən sonra Altuntaşın oğlu Harun Xarəzmdə onun yerinə de-fakto canişin olaraq keçdi. Harundan şübhələnən Məsud onu sadəcə canişin olaraq təyin etdiyi oğlunun müavini olaraq təyin etdi və tanıdı.
Şah Nemətullah
Nemətulla Vəli (1330, Hələb – 28 aprel 1429, Mahan, Kirman ostanı) — ərəb şairi, sufi, alim. == Həyatı == Nemətulla Vəli ("Vəli", yəni "müqəddəs" — ona verilmiş ləqəbdir. Bu, Allahın adlarından biridir) 1330-cu ildə Hələb (Aleppo) şəhərində anadan olmuşdur. Onun atası Mir Abdullah Vəli ərəb sufi və mürşidi, anası isə Cənubi İranın zadəgan farslarından idi. Nemətilla Vəlinin nəsil şəcərəsi beşinci imam Məhəmməd Baqirdan başlayır. Gənc ikən Nemətulla islam ölkələrinə uzunmüddətli səyahətdə olmuşdur. Hər bir müsəlmana vacib bilinən Məkkə ziyarətinə (Həccə) yollanmışdır. Burada Şeyx Abdulla əl-Yəfi ilə rastlaşaraq yeddi il müddətində ona müridlik etmişdir. Müridlik müddətindən sonra ikinci dəfə (bu dəfə kamil bir insan kimi) yenidən səyahətə çıxmış, Qahirəni, Suriyanı, İraqı, Azərbaycanı və İranı gəzmişdir. O, İranın Kirman şəhərində həmişəlik məskunlaşmışdır.
Şah Sultan
Şah Sultan — 8. Osmanlı sultanı II Bəyazidin qızıdır. Şah Sultan — 9. Osmanlı sultanı I Səlimin qızıdır. Şah Sultan — 11. Osmanlı sultanı II Səlimin qızıdır. Şah Sultan — 26. Osmanlı sultanı III Mustafanın qızıdır.
Şah Şüca
Şah Şüca (Cəlaləddin Şah Şüca) — Müzəffərilər sülaləsindən olan hökmdar,1358-1384-cü illərdə hakimiyyətdə olmuşdur. == Həyatı == Şah Şüca 10 mart 1333-cü ildə anadan olmuşdur. O, Mübarizəddin Məhəmmədin Makdum Şahdan olan oğlu idi.1341-ci ildə Mübarizəddin Məhəmmədin Kirmanı işğalından sonra oğlu Şah Şücanı Monqol tayfa başçılarından birinin qızı ilə evləndirdi. Daha sonra atasının dahi fars şairi Sədi Şirazinin məqbərəsini dağıtmasının qarşısını aldı. 1358-ci ildə atasının gözlərinə mil çəkdirərək, həbs etdirir. == Hakimiyyət illəri == Hakimiyyətə gələr gəlməz dövlətin mərkəzini Şiraz şəhərinə köçürür və oğlu Zeynəlabidini vəliəhd təyin edir. Şah Şüca atasından daha sərt bir insan olduğunu sübut edir. Beləki tez-tez qardaşları ilə arasında olan çəkişmələr dövləti zəiflədirdi.Şah Şüca hakimiyyətinin ilk illərində Xacə Kıvaməddini vəzir təyin etməsinə baxmayaraq,1362-ci ildə Xacə Kıvaməddin edam etdirərək onun yerinə Kəmaləddin Hüseyn Rəşidini vəzir təyin edir. Qardaşı Qütbəttin Şah Mahmudu İsfahana, digər qardaşı İmaduddin Əhmədi isə Kirmana vali təyin edir. İlk əvvəllər Cəlairi Şah Üveysin üzərinə hücuma hazırlaşsa da, sonradan Teymurun yaxınlaşdığı xəbərini alır və bu səfəri nəticəsiz qalır.
