Ağstafa

coğ. Aghstafa

ağsöyüd
Ağsu
OBASTAN VİKİ
Düzqışlaq (Ağstafa)
Düzqışlaq — Azərbaycan Respublikasının Ağstafa rayonunun Düzqışlaq kənd inzibati ərazi dairəsində kənd.
Kirovka (Ağstafa)
Həsənsu (əvvəlki adı: Kirovka) — Azərbaycan Respublikasının Ağstafa rayonunun Həsənsu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Kirovka kəndi Həsənsu kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 8 iyun 1999-cu il tarixli, 680-IQ saylı Qərarı ilə Ağstafa rayonunun Həsənsu kəndi Vurğun qəsəbə inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Həsənsu kənd inzibati-ərazi vahidi yaradılmışdır.
Kolayır (Ağstafa)
Kolayır — Azərbaycan Respublikasının Ağstafa rayonunun Düzqışlaq kənd inzibati ərazi dairəsində kənd. Kolayır Ağstafa rayonunun Düzqışlaq i.ə.v.-də kənd. Gəncə- Qazax düzənliyindədir. Kəndin adı yerli əhalinin dilində Koləir kimi tələffüz edilir. Bəzi tədqiqatçıların ehtimalına görə, oykonim qismən təhrifə uğramış, əslində Kolayir olmalıdır. Oykonimin tərkibindəki kol sözü "xırda meşə, meşəlik" mənasındadır. Kəndin adı "meşə yeri, meşəli yer" kimi izah edilir. Toponimi tayfa adı ilə əlaqələndirənlər də var. Lakin türk dillərində kolayi sözü işlənir ki, bu da "əlverişli, rahat" mənalarını ifadə edir. Kəndin Düzqışlaq adlı i.ə.v.-in tərkibində olması da ərazinin hamar, rahat bir yer olduğunu bildirir.
Köhnəqışlaq (Ağstafa)
Köhnəqışlaq — Azərbaycan Respublikasının Ağstafa rayonunun Köhnəqışlaq kənd inzibati ərazi dairəsində kənd. Ermənistanla sərhədə yaxın yerləşən Köhnəqışlaq kəndinə erməni quldurları bir neçə dəfə hücuma keçiblər. Həmin hücumların tarixi xronologiyası aşağıdakı kimidir. 26 mart 1992-ci ildə erməni yaraqlıları tərəfindən Ağstafa rayonunun Köhnə Qışlaq kəndinin 6 nəfər sakini girov götürülmüşdür. 21 aprel 1992-ci ildə erməni yaraqlıları Ağstafa rayonunun Köhnəqışlaq kəndinə silahlı basqın etmiş, nəticədə RDİŞ-in 2 milis nəfəri - İ.Şıxəliyev, N.Nəsibov, yerli sakin Q.Mədətov ağır yaralanmış, 3 çoban itkin düşmüş, 450 baş mal-qara aparılmışdır. 10 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağstafa rayonunun Köhnə Qışlaq kəndi atəşə tutulmuş, nəticədə 3 yaşayış evi dağılmışdır. 20 iyul 1992-ci ildə Ermənistanın Şəmşəddin rayonu istiqamətindən Ağstafa rayonunun Köhnə Qışlaq, Yaradullu və Tatlı kəndləri atəşə tutulmuş, nəticədə 1 vətəndaş həlak olmuş, 2 nəfər yaralanmışdır. 21 iyul 1992-ci ildə erməni yaraqlıları tərəfindən Ağstafa rayonunun Köhnə Qışlaq kəndi atəşə tutulmuş, nəticədə 2 nəfər yerli sakin yaralanmışdır. 3 avqust 1992-ci ildə Ermənistanın Şəmşəddin rayonu istiqamətindən Ağstafa rayonunun Köhnə Qışlaq kəndi avtomat silahlardan atəşə tutulmuş, nəticədə Milli Ordunun 1 əsgəri ağır yaralanmışdır. 7 avqust 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağstafa rayonunun Köhnə Qışlaq kəndi raket və top atəşinə tutulmuş, nəticədə 3 nəfər yerli sakin həlak olmuş, 2 nəfər yaralanmışdır.
