əbd 2021
əbəçi
OBASTAN VİKİ
"Əbədi məşəl" abidə kompleksi
Əbədi Məşəl abidəsi — Azərbaycana qarşı edilmiş hərbi təcavüz nəticəsində baş vermiş Qanlı yanvar faciəsində və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədilə Bakı şəhərindəki Şəhidlər Xiyabanında ucaldılmış abidə kompleksi. == Abidənin yaradılması == Əbədi Məşəl abidə kompleksinin yaradılması fikri ilk dəfə 1994-cü ildə irəli sürülüb. Milli Məclisdə bu faciəyə qiymət verilərkən prezident Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə yaradılması qərarı da qəbul olunur. O bu məsələni şəxsi diqqətində saxlayır, yaradılmış komissiyaya tapşırıq və tövsiyələrini verir: memar və heykəltəraşlara öz təsirliliyinə, məzmununa, səviyyəsinə görə böyük həcmli əsərdən də çox qiymətli olacaq bir abidə yaratmağı tapşırır. Bir il sonra, faciənin beşinci ildönümündə keçirilmiş sərgidə ona iki layihə təqdim olunur. Hazırlanmış layihələr yalnız faciəni əks etdirdiyi üçün prezident Heydər Əliyevi qane etmir, o daha bir neçə layihənin hazırlanmasını tapşırır. Tapşırıq ondan ibarət olur ki, yaradılacaq abidə faciəni də, xalqın qəhrəmanlığını da, təcavüzü də əks etdirməlidir. Keçirilən müsabiqədə əməkdar memar Elbay Qasımzadənin rəhbərlik etdiyi Layihələndirmə şirkətinin işləyib hazırladığı layihə seçilir. Heydər Əliyev 5 avqust 1998-ci il tarixində Bakı şəhərindəki Şəhidlər xiyabanında Əbədi Məşəl abidə kompleksinin ucaldılması haqqında sərəncam verir. == Abidənin açılışı == Kompleksin açılışı 9 oktyabr 1998-ci il tarixində olmuşdur.
Heydər Əliyev. Müstəqilliyimiz əbədidir (kitab)
Heç nə əbədi deyil
Heç nə əbədi deyil (ing. Nothing Lasts Forever) — Sidni Şeldonun 1994-cü ildə yazdığı romandır.
Hünər Əbədidir (1967)
Hünər əbədidir (film, 1967)
Müqəddəs Georgi kafedralı (Əddis-Əbəbə)
Müqəddəs Georgi kafedralı — Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində yerləşən kafedral. Kafedral səkkizguşəli forma şəklindədir. Şəhərin Çörçil yolu yaxınlığında yerləşir. Kafedral memar Sebastyon Kastaynanın layihəsi və 1896-cı ildə Adova döyüşündə ələ keçirilmiş italyan əsirlərin qüvvəsi əsasında ucaldılmışdır. Kafedral bir çox Avropa memarlığı elementlərini özündə saxlayır. 1937-ci ildə İkinci İtaliya-Efiopiya müharibəsində kafedral yandırılmişdır. 1941-ci ildə müstəqilliyini yenidən qazanan Efiopiyanın imperatoru Hayle Selasiyye tərəfindən bərpa edilmişdir. 1917-ci ildə Efiopiya imperatriçası I Zevditu, 1941-ci ildə imperatoru Hayle Selasiyyenin tacqoyma mərasimləri bu kafedralda keçirilmişdir. Hazırda kafedralda muzey fəaliyyət göstərir.
Müstəqilliyimiz əbədidir
"Müstəqilliyimiz əbədidir" — Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdəki fəaliyyətini əhatə edən çoxcildlik əsərləri. Kitabda çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr yer almışdır. Əsərlərinin birinci cildi 1997-ci ildə "Azərnəşr"də nəşr olunmuşdur. 612 səhifədən ibarət bu kitabın buraxılışına məsul şəxslər Ramiz Mehdiyev və Hidayət Orucov idi. Bu cilddə Heydər Əliyevin 1993-cü ilin iyunundan 1994-cü ilin may ayına qədər dövrdəki çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri və s. toplanmışdır. Bu materiallarda Azərbaycan Respublikasının həmin dövrünün ictimai-siyasi həyatında baş vermiş mürəkkəb proseslər təhlil olunur. Böyük siyasi-tarixi və elmi-nəzəri əhəmiyyət kəsb edən kitabda müstəqilliyin qorunub saxlanılmasının, inkişaf etdirilməsinin dahiyanə praktiki təcrübəsi əksini tapmış, milli dövlət quruculuğu prosesinin başlıca istiqamətləri dəqiqliklə və uzaqgörənliklə müəyyənləşdirilmişdir. Kitabdakı ilk məqalə Heydər Əliyevin 1993-cü il 15 iyununda etdiyi "Azərbaycan Respublikası Milli Məclisinin iclasında çıxışı"dır. Kitabın hazırlanmasında iştirak edənlər Tofiq Babayev, Azər Bağırov, Qəzənfər Zalıyev, Arif Məmmədov, Müzəffər Maşayev, Kamil Muxtarov, Azər Fərzəliyev, Eyvaz Həsənov.
