HAM

Təqlidi sözdür, itin çıxardığı səslə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

HALOSFER
HAMAR
OBASTAN VİKİ
Ham.
Vilyam Hamilton (ing. William Hamilton; 1783, Kork – 25 may 1856, Plimut, Devon qraflığı) — İrlandiya botaniki. == Əsərləri == Hamilton, W. (1810). The Encheiridion medicum; or, Young Practitioner's Pocket Companion. Hamilton, W. (1825). Prodromus plantarum Indiae occidentalis. 67 p. == İstinadlar == == Ədəbiyyat == Howard, R.A.; Clausen, K.S.; Gillis, W.T. William Hamilton (1783-1856) and the Prodromus Plantarum Indiae Occidentalis (1825) (англ.) // Journal of the Arnold Arboretum : journal. — 1981. — Vol.
Qarabağ atı abidəsi (Ham şəhəri)
Qarabağ atı abidəsi (tam adı:Qarabağ atı abidəsi) — Belçikanın Ham şəhərində Qarabağ atına qoyulan abidə == Haqqında == Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə ərsəyə gətirilmiş abidə Azərbaycan-Belçika Dostluq Cəmiyyəti tərəfindən Ham bələdiyyəsinə hədiyyə edilib. 26 mart 2017-ci ildə Ham şəhərinin mərkəzi meydanında ucaldılıb. Açılış mərasimində Ham şəhərinin meri Dirk De Vis, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi, Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Fuad İsgəndərov iştirak ediblər. == Abidənin Azərbaycan-Belçika münasibətlərində rolu == Açılış tədbirində çıxış edən Ham şəhərinin meri Dirk De Vis ötən əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik respublika quran Azərbaycanın bu gün Belçika ilə sıx əməkdaşlıq əlaqələrinə malik olduğunu qeyd etmişdir. Eyni zamanda öz müstəsna keyfiyyətlərinə görə bütün dünyada məşhur olan Qarabağ atı ilə bağlı bu abidənin Ham şəhərində qoyulmasının iki xalq arasındakı dostluğun rəmzi olduğunu bildirmişdir. Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi Belçikada Azərbaycan icmasının hər zaman iki ölkəni və xalqı daha da yaxınlaşdırmaq üçün səylər göstərdiyini, bu abidənin ucaldılmasının bu yönümdə xüsusilə əlamətdar hadisə olduğunu diqqətə çatdırmışdır. Səfir Fuad İsgəndərov Azərbaycanın Ham şəhəri ilə qurduğu uğurlu əməkdaşlığın mədəniyyət və dinlərarası dialoqun ən gözəl nümunəsi olduğunu qeyd etmişdir. Fuad İsgəndərov bunun təlatümlərlə zəngin bugünkü dünyada izlənilməsi vacib olan müsbət təcrübə kimi çıxış edə biləcəyini söyləmişdir.
Gümbəzli hamam
Gümbəzli hamam və ya Çuxur hamam — Quba rayonunda tarixi abidə. == Tarix == XVIII-XIX əsrlərə aid bir abidədir. El arasında bura "Çuxur hamam", "Gümbəzli hamam", "Bəkir hamamı", "Məşədi Əlimərdan hamamı" adları ilə tanınır. Abidə Şərq memarlığınını incilərindən sayılır. Fransız yazıçısı Aleksandr Düma Qafqaz səfəri zamanı bu hamamda çimib. Yerli əhalinin söylədiyinə görə, 1918-ci ildə ermənilər Qubada törədilən soyqırımı zamanı adamları hamamın buxarında boğub, sonra isə cəsədləri çalaya töküblər. Hamam 1985-ci ilə kimi təyinatına uyğun istifadə olunub. Kanalizasiya xətti tutulduğundan buranın fəaliyyətini dayandırmaq qərarına gəliblər. 1986-1987-ci illərdə hamamda təmir bərpa işləri aparılmışdır. 2015-ci ildə hamamı yenidən bərpa etməyə başlayıblar.