Muğanlı (Ağstafa)
Muğanlı — Azərbaycan Respublikası]nın Ağstafa rayonunun Muğanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zaqatala rayonu, Zəngilan rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır.
Pirili (Ağstafa)
Pirili — Azərbaycan Respublikasının Ağstafa rayonunun Pirili kənd inzibati ərazi dairəsində kənd. Kəndin əhalisinin çoxluğunu azərbaycanlılar təşkil etsə də, kənddə az sayda axısqa türkləri də məskunlaşıb. 90-cı illərdə kəndə yerləşməyə başlayan axısqa türkü ailələrinin sayı çox olsa da, hal-hazırda (2015-ci ildə) kənddə axısqa türkü ailələrin sayı 5-dir. Onlar əsasən Pirilinin "Türklər məhəlləsi" adlı məhəlləsində məskunlaşıblar.
Poylu (Ağstafa)
Poylu (kənd, Ağstafa)
Qarahəsənli (Ağstafa)
Qarahəsənli — Azərbaycan Respublikasının Ağstafa rayonunun Qarahəsənli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Ağstafa rayonunun Qarahəsənli kəndi Düzqışlaq kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qarahəsənli kənd Soveti yaradılmışdır.
Qarayazı (Ağstafa)
Qarayazı — Azərbaycan Respublikasının Ağstafa rayonunun Qarayazı qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Kəndin ərazisi əsasən meşəliklə örtülüb. Kəndin ərazisində Qarayazı dövlət təbiət qoruğu yerləşir.
Sadıqlı (Ağstafa)
Sadıqlı — Azərbaycan Respublikasının Ağstafa rayonunun Sadıqlı kənd inzibati ərazi dairəsində kənd. Ağstafa rayonunun Sadıqlı kəndi Azərbaycanın qərbində ən uc nöqtədir. Gürcüstanla Sadıqlı kəndi arasında sadəcə bir arx var. Kənddən Tiflisə 45 kilometr – rayon mərkəzi Ağstafaya 55 kilometr məsafə var. Üzü gündoğana dayananda sağdan Kiçik Qafqaz, soldan Böyük Qafqaz sıra dağlarının əhatəsindədir. Bura dağ kəndi deyil – Kür ovalığında yerləşir. Kəndin cənubunda "Qarayazı" meşəsi yerləşir. Şimalda dörd kilometrliyindən keçən dəmir yolu Sadıqlı kəndi və Azərbaycanı dünya ilə birləşdirir. Bura dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilişi zamanı torpaq altından çıxan mədəniyyət abidələri burada beş-altı min əvvəl insan yaşadığını təsdiqlədi (Əldə olunan arxeoloji qazıntı nümunələri ABŞ və Fransa laboratoriyalarında analiz edilib - bu barədə oxuya bilərsiniz: Nəcəf Müseyibli.
Salahlı (Ağstafa)
Salahlı — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Qazax rayonunun qədim Salahlı kəndi 1867-ci ildə iki inzibati vahidə Yuxarı Salahlı və Aşağı Salahlı kəndlərinə bölünmüşdür. 1922-ci ildə hər iki kənddən ayrılan evlər hesabına yeni məkanda Orta Salahlı kəndi yaradıldı. Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar: Salahlı (Ağstafa) - Azərbaycanın Ağstafa rayonunda qəsəbə. Salahlı (Samux) - Azərbaycanın Samux rayonunda kənd. Salahlı (Zərdab) - Azərbaycanın Zərdab rayonunda kənd. Salahlı (Yevlax) - Azərbaycanın Yevlax rayonunda kənd. Salahlı Kəngərli - Azərbaycanın Ağdam rayonunda kənd. Qeyd etmək lazımdır ki, Kür qırağında yerləşən qədim Salahlı kəndinin adı 19-cu əsrin sonlarından ara-sıra rast qəlinən, qeyri-rəsmi olaraq, Qıraq Salalahlı şəklində də işlənmişdir.
