QABAQCILLIQ
QABAQDA
OBASTAN VİKİ
Qabaqdağ
Qabaqdağ — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində dağ (hünd. 1719,5 m). Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun suayırıcısındakı Yağargədik yüksəkliyindən (2049,8 m) cənub-qərbə istiqamətlənmiş Ardıc şaxəsininsuayırıcısında zirvə. Bağırsaqdərəçayın sol sahilində, Günnüt kəndindən 7,5 km cənubdadır. Üst Devonun Famen mərtəbəsinin alt yarımmərtəbəsinə cavab verən eyniadlı lay dəstəsinin kvarsit və əhəngdaşılarından təşkil olunmuş hamar təpəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-qərb hissəsində izlənilən Münhbalaoğlu-Qabaqdağ sinklinalının nüvə hissəsində yerləşir. Yamaclarından müxtəlif istiqamətli fay, fay-yerdəyişmə və əks-fay qırılmaları keçir.

Digər lüğətlərdə

врыва́ться жуки́ запу́гиваться копиро́вщик не́мка причи́на сподру́чный тача́льщик чистопсо́вый выпя́чивать крохобо́рство мясопу́стный на па́мяти налга́ть ро́вный усь! city room diet-bread full-dress humdudgeon Jehoshaphat ort sacrament Tantalus underinvoicing