Gümbəzli hamam (Quba)

Gənzə hamamı
Azərbaycan memarlığının Naxçıvan məktəbinə məxsus memarların yaratdığı möhtəşəm hamam nümunələrindən biri də Ordubad rayonunun Gənzə kəndindəki hamam tipli memarlıq abidəsidir. Naxçıvan Muxtar Respublikası ərazisində bu günədək qalan ən qədim hamam nümunələrindən biri olan bu memarlıq nümunəsi kəndin mərkəzində yerləşən Hacı Hüseynqulu məscidinin şimal-şərq tərəfində, məscidə bitişik şəkildə inşa olunmuşdur . Yerli əhalinin verdiyi məlumata görə məscid kimi bu hamamı da Hacı Hüseynqulu inşa etdirmişdir. == Memarlıq quruluşu == Hamam yeraltı hamamlar qrupuna aiddir. Girişi şimal-şərq tərəfdən olan hamam planda düzbucaqlı formada inşa olunmuşdur. Onun uzunluğu 22,6 m, eni 9,4 m olmaqla, umumi hündürlüyü 5,6 metrdir. Umumi sahəsi 213 m² olan hamamın soyunma və yuyunma salonları, ona birləşdirilən köməkçi otaqlar iki günbəzlə örtülüb. Soyunma və yuyunma otağı bir-biri ilə kiçik tamburlar vasitəsilə birləşdirilmişdir. İsti sulu hovuz yuyunma otağına bitişik inşa olunub. Keçmişdə xəzinəyə su dağdan çəkilmiş saxsı su boruları ilə gətirilirmiş.
Hacı Bani hamamı
Hacı Bani və ya Hacı Qayıb hamamı — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan hamam. == Haqqında == Hamam uzun əsrlər boyu torpaq altında qalmışdır. 1964-cü ildə bu ərazidə arxeoloji-təqdiqat işləri aparılarkən orta əsrlərə aid hamam aşkar olunmuşdur. Hamam XV əsrin sonlarında tikilmişdir. Hamamın sifarişçisi Hacı Qayib, memarı isə Hacı Bani olmuşdur. Ona görə də hamama ya Hacı Qayib, ya da Hacı Bani hamamı deyirlər. Müsəlman şəhərlərinin əsas elementlərindən biri olaraq bu hamam karvan yolu üzərində öz iri həcmli görünüşü ilə seçilir. Memarlıq formalarında mövcud olan otaqların zəngin örtüklər sistemi hətta kiçik kameraların interyerinə belə son dərəcə bədii ifadəlik verir. Hamama daxil olarkən orada ifadəli memarlıq formalarından, dolğun həcmli plastika üslubundan istifadə edildiyini hiss etmək olur. 2017-ci il Martın 18-də “ABAD”-a qoşulan ailələrin məhsullarının nümayişini həyata keçirtmək üçün tarixi hamamın ərazisində “ABAD” sənətkarlıq mərkəzi fəaliyyətə başlayıb.
Hacı Fərəculla hamamı
Hacı Fərəculla hamamı — Azərbaycanın paytaxtı, Bakı şəhərində mövcud olmuş və yerli əhəmiyyətli tarixi abidə olmuş hamam. 2016-cı ilə qədər hamam Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin balansında olmuş və Azərbaycan Dövlət Yuğ Teatrı tərəfindən istifadə edilmişdir. Hamam 2016-cı ilə qədər tarixi abidə kimi 3700 inventar nömrəsi ilə müvafiq qanunun “Yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin siyahısı”nda olmuşdur. 18 may 2016-cı ildə hamamın adı tarixi abidələrin siyahısından çıxarılmış və bir müddət sonra sökülmüşdür.