Qara pantera: Vakanda əbədi (film, 2022)
Qara pantera: Vakanda əbədi (ing. Black Panther: Wakanda Forever) — 2022-ci il ABŞ istehsalı superqəhrəman filmi. Marvel Kinematoqrafiya Kainatının 30-cu filmidir. Lupita Nionq — Nakia Danai Qurira — Okoye Martin Friman — Everett Ross Letitia Uriqt — Şuri Uinston Duke — M'Baku Ancela Bassett — Ramonda Həmçinin Mişeli Koel hələki, açıqlanmamış rolda yer almışdır.
İgidliyin əbədidir sənin (film, 1971)
Film İkinci Dünya müharibəsi illərində Ukrayna torpağında qəhrəmanlıqla vuruşub həlak olmuş döyüşçü Xanlar Babanlıya həsr olunmuşdur Filmi çəkərkən cəsur döyüşçünün portretini yaratmaq üçün müəlliflərin əlində material yox idi. Ona görə də onlar X.Babanlı və onun döyüş dostlarının vuruşduqları yerlərdən keçməli olmuşlar. Burada müəlliflər bizim qəhrəmanı yaxşı tanıyan partizan dəstəsinin komandiri və onun qardaşı, sovet kəşfiyyatçısı ilə görüşmüş, Xanlara məxsus bəzi əşyalarının saxlandığı Krivoy Roq muzeyində olmuş, Xanların Azərbaycanda yaşayan yoldaşları ilə söhbət etmişlər. Məlum olmuşdur ki, X.Babanlı müharibəyə qədər Azərbaycan Dövlət Filarmoniyasında aktyor işləmiş, müharibə illərində isə özünün düzəltdiyi saxta sənədlərlə faşistlərin arasında sərbəst gəzmiş, çoxlu əməliyyatlar həyata keçirmişdir. Rejissor: Zeynəb Kazımova Ssenari müəllifi: Fəraməz Səfiyev Operator: Əlibala Ələkbərov Səs operatoru: Akif Nuriyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
İçəri şəhər-əbədi nağıl (film, 1984)
Rejissor: Vasif Babayev
Əbədi Monako (film, 1984)
Əbədi Monako (ing. Monaco Forever) — 1984-cü ildə ildə istehsal olunmuş ABŞ filmidir. Jan-Klod Van Damm epizodik rolda çəkilmişdir. cavan mavi karateçi rolunda oynamışdır. Əbədi Monako — Internet Movie Database saytında.
Əbədi Məşəl abidəsi
Əbədi Məşəl abidəsi — Azərbaycana qarşı edilmiş hərbi təcavüz nəticəsində baş vermiş Qanlı yanvar faciəsində və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədilə Bakı şəhərindəki Şəhidlər Xiyabanında ucaldılmış abidə kompleksi. Əbədi Məşəl abidə kompleksinin yaradılması fikri ilk dəfə 1994-cü ildə irəli sürülüb. Milli Məclisdə bu faciəyə qiymət verilərkən prezident Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə yaradılması qərarı da qəbul olunur. O bu məsələni şəxsi diqqətində saxlayır, yaradılmış komissiyaya tapşırıq və tövsiyələrini verir: memar və heykəltəraşlara öz təsirliliyinə, məzmununa, səviyyəsinə görə böyük həcmli əsərdən də çox qiymətli olacaq bir abidə yaratmağı tapşırır. Bir il sonra, faciənin beşinci ildönümündə keçirilmiş sərgidə ona iki layihə təqdim olunur. Hazırlanmış layihələr yalnız faciəni əks etdirdiyi üçün prezident Heydər Əliyevi qane etmir, o daha bir neçə layihənin hazırlanmasını tapşırır. Tapşırıq ondan ibarət olur ki, yaradılacaq abidə faciəni də, xalqın qəhrəmanlığını da, təcavüzü də əks etdirməlidir. Keçirilən müsabiqədə əməkdar memar Elbay Qasımzadənin rəhbərlik etdiyi Layihələndirmə şirkətinin işləyib hazırladığı layihə seçilir. Heydər Əliyev 5 avqust 1998-ci il tarixində Bakı şəhərindəki Şəhidlər xiyabanında Əbədi Məşəl abidə kompleksinin ucaldılması haqqında sərəncam verir. Kompleksin açılışı 9 oktyabr 1998-ci il tarixində olmuşdur.