Tatlı (Ağstafa)
Tatlı — Azərbaycan Respublikasının Ağstafa rayonunun Tatlı kənd inzibati ərazi dairəsində kənd. Ermənistanla sərhədə yaxın yerləşən Tatlı kəndinə Ermənistan silahlı qüvvələri bir neçə dəfə hücuma keçiblər. Həmin hücumların tarixi xronologiyası aşağıdakı kimidir. 10 may 1991-ci ildə Ağstafa rayonunun Tatlı kəndində xidmət aparan hərbi naryad (31747 saylı hərbi hissə) Ermənistanın Şəmşəddin rayonunun Pravakar kəndi istiqamətindən erməni silahlı qüvvələri tərəfindən qumbaraatan və avtomat silahlardan atəşə tutulmuş, nəticədə mayor V.Saqaydak və 8 əsgər ağır yaralanmış, 2 ədəd “ZİL-131” markalı avtomaşın yanmışdır 20 iyul 1992-ci ildə Ermənistanın Şəmşəddin rayonu istiqamətindən Ağstafa rayonunun Tatlı kəndi atəşə tutulmuş, nəticədə 1 vətəndaş həlak olmuş, 2 nəfər yaralanmışdır 29 dekabr 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağstafa rayonunun Tatlı kəndi atəşə tutulmuş, nəticədə Milli Ordunun 2 əsgəri həlak olmuş, 2 əsgəri yaralanmışdır. 5 yanvar 1993-cü ildə Ermənistanın Silahlı Qüvvələri tərəfindən Ağstafa rayonunun Böyük Qışlaq və Tatlı kəndləri “Qrad” qurğularından atəşə tutulmuş, nəticədə Milli Ordunun 2 əsgəri həlak olmuş, 3 əsgəri yaralanmışdır. 13 yanvar 1993-cü ildə Ermənistanın Berd rayonu istiqamətindən Ağstafa rayonunun Tatlı kəndi müxtəlif növ silahlardan atəşə tutulmuş, nəticədə Milli Ordunun 1 əsgəri həlak olmuş, 6 əsgəri yaralanmışdır. Kəndin əsas iqtisadiyyatı kənd təsərrüfatı və das karxanalarıdır. Kənddə maldarlıq və əkincilik geniş yayılmışdır. Bununla yanaşı həmçinin kənddə olan tikinti daşı ehtiyatları əsasında daş karxanaları fəaliyyət gostərir.
Ağstafa
Ağstafa — Azərbaycan Respublikasının Ağstafa rayonunun Ağstafa şəhər inzibati ərazi dairəsində şəhər, Ağstafa rayonunun inzibati mərkəzi. Dəniz səviyyəsindən 300 m hündürlükdə Ağstafa çayının sağ sahilində yerləşən müasir, gündən-günə gözəlləşən Ağstafa şəhərinin əhalisi (2020-ci il tarixə) 21817 nəfərdir. Ağstafanın Bakı şəhəri ilə arasındakı olan məsafə 400 km-dir.
Alekseyevka (Ağstafa)
Həsənsu (əvvəlki adı: Kirovka) — Azərbaycan Respublikasının Ağstafa rayonunun Həsənsu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Kirovka kəndi Həsənsu kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 8 iyun 1999-cu il tarixli, 680-IQ saylı Qərarı ilə Ağstafa rayonunun Həsənsu kəndi Vurğun qəsəbə inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Həsənsu kənd inzibati-ərazi vahidi yaradılmışdır.
Ağstafa (dəqiqləşdirmə)
Ağstafa (şərab) — Azərbaycan şərabı. Ağstafa (şəhər) — Azərbaycanda şəhər. Ağstafa rayonu — Azərbaycanda rayon.
Ağstafa (şəhər)
Ağstafa — Azərbaycan Respublikasının Ağstafa rayonunun Ağstafa şəhər inzibati ərazi dairəsində şəhər, Ağstafa rayonunun inzibati mərkəzi. Dəniz səviyyəsindən 300 m hündürlükdə Ağstafa çayının sağ sahilində yerləşən müasir, gündən-günə gözəlləşən Ağstafa şəhərinin əhalisi (2020-ci il tarixə) 21817 nəfərdir. Ağstafanın Bakı şəhəri ilə arasındakı olan məsafə 400 km-dir.