Şah Əhməd
HESA Şahid-136
Hacı Şahin
Hacı Şahin (tam adı: Şahin Hüseyn oğlu Həsənli; 7 iyul 1974, Bakı – 2 mart 2023, Bakı) — azərbaycanlı ilahiyyatçı, din xadimi, ictimai xadim, xeyriyyəçi; Məşədi Dadaş məscidinin axundu, imam-camaatı, imam-cüməsi; "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri (2007–2023); Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi (2014–2023); QMİ-nin Qazılar Şurasının üzvü. == Erkən həyatı == Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhərində dünyaya gəlib. 1981-ci ildə Bakı şəhəri, Səbail rayonu 189 saylı orta məktəbin (indiki 189–190 №-li məktəb) rus bölməsinə daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib. 1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1995–1997-ci illərdə hərbi xidmətdə olub. 1999-cu ildə ADTU-dakı təhsilini bitirib. 2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb. == İctimai fəaliyyəti == 1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.
Hacı Şahin Həsənli

Hacı Şahverdi hamamı
Hacı Şahverdi hamamı — Bakı şəhərinin Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən qədim hamam. == Haqqında == Hacı Şahverdi hamamı XIX əsrdə Pirşağı qəsəbəsinin sakini Hacı Şahverdi tərəfindən inşa edilmişdir. Abidə yerli əhali arasında "Qum hamamı" kimi tanınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na daxil edilmişdir. 2008-ci ilin yayında hamamın mühafizə edilməsi məqsədilə bir sıra bərpa işləri keçirilib.
Hücum (şahmat)
Hücum — Şahmat termini. Şahmat görüşlərində hücumetmə, məqsədə çatma üsuludur. Hücum obyektləri müxtəlif ola bilər. Lakin əsas məqsəd rəqibin şahı üzərinə hücuma keçməkdir. Əgər hücuma qarşı hücum edilirsə, bu, əks-hücum adlanırr.
Hüma Şah Sultan
Hüma Şah Sultan (Gürcüstan – ən tezi 1672, İstanbul, Osmanlı imperiyası) — 18-ci Osmanlı sultanı Sultan İbrahimin nikahlı xanımı, Hasəki sultan. Sultan İbrahimlə nikahlanmış və toy mərasimində başından asdığı tellər səbəbilə, Telli Hasəki olaraq anılmağa başlanmışdır. == Həyatı == Həyatının ilk illəri və saraya necə alındığı bilinməsə də, Sultan İbrahim səltənətinin son illərində hərəmə alındığı ehtimal olunur. Sultan İbrahimin ən sevimli qadını olan Hümaşah Sultanla 1647-ci ildə rəsmi nikahla evləndiyi məlumdur. Tarixçi Mustafa Naimanın qeydlərinə görə, nikah əsnasında gəlin vəkili olaraq Darüssəadə ağası, sultanın vəkili olaraq isə sədrəzəm Həzərparə Əhməd Paşa iştirak etmişdir. Nigahın ardından bütün divan vəzirləri və digər saray xidmətçiləri saçlarından gümüş və qızıl tellər asılan gəlini alayla birlikdə Topqapı sarayına gətirdilər. Mehir məbləği olaraq o ilki Misir xəzinəsi Hümaşah Sultana hədiyyə edildi. Sultan İbrahimin psixoloji zəifliyindən istifadə edərək üzərində nüfuz qazanan Hümaşah Sultan gün keçdikcə sərvətini artırırdı. Ancaq onun bu qədər qısa zamanda yüksəlməsi başda Validə Mahpeykər Kösəm Sultan olmaqla, qızları Fatma, Gövhər və Atikə Sultanların da narazılığına səbəb olmuşdu. Bu sürtüşmədə xanımı Hümüşah Sultanın tərəfini tutan Sultan İbrahim isə bacılarını Hümaşah Sultana xidmət etdirmiş, bu hadisənin ardından isə mallarını müsadirə etdirərək Ədirnə sarayına sürgün etmişdir.
Hüseyn Şahid
Hüseyn Şahid (8 sentyabr 1892 – 5 dekabr 1963, Beyrut) — Pakistan İslam Respublikasının 5-ci baş naziri.