Əbədi Odlar Ölkəsi (1945)
Film Sovet Azərbaycanının 25 illiyinə həsr olunmuşdur. Kinolent simfonik orkestr tərəfindən bəstəkar Tofiq Quliyevin "Əbədi odlar ölkəsi" poemasının ifa edilməsi ilə başlanır. Dinləyicilər arasında cavan bir qız diqqətlə musiqiyə qulaq asır. Bu qızın gözləri önündən doğma torpağın gözəllikləri, qədim abidələr, Çingiz xanın, Teymurləngin, Toxtamışın, Nadir şahın, Şah Abbasın, Qacarın, Fətəli xanın, Nizaminin, Füzulinin, Vaqifin və başqalarının portretləri gəlib keçir. Filmdə 1905-ci ilin hadisələri, 26 Bakı komissarının güllələnməsi, 1920-ci ilin aprel günləri, neft mədənləri, pambıq tarlaları, heyvandarlıq fermaları, meyvə bağları, üzüm, subtropik, çay, tütün plantasiyaları, balıqçılıq artelləri, səhiyyə ocaqları canlanır. İkinci Dünya müharibəsində xalqımızın göstərdiyi rəşadət, əmək qəhrəmanları-neftçilərin portretləri (Baba Babazadə, Rüstəm Rüstəmov, Firudin Ağayev, Süleyman Vəzirov) filmdə öz əksini tapmışdır. Film saxlanılmayıb. Rejissor: Hüseyn Seyidzadə Ssenari müəllifi: İmran Qasımov, Sabit Rəhman Baş operator: Seyfulla Bədəlov Operator: Cavanşir Məmmədov, Vladimir Yeremeyev, Mirzə Mustafayev, Arif Nərimanbəyov Bəstəkar: Tofiq Quliyev Səs operatoru: İlya Ozerski Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Əbədi Qardaşlıq (1975)
Film Azərbaycanda Sovet ədəbiyyatı günlərinə həsr olunmuşdur. Qonaqpərvər Azərbaycan torpağı Rusiyanın şairlərini, yazıçılarını, ədəbiyyat xadimlərini dost kimi qarşıladı. Həmin günlərdə respublikanın bir çox şəhərlərində, kolxoz tarlalarında, sənaye obyektlərində, tələbə auditoriyalarında görüşlər, oxucu konfransları, disputlar keçirilirdi. Bütün bu tədbirlər filmdə öz əksini tapmışdır.
Əbədi sevgi (teleserial, 2013)
Əbədi Sevgi (Hind dili: Beintehaa, (tərc. "sonsuz, son mərhələ")) Fortune Productions tərəfindən istehsal olunan və Colors TV tərəfindən yayımlanan dram və romantik komediya janrında bir Hindistan televiziya serialıdır. Serial 30 dekabr 2013-cü ildə başladı və 21 Noyabr 2014-də sona çatdı. 04.12.2017 tarixində serial Azərbaycan kanalı Dalğa TV-də yayımlanmağa başlamışdır. Cazibədar Zeyn Abdullah(Zain Abdullah) və gözəl, mədəniyyətli Aliyə Heydər (Aaliya Haider) uşaqlıqdan bəri rəqib dayıoğlu-bibiqızıdır. Nəhayət böyüyürlər və yenidən görüşürlər, lakin bir sıra anlaşılmazlıqlar onları evlənməyə məcbur edir. Zeyn heç vaxt evlənmək istəmədiyi üçün ondan qurtulmaq istəyir. Zeynin böyük qardaşı Fahadın bir-birinə nifrət edən Nəfisə (Nafisa) və Şaziyə(Shazia) adlı iki arvadı var. Sürəyya (Suraiya) (Zeyn və Fahadın anası) bir kişi varis istəyir ancaq Nəfisənin iki qız uşağı olduqdan sonra hamilə qala bilmədiyi üçün Fahad ikinci arvadı Şaziyə ilə evləndi. Fahad Şaziyə ilə evləndikdən sonra bir oğlu oldu.
