GECƏNİ

“Bütün gecəni yatmamışam” deyirik. Gecəni sözündəki son şəkilçi nə bil­dirir? Bunu bəzən təsirlik hal hesab edirlər. Doğru deyil. Gecəni, günü, ili tipli söz­lərdəki son şəkilçi mənsubiyyət bildirir; gecə boyu, il boyu birləşmələrindəki boy sözü ixtisar edilib və şəkilçi əvvəlki sözə keçib (müqayisə et: mənim kitabım yerinə, sadəcə olaraq, mənimki deyirik). Allahqulu sözündə birinci komponent ixtisar olunanda adamın adı Qulu şəklinə düşür. Deməli, gecə boyu birləşmə­si­n­dəki boy hissəsinin ixtisara düşməsi və onun şəkilçisinin əvvəlki sözə artırılması mümkün olan haldır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

GECƏ
GEDİŞAT