Hüseyn şah Səfəvi
Şah Sultan Hüseyn və ya Sultan Hüseyn (1668[…], İsfahan – 1726[…], İsfahan), 1694–1722-ci illərdə hakimiyyətdə olan IX Səfəvi şahı. Mir Mahmud Hotakinin rəhbərlik etdiyi əfqan və puştun üsyançılar tərəfindən hakimiyyətdən devrilmişdir. Səfəvi hökmdarı Şah Süleymanın gürcü knyazının qızı olan Yelena Xatunla izdivacından dünyaya gəlmişdi. == Hakimiyyətə gəlməsi == Şah Süleyman Səfəvi 28 iyul 1694-cü ildə İsfahanda vəfat etdi. Şah Süleyman Səfəvi ölüm yatağlnda olarkən öz hərəm ağalarına və saray əyanlarına vəsiyət edir ki, əgər onlar imperiyanın güclənməsini istəyirlərsə kiçik oğlu Abbas Mirzəni şah elan etsinlər, əgər dinc şəraitdə yaşamaq istəyirlərsə böyük oğlu Sultan Hüseyn Mirzəni şah elan etsinlər. Hərəm ağaları və digər əyanlar Sultan Hüseyni seçdilər. Doqquz gün sonra yəni 6 avqust 1694-cü ildə Şah Süleymanın böyük oğlu Hüseyn Mirzə 26 yaşında Səfəvi dövlətinin şahı oldu. İlk görülən iş Şah Süleymanın dəfni idi. O, Qumda atasının və babasının yanında dəfn edildi. Bundan sonra 3 gün müddətinə müxtəlif şəhərlərdə ehsan verildi.
Hüseynqulu Şahmuradov
Hüseynqulu Ramazan oğlu Şahmuradov (21 mart 1932, Qubadlı rayonu – 10 iyun 1994, Bakı) — cərrah, daxili xəstəlikər həkimi, Azərbaycan SSR əməkdar həkimi. == Həyatı == Hüseynqulu Şahmuradov 1932-ci il martın 21-də Qubadlı rayonunda dünyaya göz açmışdır. 1949-cu ildə Qubadlıda orta məktəbi əla qiymətlərlə bitirən Hüseynqulu kimya və biologiya fənlərinə xüsusi marağı olduğu üçün Azərbaycan Dövlət Tibb Universitetinə daxil olur. 1955-ci ildə cərrah ixtisası üzrə institutu bitirir. Onun təyinatını Qazaxıstana versələr də, həkim buna qəti etiraz edir ve Qubadlıda qalıb işləmək istədiyini və burda daha gərəkli olduğunu bildirir. Hüseynqulu həkim rayondan xeyli uzaqda Muradxanlı kəndində fəaliyyətə başlayır və burada çalışdığı 2 il ərzində kənd camaatının böyük hörmətini qazanır. Hüseynqulu Şahmuradov 1959-cu ildə ailə həyatı qurur. 1961-ci ildə o, Bakı şəhərində Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasını dəyişib daxili xəstəliklər həkimi ixtisasına yiyələnir. 1993-cü ildə erməni işğalı nəticəsində Qubadlı rayonundan ayrı düşən həkim, elə həmin il oğlunu itirir. Bu dərdlərə dözə bilməyən həkim 1994-cü il iyunun 10-da ürək xəstəliyindən Bakı şəhərində vəfat edir.
Həbibulla bəy Şahtaxtinski
Həbibulla bəy Şahtaxtinski (9 sentyabr 1900, Şahtaxtı, Naxçıvan qəzası – 22 sentyabr 1986, Bakı) — kimyaçı (analitik və qeyri-üzvi kimya), kimya elmləri doktoru (1949), prof. (1950), Azərbaycan SSR Milli EA akademiki (1967). Azərbaycan SSR əməkdar elm xadimi (1974). == Həyatı == Azərb. Dövlət Universitetinin (indiki BDU) tibb fakültəsini (1926) və Azərb. Politexnik İnstitutunun kimya-texnologiya fakültəsini (1930) bitirmişdir. 1930-1972 illərdə respublikanın ali məktəblərində dərs demiş, Politexnik institutunda miqdari kimyəvi analiz kafedrasının, Azərb. Sənaye İnstitutunda (indiki Neft Akademiyası) analitik kimya kafedrasının müdiri olmuşdur (1937-59). 1959-86 illərdə Azərb. EA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda mineral maddələr texnologiyası laboratoriyasının müdiri işləmişdir.