Ağstafa bələdiyyələri
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağstafa bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağstafa müqaviləsi
Ağstafa müqaviləsi - Azərbaycan Sovet Sosialist Respublikası ilə Gürcüstan Demokratik Respublikası arasında "sülh və dostluq" müqaviləsi. == Tarix == 1920-ci il iyunun 12-də Azərbaycanın Ağstafa stansiyasında imzalanmışdır. Ağstafa müqaviləsinin bağlanmasına ehtiyac Şimali Azərbaycanda Bolşevik işğalından dərhal sonra yaranmışdı. Belə ki, aprelin 28-də sovet qoşunlarının Şimali Azərbaycana müdaxiləsi nəticəsində yaranmış vəziyyətdən istifadə edən Gürcüstan hökuməti Azərbaycan sərhədinə qoşun çıxardı. Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Gürcüstan elə həmin gün Poylu körpüsünü, Poylu stansiyasını, həmçinin Tiflis-Qazax yolu üzərindəki körpünü tutdu və Ağstafa istiqamətində hücuma keçdi. Azərbaycan Hökumətinin diplomatik səylərinə baxmayaraq, sərhəddə yaranmış gərginliyi xeyli müddət aradan qaldırmaq mümkün olmadı. Azərbaycan Hökuməti sərhəd məsələlərinin müzakirəsi məqsədilə danışıqlara başlamaq üçün razılıq əldə edilməsinə yalnız 1920-ci il mayın sonlarında nail oldu və bununla əlaqədar xüsusi komissiya yaratdı. == Komissiyanın faəliyyəti == Azərbaycan Hökuməti sərhəd məsələlərinin müzakirəsi məqsədilə danışıqlara başlamaq üçün razılıq əldə edilməsinə yalnız 1920-ci il mayın sonlarında nail oldu və bununla əlaqədar xüsusi komissiya yaratdı. Həmid Sultanov Azərbaycan nümayəndə heyətinin rəhbəri təyin edildi. Danışıqlar 1920-ci il iyunun 3-də Ağstafada başladı.
Ağstafa rayonu
Ağstafa rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Ağstafa şəhəridir. 1593-cü ildə Osmanlı Axıstabad sancağı olmuşdur. Ağstafa rayonu 1939-cu ildə təşkil olunmuşdur, 1959-cu ildə ləğv edilərək ərazisi Qazax rayonu ilə birləşdirilmiş, 1990-cı ildə yenidən müstəqil rayon olmuşdur. Respublikanın şimal-qərb hissəsində, Kiçik Qafqazla Qabırrı yaylası arasında, Gəncə-Qazax maili düzənliyində və Ceyrançöl ön-dağlığında yerləşir. Sahəsi 1503,7 km², əhalisi 60,0 min nəfərdir (1. yanvar 2009). Mərkəzi Ağstafa şəhəridir. 1881-ci ildə tikilmiş Bakı-Tbilisi dəmiryolu, həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəməri , Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Trans-Anadolu qaz boru kəməri rayonun ərazisindən keçir. == Coğrafiyası == Ağstafa rayonu 24 yanvar 1939-cu ildə Azərbaycan Respublikasının inzibati rayonlarından biri kimi yaradılmışdır.
Soyuqbulaq (Ağstafa)
Soyuqbulaq — Azərbaycan Respublikasının Ağstafa rayonunun Köçvəlili kənd inzibati ərazi dairəsində qəsəbə. Soyuqbulaq qəsəbəsi Qarayazı düzündədir. Yaşayış məntəqəsi Soyuqbulaq d.y. stansiyası yanında salındığı üçün 1965-ci ildən belə adlanır. D.y. stansiyası isə ərazidəki eyniadlı bulağm admı daşıyır.