Hacı Məcid hamamı
Hacı Məcid hamamı — Sumqayıt şəhərinin Corat qəsəbəsində, Səməd Vurğun küçəsindən 60-70 metr aralıda, qəsəbənin daxilinə uzanan küçənin sağ tərəfində yerləşir. Corat qəsəbəsində mövcud olmuş iki hamamdan biridir. Qəsəbə sakinləri arasında köhnə hamam olaraq tanınır. == Tikili == Yerin altında yerləşən hamam bayır hissədən 1,50 sm hündürlüyə malikdir. Təxmini olaraq iki metrə yaxın hissəsi isə yerin altında yerləşir. Hamamın kanalizasiya boruları saxsıdan olmuşdur. Suyu isə müalicəvi əhəmiyyətə malik olan sirin və kükürdlü Nəbi bulağından təmin edilirdi. Əsas giriş şərq, Qazanxanaya isə giriş cənub-qərb hissədəndir. Əsas hissənin divarları yarıya qədər kafel, tavan hissə isə balıqqulağı ilə işlənmişdir. Qapılarının üzəri, hücrələrə keçidlər və daxili hücrə tağ şəkillidir.
Hacı Qayib hamamı
Hacı Bani və ya Hacı Qayıb hamamı — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan hamam. == Haqqında == Hamam uzun əsrlər boyu torpaq altında qalmışdır. 1964-cü ildə bu ərazidə arxeoloji-təqdiqat işləri aparılarkən orta əsrlərə aid hamam aşkar olunmuşdur. Hamam XV əsrin sonlarında tikilmişdir. Hamamın sifarişçisi Hacı Qayib, memarı isə Hacı Bani olmuşdur. Ona görə də hamama ya Hacı Qayib, ya da Hacı Bani hamamı deyirlər. Müsəlman şəhərlərinin əsas elementlərindən biri olaraq bu hamam karvan yolu üzərində öz iri həcmli görünüşü ilə seçilir. Memarlıq formalarında mövcud olan otaqların zəngin örtüklər sistemi hətta kiçik kameraların interyerinə belə son dərəcə bədii ifadəlik verir. Hamama daxil olarkən orada ifadəli memarlıq formalarından, dolğun həcmli plastika üslubundan istifadə edildiyini hiss etmək olur. 2017-ci il Martın 18-də “ABAD”-a qoşulan ailələrin məhsullarının nümayişini həyata keçirtmək üçün tarixi hamamın ərazisində “ABAD” sənətkarlıq mərkəzi fəaliyyətə başlayıb.
Hacı Qayıb hamamı

Hacı Səfəralı hamamı
Hacı Səfəralı hamamı — Novxanı kəndində yerləşən Hacı Səfəralı hamamının tikintisi 1907-ci ildə başa çatıb. Ərazisinin itibucaqlı olması və o zaman əsas yola çıxması tikilinin planlaşdırılmasında bir çox mane yaradıb. Buna baxmayaraq, hamamın yerini təyin etdikdə islamın bütün qayda-qanunları ciddi şəkildə qorunub saxlanılıb. Hamamın içini planlaşdırmaq xüsusilə çətinlik yaradıb. Bununla belə, vacib tələb olunan qaydalara uyğun, ənənəyə sadiq layihələşdirilib və tikilib. Burada geniş giriş zalı və tualet, əhalinin sayına uyğun soyunub-geyinmə bölməsi nəzərdə tutulub. Soyunub-geyinmə otağı ilə çimmə zalının arasındakı kamera istiliyi rejimdə saxlamağa xidmət edir. Kvadrat şəkilli, arkalı çimmə zalı soyuq və isti su kameralarından ibarət olan hissəylə əlaqəli idi. Suqızdırma otağı başqa hamamlardakindan fərqli olaraq genişliyi ilə seçilir. Hamamı su ilə təchiz edən quyu da burada yerləşdirilib.
Hacı Şahverdi hamamı
Hacı Şahverdi hamamı — Bakı şəhərinin Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən qədim hamam. == Haqqında == Hacı Şahverdi hamamı XIX əsrdə Pirşağı qəsəbəsinin sakini Hacı Şahverdi tərəfindən inşa edilmişdir. Abidə yerli əhali arasında "Qum hamamı" kimi tanınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na daxil edilmişdir. 2008-ci ilin yayında hamamın mühafizə edilməsi məqsədi ilə bir sıra bərpa işləri keçirilib.