Həbubulla Şahtaxtinski

Həmid bəy Şahtaxtinski
Şahtaxtinski Həmid bəy Xəlil ağa oğlu (12 mart 1880, Şahtaxtı, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 3 fevral 1944, Arxangelsk, Arxangelsk vilayəti, Sovet Rusiyası[d], SSRİ) — Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərindən biri, parlamentin üzvü, maarifçi. == Həyatı == Həmid bəy Şahtaxtinski 1880-ci il martın 12-də Naxçıvan qəzasının Şahtaxtı kəndində anadan olmuşdur. İlk təhsilini mollaxanada almış, üçüncü dərəcəli şəhər məktəbində oxumuşdur. == Təhsili == 1899-cu il iyunun 5-də İrəvan müəllimlər seminariyasının tam kursunu bitirərək 379 nömrəli attestat almışdır. O, 1899-cu il sentyabrın 1-də İrəvan rus-tatar məktəbinə müəllim təyin edilmişdir. Qafqaz tədis dairəsi Təhsil idarəsinin (Popeçitel) 27 oktyabr 1901-ci il tarixli təklifi ilə Həmid bəy Şaxtaxtinskiyə İrəvan Müəllimlər Seminariyasında türk dili dərslərini tədris etməsinə icazə verilmiş, Təhsil idarəsinin 9 aprel 1902-ci il təklifi ilə o, tutduğu vəzifəyə təsdiq olunmuşdur. İrəvan müəllimlər seminariyasında 5 ildən artıq bir müddətdə pedaqoji fəaliyyət göstərdikdən sonra 1907-ci il oktyabrın 23-də öz xahişi ilə vəzifəsindən azad edilmişdir. Bəzi mənbələrə görə isə 1904-1909-cu illərdə seminariyada müəllim işləmişdir. 1907-ci ildə H. Şahtaxtinski Odessa Universitetinin hüquq fakültəsinə daxil oldu, ikinci kursda oxuyarkən xəstələnib Bakıya qayıtdı. O, bir il burada qalaraq Bakı Alekseyevsk ali hazırlıq məktəbində müəllim işlədi, bir il sonra yenidən Odessaya gedib təhsilini davam etdirdi, 1912-ci ildə universiteti bitirdi və 1913-cü il mayın 30-da ikinci dərəcəli diploma layiq görülmüşdür.
Həmlə (şahmat)
Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir. == A == Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü. Alyoxin müdafiəsi Armaqedon Avanpost == B == Batareya (şahmat) == C == Cənub qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Fromen və isveç şahmatçısı Lindek tərəfindən praktikaya tətbiq edilmişdir. Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır. == Ç == Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir. Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu. == D == Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir. Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı. Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir. Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.
I Bahadır Şah
I Bahadır Şah (urdu بہادر شاه اول - Bahādur Shāh Awwal; 14 oktyabr 1643 və ya 1643, Burhanpur – 27 fevral 1712 və ya 18 fevral 1712, Lahor) — Böyük Moğol İmperiyasının VIII padşahı.