Əbədiyyət (simfoniya)
"Əbədiyyət" — bəstəkar Arif Məlikovun ümummilli lider Heydər Əliyevə ithaf etdiyi 8-ci simfoniyasıdır. İlk dəfə 2004-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə, Ü.Hacıbəyov adına Azərbaycan Simfonik orkestrinin və solist Rəşidə Behbudovanın ifası ilə səslənmişdir. Simfoniyada yeni musiqi ilə yanaşı Arif Məlikovun vokal musiqisindən də istifadə olunub. “Əbədiyyat” simfoniyası şərti olaraq üç bölümdən ibarətdir. Əsər Nazim Hikmətin sözlərinə yazılmış altı romansla başlayır və Almas Yıldırımın sözlərinə yazılmış “Azərbaycan” balladası ilə bitir. Orta bölmədə yeni, lakin simfoniyanın ümumi dramaturgiyasına xələl gətirməyən musiqi materialı səslənir. Bəstəkar əsərdə xalq musiqisindən, xüsusilə Heydər Əliyevin çox sevdiyi “Sarı gəlin” Azərbaycan xalq mahnısının intonasiyalarından bəhrələnib. Arif Məlikovun Ədəbiyyat qəzetinə müsahibəsindən: "Heydər Əliyev üzünü mənə tutub: "Arif, yaxşı olar ki, sən buranın (Məkkənin) əzəmətinə layiq böyük bir simfonik əsər yazasan" - dedi. Geri döndükdən sonra "Əbədiyyət simfoniyası"nı yazdım. Mən o əsəri Heydər Əliyevə həsr etdim.
Kral: Əbədi monarx
The King: Eternal Monarch (kor. 더 킹: 영원의 군주) — Li Min-ho, Kim Qo-un, Vu Dohvan, Kim Kyon-nam, Cun Un-çe və Li Cunçin-nin baş rollarda oynadığı 2020-ci il romantik-fantastik Cənubi Koreya televiziya serialıdır. Kim Un-suk tərəfindən yazılmış, Hwa&Dam Pictures və onun əsas şirkəti Studio Dragon tərəfindən hazırlanmış serialın premyerası 17 aprel 2020-ci ildə SBS TV və Netflix-də qlobal tamaşaçı üçün yayımlanmışdır. İki paralel dünyada qurulan serial, krallığın əvəzinə Koreya Respublikasının mövcud olduğu ögey əmisi Li Limin açdığı mifik qapını keçdikdən sonra alternativ reallığa çıxışı kəşf edən Koreya Krallığının İmperatoru Li Qon haqqındadır. O, Li Limin vəhşiliklərinə son qoymaq və iki dünya arasında portal kimi istifadə edilən Manpasikcokun digər yarısını geri götürmək üçün yola çıxır. Serialın heyəti, ssenari müəllifi, geniş reklamı və istehsal büdcəsi ilə 2020-ci ilin ilk yarısında ən çox gözlənilən seriallardan biri kimi qarşılanan serial, SBS-in 2020-ci ilin cümə-şənbə dram premyeralarının ən yüksək reytinqlərinə görə rekord vurdu. O, həmçinin səkkiz həftə ardıcıl olaraq həftəlik "Wavve" dram cədvəlində 1-ci yeri qorudu və Hindistan, Malayziya, Filippin və Sinqapurda Netflix-də ən populyar Koreya dram serialı və ABŞ-da ilk iki serialdan biri kimi siyahıya alındı. Sonrakı epizodlarda qarışıq rəylər və gözləniləndən aşağı yerli televiziya tamaşaçı reytinqi aldı, xəbər mediası bunu axın platformalarından gələn rəqabətlə əlaqələndirdi və onun ssenarisi, istehsalı və müxtəlif mübahisələri tənqid etdi. == Süjet == Koreya Krallığının müasir imperatoru Li Qon səddi keçərək Krallığın əvəzinə Koreya Respublikasının mövcud olduğu alternativ reallığı tapır. O, uşaqlığının dönüş nöqtəsi olan atasına sui-qəsd zamanı aldığı şəxsiyyət vəsiqəsindən tanıdığı detektiv Con Te-ul ilə qarşılaşır.
