İlgək, ilmə sözlərindəki il və ulaq kəlməsindəki ul tarixi baxımdan eyni sözdür, feildir. Arabanın ön və arxa oxlarını birləşdirən ağaca el arasında ulama deyirlər. Bu da yuxarıdakılarla qohumdur. Ul (il) feili “əlaqə yaratmaq”, “bağlamaq” anlamını əks etdirir. Ulaq ismi ul feilindən əmələ gəlib və məntəqələr arasında əlaqə yaradan heyvan (nəqliyyat vasitəsi) demək olub (qədim mənası: sifarişi çatdırmaq üçün “minilən at” demək olub). İndi məna bir qədər dəyişib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)