I Şah Abbas
Şah Abbas, I Abbas Səfəvi və ya Böyük Şah Abbas (27 yanvar 1571, Herat – 19 yanvar 1629, Behşəhr, Mazandaran ostanı) — Səfəvi imperiyasının V şahı və ən böyük Səfəvi şahlarından biri. O, Şah Məhəmməd Xudabəndənin üçüncü oğludur. Şah Abbasın Səfəvi imperiyasının hərbi, iqtisadi və siyasi baxımdan zirvədə olduğu dövrü formalaşdırmasına baxmayaraq, o, hakimiyyətə imperiyanın ən çətin zamanlarından birində gəlmişdi. Atası olan Şah Məhəmməd Xudabəndənin hakimiyyəti dövrü özbaşınalıq dövrü kimi xarakterizə oluna bilər. Mərkəzi hakimiyyətin zəifliyindən istifadə edən müxtəlif Qızılbaş tayfa əyanları şəxsi mənafeləri uğrunda mübarizəyə başlamış, həmçinin qeyri-türk olduğu və dövlət məsələlərinə çox müdaxilə etdiyi üçün I Abbasın anası Məhdi Ülyanı da öldürmüşlərdi. Həmçinin I Abbasın qardaşı və əsas vəliəhd hesab edilən Həmzə Mirzə də Osmanlı ilə müharibə dövründə sui-qəstlə qətlə yetirilmişdir. Səfəvi imperiyasının əsas rəqibləri olan Osmanlı imperiyası və özbəklər imperiyanın qərb və şərq sərhədlərini ələ keçirmək və ya mütəmadi oraya yürüşlər həyata keçirməklə bu qarışıqlığı daha da çətinləşdirirdilər. 1587-ci ildə Qızılbaş sərkərdələrindən biri olan Mürşüdqulu xan Ustaclı bacarıqsız hesab edilən Məhəmməd Xudabəndəni 16 yaşlı şahzadə olan Abbasla əvəz etdi. 16 yaşında taxta çıxan Abbas Mirzə tezliklə bütün hakimiyyəti öz əlinə aldı. Onun rəhbərliyi altında Səfəvi impreriyasında çərkəzlərdən, gürcülərdən, ermənilərdən formalaşan qulam, yəni kölə-əsgərlər sistemi inkişaf etdirildi və hərbi, mülki inzibati sistemə inteqrasiya etdirildi.
I Şah Abbas Səfəvi

I Şah Abbas türbəsi
I Şah Abbas türbəsi (fars. آرامگاه شاه عباس بزرگ‎‎) — Səfəvi hökmdarı I Şah Abbasın dəfn edildiyi türbədir. == I Şah Abbas == Səfəvilər dövlətin V hökmdarı olan I Şah Abbas 42 il Səfəvi dövlətini idarə etmişdir. Dövlətin özündən əvvəlki dövrlərdə itirmiş olduğu qüdrətini bərpa etmiş, Osmanlı imperiyasını, Şeybaniləri və Portuqaliyanı məğlub etmişdir. Avropada bəziləri onu "Böyük Abbas" adlandırırlar. 1587-ci ildən 1629-cu ilə qədər hakimiyyətdə olan I Şah Abbas 1629-cu ildə Mazandaranda Xəzər dənizi sahilində tikdirdiyi Fərahabad adlanan sarayında vəfat etmiş və Kaşana aparılaraq bu türbədə dəfn edilmişdir. == Türbə == I Şah Abbas bu türbədə dəfn edilmişdir. Türbə İran İslam Respublikasının Kaşan şəhərində yerləşir. Türbənin mehrabındakı yazıya görə, türbə ilk dəfə XII əsrdə tikilmişdir. Lakin Səfəvi dövləti zamanında təmir edilmiş və genişləndirilmişdir.