Vurğun (Ağstafa)
Vurğun (əvvəlki adı: Kalininkənd) — Azərbaycan Respublikasının Ağstafa rayonunun Vurğun qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Kalininkənd qəsəbəsi Vurğun qəsəbəsi adlandırılmışdır.
Xətai (Ağstafa)
Xətai (əvvəlki adı: Marksovka) — Azərbaycan Respublikasının Ağstafa rayonunun Xətai kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Marksovka kəndi Xətai kəndi adlandırılmışdır.
Şəkərli (Ağstafa)
Şəkərli — Azərbaycan Respublikasının Ağstafa rayonunun Poylu kənd inzibati ərazi dairəsində qəsəbə.
Ağstafa FK
Ağstafa FK və ya digər rəsmi adı ilə Ağstafa Futbol Klubu — region liqasında çıxış edən, Azərbaycanın Ağstafa şəhərini təmsil edən, Avey Ağstafa klubunun nəznində fəaliyyət göstərən komanda. Komanda 2020-ci ildən yaransa da COVID-19 pandemiyası səbəbilə ilə liqada iştirak edə bilməmiş, yalnız 2021-ci ildə fəaliyyətə başlamışdır. Klubun mətbuat katibinin dediyinə görə, klub yaradılanda ilk olaraq "Avey" adı altında fəaliyyət göstərməsi planlaçdırılırdı. Lakin "Avey" klubu ilə danışıqlardan müsbət cavab alınmadığı üçün, yeni klub şəklində fəaliyyət göstərmək qarşıya məqsəd olaraq qoyulmuşdur. Nəticə etibarilə klubun adı "Ağstafa" qoyulmuşdur. Hazırda region liqasında mübarizə aparan klub, 2022/2023 mövsümünü 5-ci sırada tamamlamışdır. Yeni sezon üçün klub özünə hədəflər qoymuşdur. Belə ki, Azərbaycan birinci divizionunda, Azərbaycan Premyer Liqasıda iştirak etmək klubun hədəfləri arasındadır. Hazrda klubun ən böyük problemlərindən biri, stadiondur. Fəaliyyət göstərdiyi, ev oyunlarını keçirdiyi stadion "Uşaq Gənclər Şahmat İdman Məktəb Stadionu" adı ilə bilinir.
Cümə məscidi (Ağstafa)
İmam Əli adına Ağstafa Cümə məscidi — Ağstafa şəhərində (mərkəzində) yerləşən bu məscid 1996-cı ildən inşa olunub. Həyətyanı sahəsi 6500 kv. metr, daxili sahəsi 17x17 metrdir. Əli ibn Əbu Talib məscidinin binası, eləcədə qoşa minarələri mişar daşı ilə inşa edilmişdir. Məscid düzbucaqlı formada olub, döşəmədən tavana qədər hündürlüyü 5 metr, yerdən günbəzədək hündürlüyü isə 9 metrdir. Məsciddə qadınlar şöbəsi ikinci mərtəbədə yerləşmişdir. Onun sahəsi 34 kv.metrdir. İbadət zalında 10 tağvari formada pəncərə qoyulmuşdur. Mehrabın hündürlüyü 2,5 metrdir. Məscidin iç divarları ağ rəngdə işlənmişdir.
Düzqışlaq bələdiyyəsi (Ağstafa)
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Həzi Aslanov (Ağstafada qəsəbə)
Həzi Aslanov — Azərbaycan Respublikasının Ağstafa rayonunun Qarayazı qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Meyvə tingliyi sovxozu yanında salınmışdır. Tank qoşunları qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun (1910-45) şərəfinə adlandırılmışdır. Memorial toponimdir. 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 230 000 manat vəsait ayrılmışdır.
Həzi Aslanov (qəsəbə, Ağstafa)
Həzi Aslanov — Azərbaycan Respublikasının Ağstafa rayonunun Qarayazı qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Meyvə tingliyi sovxozu yanında salınmışdır. Tank qoşunları qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun (1910-45) şərəfinə adlandırılmışdır. Memorial toponimdir. 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 230 000 manat vəsait ayrılmışdır.