Hacı Əbu-Salam hamamı
Hacı Əbu-Salam hamamı ( azərb. Hacı Əbu-Salam hamamı‎ Bakının (Azərbaycan) Sabunçu rayonunun Pirşağı kəndində yerləşən qədim hamamdır. Hamam 1901–1902-ciillərdə tikilmiş və Kərbəlayi Əbu-salama məxsus idi. Planda bina uzanmış bir düzbucaqlıdır. Hamam otaqları bir sırada, portal şəklində giriş isə uzun fasadın küncündədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin tarix və mədəniyyət abidələri haqqında sərəncamına əsasən, hamam "yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsidir". Hal-hazırda hamam keçmiş "Lokomotiv" pioner düşərgəsinin həyətindədir. Hamamın yanında Kərbəlayi Əbu-salamın büstü var.
Hacı Əmrulla hamamı
Hacı Əmrulla hamamı — günbəzli hamam olub, Sumqayıt şəhərinin Corat qəsəbəsi mərkəzindən keçən Sülh küçəsində, Corat cümə məscidinin qarşı tərəfində yerləşir. Günbəzşəkilli olan bu hamam dövlət tərəfindən mühafizə edilir. == Tarixi == Corat sakini Hacı Əmrulla bəyin sifarişi ilə XVII əsrdə tikilməsi qeyd olunur. Qəsəbə sakinləri arasında təzə hamam olaraq tanınır. Corat qəsəbəsində mövcud olmuş iki hamamdan biridir.
Hamameliskimilər
Hamamelidkimilər (lat. Hamamelidaceae) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. == Cinsləri == Chunia Hung T.Chang — Çuniya Corylopsis Siebold & Zucc. — Korolopsis; Şərqi Asiyada 30-a yaxın növü var Dicoryphe Thouars — Dikorife Disanthus Maxim. — Disantus; Şərqi Asiyada 1 növü var Distyliopsis P.K.Endress — Distiloposis Distylium Siebold & Zucc. — Distilium; Şərqi Asiya və Himalayda 10-a yaxın növü var Embolanthera Merr. Eustigma Gardner & Champ. Exbucklandia R.W.Br. — Eksbuklandiya; Cənub-şərqi Çində 1 növü var. Fortunearia — Forçuneariya; Şərqi Çində 1 növü var.
Hamamlar (Urmiya)
Hamamlar (fars. حماملار‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 936 nəfər yaşayır (177 ailə). Əhalisi Azərbaycan türklərinin qolu olan Kürəsünnilərdən ibarət olaraq, sünni-hənəfi inanclıdır.
Hamamlu
Meysəmiyə (/mejˈsæmiˈjæ/; Azərbaycan Türkcəsi: Meysəmiyə, میثمیه; Farsca: میثمیه) — Şərqi Azərbaycan ostanında kənddir. 2011-ci siyahıya alınmasına əsasən, əhalisi 135 nəfərdir. Əhalisinin əksəriyyətini Azərbaycan Türkləri təşkil edir. == Etimologiyası == Kənd Meysəm Xana aid olduğu üçün bu kəndə Meysəmiyə adı verilmişdir. Əvvəlki adı Hamamlı olmuş və sonralar dəyişdirilərək Meysəmiyə adlandırılmışdır. Meysəmiyə adı iki komponentə bölünür: Meysəm (xanın adı) və "Yer, məkan, ölkə" məzmunu yaradan qeyri-məhsuldar polisemantik –iyə şəkilçisi. == Tarixi == Kəndin tarixi E.ə. 1-ci minilliyə qayıdır. == Mədəniyyəti == === Dil === Kənddə danışılan dil Azərbaycan Türkcəsidir. === Xalıçılıq === Meysəmiyə orta əsrlərdən günümüzə qədər xalıçılıq mərkəzi kimi böyük şöhrət qazanmışdır.