I Şah Abbasın Kartli və Katexiyaya yürüşləri
I Şah Abbasın Kartli və Katexiyaya yürüşləri — Səfəvi şahı I Abbasın Osmanlı-Səfəvi müharibəsi (1603-1618) zamanı şərqi gürcü vassal krallıqları olan Kartli və Kaxetiyada 1614-1617-ci illər arasında etdiyi 4 yürüşdür. Yürüşlər I Abbasın əvvəldən ən sadiq gürcü qulamları olan Kartli kralı III Luarsab və Kaxetiya kralı olan I Teymuraz tərəfindən göstərilən itaətsizliyə və ardından çıxarılan üsyana cavab olaraq başladıldı. Tiflis tamamilə dağıdıldı, üsyan yatırıldı. 100.000-ə qədər gürcü qətlə yetirildi və 130.000 ilə 200.000 arası şəxs İrana sürgün edildi. Bunun nəticəsində Kaxetiya və Kartlidə Səfəvi hakimiyyəti möhkəmləndirildi. == Arxa plan == 1606-cı ildə I Abbas Kartli zadəganlarının və Teymurazın anası olan Ketevanın istəyi ilə ikisi də mülayim gənclər kimi görünən II Luarsab və I Teymurazı səfəvilərin vassalı olan Kartli və Kaxetiya krallıqlarına hökmdar təyin etdi. Ancaq 1612-ci ildə Teymuraz və Luarsabın Karabağ valisi də daxil olmaqla, Səfəvi zadəganlarını edam etməsi ilə Gürcüstan ilə Şah arasındakı münasibətlər pozuldu. 1613-cü ildə Şah onları Mazandarandakı ov mərasiminə qatılmağa dəvət edərkən, onlar ya həbs ediləcəklərindən, ya da edam ediləcəklərindən qorxduqlarına görə getmədilər. 1614-cü ilin yazında müharibə başladı. Buna görə də, Osmanlı ilə imzalanmış İstanbul sülh müqaviləsi (1612) sona çatdı.
I Şah Səfi
I Şah Səfi (tam adı: Şah Səfiəddin əl-Hüseyn əl-Bahadır xan; 1611, İsfahan – 11 may 1642, Kaşan, İsfahan ostanı) — Səfəvilər xanədanlığından olan VI şah (1629–1642). Əsl adı Sam Mirzədir. == Həyatı == Səfəvi dövlətinin altıncı hökmdarıdır. Atasının adı şahzadə Məhəmməd Baqır Mirzə, anasının adı isə Dilarə xanımdır. Şah Səfi, Şah Abbasdan sonra 18 yaşındaykən dövlətin taxtına oturmuşdur. 13 il müddət ərzində dövləti idarə etmişdir. Şah Abbas böyük oğlu şahzadə Məhəmməd Baqır Mirzəni, onu öldürmək istəyini düşünərək öldürmüşdür. Şah Abbas daha sonra digər oğulları və nəvələrindən də şübhələnmiş geri qalanlarını da öldürmüşdür. Yalnız nəvəsi Səfini varisi olaraq saxlamışdır. Şah Səfi 1611-ci ildə doğulmuş, 31 yaşındaykən 12 may 1642-ci ildə vəfat etmişdir.
I Şah Səfi Səfəvi

I Şah Təhmasib
Şah Təhmasib (fars. طهماسب‎) və ya Şah I Təhmasib (22 fevral 1514 – 14 may 1576, Qəzvin) — Səfəvi imperiyasının 1524-cü ildən 1576-cı ilə qədər hakimiyyətdə olmuş ikinci türk şahı. O, Şah İsmayılla Taclı Bəyimin ən böyük oğludur. Təhmasib Mirzə 23 may 1524-cü ildə (10 yaşında) atasının ölümündən sonra taxta çıxmışdır. Onun hakimiyyətinin ilk illəri qızılbaş liderləri arasında vətəndaş müharibələri ilə müşahidə olunmuş və bu 1532-ci ilə qədər davam etmişdir. 1532-ci ildə I Təhmasib bütün hakimiyyəti öz əlinə almış və mütləq monarxiyasını təmin etmişdir. Bundan qısa müddət sonra o, Osmanlı imperiyası ilə uzun müddət davam edəcək müharibə ilə qarşılaşmışdır. Bu müharibə 3 mərhələyə bölünməkdədir. Osmanlı hökmdarı Sultan Süleymanın hərbi əməliyyatları ilə başlayan müharibə 1555-ci ildə Amasiya sülh müqaviləsi ilə bitmişdir. Sülh müqaviləsinə əsasən Bağdad, Şərqi Anadolunun böyük bir hissəsi və indiki Gürcüstanın qərbi Osmanlı imperiyasına keçmişdir.