Əbədi sülh (1686)
Əbədi sülh (rus. Вечный мир, lit. Amžinoji taika, pol. Pokój wieczysty) və ya Polşa ənənəsindəki adı ilə Qjimultovski müqaviləsi (pol. Pokój Grzymułtowskiego) — Rusiya çarlığı ilə Reç Pospolita arasında 6 may 1686-cı ildə Moskvada bağlanmış müqavilə. "Əbədi sülh" 1667-ci il Andrusovo müqaviləsinə əsasən, Solsahil Ukraynası, Smolensk voyevodalığı və Seversk torpaqlarının Rusiyaya qaytarılmasını bir daha təsdiq etmiş, Kiyev Rusiyaya verilmişdir. Hər iki dövlət Osmanlı ilə birtərəfli sülh bağlamağı öz öhdəsinə götürmüşdür. Rusiya Krım xanlığına qarşı hərbi yürüş etməyə razılıq vermişdir. "Əbədi sülh" Rusiya–Polşa munasibətlərini nizama salmış və Avropada Osmanlı əleyhinə ittifaqın (Reç Pospolita, Rusiya, Müqəddəs Roma imperiyası, Venesiya) qəti formalaşmasını başa çatdırmışdır. Кочегаров К. А. Речь Посполитая и Россия в 1680—1686 годах.
Əbədi Şrek (cizgi filmi, 2010)
Əbədi Şrek (ing. Shrek Forever After) — 2011-ci ildə 3D formatında çəkilmiş qısametrajlı ABŞ animasiyasıdır. Şrek və arvadı Şahzadə Fiona, uşaqları ilə birlikdə xoşbəxt ömür sürürlər. Onların bu xoşbəxt həyatına dostları çəkməli pişik, eşşək və eşşəyin balaları da daxildir. Zamanla bu firavan ailə atası rolu Şrekə cansıxıcı gəlməyə başlayır. Bu günlər ətrafındakıları qorxudaraq özündən qaçırtdığı günlərdən tamamilə fərqlidir. Özünü əsl bir div kimi hiss etdiyi günlər üçün çox darıxan Şrek, qəddar, amma şirin səsli Rumpelştilzxenlə müqavilə imzalayır. Əslində Rumpelştilzxen onu aldadır. Müqaviləni imzaladıqdan sonra Şrek fərqli bir yerə, fərqli bir zamana düşür. Bu dünyanın kralı Rumpelştilzxendir.
Qara pantera: Vakanda əbədi
Qara pantera: Vakanda əbədi (ing. Black Panther: Wakanda Forever) — 2022-ci il ABŞ istehsalı superqəhrəman filmi. Marvel Kinematoqrafiya Kainatının 30-cu filmidir. Lupita Nionq — Nakia Danai Qurira — Okoye Martin Friman — Everett Ross Letitia Uriqt — Şuri Uinston Duke — M'Baku Ancela Bassett — Ramonda Həmçinin Mişeli Koel hələki, açıqlanmamış rolda yer almışdır.
Əbədilər (film)
Əbədilər (ing. Eternals) — Marvel Comics tərəfindən nəşr edilmiş Əbədilər komiksinə əsaslanan və 2021-ci ilin noyabr ayında çıxarılması planlaşdırılan ABŞ epik superqəhrəman filmi. İstehsal işləri Marvel Studios, distirbyutorluğu isə Walt Disney Studios Motion Pictures tərəfindən həyata keçirilən film, Marvel Kinematoqrafiya Kainatının (MKK) 26-cı filmidir. Film, Patrik Byörli, Rayan və Kaz Firpoların Xloya Çjao ilə birgə yazdığı ssenari əsasında, Çjaonun rejissorluğu ilə çəkilmişdir. Filmin aktyor heyətinə Ancelina Coli, Salma Hayek, Cemma Çan, Kit Harinqton, Riçard Medden, Kumeyl Nanciani, Liya MakHyu, Brayan Tayri Henri, Loren Ridloff, Barri Keoqan, Ma Don-Sok və başqaları daxildir.