Hamamlı
Hamamlı (Başkeçid) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Hamamlı (şəhər) — Ermənistan Respublikasında şəhər. Hamamlı rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Pəmbək mahalı ərazisində rayon. Hamamlı (Əştərək) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kərid. Hamamlı (Manyas) — Türkiyənin Balıkesir ilinin Manyas ilçesine bağlı bir kənd.
Hamamlı (Başkeçid)
Hamamlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Hamamlı kənd inzibati-ərazi dairəsinin mərkəzidir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 9 km cənubda, Qarabulaq çayının sol sahilində yerləşir. == Tarixi == Kəndin cənubunda 1 km aralıda XII əsrdən qalma, girişi cənubdan olan kilsə və kiçik məzarlıq aşkarlanmışdır. == Əhalisi == Kənddə 1728-cı ildə 16 ailə, 1870-ci ildə 47 ailədə 409 nəfər, 1926-cı ildə 127 ailədə 858 nəfər azərbaycanlı yaşayırdı. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 1.596 nəfər (769 nəfəri kişilər, 827 nəfəri qadınlar) əhalinin 97 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 1.579 nəfər əhali yaşayır. == Tanınmış şəxsiyyətləri == Aşıq Sona Hamamlı (Sona Qara qızı Əliyeva) (1918-1988) — aşıq Kamandar Məcidov — Yunan-Roma güləşi üzrə 1988 Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı Knyaz Aslan — publisist, şair. == Təhsil == Kənddə ilk dünyəvi məktəb 1922-ci ildə yaradılmışdır. Hazırda kənddə bir orta məktəb fəaliyyət göstərir.
Hamamlı (Meşkinşəhr)
Hamamlı (fars. حماملو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 138 nəfər yaşayır (30 ailə).
Hamı bir nəfər üçün (film, 1984)
Hamı haradadır
Hamımız öldük (serial, 2022)
Hamımız öldük (ing. All of Us Are Dead, kor. 지금 우리 학교는) — Cənubi Koreya istehsalı, zombi mövzulu qorxu serialı. Serial Cu Donq-cunun Now at Our School (2009-2011) adlı webtoon-una (Cənubi Koreya istehsalı veb cizgi romanı) əsaslanır. Serial 28 yanvar 2022-ci ildə Netflix-də yayımlanmışdır. == Mövzu == Elmi araşdırma nəticəsində zombi virusu məktəbə yayılır. Zombilərlə dolu məktəbdə virusa yoluxmamış bir qrup şagird sağ qalmaq üçün mübarizə aparırlar. Ac və susuz qalan şagirdlər xilas olmaq üçün məktəbdə tapdıqları hər şeyi istifadə edirlər. == Rollarda == Park Ci-hu - Nam On-co rolunda. Çonq-sanın qonşusu və uşaqlıq dostudur.
Haməd bin Abdullah bin Səud bin Xudeyr
Haməd bin Abdullah bin Səud bin Xudeyr (4 noyabr 1966, Ər-Riyad) — Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2018–2023) == İstinadlar == == Xarici keçidlər == H. E. Dr.
Hamədi
Hamədi (ərəb. حمادي‎, fr. Hammedi) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 32 metr yüksəklikdə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 25 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 27 kilometr qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 40,546 nəfər idi.
Haməşan (Germi)
Haməşan (fars. همه شان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 157 nəfər yaşayır (36 ailə).
Handley Page Hampden
Handley Page HP.52 Hampden, Handley Page tərəfindən istehsal edilən İngiltərənin orta bombardmançısıdır. Təyyarə 1930-cu illərdə Armstrong Whitworth Whitley və Vickers Wellington və ilə birlikdə hazırlanmışdır. İkinci Dünya Müharibəsinin əvvələrində istifadə olunmuşdur.

Digər lüğətlərdə