I Şah Təhmasib Səfəvi

I Şah Təhmasibin Xəmsə əlyazması
I Şah Təhmasibin Xəmsə əlyazması — Səfəvi şahı I Təhmasibin sifarişi əsasında Şah Mahmud Nişapuri tərəfindən 1539-1543-cü illərdə köçürülmüş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasıdır. Bu əlyazma həm də "Xəmsə əlyazması (1539-1543)" və "Britaniya Kitabxanası Or. 2265" adları ilə tanınır. Əlyazma Təbriz miniatür məktəbinin və Səfəvilər dövrünün ən məşhur miniatürçü rəssamları tərəfindən çəkilmiş 14 mininatürlə bəzədilmişdir. Miniatürlərin çəkilməsində Sultan Məhəmməd, Ağa Mirək, Mir Musavvir, Mirzə Əli, Müzəffər Əli kimi sənətkarlar iştirak etmişlər. Əlyazmanı tədqiq etmiş A. Qazıyev qeyd edir ki, "XVI əsr Təbriz miniatür məktəbinin yetirmələri olan bu beş rəssamın əlyazmasında yer almış əsərləri mühüm tarixi-bədii əhəmiyyət kəsb edir. Milli irsin orijinal nümunələri kimi, bu miniatürlər bədii sənət nümunəsi olmaqla yanaşı etnoqraflar üçün də mühüm tədqiqat mənbəyidir." XVII əsrdə əlyazmaya Məhəmməd Zaman tərəfindən çəkilmiş daha üç miniatür əlavə edilmişdir. == Tarixi == === Tarixi-mədəni mühit === XVI əsrdə Yaxın Şərqin ən mühüm siyasi və mədəni mərkəzlərindən biri olan Təbrizdə Səfəvilər dövlətinin yaradılmasından sonra, uzun sürən daxili müharibələr nəticəsində dağıdılmış mədrəsə və kitabxanaların bərpa edilməsinə başlanıldı. Həmin dövrdə əsası qoyulmuş saray kitabxanası, mühüm bədii əsərlərin rəngarəng illüstrasiyalarla bəzədilmiş dəyərli əlyazma kitablarının toplanması və hazırlanması ilə məşğul olurdu. Kitabxana daxilində kitab incəsənəti ustalarının toplandığı bədii emalatxana da təşkil olunmuşdu.
I Şah İsmayıl
Şah İsmayıl Səfəvi, I İsmayıl və ya Şah İsmayıl (tam adı: Əbül-Müzəffər İsmail ibn Heydər əs-Səfəvi; 17 iyul 1487[…], Ərdəbil, Ağqoyunlu dövləti – 23 may 1524[…], Təbriz, Səfəvilər) — Səfəviyyə təriqətinin şeyxi (1494–1524); Səfəvilər dövlətinin banisi və ilk şahı; Azərbaycan şairi, Azərbaycan türklərinin piri. O, 1501-ci ilin iyul ayında Təbriz şəhərində Azərbaycan taxtına oturdu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Şah İsmayıl Xətai Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Onun yaratdığı Səfəvilər dövləti 1736-cı ilə qədər mövcud olmuşdur. İsmayıl 1501-ci ildən Cənubi Azərbaycanda On iki imam şiəliyinə əsaslanan səfəviliyi yayaraq 1509-cu ildə bütün İran, Azərbaycan, İraq, Şərqi Anadolunu və s. əraziləri vahid dövlətdə birləşdirmişdir. Bədii əsərlərini "Xətai" təxəllüsü ilə yazmışdır. Bununla əlaqədar olaraq "Şah İsmayıl Xətai" olaraq da tanınır. Əsərlərini əsasən Azərbaycan türkcəsində, qismən də fars və ərəbcə yazmışdır. == Soykökü == I Şah İsmayılın 6-cı əcdadı, mərkəzi Ərdəbildə yerləşən Səfəviyyə sufi təriqətinin əsasını qoymuş Şeyx Səfiəddin İshaqdır (1252–1334).
I Şah İsmayıl Səfəvi

Значение слова в других словарях