Muğanlı bələdiyyəsi (Ağstafa)
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Pirili bələdiyyəsi (Ağstafa)
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Poylu (kənd, Ağstafa)
Poylu — Azərbaycan Respublikasının Ağstafa rayonunun Poylu kənd inzibati ərazi dairəsində kənd.
Poylu (qəsəbə, Ağstafa)
Poylu — Azərbaycan Respublikasının Ağstafa rayonunun Poylu qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycanın qədim yaşayış yerlərindəndir. Burada tarixləri 1800, 1700, 1500-cü illərə gedib çıxan, ərəblərə, ruslara aid qəbir daşları var. Kəndin əhalisi çox idi.Amma 20-ci əsrin ortalarında kəndə düşən xəstəlik kənd əhalisini buradan köçməyə məcbur etdi.Həmin əhali hal hazırda Poylu kəndi adlanan ərazidə məskunlaşıb. Poylu qəsəbəsi Azərbaycanın qədim yaşayış yerlərindən sayılır. Bunu Poylu kənd qəbirstanlığındakı ərəb əlifbası ile yazılmış qəbir daşları sübut edir.Poylu qəsəbəsindən tapılan müxtəlif qılınclar, xəncərlər, sikkə pullar indi Azərbaycanın müxtəlif muzeylərində saxlanılır. Ən qədim qılınc Cinallar tayfasından olan Əli adlı şəxsə məxsus olmuşdur(hazırda onun davamçıları həmin kənddə var). Ərazisi çökəklikdə yerləşən əsasən düzənliklərdən və çox az sayda xırda təpəliklərdən ibarətdir. Qəsəbədən Kür çayı keçir buda kənd əhalisi yayda çimərlik kimi istifadə etməsi balıq tutması üçün istifadə edirlər. Qəsəbədən həmçinin Ağstafa çayı da kecir.
Poylu bələdiyyəsi (Ağstafa)
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qarayazı-Ağstafa Dövlət Təbiət Yasaqlığı
Qarayazı-Ağstafa Dövlət Təbiət Yasaqlığı — 1964-cü ilin fevralında indiki Ağstafa rayonunun Qarayazı meşələri sahəsində yaradılmış yasaqlıq. Ərazisi 11970 hektardır. Yasaqlığın təbii landşaft sahələri əsasən tuqay, palıd, cavan qarışıq meşə və kolluqlardan, kollu və ot bitkisi olan açıqlıqlardan, otlaqlardan, əkindən, qamışlı cəngəlliklərdən, çınqıllıqlardan, su sahəsindən ibarətdir. Yasaqlığın ərazisi insanın təsərrüfat fəaliyyətinin intensiv təsirinə məruz qalsa da, heyvan və quşlarla zəngindir. Burada maral, çöl donuzu, qunduz, canavar, dovşan, meşə pişiyi, tülkü, porsuq kimi məməlilər, qırqovul, qaratoyuq, alabaxta, su fərəsi, ördək, qaşqaldaq, göyərçin, hop-hop, ağacdələn, bildirçin quş növləri vardır.
Qaçaq Kərəm (Ağstafa)
Qaçaq Kərəm — Azərbaycan Respublikasının Ağstafa rayonunun Xətai kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Xətai kənd Sovetinin ərazisindəki yaşayış məntəqəsi Qaçaq Kərəm kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.
Tovuz-Qazax-Ağstafa seçki dairəsi
Yeni kənd (Ağstafa)
Aşağı Kəsəmən (əvvəlki adı: Yenikənd) — Azərbaycan Respublikasının Ağstafa rayonunun Aşağı Kəsəmən kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Yenikənd kəndi Aşağı Kəsəmən kəndi adlandırılmışdır. Aşaği Kəsəmən kəndi Gəncə-Qazax düzənliyindədir. Yaşıyış məntəqəsi sovet hakimiyyəti illərində Ağstafa rayonunun Qıraq Kəsəmən kəndindən çıxmış ailələr tərəfindən salınmışdır. Dağ Kəsəmən kəndinin qarşılığı kimi nəzərdə tutulmuşdur.