Əbədi Şrek
Əbədi Şrek (ing. Shrek Forever After) — 2011-ci ildə 3D formatında çəkilmiş qısametrajlı ABŞ animasiyasıdır. Şrek və arvadı Şahzadə Fiona, uşaqları ilə birlikdə xoşbəxt ömür sürürlər. Onların bu xoşbəxt həyatına dostları çəkməli pişik, eşşək və eşşəyin balaları da daxildir. Zamanla bu firavan ailə atası rolu Şrekə cansıxıcı gəlməyə başlayır. Bu günlər ətrafındakıları qorxudaraq özündən qaçırtdığı günlərdən tamamilə fərqlidir. Özünü əsl bir div kimi hiss etdiyi günlər üçün çox darıxan Şrek, qəddar, amma şirin səsli Rumpelştilzxenlə müqavilə imzalayır. Əslində Rumpelştilzxen onu aldadır. Müqaviləni imzaladıqdan sonra Şrek fərqli bir yerə, fərqli bir zamana düşür. Bu dünyanın kralı Rumpelştilzxendir.
Əmr ibn Əbəsə
Əmr ibn Əbəsə (ərəb. عمرو بن عبسة‎) — səhabələrdən və hədis rəvayətçilərindən biri. Özünün dediyinə görə, Əmr ibn Əbəsə peyğəmbərliyinin ilk günlərində Məkkədə Məhəmmədlə görüşdü və ondan soruşdu: “Sən nəsən?”. “Mən Peyğəmbərəm” deyə cavab verdi. Əmr: “Peyğəmbər nədir?” deyə soruşdu. Cavab verdi: “Mən Allah tərəfindən göndərilmişəm”. "Allah səni nə ilə göndərdi?" – deyə Əmr soruşdu. “Bütləri məhv etmək və qohum-əqrəba ilə yaxşı rəftar etmək, bir Allaha iman gətirmək və heç kəsi Ona şərik qoşmamaq əmri ilə” deyə Məhəmməd cavab verdi. O, Hümsdə vəfat etmiş və orada dəfn edilmişdir. Onun Abdullah adlı bir oğlu var idi.
Əbədi Sükut Dünyası Labirint Muzeyi
Əbədi Sükut Dünyası Labirint Muzeyi― Şəkinin Fazıl kəndində yerləşən yeraltı praktiki arxeologiya muzeyi. Muzey yerləşdiyi ərazinin arxeoloji eksponatlarının mühafizəsini və nümayişini təmin edir. Əbədi Sükut Dünyası Labirint Muzeyi Azərbaycan Respublikasının Şəki şəhərindən 30 km məsafədə Fazıl kəndində, Təpəbaşı abidəsi ərazisində yerləşir. Muzey Təpəbaşı abidəsinin orta hissəsində olan təxminən 0,07 ha ərazini əhatə edir. Əbədi Sükut Dünyası Labirint Muzeyi 2005-ci ilin mart ayında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəkidə arxeoloji tədqiqatları aparan əməkdaşı görkəmli arxeoloq Nəsib Muxtarovun şəxsi vəsaitləri hesabına yaradılmışdır. Nəsib Muxtarov 1984-2017-ci illər ərzində Təpəbaşı abidəsində aparılan çöl-tədqiqat işlərinə rəhbərlik etmişdir. Tədqiqatlar nəticəsində qeydə alınan bəzi qəbirlər aşkar olunduğu vəziyyətdə qorunaraq qurulan muzeyin içərisində nümayiş olunur. Muzeyin əsas səciyyəvi xüsusiyyəti Təpəbaşı abidəsinin qəbir formalarının yerindəcə saxlanılaraq abidənin bütün təfərrüatları ilə ziyarətçilərə əyani olaraq təqdim olunmasıdır. Muzeyin labirint olaraq adlandırılması onun daxili planının labirinti xatırlatmasından irəli gəlir. Əbədi Sükut Dünyası Labirint Muzeyində 16 ekspozisiya saxlanılır.
Əbədi Monako
Əbədi Monako (ing. Monaco Forever) — 1984-cü ildə ildə istehsal olunmuş ABŞ filmidir. Jan-Klod Van Damm epizodik rolda çəkilmişdir. cavan mavi karateçi rolunda oynamışdır. Əbədi Monako — Internet Movie Database saytında.

Digər lüğətlərdə